Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏT ĠQTĠsad unġversġtetġ


ġəkil 7.5. Məhsulun keyfiyyət göstəricisi (P



Yüklə 339,57 Kb.
səhifə44/51
tarix04.06.2022
ölçüsü339,57 Kb.
#88861
növüDərslik
1   ...   40   41   42   43   44   45   46   47   ...   51
704-converted

ġəkil 7.5. Məhsulun keyfiyyət göstəricisi (Pk) ilə ona nail olunmasına çəkilən istehsal xərcləri (Zn) arasındakı asılılıq

ġəkil 7.5.-in təhlili aĢağıdakı nəticələrə gəlməyə imkan verir:



  1. məhsulun keyfıyyət göstəricisi ona nail olunmasına çəkilən xərc- lərlə düz mütənasibdir; b) hər bir növbəti keyfiyyət vahidi daha çox xərc vahidi tələb edir. Məsələn, Ģəkildən göründüyü kimi keyfıyyə- tin 20% yüksəlməsi «A» nöqtəsindən «B» nöqtəsinə qədər çəkilən xərclərin 100% artırılması Ģəraitində mümkün olmuĢdur. Belə nis- bət kontakt keyfıyyət göZstəriciləri üçün fərqlidQir.

Əmtəənin keyfiyyət göstəricisi ilə onlardan istifadə olunma-
B B
sına çəkilən istismar xərcləri arasında əks əlaqə forması mövcuddur. Keyfiyyətin yüksəlməsi ilə iQstismar sferasındakı xərcləri (maya dəyəri) aĢağı düĢür. Keyfiyyətin optimal (normativ ) səviyyəsi ya istehlakçıların tələbatlarından asılı
olu2r0,0ya 2d0a0 ki,Tməhsul vahidinin 2f0a0ydal2ı00effektinin həyat tsiklinə çəkilən məcmu xərclərin minimuma endirilməsinə əsaslanır.
Pk

2000 2003 T

2000 2003



ġəkil 7.6. Gələcək əmtəənin keyfiyyət göstəricisi normativini (PJ və istehsal və ya istismar xərcləri (Z) elementlərini müəyyən etmək üçün bazanın seçilməsi sxemi
Rəqabətin «görünməz əli» əmtəələrin keyfıyyətini dönmədən yüksəldir və əmtəə vahidinin faydalı effektinə çəkilən xərcləri aĢağı

salır. Buna görə də bazarı tədqiq etdikdən, əmtəələrin keyfiyyət göstəricilərini və xərc elementlərini dəyiĢilməsi meyillərini proq- nozlaĢdırdıqdan sonra fırma-istehsalçı 2000-ci ildə qərar qəbul edir ki, 2003-cü ildə həmin keyfıyyət göstəricisini istismar xərclərini
«B» nöqtəsindən «D» nöqtəsinə endirməklə «A» nöqtəsindən «B» nöqtəsinə yüksəldəcəkdir. Bu zaman məhsulun keyfiyyətinin yük- səlməsinə çəkilən istehsal xərcləri «B» nöqtəsindən «Q» nöqtəsinə yüksəlmiĢdir, istehsalın təĢkilati-texniki səviyyəsi isə demək olar ki, dəyiĢilməmiĢdir. Lakin, məcmu xərclər isə azalmıĢdır, belə ki, istehsal xərclərinin artımı istismar xərclərinə qənaətdən təqribən 2 dəfə az olmuĢdur. Vaxta qənaət yalnız məcmu xərclərin mütləq əhəmiyyətinin (dəyərinin) azalmasında deyil, həm də məhsulun keyfiyyətinin yüksəlməsi hesabına məcmu xərclərin xüsusi çəkisi- nin əlavə olaraq azalmasında ifadə olunur.
Yeni əmtəənin strateji nıarketinq mərhələsində son dərəcədə dəqiqliklə bazarı öyrənmək, elmi-texniki tərəqqinin meyillərini proqnozlaĢdırmaq, əmtəənin və bütövlükdə fırmanın rəqabət qabi- liyyətliyi normativini iĢləyib hazırlamaq lazımdır. Bu mərhələdə mürəkkəb eksperimental iĢlər aparılmır, ancaq müxtəlif təyinatlı in- formasiyalar toplanır və öyrənilir. Strateji marketinq mərhələsində rəqabətqabiliyyətlilik normativi müəyyənləĢdirilir, elmi-tədqiqat və təcrübə konstruktor iĢləri mərhələsində normativlərin materiallarla təmin edilməsinin nəzəri və praktiki imkanları yoxlanılır. Əgər marketoloqlar iĢçiləri müəyyən olunan istiqamətə yönəltmiĢlərsə, onda əmtəənin həyat tsiklinin növbəti mərhələsində itkiləri gözlə- mək lazımdır.
Bütün fəaliyyət sahələrində rəqabət qabiliyyətliliyin yüksəl- məsi və resurslara qənaət edilməsi Azərbaycan Respublikasının müəssisə, təĢkilat və firmaları üçün son dərəcədə vacibdir. Çünki, Azərbaycan resurslardan istifadənin effektliyinə görə qabaqcıl dün- ya ölkələrindən təqribən 2-3 dəfə geri qalır.

  1. Eksperimental metod. ProqnozlaĢdırmanın bu metodun- dan kütləvi istehsalın elmi-tədqiqat və təcrübə konstruktor iĢləri mərhələsində, həmçinin istehsalın təĢkilati-texniki cəhətdən hazır-

lanması mərhələsində istifadə edilir. Bu zaman gələcəkdə böyük həcmdə buraxılması nəzərdə tutulan məhsullar üçün eksperimental qurğularda və sınaq poliqonlarında müxtəlif keyfiyyət normativləri və xərc elementləri müəyyənləĢdirilir. Əmtəənin mənimsənilməsi, istehsalı, ona texniki xidmət göstərilməsi və təmiri ilə bağlı olan konkret materialların və digər resursların faydalı xərc nor- mativlərinin; itki normativləri; keyfıyyət göstəriciləri normativləri- nin; istehsal proseslərinin təĢkili normativlərinin və s. müəyyənləĢ- dirilməsi bu qəbildəndir. Məsələn, tipik Ģəraitdə konkret avtomobil markası üçün 100 km. məsafəyə konkret markalı benzin məsrəfı normativi müəyyən edilir; konkret elektrik mühərrikinin bir saat iĢ- lədiyi müddətdə elektrik enerjısi sərfi normativi müəyyən edilir; köhnəlmə dərəcəsinə uyğun olaraq konkret avadanlıq növünün məhsuldarlığının aĢağı düĢməsi normativi müəyyənləĢdirilir.
ProqnozlaĢdırmanın eksperimental metodu kifayət qədər ba- halıdır. Çünki bu metoddan istifadə təcrübə-eksperimental qurğu- lar, poliqonlar və digər obyektlər inĢa edilməsini (yenidən qurulma- sını) tələb edir. Buna görə də onun tətbiqi üçün dəqiq texniki-iqtisa- di əsaslandırmalar aparılması və iĢin yüksək səviyyədə təĢkilinin tə- min edilməsi lazımdır.


  1. Yüklə 339,57 Kb.

    Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə