Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏT ĠQTĠsad unġversġtetġ



Yüklə 339,57 Kb.
səhifə49/51
tarix04.06.2022
ölçüsü339,57 Kb.
#88861
növüDərslik
1   ...   43   44   45   46   47   48   49   50   51
704-converted

Ġqtisadi proqnoz kimi. Müəssisənin rəhbərliyi iqtisadi-is- tehsalat və maliyyə sahələrində büdcə Ģəklində konkret istiqamətlə- ri gələcək dövrə təsdiqləyir və bu halda bütün tərəflərin maraqları nəzərə alınmalıdır. Müəssisənin fəaliyyəti planlaĢdırılanda bilmək lazımdır ki, qarĢıda qoyulan məsələlərin həll üçün hansı iqtisadi resurslar tələb olunur və hansı mənbələrdən onlar cəlb oluna- caq. Müəssisənin özünün vəsaitləri az olarsa xarici maliyyələĢ- dirmənin problemini həll etmək lazımdır, yəni kapitalın cəlb edilməsi planı qabaqcadan tərtib olunmalıdır (kreditlərin götü- rülməsi, səhmdar kapitalın artırılması və s.).
Nəzarət üçün əsas. Büdcədə nəzərdə tutulmuĢ planların reallaĢması prosesində müəssisənin fəaliyyətinin faktiki nəticələrini təhlil etmək lazımdır. Əsas diqqət, plan göstəricilərindən fərqlənən göstəricilərə yönəlir və bu fərqlərin səbəbləri araĢdırılır. Büdcə nə- zarəti plan tapĢırıqlarının yerinə yetirilməməsinin səbəblərini araĢ- dırır və onların reallığının səviyyəsini qiymətləndirir.
Rəhbərlik obyektiv informasiyanın alınmasında maraqlıdır, çünki bu onlara vəziyyətin düzəldilməsinə imkan yaradır və büdcə- də nəzərdə tutulan planların yerinə yetirilməsini təmin edir.
Koordinasiya vasitələri. Ayrı-ayrı tədbirlərin zaman və funksional koordinasiyasını təmin edir.
Qəbul edilmiĢ maliyyə qərarlarının korrektəsi üçün əsas. ĠĢin icrasına baĢlamamıĢ qərarlar qəbul olunur. Lakin büdcə- nin icrası zamanı, bir qayda olaraq, qəbul edilmiĢ qərarların dəyiĢil- məsinə ehtiyac olur, yaxud əlavə qərarlar qəbul olunur.
Səlahiyyətlərin ötürülməsi vasitəsi. Müəssisənin rəhbərli- yi tərəfindən «övlad» müəssisələrinin, filialların və baĢqa struktur bölmələrin büdcələrinin təsdiq edilməsi o deməkdir ki, faktiki ola- raq operativ qərarları həmin müəssisələr qəbul etməlidir. Büdcələ- mənin potensialı kifayət qədərdir ki, qarĢılıqlı bağlı problemlər həll olunsun.

  1. Büdcə icrası dövründə planlaĢdırılmıĢ tədbirlərin görül- məsi ilə bağlı maliyyə təminatı:

  • mövcud olan istehsalat və sosial infrastrukturun təkmilləĢ- dirilməsi: iĢləyən və tikilən obyektlərin texniki modernləĢdirilməsi və rekonstruksiyası; «övlad» müəssisələrinin profilinin, yaxud tex- nologiyanın dəyiĢdirilməsi;

  • istehsalat fəaliyyətinin çeĢidləndirilməsi, yeni müəssisələ- rin alınması daxil olmaqla;

  • fundamental tədqiqatların keçirilməsi;

  • məhsulun rəqabətə davamlılığını artırmaq üçün konk- ret tədbirlərin yerinə yetirilməsi;

  • buraxılan məhsulun çeĢidinin yeniləĢməsi;

  1. Müəssisələrin maliyyə mənbələrinin rasional strukturunun formalaĢdırılması, lazım olan gəlir səviyyəsini təmin etmək üçün:

  • ən gəlirli əməliyyatların müəyyənləĢdirilməsi – gəlir mən- bələrini, onlardan birinin və ya bir neçəsinin fəaliyyət növünün gücləndirilməsi;

  • daxili ehtiyat mənbələri uçotunun aparılması; istehsalatın məsrəflərinin, baĢqa təsərrüfat xərclərinin və itkilərin ixtisarı;

SatıĢ həcmlərinin artırılması; transaksiya məsrəflərinin ixtisa- rı; nəhayət – qiymətlərin korrektəsi mümkünlüyünə baxılması;

  • vergi ödəniĢlərinin optimallaĢması, bu neft və qaz müəssi- sələri üçün aktualdır (böyük vergi təzyiqi altında olduqları üçün);

  • gəlirləri vergidən tam ya qismən azad olan fəaliyyət növlə- rinin geniĢləndirilməsi;

  • amortizasiya fondunun tam hesablanması, o cümlədən sür- ətlənmiĢ amortizasiya mexanizminin istifadəsi ilə;

  • məsrəfləri vergidən azad olan, xərc normalarına riayət et-

mək;

  • vergi qanunvericiliyi ilə nəzərdə tutulmuĢ vergi kreditinin

alınması hüququndan istifadə; baĢqa vergi güzəĢtlərinin alınması;

  • borca alınan kapitalın ümumi tələbatının müəyyənləĢdiril- məsi və onu cəlb etmək üçün əsas mənbələr (bank və büdcə kredit- lərinin istifadəsi; daxili maliyyə bazarına korporasiyanın borc öhdə-

liklərinin buraxılması; xarici və daxili sərmayədarların vəsaitlərinin cəlb olunmasının müxtəlif formalarından istifadəsi);

  1. MəhdudlaĢdırılmıĢ maliyyə vəsaitlərinin struktur böl- mələrin, «qız» müəssisələrin, filialların və həmçinin fəaliyyət növlərinin və xüsusi maliyyə fondlarının arasında effektli pay- lanması:

  • cari istehsalat-maliyyə fəaliyyətini təmin edən fondlarla sərmayə təyinatlı proqramların və layihələrin reallaĢmasını təmin edən fondlar arasında resursların paylanması. Bunlar, kompaniyaların strateji məqsədlərinə uyğun olaraq, aparılır və xari- ci sərmayələrin effektli formalarını müəyyənləĢdirir: müəssisələrin alınması, yaxud onların səhmlərinin alınması;

  • sirkəti və onun struktur bölmələrinin normal fəaliyyətini tə- min edən məqsədli fondların formalaĢdırılması: əsas vəsaitlər fon- du; dövriyyə vəsaitlərinin fondu; ehtiyat və sığorta fondları; amor- tizasiya fondu; təmir fondu; istehsalat, elm və texnika fondları; müəssisənin sosial inkiĢafı və heyətin mükafatlandırma fondları və

s. Bu problemin həllində ən mühüm məsələ dövriyyə kapitalının la- zımi həcminin formalaĢdırılmasıdır, çünki məhz bu məsələ maliyyə nəticələrinə birbaĢa təsir edir: dövriyyə vəsaitləri çatıĢmayanda, yaxud onlardan istifadə səmərəsiz olarsa, kompaniyanın maliyyə vəziyyəti pisləĢir, tədiyyə qabiliyyəti zəifləyir və son nəticədə müf- lisliyə gətirib çıxarır;

  1. Xarici amillərin (istər mənfi ya müsbət) dəyiĢməsinə çevik reaksiya: səmərəli qurulan büdcələmə sistemi büdcələrin icrasına daimi nəzarət edir, faktiki göstəricilərin plan göstəricilərindən fərq- lərini aĢkarlayır və bu fərqlərin aradan götürülməsi üçün tədbirlərin görülməsi;

  2. Firmanın fəaliyyətinin müxtəlif növ istiqamətlərinə məsul olan idarəetmə strukturlarının fəaliyyətinin koordinasiyası və ef- fektli inteqrasiyası.

  3. Ġri firmanın cari maliyyə tarazlaĢmasının sabitliyinin saxla- nılması. Büdcənin icrası prosesində müəssisənin cari likvidliyinin məqbul səviyyədə saxlanılmasına, ödəniĢ və kreditalma qabiliyyət- lərinə xüsusi diqqət yetirilir. Bu halda büdcə maliyyə sabitliyinin aləti kimi çıxıĢ edir və müəyyən tədbirlər sistemini həyata keçirir.

Bu tədbirlər, bir tərəfdən müəssisənin cari xarici və daxili maliyyə öhdəliklərinin azaltmasını, digər tərəfdən isə bu öhdəlikləri təmin edən pul aktivlərinin artmasını təmin edir. Müəssisənin xarici və daxili maliyyə öhdəliklərini azaltması aĢağıda göstərilən təd- birlərin hesabına əldə edilir: daimi məsrəflərin məbləğinin azaldılması (idarəetmə heyətinin ixtisarı, cari təmirin məsrəflə- rinin ixtisarı və s.); dəyiĢən məsrəflərin ixtisarı; ticarət əməliy- yatlarına görə kreditor borcunun vaxtının uzaldılması (alınan kom- mersiya kreditinin); qısamüddətli bank kreditlərinin uzadılması; di- vidend siyasətinə yenidən baxılması, o cümlədən hesablanmıĢ divi- dendlərin verilməsinin, paya düĢən faizlərin və s. xərclərin təxirə salınması hesabına.
Büdcələmə sisteminin böyük imkanlarına baxmayaraq, büd- cə qəbul olandan sonra onların reallaĢması avtomatik olmur. Kor- porativ maliyyənin büdcə üsulu ilə idarəedilməsinin effektliyini müəyyən edən əsas amil və Ģərtlər bunlardır:

  1. Büdcələmə sisteminin effektli iĢləməsinin əsas Ģərti kom- paniyanın istehsalat-iqtisadi inkiĢafının planlarının obyektivliyidir. Burada iki bərabər istiqamət əhəmiyyətlidir:

  • birincisi, kompaniyanın büdcəsini formalaĢdıran qısamüd- dətli planların düzgünlüyü;

  • ikincisi, qısamüddətli planların (taktiki tədbirlərin) strateji planlarla bir-birinə bağlılığı.

Firmanın strateji planının bir hissəsi olan maliyyə planını, kompleks planlı-proqnozlu tənzimləmə sxemi çərçivəsində, iĢlə- mək təklif olunur.

  1. Ġcmal maliyyə planının və onun əsasında tərtib olunmuĢ Ģirkətin büdcəsinin istehsalat planları ilə razılaĢdırılması: satıĢlar;

pul və maliyyə axınları, gəlirlərin həcmi və s. Bu planın iĢlənilməsi çoxsaylı Ģaquli və üfüqi razılaĢmaları tələb edir. Bundan baĢqa, müasir Ģəraitdə zəhmət tələb edən, böyük miqdarda hesablamaları texniki təminatsız (kompyuter və proqramlar) həyata keçirmək mümkün deyil.

  1. Yuxarıda qeyd etdiyimiz Ģərtlərin əhəmiyyətini azaltmadan demək lazımdır ki, obyektiv və həqiqi planlaĢdırma effektli büdcə prosesini həyata keçirmək üçün zəmin yaradır. Bir çox tədqiqatçılar büdcələmə sxemlərinin təhlilində əsas diqqəti büdcələmə göstərici- lərinin hesablanması üsullarına, icmal büdcəsində onların qarĢılıqlı əlaqələrinə, yəni planlı büdcənin tərtibi proseduruna yönəldirlər. Burada nəzarətə büdcələmə sisteminin ayrılmaz hissəsi kimi bax- maq lazımdır. Amma söhbət ümumi nəzarətdən getmir, onun konkret məsələlərin həllinə yönəlməsi vacibdir. BaĢqa sözlərlə, gəlirlərin formalaĢdırılmasını və vəsaitlərin xərclənməsini han- sısa müəyyən dövrə aid nəzarət planı hazırlanmalıdır. Məhz elə bu istiqamətin düĢünülməməsi büdcələmənin aĢağı effektliliyi- nin səbəbidir.

Tədqiqatlar göstərir ki, korporativ maliyyə idarəetməsi- nin büdcə üsulunun tətbiqi çox vaxt plan və faktiki göstəricilə- rin müqayisəsinin formal proseduruna çevrilir. Ġri müəssisələr- də büdcə hər aya hesablanır və xərclərin hər maddəsi üzrə hü- dudlar qoyulur, onları aĢdıqda ya maliyyələĢmə kəsilir, yaxud rəhbərliyin xüsusi icazəsindən sonra açılır.
Beləliklə, cari nəzarətin əhəmiyyəti ondadır ki, istehsa- lat və maliyyə planları dəqiq hazırlansalar da, real həyatda ha- disələr baĢqa məcraya gedir. Bunun əsas səbəbi – xarici amillə- rin axıra qədər hesablanmasının mümkün olmamasıdır, çünki ümumi iqtisadi konyunkturanı və müəssisənin tərəfdaĢlarının hərəkətlərini qabaqcadan hesablamaq mümkün deyil. Ġxraca yönəlmiĢ müəssisələr üçün xarici mühitin proqnozlaĢdırılması- nın mümkün olmaması daha da güclənir. Buna görə, büdcə göstəricilərinin korrektəsi, resursların mobilizasiya üsullarına,
maliyyə alətlərinə və büdcə prosesinin hər mərhələsində yeni- dən operativ baxılması labüddür.
Beləliklə, səmərəli təĢkil olunmuĢ büdcələmə sistemi idarəetmənin əsas istiqamətlərini qabaqcadan müəyyən etməyə imkan verir.

Yüklə 339,57 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə