Azərbaycan tarixi 8



Yüklə 4,85 Kb.
Pdf görüntüsü
səhifə42/45
tarix09.03.2018
ölçüsü4,85 Kb.
#31010
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   45

 
Gülüstan müqaviləsinə görə sərhədləri göstərən xəritə. Xəritəni general Pottonun
redaktəsi altında N.S.Anosov tərtib etmişdir. Tiflis, 1902
istilasını təsdiq edirdi. Bu müqavilənin bağlanması ilə Şimali Azərbaycanın Rusiya
tərəfindən işğalının birinci mərhələsi başa çatdı.
Sual və tapşırıqlar
1. İngiltərənin Rusiya—Qacarlar müharibəsinə təsirini izah edin. 
2. Qacarları çar Rusiyası ilə danışıqlara sövq edən səbəbləri müəyyən edin. 
3. Sadıq xanla Cavad xanın şücaətinə aid esse yazın. 
4. Gülüstan müqaviləsinin şərtlərinə aid sxem qurun. 
5. Zaman oxunda verilmiş mühüm hadisələri müəyyən edin.


27. RUSİYA ŞİMALİ AZƏRBAYCANDA 
MÜSTƏMLƏKƏ REJİMİ YARADIR
Bəs yeni idarə forması nə ilə fərqlənirdi?
Xanlıqlar saxlanıldımı?
Sizcə, Gəncə və Bakıda
xanlıq sisteminin ləğv
olunması nə ilə bağlı
idi?
I Rusiya—Qacarlar müharibəsinin gedişində Rusiyanın hakim dairələri Azərbaycanın
işğal olunmuş ərazilərində xanlıqları ləğv edir, müstəmləkə idarə sistemi
yaradırdılar. İşğal olunmuş Gəncə və Bakı xanlıqlarında xanlıq idarə sistemi ləğv
edilmiş, əvəzində komendant idarə üsulu yaradılmışdı. Bu idarə sisteminin başında
rus zabiti — komendant dururdu.
Quba xanlığı işğal olunduqdan sonra yerli bəylərdən ibarət əyalət şurası təşkil
olundu. Bu şura rus hərbi dairələrinin nəzarəti altında fəaliyyət göstərirdi. Bu,
əslində, komendant idarə üsuluna keçid sistemi idi. Qubanın əyalət şurasının sədri
keçmiş Bakı xanı II Mirzə Məhəmməd xan təyin edilmişdi. Bu şura formal xarakter
daşıyırdı. Rus əsgərləri Qubada soyğunçuluqla məşğul olurdu. Lakin əyalət şurası bu
özbaşınalıqların qarşısını ala bilmirdi.
Azərbaycan tarixşünaslığının banisi A.A.Bakıxanov Bakı xanı II Mirzə Məhəmməd
xanın oğlu idi.
Rusiya Şimali Azərbaycanın böyük bir hissəsini işğal etdikdən sonra yeni
idarəçilik sistemi tətbiq etdi. Lakin Şəki, Şamaxı, Qarabağ və Lənkəranda formal
olaraq əvvəlki xanlıq idarə sistemi saxlanılmışdı.


1810-cu ildə Quba əyalətini ruslara qarşı etirazlar bürüdü. Bu etirazlar yatırıldı və
əyalət şurası öz fəaliyyətini dayandırdı. Qubada komendant idarəçiliyi quruldu.
İşğalın ilk mərhələsində Şəki, Şamaxı, Qarabağ və Lənkəranda xanlıq idarə sistemi
saxlanılmışdı. Xanlıqların daxili müstəqilliyi saxlanılsa da, xanların səlahiyyətləri
məhdudlaşdırılmışdı. Xanlara general rütbəsi verilmişdi. Onlar çar Rusiyasının
generalları hesab edilir və Qafqazın baş hakiminə tabe idilər.
Yermolov nə üçün
formal da olsa,
xanlıqların saxlanmasını
Rusiyanın planlarına
maneə hesab edirdi?
Müharibənin birinci mərhələsi bitdikdən sonra general A.P.Yermolov Azərbaycan
xalqının dövlətçilik ənənələrini ləğv etmək üçün xüsusi planlar hazırlayırdı. O, formal
idarəçiliyi saxlanmış xanlıqların qalmasını Rusiyanın Şimali Azərbaycandakı
planlarına maneə hesab edirdi. Çar Rusiyası bütün müstəmləkələrdə, eləcə də
Qafqazda xalqların dövlətçilik ənənələrinə zərbə vurmaq, soykökündən
uzaqlaşdırmaq, ruslaşdırma və xristianlaşdırma siyasəti aparırdı.
Artıq xanlıqların ləğv edilməsinə başlandı. Çar generalı erməni V.Mədətovun
göstərişi ilə 1819-cu ildə Şəki xanı İsmayıl xan zəhərlənib öldürüldü. Yermolov Şəki
xanlığını ləğv etdirib orada komendant idarə üsulu yaratdı. Bu hadisə çar
Rusiyasının əsl üzünü göstərdi. Rusiyaya inamını itirən Şamaxı xanı Qacar sarayına
sığındı. 1820-ci ildə Şamaxı xanlığı da ləğv edildi.
Rusiya Kürəkçay müqaviləsi ilə Qarabağda xanlıq idarə sisteminin saxlanmasına
imperator zəmanəti versə də, 1822-ci ildə Qarabağ xanlığı ləğv edildi. Qarabağda
İbrahim xan və onun varislərinin hakimiyyəti komendant idarəçiliyi ilə əvəz olundu.
1826-cı ildə Lənkəran xanlığını ləğv etməklə çar Rusiyası məqsədlərinin bir hissəsini
başa çatdırdı.
Çar Rusiyasının irticaçı siyasəti başqa xarakter aldı. Şimali Azərbaycanda xanların,
bəylərin, ağaların və başqa yerli ha-


Əhalinin sayının
Rusiyanın iqtisadi
maraqlarına nə kimi
təsiri vardı?
Əsaslandırın.
kimlərin hüquqları məhdudlaşdırılırdı. Onların ölkədən çıxıb getməsi üçün hər cür
fitnəyə əl atırdılar. Vətəni tərk edən xanların və onların varislərinin torpaqlarını,
mülklərini ayrı-ayrı rus və erməni hərbçiləri ələ keçirirdi.
Erməni general V.Mədətov Qarabağda o qədər torpaq ələ keçirmişdi ki, ən böyük
mülkədara çevrilmişdi. Özünün Qarabağ məliklərinin nəslindən olduğunu bəyan
etməkdən çəkinməyən V.Mədətov özgə torpaqlarını öz torpağı kimi rəsmiləşdirmək
istəyirdi. Lakin o bu əməllərinə görə məhkəməyə verilmişdi.
Bu müddətdə xanların torpaqları, mülkləri, bağları, ümumən, bütün var-dövləti
müstəmləkəçilər tərəfindən talan edilir və xəzinənin (dövlətin) ixtiyarına verilirdi.
Rusiya hökuməti Şimali
Azərbaycanda əhalinin
sayını hansı yollarla
artırırdı?
Çar Rusiyası istila etdiyi Şimali Azərbaycan torpaqlarında iqtisadiyyatı canlandırmaq
üçün tədbirlər görməyə başladı. Əsas tədbirlərdən biri qaçıb getmiş və ya əsir
götürülmüş əhalinin geri qaytarılması idi. Müstəmləkəçilər bununla vergi verən
əhalinin sayını artırmağa çalışırdı. Bu işdə onlar rus hakimiyyətinə qulluq edən
azərbaycanlı kəndxudaların köməyindən istifadə edirdilər. Beləliklə, ruslar Cənubi
Azərbaycana və İrana qaçmış minlərlə azərbaycanlının Vətənə qayıtmasına nail
oldular.
Çar Rusiyası Azərbaycanın təbii sərvətlərini mənimsəməyə başlamışdı. Neft
mənbələri, duz gölləri, balıq vətəgələri, zəy mədənləri və başqa sahələr ələ keçirilmiş
və iri tacirlərə icarəyə verilmişdi. Azərbaycanın ipəkçilik mərkəzi olan Şəkinin ipəyi
Rusiya sənayesinə yönəldilmişdi.
Bir sıra əyalətlərdə taxıl ehtiyatının az olmasına baxmayaraq, Rusiya hakim dairələri
Şimali Azərbaycandakı rus qoşunlarının tələbatını yerli əhaliyə ödətdirirdi. Təkcə
1812-ci ildə Şəki və Şirvan


Yüklə 4,85 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə