Azərbaycan tarixi 8


Səfəvi taxt-tacı uğrunda mübarizə



Yüklə 4,85 Kb.
Pdf görüntüsü
səhifə2/45
tarix09.03.2018
ölçüsü4,85 Kb.
#31010
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   45

Şah I Təhmasib Səfəvi taxt-tacı uğrunda mübarizə. 1576-cı ildə Səfəvi şahı I
Təhmasibin ölümündən sonra hakimiyyətə II İsmayıl (1576—1577) gəldi. Lakin sui-
qəsd nəticəsində II İsmayıl öldürüldü. 
Hakimiyyət uğrunda mübarizədən sonra Məhəmməd Xudabəndə (1578—1587)
hakimiyyətə gəldi. 
Məhəmməd Xudabəndənin dövründə mərkəzi hakimiyyət zəiflədi. Dövlət xəzinəsi


boşaldı. Qızılbaş


əmirləri ölkəni istədikləri kimi idarə etməyə
başladılar.
Bu dövlət idarəçiliyində vəziyyəti daha da
gərginləşdirdi. Qızılbaş tayfaları arasında
ziddiyyətlər var idi.
Osmanlı sultanı III Murad (1574—1595) Səfəvi
dövlətində yaranmış vəziyyətdən istifadə
etmək qərarına gəldi.
1578-ci ildə Osmanlı ordusu Amasya
müqaviləsinin şərtlərini pozub Səfəvi
sərhədlərini keçdi. Bununla da Osmanlı—
Səfəvi müharibələrinin ikinci mərhələsi (1578
—1590-cı illər) başladı. İlk döyüşlərdə Səfəvi
qoşunu qalib gəldi. Lakin Osmanlı qoşunu
əlavə qüvvələrlə gücləndirildi. 1578-ci ilin
avqustunda Çıldır gölü yaxınlığındakı döyüşdə
Osmanlı ordusu qalib gəldi. Səfəvilərin
məğlubiyyətinin əsas səbəbləri qüvvələr
nisbətinin Osmanlı qoşununun xeyrinə
olması və qızılbaş tayfaları arasında birliyin
olmaması idi. Bu qələbə osmanlıların
Gürcüstanı işğal etməsinə şərait yaratdı.
Hərbi əməliyyatları davam etdirən Osmanlı
qoşunu Şirvanı ələ keçirdi.
Səfəvilərə qarşı müharibədə Osmanlı
dövlətindən asılı olan Krım xanları da iştirak
edirdilər. Qızılbaşların əsas qüvvələri Şirvanı
azad etmək üçün hərbi əməliyyatlara başladı.
1578-ci ilin noyabrında Ağsu çayı sahilindəki
Mollahəsən adlı yer-
Şah II ismayıl
Səfəvi dövlətinin zəifləməsinin
hansı səbəbləri var idi?
Şah Məhəmməd Xudabəndə 
dövründə kəsilmiş pul


də baş verən döyüşdə qızılbaşlar Krım xanının qoşununu məğlub etdi. Krım xanı əsir
alındı. Hücumu davam etdirən qızılbaşlar Şirvanı azad etdilər. Lakin Dərbəndi geri
almaq mümkün olmadı. Yalnız Səfəvilər dövlətində güclənən daxili çəkişmələr
üstünlüyün yenidən Osmanlı qoşununa keçməsinə səbəb oldu. Şirvan yenidən
osmanlıların əlinə keçdi. 1583-cü ildə Niyazabad yaxınlığındakı döyüşdə qızılbaşlar
qalib gəldilər.
Təbrizin müdafiəsi. 1583-cü ildə osmanlılar yeni qüvvə ilə Çuxursədə hücum
etdilər. Qızılbaş tayfaları arasında çəkişmələr, mərkəzi hakimiyyətə qarşı qiyam
Səfəvilərin qüvvələrini birləşdirə bilməməsinə səbəb oldu. Bu amil Osmanlı
qoşununun işğallarını asanlaşdırdı. 1585-ci ildə Sufiyan döyüşündə qüvvələr bərabər
olmadığı üçün qızılbaşlar geri çəkildi.
Bundan sonra Osmanlı ordusu Təbrizə yaxınlaşdı. Amma dəfələrlə şəhərə hücum
etsələr də, Təbriz əhalisi onları geri çəkilməyə məcbur etdi. Osmanlı əsgərləri yalnız
güclü top atəşlərinin köməyi ilə şəhərə daxil ola bildilər. Hər ev uğrunda şiddətli
döyüş baş verirdi. Şəhər əhalisinin osmanlılara qarşı güclü müqavimətindən
qəzəblənən Osman paşa yeniçərilərə şəhərin qarət olunması haqqında əmr verdi.
Əzəmətli evlər, binalar, məscid və dükanlar qarət olundu, dünyada məşhur olan
Qeysəriyyə bazarı yandırıldı. Lakin Təbriz əhalisinin qəhrəmanlığı osmanlıları ruhdan
saldı. Osmanlı ordusu bir aydan sonra Təbrizi tərk etdi. Qızılbaşlar Təbriz
yaxınlığında iki dəfə Osmanlı qoşununu məğlub etdilər.
Təbriz şəhərinin alınması
dövlətin itisadi və iqtisadi
və siyasi vəziyyətinə necə
təsir edərdi?
Müharibə hər iki tərəf üçün böyük itkilərə səbəb olmuşdu. Ona görə də sülh
danışıqları başlandı. Osmanlı sultanı işğal edilmiş torpaqların onlarda qalması şərti
ilə sülh təklif etdi. Lakin Səfəvi qoşunlarının baş komandanı, şahın oğlu Həmzə Mirzə
Təbrizin Osmanlı dövlətinə verilməsi ilə razılaşmaq istəmirdi. Danışıqlar Həmzə
Mirzənin sui-qəsd nəticəsində öldürülməsi ilə nəticəsiz qaldı. Bundan istifadə edən
Osmanlı qoşunu 1586—1589-cu il-


lərdə hərbi əməliyyatlar nəticəsində Azərbaycanın böyük bir hissəsini işğal etdi.
Ölkənin şərq sərhədlərində də vəziyyət gərginləşmişdi. Səfəvi dövlətinin
zəifləməsindən və Osmanlı ilə müharibə aparmasından istifadə edən Şeybanilər
Xorasanı işğal etmişdilər. Səfəvilər dövləti iki cəbhədə müharibə aparmağa məcbur
idi.
 
Azərbaycan Səfəvi dövləti XVI əsrin sonlarında


Sual və tapşırıqlar
1. XVI əsrin 70-ci illərində Səfəvi dövlətində hansı hadisələr baş verdi?
2. Çıldır döyüşündə qızılbaşların məğlubiyyətinin səbəblərini izah edin.
3. Səfəvi—Osmanlı müharibələrinin ikinci mərhələsi zamanı Səfəvilər hansı əraziləri
itirdilər?
4. Çuxursəd vilayətinin yerini xəritədə müəyyən edin.
5. XVI əsrin 70-ci illərində Səfəvi dövlətinin daxili vəziyyətini təhlil edin.
6. Səfəvi—Osmanlı müharibələrinin mərhələlərinə əsasən təqdimat hazırlayın.
7. Zaman oxunda verilmiş tarixi hadisələri müəyyən edin.


2. TƏNƏZZÜLDƏN QÜDRƏTƏ APARAN YOL
Şah I Abbas Səfəvi dövlətini böhrandan necə çıxardı?
Şah I Abbas
Şah I Abbasın hakimiyyətə gəlməsi. Osmanlı dövləti ilə müharibə XVI əsrin 80-ci
illərində ölkədə siyasi-iqtisadi vəziyyəti pisləşdirmişdi. Dövlətin ərazisinin böyük bir
hissəsi işğal edilmişdi. Belə bir şəraitdə 1587-ci ildə saray çevrilişi baş verdi.
Məhəmməd Xudabəndə hakimiyyətdən kənarlaşdırıldı. Onun oğlu Abbas şah elan
edildi. Şah I Abbas dövlətin varlığını qorumaq üçün ilk növbədə, Osmanlı dövləti ilə
sülh danışıqlarına başladı. Danışıqlar nəticəsində 1590-cı ildə Osmanlı və Səfəvi
dövlətləri arasında İstanbulda sülh müqaviləsi imzalandı. Bu müqavilənin şərtlərinə
əsasən Ərdəbil, Xalxal, Qaracadağ, Zəncan və Lənkəran istisna olmaqla bütün
Azərbaycan torpaqları osmanlılara verildi. Həmçinin Şərqi Gürcüstan və İranın qərb
vilayətləri də Os- manlı dövlətinin nəzarətinə keçdi.
Səfəvi dövlətində gündən-günə ağırlaşan siyasi və hərbi vəziyyət hakimiyyətə
güclü əqidəyə və siyasi mövqeyə malik bir şəxsin gəlməsini tələb edirdi. Bu
şəxs şah I Abbas oldu. 42 il Səfəvi dövlətini idarə etmiş şah I Abbas (1587—
1629) Azərbaycan tarixinin görkəmli şəxsiyyətlərindən biri, şah I İsmayıldan
sonra Səfəvilər sülaləsinin ən tanınmış nümayəndəsi olmuşdur. Avropada onu
«Böyük Abbas» adlandırırdılar.


Yüklə 4,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə