Azərbaycan tarixi 8



Yüklə 4,85 Kb.
Pdf görüntüsü
səhifə9/45
tarix09.03.2018
ölçüsü4,85 Kb.
#31010
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   45

erməni vandalları
tərəfində
dağıdılmışdır)
Tətbiqi incəsənət və memarlıq. XVII əsrdə sənətkarlarımızın hazırladıqları bədii
parça və tikmələr içində saray emalatxanalarında toxunan «ali» və «zərli» adlanan
parçalar əsas yeri tuturdu. Bu tipli parçalar qızılı və gümüşü saplarla toxunduğu
üçün dünya bazarlarında daha baha qiymətə satılır, çox zaman isə qızıla bərabər
tutulurdu (bu cür parçaların tərkibinin 15 faizi xalis qızıl olurdu). Belə toxuma
parçaların saplarını, adətən, toxucular deyil, zərgərlər hazırlayırdılar. Naxışlı
xalçalarla yanaşı, süjetli xalçalar da toxunurdu. Bunlardan ovçuluqla bağlı müxtəlif
kompozisiyalı xalçaları, məişət səhnələrini qeyd edə bilərik.
Bu dövrü araşdırarkən Abşeronda, Şamaxı, Bərdə, İrəvan, Dərbənd, Laçın, Naxçıvan,
Şəki, Lerik, Gəncə, Qəbələ ərazilərində tapılan məzar daşları


Gəncədə Şah Abbas məscidi
üzərində oyulmuş müxtəlif ornament- lərlə (naxışlarla) yanaşı, insan, heyvan, quş
fiqurlarına da rast gəlinir. Bunlarla yanaşı, çoxlu binalar, karvansaralar, hamamlar,
məqbərələr, məscidlər dövr haqqında məlumat toplamağa imkan verir. Dövrümüzə
qədər gəlib çatmış bu tikililərdən biri Suraxanıdakı atəşpərəst abidəsidir. Məbəd
«Atəşgah», yəni «od yeri», «od səcdəgahı» adlandırılmışdır. Gəncədəki Şah Abbas
məscidi XVII əsr Azərbaycan memarlığı üçün səciyyəvi olan qiymətli abidədir.
Abşeron memarlığının nadir incilərindən Nardaranda əhəngdaşından tikilmiş
məscid öz quruluşuna görə simmetrik memarlıq abidəsidir. Məsciddəki daşüstü
yazıdan aydın olur ki, abidə 1663-cü ildə tikilmişdir.
Sual və tapşırıqlar
1. Mədrəsə təhsilinin xüsusiyyətlərini izah edin.
2. XVII əsrdə kitabların qiyməti çox baha idi. Siz kitabların baha olmasını nə ilə
əlaqələndirərdiniz? Fikrinizi əsaslandırın.
3. Bu dövrdə xəttatlığın inkişafı nə ilə bağlı idi?
4. XVII əsrdə Azərbaycanda kitab çapı üçün Avropadan mətbəə avadanlığı
gətirilməsi təşəbbüsünün səbəbləri nə idi?
5. Dövrə aid memarlıq abidələri haqqında təqdimat hazırlayın.
6. Aşıq yaradıcılığı öz yüksəliş dövrünü XVII əsrdə keçirirdi. Bu fikri faktlara əsasən
sübut edin.
7. «XVII əsrdə Azərbaycan mədəniyyəti» cədvəlində müxtəlif sahələrə aid ən mühüm
xüsusiyyətləri yazın.
Təhsil və elm
Ədəbiyyat
İncəsənət və memarlıq
 
 
 


7. XVIII ƏSRİN ƏVVƏLLƏRİNDƏ 
SƏFƏVİ DÖVLƏTİNDƏ SİYASİ VƏZİYYƏT
Səfəvi dövlətində baş verən iqtisadi tənəzzül onun siyasi vəziyyətinə necə təsir
göstərdi?
Səfəvi şahı vəziyyətdən çıxmaq üçün nə tədbir gördü?
Şah Sultan Hüseyn
Şah Sultan Hüseyn (1694—1722), saray əyanları və dövlət məmurları boşalmış
dövlət xəzinəsini doldurmağın yeganə yolunu vergi və mükəlləfiyyətlərin sayını,
həcmini artırmaqda görürdülər. Bu məqsədlə onlar yeni-yeni vergi növləri «ixtira»
edir, vergi toplamaq üsulunu daha da sərtləşdirirdilər. Dövlət işlərindən uzaqlaşan
iradəcə zəif Şah Sultan Hüseyn 1699-cu ildə vergi sistemini «qaydaya» salmaq
məqsədilə 15 yaşına çatmış hər kəsin siyahıya alınması barədə
XVII əsrin sonunda Səfəvi dövlətində dərin iqtisadi tənəzzül davam edirdi.
XVIII əsrin əvvəllərində Azərbaycanda, xüsusilə Şirvanda baş verən quraqlıq
özü ilə dəətli aclıq gətirmişdi. Bu isə bahalığa, bazarlarda qiymətlərin bir
neçə dəfə artmasına səbəb olmuşdu. Buna baxmayaraq, vergilər üç dəfə
artırıldı.


əmr verdi. Əhalinin var-dövləti və əmlakı da siyahıya alınırdı. Siyahıya daxil edilən
şəxslərdən əlavə olaraq yeni vergilər tələb olunurdu.
Şah Sultan Hüseyn boşalmış dövlət xəzinəsini doldurmaq məqsədilə ata-babalarının
Ərdəbildəki məqbərəsində olan qiymətli əşyaları əritməyi və onlardan pul kəsməyi
əmr etmişdi.
Bu fakt əsasında Şah Sultan Hüseyni necə qiymətləndirirsiniz?
Əzab və işgəncələrlə kəndliləri vergi verməyə məcbur edirdilər. Şah hakimiyyətinin
zəiflədiyi bir dövrdə hakim feodallar və bəylər arasında mərkəzi hakimiyyətə tabe
olmamaq meyli güclənirdi.
Dövrün müasiri İ.Q.Herber yazırdı ki, Şirvan hakimləri şahın xəzinəsinə istədikləri
qədər pul göndərirdilər. Bəzi hallarda bəylərbəyilər mərkəzin göstərişi olmadan
vergilərin miqdarını və həcmini artırırdılar.
Bu fakt əsasında Səfəvi dövlətində mərkəzi hakimiyyətin vəziyyətini
qiymətləndirin.
Kortəbii hərəkatın
səciyyəvi xüsusiyyətləri
hansılardır?
XVIII əsrin əvvəllərində Azərbaycanda üsyanlar. Feodal zülmünün həddini
aşması Səfəvi dövlətinin bir çox yeri ərində olduğu kimi, Azərbaycanda da şah üsuli-
idarəsinə və yerli feodallar əleyhinə üsyanların baş verməsinə səbəb oldu.
Azərbaycanda ilk üsyan 1707-ci ildə Car-Balakən bölgəsində alovlandı. Tezliklə qonşu
kəndlərin əhalisi də onlara qoşuldu. Bu, kortəbii kəndli hərəkatı idi.
Dövlətin hakim dairələrinin üsyanı yatırmaq üçün göndərdiyi cəza dəstələri Car
kəndini talan edib yandırdılar.


Yüklə 4,85 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə