Azərbaycan tarixi 8



Yüklə 4,85 Kb.
Pdf görüntüsü
səhifə10/45
tarix09.03.2018
ölçüsü4,85 Kb.
#31010
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   45

* Fətva — bir işi icra etmək üçün din başçısı və ya hökmdar tərəfindən verilən icazə,
hökm
1709-cu ildə Şimali Azərbaycanda — Şirvan
hüdudlarında daha bir silahlı üsyan baş verdi.
1711-ci ildə Car camaatı yenidən silaha əl
atdı. Onlar Şamaxı şəhərinə hücum edib,
Şirvan bəylərbəyinin malikanəsinə od
vurdular.
Bu dövrdə Şirvanın böyük bir hissəsində həm
şah, həm də yerli feodalların zülmünə qarşı
qalxan silahlı üsyan dalğaları geniş vüsət
almaqda idi.
Şirvan üsyanı. 1707—1711-ci illərdə Şirvanda
baş verən üsyanlar İsfahanda — Səfəvi
sarayında böyük həyəcana səbəb oldu. Şirvan
bəylərbəyi döyüş meydanında həlak oldu. Şah
Sultan Hüseyn buraya yeni bəylərbəyi
göndərdi.
1709-cu ildə Qəndəhar şəhərini zəbt edən
əfqan tayfaları mərkəzi hökumətə
Azərbaycanda baş verən üsyanları yatırmağa
macal vermirdi. Səfəvi dövlətinə daxil olan
bütün ölkələri XVIII əsrin əvvəllərində mərkəzi
hakimiyyətə qarşı mübarizə bürümüşdü.
Mərkəzi hakimiyyətə qarşı yönələn üsyanlar,
eyni zamanda xalq kütlələrini istismar edən
yerli feodalların
Hacı Davud
Şirvanın feodal zülmünə qarşı
mübarizə mərkəzinə
çevrilməsinin səbəbini izah
edin.
Hacı Davudun fətvası*. Sənəd


Yerli feodal və ruhani
başçılarının üsyana
rəhbərlik etməsi
hərəkata necə təsir
göstərə bilərdi?
da əleyhinə çevrilmişdi. Lakin yerli feodallar nəinki onlara vurulacaq zərbədən yaxa
qurtara bildilər, əksinə bir sıra hallarda xalq hərəkatından özlərinin hakimiyyət
başına gəlməsi üçün bacarıqla istifadə etdilər. Şirvanda da belə oldu. Şirvanda
üsyana yerli ruhani başçılarından biri olan Hacı Davud rəhbərlik edirdi. Şəxsi
istedadı sayəsində Hacı Davud bütün şimal-şərqi Azərbaycanda əhali arasında
nüfuz qazanmışdı.
Surxay xanın öz
mövqeyini dəyişməsinə
münasibət bildirin.
Hacı Davudun Şirvanda
müstəqil dövlət
yaratmaq niyyətini necə
qiymətləndirirsiniz?
1719-cu ilin sonlarında Səfəvi dövlətinin və yerli hakimlərin qoşunları Şirvanda baş
verən üsyanı yatırmağa nail oldular. Hacı Davud Dərbənd həbsxanasına salındı. Hacı
Davudun ən yaxın müttəfiqi Qazıqumuxlu Surxay xan Dağıstana qaçaraq canını xilas
etdi. Sonradan o şaha xidmət edəcəyinə söz verərək, yüzbaşı rütbəsini aldı və şahın
Dağıstandakı etibarlı adamlarından birinə çevrildi.
XVIII əsrin 20-ci illərində Səfəvi dövləti özünün ən ağır tənəzzül dövrünə qədəm
qoydu. Üsyan etmiş əfqan tayfaları vilayətləri bir-bir ələ keçirir, paytaxta — İsfahana
yaxınlaşırdılar. İsfahan şəhəri mühasirədə olarkən şahzadələrdən biri yaxın
adamları ilə birlikdə dövlətin şimal bölgəsinə qaçdı və burada özünü II Təhmasib adı
ilə şah elan etdi. Ölkənin hər yerində yenidən üsyanlar baş verdi. Azadlıq hərəkatı
Azərbaycanda, xüsusilə Şirvanda daha artıq qüvvə ilə alovlandı. Mərkəzi
hakimiyyətin zəifləməsindən istifadə edən Hacı Davud həbsdən qaçaraq yenidən
Şirvan üsyançılarına başçılıq etməyə başladı və Qazıqumuxlu Surxay xanı muzdlu
qoşunları ilə birlikdə öz tərəfinə çəkməyə nail oldu.


Bu dəfə Hacı Davud qarşısına daha dəqiq məqsəd qoydu: Şirvanda hakimiyyəti ələ
almaq və müstəqil dövlət yaratmaq. Bu məqsədlə Hacı Davud yazılı şəkildə Rusiya
dövlətinə müraciət edib hərbi kömək istədi. Hacı Davudun nəzərdə tutduqları
Rusiyanın hazırladığı planlara uyğun gəlmirdi.
Hacı Davud, əsasən, Qazıqumuxlu Surxay xanın qoşunları və üsyançı dəstələri ilə
Səfəvi dövlətinin Şirvandakı əsas inzibati mərkəzi olan Şamaxını mühasirəyə aldı.
1721-ci ildə üsyançılar şəhəri ələ keçirdilər və qarət etdilər.
Hacı Davud tərəfindən
Şamaxı şəhərinin
tutulması üsyanın
gedişinə necə təsir edə
bilərdi?
XVIII əsrin birinci yarısında Azərbaycanda genişlənən üsyanların feodalizm
dövründə baş verən bir çox ictimai hərəkatlarda olduğu kimi ziddiyyətli tərəfi vardı.
Xalq kütlələrinin kortəbii silaha əl atması çox zaman qarətlə, feodal malikanələri və
yaşayış məntəqələrinin talan olunması, yandırılması ilə nəticələnirdi. Şamaxı şəhəri
alınarkən buradakı zəngin bazarın, karvansaraların, xarici ölkədən gələn tacirlərin, o
cümlədən rus tacirlərinin bir neçə milyonluq malının qarət olunması da bununla
izah edilə bilər.
Nə üçün Osmanlı sultanı
Hacı Davudun
müraciətinə müsbət
cavab verdi?
Şamaxıda qazanılmış qələbədən ruhlanan Hacı Davud öz yürüşünü davam
etdirməyi qərara aldı. Lakin Dərbənd və Bakı qalalarına edilən hücumlar uğursuz
oldu. Hacı Davudun dəstələri Gəncə şəhərini mühasirə etsələr də, şəhəri ala
bilmədilər.
Rusiyanın ona qarşı mənfi münasibətindən xəbər tutan Hacı Davud özünə arxa
tapmaq məqsədilə Osmanlı imperiyasına müraciət etdi. Osmanlı sultanı Hacı
Davudla əlaqə yaratdı. Hacı Davud Osmanlı dövlətindən hərbi kömək istəməklə
bərabər, həmin dövlətin himayəsini də qəbul etməyə vəd verdi.
Osmanlı sultanından müsbət cavab alan Hacı Davud Şamaxıya qayıtdıqdan sonra
Şirvanın hakimi oldu.


Sual və tapşırıqlar
1. XVIII əsrin əvvəllərində Səfəvilər dövlətində baş vermiş böhranın səbəblərini təhlil
edin və cədvəli doldurun.
Siyasi səbəblər
İqtisadi səbəblər
Sosial səbəblər
 
 
 
 
 
 
2. XVIII əsrin əvvəllərində Səfəvi dövlətində xalqın vəziyyətini ağırlaşdıran amilləri
sadalayın.
3. XVIII əsrin əvvəllərində Azərbaycanın hansı bölgələrində Səfəvi zülmü əleyhinə
üsyanlar baş vermişdi?
4. Hacı Davudu üsyan rəhbəri kimi səciyyələndirən keyfiyyətləri qeyd edin.
5. Hacı Davud qonşu dövlətlərin köməyini almaq üçün hansı addımlar atdı? Bu
addımları necə qiymətləndirirsiniz?
6. Zaman oxunda verilmiş tarixlərə aid mühüm hadisələri müəyyən edin.


Yüklə 4,85 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə