Azərbaycan tarixi 8



Yüklə 4,85 Kb.
Pdf görüntüsü
səhifə11/45
tarix09.03.2018
ölçüsü4,85 Kb.
#31010
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   45

8. RUSİYA XƏZƏR DƏNİZİ HÖVZƏSİNƏ 
YÜRÜŞƏ HAZIRLAŞIR
Rusiya dövlətinin Xəzərlə bağlı hansı planları var idi?
Bu planları həyata keçirmək üçün rus çarı I Pyotr hansı addımları atdı?
İsveçlə müharibədə qələbə
qazanması Rusiyaya hansı
dənizə çıxmaq imkanı
yarada bilərdi?
Nə üçün I Pyotr həm
şimalda, həm də cənubda
Rusiya dövləti üçün
dənizlərə çıxışlar əldə etmək
istəyirdi?
Səfəvi dövlətinin ağır günlərində şah Sultan Hüseyn Rusiya dövləti ilə yaxınlaşmağı
qərara aldı. Bu məqsədlə 1713-cü ildə «dostluq və ticarət müqaviləsi» bağlamaq
üçün Peterburqa nümayəndə göndərdi.
Səfəvi dövlətinin Rusiyaya müraciəti I Pyotrun Şərqdə işğalçılıq siyasətinin
fəallaşması dövrünə təsadüf edirdi. Həmin illərdə Rusiya dövləti İsveçlə müharibə
aparırdı. Belə bir şəraitdə cənuba yürüş keçirmək imkanına malik olmayan çar
kəşfiyyat xarakterli tədbirlər görürdü.
I Pyotr Xəzər dənizinin qərb sahillərini öyrənmək məqsədilə Səfəvi dövlətinə özünün
yaxın adamlarından birini — Artemi Volınskini göndərdi.
Azərbaycan öz təbii zənginliyi, xammal ehtiyatı, həmçinin əlverişli strateji-
coğrafi mövqeyi ilə əsrlər boyu qonşu ölkələrin diqqətini özünə cəlb etmişdir.
Bu ölkələrdən biri də Rusiya imperiyası idi. XVIII əsrin əvvəllərində güclü
imperiyaya çevrilmiş Rusiya dövləti Osmanlı imperiyası ilə uğursuz müharibə
aparmış və 1711-ci ildə Prut müqaviləsini imzaladıqdan sonra Qara dənizə
çıxış əldə etməkdəəlini üzərək bütün ümidini Xəzər dənizi hövzəsinə
bağlamışdı.


Artemi Volmski
Elçi kimi İsfahana yola düşən Artemi Volınskiyə I Pyotr, eyni zamanda xüsusi və gizli
göstəriş də vermişdi. Həmin göstərişə əsasən Rusiya dövlətinin elçisi karvan
yollarını, bu yollar boyunca otlaqların olub-olmamasını (bu, süvari qoşunlar üçün
vacib idi), yerli qoşunların müdafiə qurğularının vəziyyətini öyrənməli, burada
xristianlarla əlaqə yaratmalı idi. Artemi Volınskiyə burada rus ticarətinin inkişaf
etdirilməsi imkanlarını öyrənmək də tapşırılmışdı. Həmin müddət ərzində o, I
Pyotrun məxfi göstərişinə əsasən bir çox mühüm məsələlərin həlli ilə məşğul oldu,
dövləti maraqlandıran məlumatları topladı. O, həm də illərdən bəri Şamaxıda
məskən salmış rus tacirlərinin ticarət məsələlərini qaydaya salmağa çalışdı.
Nə üçün rus tacirləri ən
çox Şirvanda məskən
salmışdılar?
I Pyotrun Xəzər dənizinin
topoqrafik xəritəsinin
hazırlanması barədə
tapşırığı nə ilə bağlıdır?
Bunun Azərbaycan üçün
müsbət və mənfi tərəfləri
hansılardır?
I Pyotrun bu sahədəki tədbirlərindən biri Xəzərin qərb sahillərini topoqrafik
baxımdan dəqiq öyrənməkdən ibarət idi. O bu məqsədlə Xəzər dənizinə ekspedisiya
göndərdi. Dövrün səviyyəsinə uyğun tərzdə aparılan tədqiqat işləri nəticəsində
tərtib olunmuş xəritəyə əsasən Xəzər dənizinin bütün qərb sahilləri dəqiqliklə
köçürülmüş, sahil sularının dərinliyi və dənizdəki su axınının istiqaməti, limanlar,
buxtalar, sualtı qayalar öyrənilmişdi.
I Pyotrun qarşıdakı hərbi yürüş üçün hazırladığı tədbirlərdən biri Şirvanda rus
konsulluğunu açmaq təşəbbüsü idi. Lakin şah hökuməti buna qəti etiraz etdi. Uzun
mübahisə və götür-qoydan sonra rus tacirlərinin əksəriyyətinin arzu və marağı
nəzərə alınaraq Şamaxıda Rusiya konsulluğunun açılması qərara alındı.


Bakı körfəzində ekspedisiya üzvləri üç ada müşahidə etdilər. Bu adalardan ikisi öz
görünüşünə görə Baltik dənizindəki Revelin yaxınlığındakı iki adanı — Nargini və
Vulfu xatırladırdı. Buna görə də ekspedisiya həmin adaları «Nargin» və «Vulf» adı ilə
xəritəyə saldı. Üçüncü adaya onlar «Pesçanı» («Qumlu») adını verdilər. Xəzər
dənizinin Azərbaycan sahillərini öyrəndikdən sonra ekspedisiya cənub istiqamətində
irəliləyərək dənizin Astrabad körfəzinədək sahillərini də xəritəyə əlavə etdi.
«Şamaxı ekspedisiyası». İstanbulda Hacı Davudla sultan III Əhməd arasında
aparılan danışıqlar I Pyotr hökumətini xeyli narahat etdi. Şirvana Osmanlı
qoşununun yeridilməsi təkcə Rusiyanın cənub sərhədlərini təhlükə altına salmırdı.
Bu, eyni zamanda onun şərq ticarətinə də ağır zərbə endirə bilərdi. Bütün bunlar I
Pyotru Xəzər dənizi hövzəsinə doğru yürüşə tələsməyə
 
Xəzər dənizinin I Pyotrun tapşırığı ilə hazırlanmış xəritəsi


Rusiyanın Cənubi
Qafqazda öz
planlarını həyata
keçirməsinə kömək
və mane olan amilləri
xarakterizə edin.
vadar etdi. Məhz buna görə də I Pyotr Şirvanda qalxan xalq azadlıq hərəkatını
boğmaq, guya, onunla dostluq münasibətində olan şaha kömək etmək bəhanəsi ilə
Şirvana qoşun çəkməyi qərara aldı.
Rusiya imperatorunun Şərq siyasətində şimal-şərqi Azərbaycan mühüm əhəmiyyət
kəsb edirdi. Hətta Şirvan üsyanından əvvəl Peterburqda qarşıdakı yürüş barədə
tərtib olunmuş sənədlərdə bu yürüş «Şamaxı ekspedisiyası» adlanırdı. Şirvan üsyanı
qələbə çaldıqdan sonra I Pyotr həm yürüşün adını, həm də istiqamətini dəyişdirməli
oldu. I Pyotr ehtiyatlanırdı ki, Səfəvi dövlətində mərkəzi hakimiyyətin zəifləməsindən
istifadə edən Osmanlı imperiyası Cənubi Qafqaza qoşun yeritməklə bu yerləri alar
və beləliklə, Rusiyanın Qafqaz siyasətinin həyata keçirilməsinə mane olar. Ona görə
də yürüş yubadıla bilməzdi.
I Pyotrun «Bəyannamə»si
Bu zaman Səfəvilərin paytaxtı İsfahan əfqan tayfaları tərəfindən mühasirəyə alındı.
Peterburqda qorxurdular ki, Osmanlı dövləti Səfəvi dövlətinin tənəzzülündən
istifadə edib Rusiyadan əvvəl Xəzərboyu vilayətləri ələ keçirər. Qəti addım atmazdan
əvvəl I Pyotr Xəzərboyu əyalətlərin sakinləri arasında yürüşün səbəbini doğrultmaq
məqsədilə 1722-ci. ildə «Bə-


Yüklə 4,85 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə