Azərbaycan tarixi 8



Yüklə 4,85 Kb.
Pdf görüntüsü
səhifə3/45
tarix09.03.2018
ölçüsü4,85 Kb.
#31010
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   45

1590-cı il İstanbul
müqaviləsinin şərtləri
Həmzə Mirzənin
bağlamaq istədiyi
müqavilədən nə ilə
fərqlənirdi?
Süvarilərin bayraqdarı
Şah I Abbas nə üçün
islahatlarına, ilk
növbədə, bu
tədbirlərdən başladı?
1590-cı il İstanbul müqaviləsi Səfəvilərin imzaladığı ilk ən ağır şərtli sülh müqaviləsi
idi. Azərbaycan Səfəvi dövləti ərazisinin böyük bir hissəsini itirdi. Bundan sonra şah I
Abbas ölkədə siyasi sabitlik yaratmaq üçün tədbirlər görməyə başladı.
Şah I Abbas 1593-cü ildə Ərdəbil, Zəncan, Xalxal, Qaracadağ və Lənkəran vilayətləri,
Qızılüzən və Kür çayları arasında yerləşən geniş əraziləri Azərbaycan
bəylərbəyiliyində birləşdirdi. Bəylərbəyiliyin «Azərbaycan qoşunu» adlı xüsusi hərbi
dəstəsi vardı. Bununla da şah I Abbas Azərbaycanın dövlətçilik ənənələrini qorudu.
Mərkəzi hakimiyyətin güclənməsi. Şah I Abbas osmanlılarla sülh bağladıqdan
sonra sabitlik yarandı. Səfəvilərin itirilmiş torpaqlarını geri almaq, dövlətin sarsılmış
qüdrətini bərpa etmək məqsədilə islahatlara başlandı. İslahatlar, əsasən, hərbi və
inzibati sahələrdə aparıldı. İlk tədbirlərdən biri kimi şah I Abbas mərkəzi hakimiyyətə
qarşı çıxan hərbi-köçəri qızılbaş əyanlarını cəzalandırdı. Qızılbaş tayfa başçılığında
irsilik prinsipi ləğv olundu. Bu tədbirlər ölkə daxil ində siyasi sabitliyin bərpa
olunmasına və mərkəzi hakimiyyətin nüfuzunun artmasına xeyli kömək etdi.
Hərbi islahat. Şah I Abbasın islahatlarına qədər Səfəvilər dövlətində daimi nizami
ordu yox idi. Ordu Azərbaycan (qızılbaş) tayfalarının qeyri-nizami süvari


dəstələrindən ibarət idi. Tayfa başçıları bəzən vahid komandanlığa tabe olmur,
müstəqil hərəkət edirdilər. Zəif nizam-intizam və tayfalararası ədavət Səfəvi or-


Tüfəngçi
dusunun döyüş qabiliyyətini aşağı salırdı. Odlu silahdan geniş istifadə edilmirdi.
Səfəvi ordusunun əvvəlki qüdrətini qaytarmaq üçün orduda köklü islahatlar
aparmaq lazım idi. Şah I Abbas Səfəvi ordusunu yenidən qurdu. O, Osmanlı
dövlətinə qarşı uğurlu müharibə aparmaq üçün odlu silaha malik nizami ordu
yaratdı. Bu ordu mərkəzi hakimiyyəti möhkəmləndirmək üçün də səmərəli idi. Hərbi
islahat nəticəsində qoşun tayfa müxtəlifliyi prinsipi əsasında təşkil edildi və müxtəlif
qoşun növləri yaradıldı.
İnzibati sahədə də bir sıra dəyişikliklər edildi. Azərbaycan bəylərbəyiliyinin təşkili ilə
başlanan islahat nəticəsində 1598-ci ildə dövlətin paytaxtı İsfahana köçürüldü.
Burada özünə dayaq yaratmaq üçün şah I Abbas Azərbaycanın müxtəlif
vilayətlərindən əhali köçürüb gətirdi. Həmin dövrdə Azərbaycan dili yenə də orduda
və sarayda üstünlük təşkil edir, diplomatik sənədlərdə bu dildən istifadə edilirdi.
Şah I Abbasın xarici siyasəti. Şah I Abbas tərəfindən keçirilən islahatlar mərkəzi
hakimiyyətin xeyli qüvvətlənməsinə, Səfəvi dövlətinin öz keçmiş qüdrətini bərpa
etməsinə şərait yaratdı. Şah Avropanın qüdrətli dövlətləri — Müqəddəs Roma
imperiyası, İngiltərə, Fransa, İspaniya və Rusiya ilə diplomatik əlaqələri
genişləndirmək məqsədilə danışıqlar aparırdı. Diplomatik əlaqələrin əsasında hər iki
tərəfin siyasi və iqtisadi maraqları dayanırdı. Bu, Səfəvi


 
Səfəvi topları
Səfəvi ordusu odlu
silahının olmaması
üzündən hansı böyük
məğlubiyyətlə
üzləşmişdi?
dövlətinin beynəlxalq nüfuzunun artmasına təsir göstərdi.
XVI əsrin sonlarında Səfəvi dövlətinin xarici siyasəti qarşısında mühüm vəzifələri həll
etmək dayanırdı. Bu siyasətin əsas məqsədi dövlətin ərazi bütövlüyünü təmin etmək
idi. Bunun üçün Xorasanı Şeybanilərdən geri almaq, osmanlıların işğal etdikləri
torpaqları azad etmək, İran
 
İsfahanda Şah Abbas məscidi


körfəzində mühüm liman olan Hörmüzü* Portuqaliyadan geri almaq və onun
buradakı hegemonluğuna son qoymaq lazım idi. Ərazi bütövlüyünün bərpası
istiqamətində ilk addım dövlətin şərq sərhədlərində atıldı. 1599-cu ildə Şeybanilər
məğlub edildi və Xorasan geri qaytarıldı.
Azərbaycan tarixçisi, şairi və ictimai xadimi Abbasqulu ağa Bakıxanov məşhur
«Gülüstani-İrəm» əsərində yazır: «Müdrik dövlət idarəçiliyi və quruculuq işləri ilə
şöhrət qazanan Şah Abbas elə mülki və hərbi qayda-qanunlar qoyub gedib ki, indi də
onlardan istifadə edilir. ... Şah Abbas o qədər ictimai binalar ucaldıb ki, Şərqin heç bir
hökmdarı bu barədə onunla ayaqlaşa bilməz. Bütün Fars və Cənubi Qafqaz diyarı
boyunca şəhərlərdə tikilən məscid və məktəblər, düzəngahlarda salınan karvansara və
su kəmərləri onun nəcib əməllərindən hələ uzun zaman soraq verəcəkdir. Şah Abbas
öz dövründə yaşamış bütün şair və alimlərlə dostluq etmiş, özü də indiyə qədər yüksək
qiymətləndirilən şeirlər yazmışdır».
Sual və tapşırıqlar
1. 1590-cı il İstanbul müqaviləsinə əsasən hansı Azərbaycan torpaqları osmanlılara
verildi?
2. Şah I Abbas 1593-cü ildə Azərbaycan adlı bəylərbəyilik yaratmaqla hansı məqsədi
güdürdü?
3. Şah I Abbasın hansı tədbirləri mərkəzi hakimiyyəti möhkəmlətməyə kömək etdi?
4. Şah I Abbasın hərbi islahatı nəticəsində hansı hərbi hissələr yaradıldı?
5. XVI əsrin sonunda Səfəvilərin qarşısında xarici siyasət sahəsində hansı vəzifələr
dururdu?
6. Səfəvilər Osmanlı dövlətinə qarşı hansı Avropa ölkələri ilə əlaqələr yaratmışdılar?
7. Mənbəyə əsasən şah I Abbasın hökmdar kimi siyasətini səciyyələndirin. Onun
siyasi, iqtisadi və mədəni sahələrdəki xidmətlərini cədvəldə qruplaşdırın.
Siyasi
İqtisadi
Mədəni
 
 
 
8. Şah I Abbasın hərbi islahatlarına aid cədvəl tərtib edin.
9. Zaman oxunda verilmiş tarixlərə aid mühüm hadisələri müəyyən edin.


Yüklə 4,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə