Azərbaycan tarixi 8



Yüklə 4,85 Kb.
Pdf görüntüsü
səhifə40/45
tarix09.03.2018
ölçüsü4,85 Kb.
#31010
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   45

 
I Rusiya-Qacarlar müharibəsi. Rəssam Frans Rubo
Ruslar iyulun 27-də Zəyəm yaxınlığındakı Qacarlar ordusunun düşərgəsinə hücum
etdilər. Qacar qoşunları 1805-ci ilin yayında hərbi əməliyyatlar nəticəsində
Azərbaycanda mövqelərini möhkənləndirdilər. Şirvan, Bakı və Quba xanları
Qacarlara tabe oldular.
Sual və tapşırıqlar
1. Azərbaycanın hakim dairələrinin Rusiya və Qacarlar dövlətlərinə olan
münasibətini araşdırın.
2. Üçkilsə və Qəmərli döyüşlərini müqayisə edin.
3. Kürəkçay müqaviləsinin şərtlərinə uyğun cədvəl qurun.
4. 1805-ci ilin hərbi əməliyyatlarına aid sxem qurun.
5. Mətnə əsasən Rusiya—Qacarlar müharibəsində Azərbaycan xalqının məruz
qaldığı zorakılıq və ədalətsizliyi müzakirə edin.
6. Zaman oxunda verilmiş mühüm hadisələri müəyyən edin.


25. İŞĞAL DAVAM EDİR
Mustafa xan öz torpaqlarını müdafiə edə bildimi?
Onun bu cəhdi nə ilə nəticələndi?
Mustafa xanın mövqeyinə
münasibət bildirin.
Şamaxı xanlığının Rusiyaya tabe edilməsi. Hələ Qarabağ və Şəki xanlıqları ilə
müqavilələr bağlanan dövrdə Sisianov şirvanlı Mustafa xandan da Rusiyanın
hakimiyyətini qəbul etməyi tələb etmişdi. Şamaxı xanı Mustafa xan illik bac
verməkdən boyun qaçırır, daxili idarəçilikdə özünün müstəqilliyi barədə təminat və
özünə daimi məvacib təyin olunmasını tələb edirdi. Sisianov isə bu tələbləri qəbul
etmirdi. Danışıqların heç bir nəticə verməyəcəyinə əmin olduqdan sonra o, 1805-ci
ilin noyabrında indiki Mingəçevir yaxınlığında Kürü keçərək Şamaxıya doğru yeridi.
Rus qoşunlarının yaxınlaşdığını eşidən Mustafa xan təbii qala və möhkəm sığınacaq
olan Fit dağında mövqeyini möhkəmləndirdi. Sisianov qoşunlarını Şamaxının lap
yaxınlığına çəkməyə başladı. Rus qoşunları Fit dağına yaxınlaşdı. Öz vəziyyətinin
çıxılmazlığını görən xan Rusiya təbəəliyinə keçməyə razı oldu. Mustafa xanla
Sisianov arasında müqavilə imzalandı.
Qarabağ və Şəki xanlıqlarının Rusiyanın hakimiyyəti altına keçməsi haqqındakı
müqavilələrlə eyni olan bu müqavilədə rus qoşunlarının mütləq Şamaxıda
yerləşdirilməsindən danışılmırdı. Şamaxı xanlığının illik bacı 7 min çervon
məbləğində müəyyən -
Qacarların qoşunları Şamaxı, Bakı və Quba xanlıqlarında yerləşmişdi. Bu vəziyyət
Sisianovu qəzəbləndirir, daha qətiyyətli tədbirlər görməyə sövq edirdi. Onun
işğalçılıq planlarında növbəti hədəf Şamaxı xanlığı idi. Şamaxı xanı Mustafa xan
isə öz torpaqlarını müdafiə etməkdə qərarlı idi.


Rusiyanın Şamaxı və
Qarabağ xanlıqları ilə
bağladığı müqavilələrin
fərqi nədə idi?
ləşdirildi. Şamaxı xanlığı öz ərazisindən keçən karvanların təhlükəsizliyini təmin
etməyə borclu idi. Xan, həmçinin Kür sahilində — Cavadda möhkəmləndirilmiş rus
məntəqəsinin tikilməsinə icazə verməyə razılaşırdı.
Azərbaycanın ən iri xanlıqlarından biri olan Şamaxı xanlığı digər xanlıqlar arasında
mərkəzi mövqe tuturdu, böyük iqtisadi, siyasi və hərbi-strateji əhəmiyyətə malik idi.
Çar Rusiyası bütün Şimali Azərbaycanın ələ keçirilməsi üçün Şamaxı xanlığının tabe
edilməsinə çox əhəmiyyət verirdi.
Bakının işğal olunması. Sisianovun növbəti hədəfi Bakı xanlığı idi. 1805-ci ildə
Ənzəli və Rəşti ələ keçirə bilməyən rus donanması Bakıya yaxınlaşdı. 1806-cı ilin
fevralında Sisianovun da qoşunları Bakıya hücum etdi. Xanlığın strateji məntəqələri
ələ keçirilmişdi.
Sisianov Bakı xanı Hüseynqulu xana müqavilə layihəsi göndərdi. Müqavilə Bakının
Rusiya tərəfindən işğal edilməsini, xanlığın bütün gəlirlərinin Rusiya xəzinəsinə
göndərilməsini özündə əks etdirirdi. Bakı xanı da digər xanlar kimi müəyyən
məbləğə maaş alacaq, xarici və daxili siyasətdən məhrum ediləcəkdi.
Hüseynqulu xan rusların təklif etdiyi şərtləri qəbul etdiyini və Sisianovla şəxsən
görüşmək istədiyini bildirdi. O, Bakının açarlarını şəxsən təqdim etmək bəhanəsi ilə
qəddar Sisianovla görüşə nail oldu.
Sisianovun
cəzalandırılmasına
münasibət bildirin.
Görüş zamanı Hüseynqulu xanın əmisi oğlu İbrahim bəy Sisianovu öldürdü.
Sisianovun ölüm xəbəri rus qoşunlarının Bakıdan çəkilməsinə səbəb oldu. Rus
gəmiləri Sarı adasına, oradan da Qızılyara çəkildi.
1806-cı il iyunun 22-də Dərbənd işğal olundu. Rus donanması Bakıya üz tutdu.
General Bulqakov əhaliyə müraciət göndərdi. Müraciətdə əhaliyə toxunmamaq vəd
olunurdu. Artıq müqavimət göstərməyin mənasız olduğunu görən Hüseynqulu xan
Qacar sarayına getdi. 1806-cı il oktyabrın 3-də Bakı, ayın sonunda isə Quba işğal
olundu.


 
İşğalçı general Sisianovun öldürülməsi
Rusiya—Osmanlı müharibəsinin başlanması. Lənkəran, Naxçıvan və İrəvan
xanlıqları istisna olmaqla Araz çayından şimaldakı Azərbaycan torpaqları Rusiya
tərəfindən işğal olunmuşdu. Rusiya Qacarlarla müharibəyə son qoymağa çalışırdı.
Çünki Rusiya dövlətinin beynəlxalq vəziyyəti gərgin idi.
Fransa və İngiltərənin təhriki ilə Osmanlı dövləti müharibəyə hazırlaşırdı. Cənubi
Qafqazda Rusiyanın işğalçı siyasəti Osmanlı dövlətini narahat edirdi. Rusiya isə
yaxınlaşan müharibədə özünə müttəfiq axtarırdı. Bunun üçün Qacarlarla sülh
bağlamağa, hətta Qacarları Osmanlı dövlətinə qarşı müharibəyə sövq etməyə
çalışırdı.
1806-cı ilin oktyabrında Rusiya qoşunları Osmanlı sərhədini pozaraq ölkənin
içərilərinə doğru 20—30 km irəlilədilər. Rusiya çarı bununla müharibəni Qafqaz
cəbhəsindən uzaqlaşdırmağa çalışırdı.
Qərbi Avropa dövlətlərindən kömək alan Osmanlı dövləti 1806-cı ilin sonunda
Rusiyaya müharibə elan etdi.
Müharibə bir neçə cəbhədə gedirdi. 1807-ci ildə Azərbaycanın qərbində Gümrü
yaxınlığında qanlı döyüşdə ruslar osmanlılara


Yüklə 4,85 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə