Azərbaycan tarixində yüzlərcə parlaq şəxsiyyət olmuşdur



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/129
tarix14.03.2018
ölçüsü2,8 Kb.
#31427
1   2   3   4   5   6   7   8   9   ...   129

10 
 
bütün  massaget  ordusu  cəmləşib.  Əslində  isə  massagetlərin  əsas  qüvvələri  Əhəməni 
ordusunun  sağında  və  solunda  cəmləşmişdilər.  Əhəməni  qoşunu  sərhəddən  uzaqlaşdıqdan 
sonra massagetlərin bu qoşunları hücuma keçərək II Kirin ərzaq və su ehtiyatlarını məhv edir, 
onun öz ölkəsi ilə əlaqələrini tam kəsir.
 
Təhlükəni  başa  düşən  II  Kir  müharibəni  tezliklə  bitirmək  qərarına  gəlir.  Onun 
qoşunları irəli atılır və massaget ordusunun birinci hissəsinə çatır. Döyüş zamanı massaget 
döyüşçülərinin  əksəriyyəti  və  onların  başçıları  -  Tomrisin  oğlu  həlak  olur.  Lakin  onlar 
vəzifələrini  yerinə  yetirmişdilər:  düşmən  ordusu  öz  ölkəsindən  xeyli  uzaq  düşmüş  və 
mühasirəyə alınmışdı. Oğlunu itirmək Tomris üçün nə qədər ağır olsa da, o, ordusunda ruh 
düşkünlüyü yaranmaması üçün bunu biruzə verməməyə çalışır.
 
Massaget  qoşunları  II  Kirin  ordusunu  sağdan  və  soldan  dövrəyə  alır.  Geriyə 
qayıtmağa  çalışan  II  Kirin  ordusu  ilə  massagetlərin  arasında  ağır  döyüş  baş  verir. 
Massagetlər  torpaqlarını,  vətənlərini  qoruduqlarını  anladıqları  üçün  böyük  rəşadətlə 
vuruşurlar. Üstəlik, onlar həlak olmuş yoldaşlarının qisasını almağa can atırlar. İşğal məqsədi 
ilə  Azərbaycana  gəlmiş  Əhəməni  döyüşçüləri  isə  canlarını  xilas  edib  Arazı  keçməyə 
çalışırlar. Sayca az, lakin mənəvi baxımdan üstün olan, qələbə ruhu ilə yaşayan massagetlər 
qalib gəlirlər. Əhəməni qoşunları darmadağın edilir, II Kir öldürülür. 
Döyüşdən  sonra  Tomris  II  Kirin  cəsədini  tapdırır  və  onun  boynunu  vurdurur. 
Tomrisin  əmri  ilə  II  Kirin  kəsilmiş  başı  qanla  dolu  çuvala  atılır  və  bu  zaman  o,  məşhur 
kəlamını deyir: "Sən qan içməyə gəlirdin. Doyunca iç".
 
Tomris  və  onun  döyüşçüləri  böyük  qurbanlar  hesabına  olsa  da  torpaqlarını 
düşmən tapdağına vermirlər.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


11 
 
E.ə. IV  əsrin 30-cu illərində  bütün Şərqdə 
yeni  fateh - Makedoniyalı İsgəndər güclü  ordu ilə 
Əhəməni İran dövlətinə  qarşı  hücuma   keçmiş və 
bir  neçə döyüşdə bu dövlətin qoşunlarını sarsıdıcı 
məğlubiyyətə  uğradaraq,  Şərqə  doğru  yürüşünü  
davam  etdirmişdir.  İsgəndər  qısa  müddət  ərzində 
Aralıq  dənizinin  Hind    çayına    qədər  ərazilərini 
zəbt    etmişdir.  Bütün  Şərq  hökmdarları  arasında 
təkcə  Atropat    adlı  şəxs  onunla  dil  tapa  bilmişdir. 
Vaxtilə 
Əhəmini 
qoşunları 
ilə 
birgə  
makedoniyalılara  qarşı  vuruşmasına  baxmayaraq, 
İsgəndər    onu  yerli  hakim  kimi  tanımış  və  onun 
iran  torpaqlarına,  indiki  Cənubi  Azərbaycan 
ərazisinə  toxunmamışdır.  Atropat    öz  torpaqlarını 
iqtisadi  və  mədəni  baxımdan  inkişaf    etdirmişdir. 
E.ə.  323-cü    ildə  İsgəndər  vəfat  edəndə  və  onun 
dövləti  parçalananda  Atropat  öz  dövləti  – 
Atropatenanın müstəqilliyini bəyan edir və tezliklə 
Atropatena regionun ən qüdrətli  dövlətinə çevrilir.  
Azərbaycan  tarixinə  Atropat  çətin  tarixi 
şəraitdə  müstəqillik  qazanmış  hökmdar  və 
mərkəzləşmiş  dövlət  tərəfdarı  olan  siyasi  xadim 
kimi daxil olmuşdur. 
 
Atropat 
(e.ə. VI əsr) 
Atropat  adının  kökü  "Ater",  yəni  "od,  alov"  deməkdir.  Atropat  Kiçik 
Midiya  adı  ilə  tanınan  Cənubi  Azərbaycanda  zadəgan  ailəsində  dünyaya  göz 
açmışdır.  Midiya  adı  ilə  e.ə.  672  -  550-ci  illərdə  mövcud  olmuş  möhtəşəm  bir 
dövlət  tanınır.  Bu  dövlətin  ərazisi  Araz  çayından  İran  körfəzinədək,  Kiçik 
Asiyadan  indiki  Əfqanıstanadək  uzanırdı.  Onun  Kiçik  Midiya  adlanan  hissəsi 
dövlətin  mərkəzi  olan  Cənubi  Azərbaycana  aid  idi.  E.ə.  550-ci  ildən  başlayaraq 
Əhəməni  dövləti  Midiyanı  əvəz  etdi,  əvvəlki  kimi  Kiçik  Midiya  adlanan  Cənubi 
Azərbaycan  bu  dövlətin  tərkibinə  qatıldı.  Əhəmənilərin  Şimali  Azərbaycanı  zəbt 
etmək məqsədlərinin qarşısı Tomrisin başçılığı ilə massagetlər tərəfindən alındı. 
Döyüşçü kimi fərqləndiyi üçün Atropat dəstə başçısı təyin edilir və hərbi 
vəzifələrlə tədricən daha  yüksək pillələrə qalxırdı. E.ə. IV  əsrin 30-cu  illərində o, 
Kiçik Midiyanın satrapı təyin edilir. "Satrap" anlayışı "canişin" mənasını verməklə 
vilayət  başçısı  demək  idi.  Vilayətin  bütün  qanunverici,  icraedici,  məhkəmə 


12 
 
hakimiyyəti  satrapın  əlində  idi,  üstəlik,  o,  vilayətin  qoşunlarının  başçısı  və  bəzən 
də  dini  başçısı  hesab  edilirdi.  Bu  zaman  Kiçik  Midiyada  atəşpərəstlik  yayılmışdı. 
Atropatın  vilayəti  digər  vilayətlərə  nisbətən  daha  sabit  idi  və  iqtisadi  baxımdan 
inkişaf  etmişdi.  İri  quldarları  itaət  altına  alan  Atropat  əhalini  vergilərlə  incitməyə 
imkan  vermir,  ədalətsizliklərin  qarşısını  alır,  ölkədə  sənətkarlıq  və  ticarəti  inkişaf 
etdirirdi. Onun nüfuzu təkcə Kiçik Midiyada deyil, həm də Arazdan şimalda, indiki 
Şimali  Azərbaycanda  da  böyük  idi.  Atropatın  qoşunlarında  döyüşçü  qadınlardan 
ibarət  Arazın  şimalından  toplanmış  xüsusi  dəstə  var  idi  ki,  bu  dəstənin 
döyüşçülərinə Avropa müəllifləri "amazonka"lar deyirdilər. 
Əhəməni dövlətinin başçısı III Dara  dövlətin bütün  varidatını özünün  və 
əyanlarının əyləncələrinə sərf edir, təmtəraqlı saraylar və imarətlər tikdirirdi. Artan 
xərcləri ödəmək üçün o, vergiləri artırırdı. E.ə. 336-cı ildə Makedoniyalı İsgəndər 
Əhəməni  dövlətinə  hücum  edəndə  III  Daranın  əmri  ilə  Atropat  başqa  satraplarla 
bərabər  düşmənə  qarşı  vuruşa  gedir.    Qranik    və  İss    döyüşlərində  Əhəməni 
qoşunları  məğlub  olsalar  da,  Atropat  özünü  bacarıqlı  sərkərdə  və  merd  döyüşçü 
kimi  göstərir.  E.ə.  331-ci  ildə  həlledici  Qavqamela  döyüşünə  o  öz  qoşunları  ilə 
bərabər. Arazdan şimalda  yerləşən alban, sak,  massaget tayfalarının döyüşçülərini 
aparmışdı.  Atropatın  başçılıq  etdiyi  dəstələr  düşmənin  bir  cinahını  əzir,  lakin  III 
Daranın  qorxaqlığı  və  vaxtından  əvvəl  döyüş  meydanını  tərk  etməsi  nəticəsində 
döyüş  məğlubiyyətlə  başa  çatır.  Xəzərin  cənub  sahillərinə  çatdıqda  III  Dara 
silahdaşlarından biri tərəfindən öldürülür və beləliklə, Əhəməni imperiyası süquta 
uğrayır. Yeni dövlət - Makedoniya imperiyası formalaşmağa başlayır. 
Makedoniyalı İsgəndərin qoşunları Kiçik Midiyaya çatdıqda onun Atropat 
barəsində  fikri  mənfi  idi.  Belə  ki,  Atropat  Əhəmənilərin  satrapı  olmuş,  onlara 
xidmət  etmiş,  neçə-neçə  makedoniyalı  döyüşçünü  öldürmüşdü.  Bu  zaman  dağ 
vilayətlərində  olan  Atropat  gizlənib  canını  qurtara  bilərdi.  Lakin  o,  qırılmaq 
təhlükəsi  ilə  üzləşmiş  xalqını  xilas  etmək  qərarına  gəlir.  Kiçik  bir  dəstə  ilə  o, 
Makedoniyalı  İsgəndərin  hərbi  düşərgəsinə  gəlir  və  cəzasını  çəkməyə  hazır 
olduğunu bildirir. Tarixdə ədalətli hökmdar kimi tanınan Makedoniyalı İsgəndər bu 
hərəkətdən  heyrətlənir.  O  başa  düşür  ki,  Atropat  əslində  vətənpərvər  hökmdar  və 
qorxmaz  insandır.  İsgəndər  Atropata  toxunmur  və  Kiçik  Midiyaya  qoşun 
yeritmədən Şərqə doğru yürüşünü davam etdirir. 
İsgəndər  tərəfindən  Kiçik  Midiyaya  satrap  təyin  olunmuş  Atropatın 
adamlarından biri ölkəni idarə edə bilmir, iqtisadiyyat dağılır, insanların narazılığı 
artır, quldur və  canilərin  sayı artır. Vəzifədən  kənarlaşdırılan, lakin  xalq arasında 
böyük  nüfuza  malik  olan  Atropat  quldur  dəstələrini  məhv  edir.  E.ə.  328-ci  ildə 
İsgəndərlə  Atropat  görüşürlər  və  İsgəndər  onu  yenidən  Kiçik  Midiyanın  satrapı 
təyin  edir.  Vilayətin  vəziyyətini  sabitləşdirəcəyinə  söz  verən  Atropat  Kiçik 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə