Azərbaycan tarixində yüzlərcə parlaq şəxsiyyət olmuşdur



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/129
tarix14.03.2018
ölçüsü2,8 Kb.
#31427
1   2   3   4   5   6   7   8   9   ...   129

13 
 
Midiyaya  Makedoniya  qoşunlarının  yeridilməməsini  xahiş  edir  və  İsgəndər 
bununla razılaşır. 
Bir  sıra  tədbirlər  nəticəsində  Atropat  iqtisadiyyatı  bərpa  edir.  Çay 
vadilərində,  Urmiya  gölü  ətrafında  yerləşən  torpaqlarda  əkinçilik,  bağçılıq  və 
üzümçülük inkişaf edir. Dağ ərazilərində yaylaq maldarlığı yayılır, mal-qara və at 
ilxılarının sayı günü-gündən artır. Dəmir, qızıl, gümüş, mis yataqlarının işlənməsi 
genişləndirilir,  "Midiya  yağı"  adı  ilə  tanınan  neft  uzaq  ölkələrə  göndərilirdi; 
neftdən  çıraqlarda  və  hərb  işində  istifadə  edilirdi.  Qazaka,  Fraaspa,  Fanaspa, 
Aqnazana,  Vera  şəhərləri  regionun  on  iri  sənətkarlıq  və  ticarət  mərkəzləri  kimi 
tanınırdı.  Bu  baxımdan  Atropatın  iqamətgahı  yerləşən  Qazaka  şəhəri  xüsusilə 
fərqlənmişdi.  Arxeoloji  qazıntılar  nəticəsində  müəyyən  edilmişdir  ki,  sənətkarlar 
yüksək keyfiyyəti ilə seçilən silahlar, metal və gil qablar, parçalar, bəzək əşyaları 
və  s.  düzəldirdilər.  Vilayətdə  Makedoniyalı  İsgəndərin  pul  sikkələri  geniş  istifadə 
edilirdi. 
Qədim  müəlliflər  Strabon,  Plutarx,  Ptolemey  və  digərləri  Atropatın 
mədəni  inkişafa  böyük  diqqət  yetirməsini  xüsusi  qeyd  edirlər.  Sonrakı  dövr 
müəllifləri Kiçik Midiya  əhalisinin azəri dilində  danışdığını qeyd edir,  yazıda  isə 
yunan yazılarından istifadə etmələrini xəbər verirlər. 
E.ə.  323-cü  ildə  Makedoniyalı  İsgəndər  vəfat  edir  və  onun  imperiyası 
parçalanmağa başlayır. Atropatın güclü ordusu peşəkar döyüşçülərdən və bacarıqlı 
sərkərdələrdən  ibarət  idi.  Arazdan  şimalda  yaşayan  tayfalarla  yenidən  əlaqələri 
genişləndirən  Atropat  hərbi  qüdrətini  daha  da  artırır.  Bütün  görülmüş  tədbirlər 
nəticəsində Atropat Kiçik Midiyanı tabe etməyə çalışan makedoniyalıların qarşısını 
ala bilir. 
Öz  mövqelərini  gücləndirdikdən  sonra  o,  Kiçik  Midiyanı  "Atropatena 
dövləti"  adı  ilə  müstəqil  dövlət  elan  edir.  Dövlətin  paytaxtı  Qazaka  şəhərində 
müstəqilliyin rəmzlərindən biri olan pul sikkələri buraxılır. Həmin dövlətin ərazisi 
indiki  Cənubi  Azərbaycan  torpaqlarını  və  Şimali  Azərbaycanın  bəzi  rayonlarını 
əhatə edirdi. 
Atropatena  dövlətinin  yaradılması  Azərbaycan  xalqının  tarixində 
əlamətdar  hadisə  idi.  Ona  görə  ki,  yenidən  dövlətçilik  ənənələrimiz  bərpa  edilir, 
dövlət  rəmzlərimiz,  milli  ordumuz  formalaşır.  Azəri  dili  dövlət  dili  səviyyəsində 
inkişaf  etdirilir.  "Atropatena"  sözü  tədricən  dəyişərək  "Aderbayqan"  sözü  kimi 
işlənir  və  sonralar  "Azərbaycan"  termininə  çevrilir.  "Azərbaycan"  sözü  isə  "Od 
allahının qoruduğu məkan" deməkdir. 
 
 
 
 


14 
 
Qədim 
Azərbaycan 
dövləti 
Albaniyada  yaşayan  26  tayfadan  hər  biri 
öz  bütlərinə  sitayiş edirdi.  Bu isə  ölkənin 
vahidliyi  üçün  təhlükə  tərpədirdi.  Alban 
hökmdarı Urnayr bunu nəzərə alaraq 314-
cü ildə xristianlığı dövlət dini elan edərək 
təkallahlığı  yaymağa  başlayır.  Onun  bu 
uzaqgörən  addımı  Albaniya  dövlətinin 
bütövlüyünü,  alban  xalqının  vahidliyini 
təmin edir. 
Azərbaycan  tarixində  urnayr    Albaniyada  
xristianlığı dövlət  dini elan  etmiş dövlət 
xadfimi,  Roma    ilə  müharibələrdə  öz 
dölətinin 
müstəqilliyini 
və 
ərazi 
bütövlüyünü qorumuş sərkərdə kimi daxil 
olmuşdur.
 
Urnayr 
(e.ə.IV əsr) 
 
Tarixi  Azərbaycan  ərazisi  haqlı 
olaraq  qədim  sivilizasiya  ocaqlarından  biri 
sayılır.  Yaxın  Şərq  və  Şərqi  Avropa 
mədəniyyətlərinin  kəsişdiyi    yerdə  yerləşən  dövlətin  coğrafi  movqeyi  bir  çox 
etnomədəni   xüsusiyyətlərin   mövcudluğunu şərtləndirirdi. E.ə. III minillikdə bu 
ərazidə  unikal    "Kür-Araz  mədəniyyəti"  formalaşır.  R.ə.  IV  əsrdə  bu  ərazidə 
yaşamış  ayrı-ayrı  tayfalar  Albaniya  dövləti  adı  ilə  tanınan  qurumun  tərkibində 
birləşmişdilər.  Qədim  yunan  müəllifi  Strabon  yazırdı  ki,  Albaniya  əhalisi  vahid 
mərkəzdən  idarə  olunan  26  tayfadan  ibarətdir.  Bu  tayfaların  vahid  mədəniyyəti 
alimlər  tərəfindən  şərti  olaraq  Yaloylutəpə  mədəniyyəti  kimi  qeyd  olunur.  Antik 
dövr  müəllifləri  qeyd  edirdilər  ki,  Albaniyada  30-dan  artıq  şəhər  mövcud 
olmuşdur.  Arxeoloji  qazıntılar  nəticəsində  sübut  edilmişdir  ki,  antik  dövr  alban 
şəhərləri siyasi-inzibati və sənətkarlıq-ticarət və mədəni mərkəzlər olmuşdur. 
Albaniyada  hakimiyyətdə  olan  hökmdarlar  yerli  Arranilər  sülaləsinə 
mənsub  olmuşlar,  sonralar  bu  sülalə  Arşakilər  sülaləsi  ilə  əvəz  edilmişdir. 
Məlumdur  ki,  birinci  sülalənin  adı  Arran  adı  ilə  bağlıdırsa,  ikinci  sülalənin  adı 
Azərbaycanda qədimdən məskunlaşmış türk tayfası sakların adı ilə bağlı olmuşdur. 


15 
 
Artıq      I    -    II      əsrlərdə      Yerusəlimdən  (Qüdsdən)  Albaniya  ərazisinə 
xristianlıq  yayılmağa  başladı.  Əvvəllər  müxtəlif  bütlərə  sitayiş  edən  Albaniya 
əhalisi  tədricən  xristianlığı  qəbul  edir.  Arxeoloji  qazıntılar  sübut  edir  ki, 
xristianlığa qədər Albaniyada bütpərəstlik hökm sürmüş, insanlar günəş və od, su 
və  torpağa  sitayiş  etmişlər.  Cənubi  Azərbaycanda  atəşpərəstlik  hökm  sürdüyü  bir 
dövrdə  Albaniyada    (Şimali    Azərbaycan)    bütpərəstlik  hökm  sürür,  bütlərə 
qurbanlar  kəsilirdi.  Tarixi  mənbələrdən  məlum  olur  ki,  Fələstindən  Albaniyaya 
xristianlığı gətirənlər arasında Yegişe adlı birisi fəallıq göstərirmiş. O, Qiş (indiki 
Kiş) kəndində ilk məbəd inşa etmişdir. Daha sonra kilsələr digər yerlərdə də inşa 
olunmağa  başlanmışdır  və  artıq  VII  əsrdə,  ərəblərin  yürüşləri  ərəfəsində  hər 
kənddə  kilsə  var  idi.  Şəhərlərdə  olan  kilsələrin  sayı  isə  onlarca  idi.  İndiki  erməni 
"müəlliflər"in  Yaxın  Şərqdə  xristianlığı  ilk  qəbul  edənlər  sırasında  öz  əcdadları, 
"qədim  erməniləri"  göstərmələrinə  baxmayaraq,  aparılmış  tədqiqatlar  bunu  təkzib 
edir.  Yazılı  xristian  mənbələrində  göstərilir  ki,  Albaniyada  xristianlıq 
Ermənistandan  (Van  gölündən  qərbdə  olan  ərazi  nəzərdə  tutulur)  tez  yayılmışdır. 
Qafqazda ilk xristian məbədi olan Qiş məbədi "Şərq kilsələrinin anası" adlandırılır. 
Üzdəniraq  erməni  "tədqiqatçılar"  gah  Albaniyanın  heç  vaxt  mövcud  olmadığını, 
gah Albaniyanın "Böyük Ermənistan" adlı uydurma dövlətin hissəsi olduğunu, gah 
da  alban  kilsəsinin  erməni  kilsəsinə  tabe  olduğunu  iddia  etsələr  də,  aparılmış 
tədqiqatlar  bunu  təkzib  edir.  Azərbaycan  Respublikasının  Şəki  rayonunun  Kiş 
kəndində  2000  -  2001-ci  illərdə  Azərbaycan  arxeoloqları  və  Norveç  krallığının 
arxeoloqları  tərəfindən  aparılmış  birgə  tədqiqatlar  buradakı  alban  kilsəsinin 
doğrudan  da  Fələstindən  şərqdə  olan  ərazilərdə  on  qədim  kilsə  olduğunu  sübut 
etmiş, bu da ermənilərin bütün iddialarına qarşı tutarlı cavab olmuşdur. 
Albaniyada  xristianlığın  dövlət  dini  statusu  qazanması  alban  hökmdarı 
Urnayrın adı ilə bağlıdır. Hələ 337-ci ildə onun əcdadı Sanatruk (bəzi mənbələrdə 
Sanatürk)  ermənilərin  romalılarla  əlbir  olub.  Albaniya  istiqamətində  yürüşlər 
etmələrini görüb Azərbaycana şimaldan gəlmiş türk hun tayfaları ilə birləşərək Van 
gölü istiqamətinə gözlənilmədən güclü yürüş etmişdir. Onun qoşunları düşmənləri 
darmadağın etmiş, alban süvariləri Van gölünün qərb sahillərinə çıxmışlar. İndiki 
dövrdə  bütün  bu  tarixi  həqiqətləri  unudan  erməni  "tarixçilər",  guya,  "dənizdən-
dənizə  olan  ərazilərin"  onların  olmasını  iddia  edir,  əslində  tarixdə  baş  vermiş 
hadisələri  isə  xatırlamamağa  çalışırlar.  Halbuki  qədim  Albaniyanın  ərazisi  Xəzər 
dənizindən  başlayıb  İberiya  sərhədlərinə  qədər  uzanmışdır,  Göyçə  gölü  isə 
Albaniyanın daxili gölü olmuşdur. 
Hökmdar  Urnayrın  adı  ilk  dəfə  314-cü  ildə  çəkilir.  Belə  ki,  o,  Albaniya 
ərazisində yaşayan tayfaları uzaqgörənliklə birləşdirmək qərarına gəlmiş, bu yolda 
əsas  vasitənin  din  olmasını  anlamışdır.  Nəticədə  o,  314-cü  ildə  xristianlığı 
Albaniyanın dövlət dini elan etmişdir. Təkallahlığı qəbul etməklə o, tayfalarda olan 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə