Azərbaycan tatlarının dilinin materialları əsasında



Yüklə 64 Kb.
Pdf görüntüsü
səhifə10/85
tarix06.05.2018
ölçüsü64 Kb.
#42893
1   ...   6   7   8   9   10   11   12   13   ...   85

Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
ki, xalqın tarixi bu və ya digər şəkildə əksini  orada tapır»  (5).
Tarixən 
təcrid 
olunmuş 
şəkildə 
yaşayan 
xalq 
olmadığından,  başqa  dillərdən təcrid  olunmuş  şəkildə  fəaliyyət 
göstərən  dil  də  yoxdur.  «İnsan  cəmiyyətinin  inkişafı 
prosesində  xalqlar  və  onların  dilləri  bir-biri  ilə  daim  əlaqədə 
olur.  Dünyada  başqa  xalqlardan  tam  təcrid  olunaraq  yaşamış 
xalqı  təsəvvürə gətirmək çətindir»  (157,  3).  Hər bir xalq,  etnos 
başqa  xalqlarla  yaxın  və  çox  zaman  eyni  bir  ərazidə  yaşayır. 
Belə  yaxınlıq  məişətdə,  yaşayış  tərzində,  davranışda,  adət- 
ənənələrdə,  mədəniyyətdə  yaxınlaşmaya  səbəb  olur.  Ünsiyyyət 
prosesində  isə  dil  təmasları  baş  verir.  Bu  baxımdan  tat  dili  də 
müəyyən dil  əlaqələri  sisteminə malikdir.
Azərbaycan  ərazisində  yaşayan  tatların  dil  əlaqələri 
sistemində  Azərbaycan-tat  dil  əlaqələri  əsas  yer  tutur.  İran 
ərazisində  bu,  başqa  İran  dilləri  ilə  olan  əlaqələri  özündə 
birləşdirir.  Dağıstan  ərazisində  yaşayan  tatların  dili  Dağıstan 
dilləri  və  rus  dili  ilə  qarşılıqlı  əlaqələr  şəraitindədir.  Şübhə 
yoxdur  ki,  Azərbaycan  tatlarının  dil  əlaqələri  Azərbaycan-tat 
dili  müstəvisində araşdırılmalıdır.
Dil  əlaqələri  dilin  yayılmasından  asılıdır.  Dil  nə  qədər  az 
ərazidə  yayılırsa,  bir  o  qədər  də  az  əlaqə  imkanları  qazanmış 
olur.  Andre  Martine  dilin  yayılmasından  bəhs  edərkən  yazır: 
«Sinxron və  diaxron  aspektdə  olmasından  asılı  olmayaraq,  bizi 
sırf  təsviri  yanaşma  qane  etmirsə,  onda  hansısa  bir  dilin 
yayılması  haqqında  topladığımız  məlumat  belə  bir  nəticəyə 
gətirib  çıxaracaqdır  ki,  dilin  yayılması  xalqın  hərbi,  siyasi, 
dini,  mədəni,  iqtisadi və ya  sadəcə  demoqrafik  ekspansiyasının 
kənar məhsuludur.  Çünki  dil  xalqın ünsiyyət vasitəsidir.  Dil  öz 
rəqiblərini  daxili  keyfiyyətlərinə  görə  deyil,  onun  da­
şıyıcılarının 
daha 
döyüşkən, 
fanatik, 
mədəni 
olması 
səbəbindən  üstələyir.  Latın,  ərəb,  ispan  və  ingilis  dillərinin 
xarakterində 
onların 
yayıldıqları 
ərazinin 
əvvəlki
30


Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
hüdudlarından  kənara  çıxmasına  əsas  verən  heç  bir  şey  yox­
dur»  (226,  81-82).
Azərbaycanın  qədim  yaşayış  məskənlərindən  biri  olan 
Lahıcın  əsasının  erkən  orta  əsrlərdə  qoyulması  ehtimal  olunur. 
Bura  XVIII-XIX  əsrlərdə  Azərbaycanın  misgərlik  və  silah 
istehsalı  mərkəzlərindən  biri  kimi  tanınmışdır.  Azərbaycanda 
yaşayan  irandilli  etnik  qruplardan  biri  lahıc  adı  ilə  tanınır. 
Lahıcların  Sasanilər  dövründə  İranın  Lahican  əyalətindən 
Azərbaycana köçürüldüyü ehtimal  olunur.
Respublikada  onları  həm  tat,  həm  də  lahıc  adlandırırlar. 
Maraqlıdır  ki,  bu  etnik  qrupun  üzvlərinin  bir  qismi  özünü  tat, 
digər  qismi  isə  lahıc  hesab  edir.  Əslində,  lahıcların
adlandırdığı  «Lahıc dili» tat dilinin lahıc ləhcəsini təşkil  edir.
A.Martine 
göstərir 
ki,  «dil 
hətta 
insanların
məskunlaşmadığı  yeni  bir  əraziyə  gətirildikdə  belə  onun  yeni 
mühitdə  necə  inkişaf  edəcəyi  maraqlı  bir  problemə  çevrilir» 
(226,  82).  Tat  dili  də  Azərbaycanın  müxtəlif ərazilərinə  gəlmə 
dil  olub,  bu  ərazilərdə yayılmış  digər dillərlə  qarşılıqlı  əlaqələr 
zəminində  inkişaf  etmişdir.  Azərbaycan  tatlarının  dini 
mənsubiyyətə görə  qruplar eyni  bir dildə,  tat dilində  danışsalar 
da,  onların  ölkə  daxilində  yaşadıqları  ərazilər  də  fərqlidir.  Bu 
fərq  Azərbaycan  tatlarının  dilində  ləhcə  və  şivə  fərqlərinin 
yaranmasında  əsaslı  rol  oynamışdır.  Eyni  zamanda  tatların 
məskunlaşdığı  ərazilərdə  Azərbaycan  tatlarının  dilinin  bu  və 
ya  digər  ləhcəsi  yaxud  şivəsi  Azərbaycan  dilinin  müxtəlif 
dialektləri  ilə  təmaslı  əlaqədədir.  Təbii  ki,  bu  mənzərə 
Azərbaycan-tat dil  əlaqələrinə öz təsirini  göstərir.
Tat  dilinin  müəyyən  bölgü  üzrə  tədqiqinə  əsas  yaradan 
amillərdən  biri  tədqiqatçıların  eyni  qrupa  mənsub  dil 
daşıyıcılarının 
kompakt 
şəkildə 
yaşadıqları 
ərazilərdən 
materiallar toplaması  olmuşdur.  Lakin bu  cəhət  müxtəlif qrup­
ların  dillərinin, 
onların 
dil 
əlaqələrinin  ayrı-ayrılıqda
31


Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
tədqiqinin  elmi  dəyərini  azaltmır,  əksinə,  artırır.  Çünki  belə 
olduqda  müqayisəli  tədqiqat  aparmaq  üçün  daha  əlverişli 
zəmin yaranır.
Tat-Azərbaycan  dil  əlaqələri  çox  qədim  tarixə  malikdir 
və  bu  məsələ  haqqında  tat  dilinin  ilk  tədqiqatçıları  müəyyən 
fikir söyləmişlər.
Vs.Miller  «Tat  etüdləri»  kitabına  yazdığı  ön  sözdə  Lahıc 
kəndi  və  tat  dilinin  Lahıc  ləhcəsi  haqqında  əlavə  məlumat 
verir.  Müəllif  göstərir  ki,  lahıcların  və  onlarla  qonşuluqda 
yerləşən  kəndlərdə  yaşayanların  başlıca  ünsiyyət  vasitəsi  tat 
dilidir.  Lakin bu  dil  öz yerini  böyük  sürətlə tatar (Azərbaycan) 
dilinə  verir.  Dilin  öz  yerini  başqa  dilə  verməsi  ifadəsi  dil 
əlaqələri  sistemində  dominant  dilin  işlənmə  sferalarının 
çoxluğu  ilə  bağlıdır.  Məsələn,  Azərbaycan-tat  dil  əlaqələri 
prosesində  iştirak  edən  iki  müxtəlif  dil  daşıyıcısı  ünsiyyət 
üçün  dominant  dildən  -   Azərbaycan  dilindən  istifadə  edirlər. 
Bu  proses  heç  də  bir  dilin  öz  yerini  başqa  dilə  verməsi  deyil. 
Dil  müəyyən  ərazidə  işlənən  dillər  arasında və  öz  dil  ailəsində 
müəyyən yeri tutur.
A.L.Qrünberqin  1961-ci  ildə  dərc  olunmuş  məqaləsində 
tat  dili  və  onun  İran  dilləri  ailəsində  yeri  təhlil  olunur. 
Qrünberq  bu  məqalədə  tat  dilini  genetik  cəhətdən  fars  dilinə 
çox  yaxın  bir  dil  kimi  səciyyələndirir.  O,  tat  dilinin,  xüsusən, 
onun  müsəlman  şivələrinin  az  öyrənilməsini,  özünəməxsus 
fərqli  xüsusiyyətləri  ilə  seçilən  lahıc  ləhcəsinin  Vs.Miller 
tərəfindən  qismən  tədqiq  edilməsini  qeyd  edərək,  belə  bir 
qənaətə gəlir ki,  tat dili  heç  də fars  dilinin bir dialekti  deyil,  o, 
talış,  mazandaran,  gilək  və  digər  İran  dilləri  ilə  qohum,  yaxın 
dil  olmaqla yanaşı,  müstəqil  dildir (177,  106).
Mövcud  tədqiqatlar  göstərir  ki,  Xəzərətrafı  ərazidə 
yayılmış tat  dili  ilə  digər İran  dillərinin  dialekt və  ləhcələrinin 
fərqləndirilməsi  barəsində  dilçilər  arasında  müxtəlif  fikirlərə
32


Yüklə 64 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə