Azərbaycan tatlarının dilinin materialları əsasında



Yüklə 64 Kb.
Pdf görüntüsü
səhifə8/85
tarix06.05.2018
ölçüsü64 Kb.
#42893
1   ...   4   5   6   7   8   9   10   11   ...   85

Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
adlandırılması;  2)  qarşılaşdırma  bilməyən  leksik  dialekt 
fərqləri;  bir  ərazidə  mövcud  olan  gerçəkliyin  başqa  ərazidə 
olmaması  səbəbindən  doğan  leksik  fərqlilik;  3)  qarışıq  leksik 
dialekt  fərqləri;  leksik  vahidlərin  ifadə  planında  fonetik 
fərqlilik (167,  153).
Y.Listrova  leksik  dialekt  fərqlərini  təyin  etmək  üçün  bir 
meyarından  istifadə  ounmasını  vacib  sayır.  O  belə  hesab  edir 
ki,  funksional,  təyinat  baxımından  eyni,  lakin  forma,  quruluş 
və  hazırlanma texnikasına görə  fərqlənən  əşyaların  adlarındakı 
fərqlər  dialekt  fərqləri  sayılmamalıdır.  Məsələn,  rus  dilinin 
ayrı-ayrı  yayılma  ərazilərində  istifadə  olunan 
sarafan
  və 
onunla eyni  funksiya yerinə yetirən 
andarak
 quruluşlarına görə 
müxtəlif olduqlarından fərqli  əşyalardır.  Deməli, 
sarafan
  ədəbi 
dil  sözü, 
andarak
 isə dialektizm  ola bilməz (290,  48-54).
L.Peysikov  bir  sıra  sözlərin,  o  cümlədən 
osmon
  «göy», 
əsb
  «at», 
кпһ
  «dağ»  kimi  sözlərin  semantik  sabitliyinin  nisbi 
səciyyə  daşıdığını  söyləmişdir (252,  117).  Bu  sözlərin müxtəlif 
İran  dillərində  eyniliyi  həmin  dillərə  dialekt  səviyyəsində 
yanaşmağa  əsas  vermir.  Eyni  hadisə  türk  dillərində  də  özünü 
göstərir.  Dilin tarixən  daha  qədim  dövrlərinə  aid  olan  sözlərdə 
oxşarlıq, ümumilik aydın görünür.
İran  dillərinin,  o  cümlədən  tat  dili  tədqiqatçılarının 
ümumiran  mənşəli  sözləri  ayrıca  qrupa  daxil  etməsinin 
səbəbini  də  bu  amillə  bağlamaq  olar.  Ümumiran  mənşəli 
sözlərin  tarixən  hansı  İran  dilində  yaranması  və  ya bu  sözlərin 
hansı  İran dilinin leksik vahidi  sayılması mübahisəli  məsələdir.
V.Rastorquyeva  İran  dillərinin  özünün  çoxəsirlik  inkişaf 
tarixində  sintetik  quruluşdan  tədricən  analitik  quruluşa 
keçməsini,  analitik  fel  formalarının  bu  dillərdə  çoxalmasını, 
təsviri  fellərin  ikinci  sintez  hadisəsi  nəticəsində  sadələşməsini 
qeyd  edərək  yazmışdır:  «Sürətli  danışıq  dilində  çoxsözlü  bir­
ləşmələr  yığılmağa  və  qısalmağa  başlamışdır.  Yığılma  və
24


Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
ixtisar bir neçə  mərhələdə  getmişdir.  İlkin  mərhələdə  səslər və 
hecalar düşmüşdürsə,  sonrakı  mərhələlərdə  sözlərin birləşib bir 
söz  təşkil  etməsi  baş  vermişdir.  Bu  zaman  hər  köməkçi  feldən 
bir  heca  və  yaxud  bir  səs  qalmışdır.  Belə  ki, 
budan
  «olmaq» 
felindən  qovuşma  zamanı 
-ud,  ıstodan
  felindən 
-sos,  -sod,  -s 
qalmışdır.  Məsələn,  «raftə  istodə  büdam»  forması  «rəfsodüt» 
şəklinə  düşür.  Mürəkkəb  fel  formalarının  bir  sözə  yığılması 
felin  morfoloji  quruluşunun  yenidən  təşkilinə,  onun  bütün 
analitik  formalarının  yeni  aqlutinativ  tipli  sintaktik  forma  ilə 
əvəz  olunmasına,  köməkçi  felin  şəkilçiləşməsinə  səbəb  olur 
(260,  167).  Zənnimizcə,  tat  dilinin  bu  bölgü  üzrə  tədqiqinə 
əsas  yaradan  amillərdən  biri  də  tədqiqatçıların  eyni  qrupa 
mənsub  dil  daşıyıcılarının  kompakt  şəkildə  yaşadıqları  ərazi­
lərdən  materiallar  toplanması  olmuşdur.  Lakin  bu  cəhət 
müxtəlif  qrupların  dillərinin  ayrı-ayrılıqda  tədqiqinin  elmi 
dəyərini  azaltmır,  əksinə,  artırır.  Çünki  belə  olduqda 
müqayisəli  tədqiqat  aparmaq  üçün  daha  əlverişli  zəmin 
yaranır.  Mövcud  araşdırmalar  göstərir  ki,  bu  qrupların 
daşıdıqları  dil  eyni  olub,  ləhcə fərqlərinə malikdir.
Tat  dilinə  aid  ilk  material  İ.N.Berezinin  1853-cü  ildə 
Kazanda  nəşr  olunan  «Resherches  sour  les  dialectes  persans» 
kitabında verilmişdir (317).
İ.N.Berezinin tat  dili  haqqındakı tədqiqatı  ümumi  səciyyə 
daşıyır,  bu  dil  haqqında  hərtərəfli  təsəvvür  yarada  bilmir. 
Müəllif Abşeron  ləhcəsi  əsasında tat  dilinin bir  sıra  fonetik və 
qrammatik  xüsusiyyətlərini  açmağa  çalışsa  da,  ümumən  buna 
nail  olmamışdır.  İ.N.Berezinin  tat  dili  haqqında  mülahi­
zələrinin  səthi  və  nöqsanlı  xarakter  daşıması  tədqiqatçılar 
tərəfindən  qeyd  edilmişdir.  Göstərilən  qüsurlara  baxmayaraq, 
Azərbaycan  tatlarının  dilinə  aid  ilk  tədqiqat  əsəri  kimi 
İ.N.Berezinin araşdırmaları xüsusi  əhəmiyyət kəsb  edir.
Rus  akademiki  B.Dorn  1860-cı  ilin  axırları,  1861-ci  ilin
25


Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
əvvəllərində  Bakı,  Quba  və  Dərbənddə  olmuş  və  tat  dilinə  aid 
xeyli  material  toplamışlar.  O,  bu  materialları  «İran  dillərinin 
tədqiqinə  dair»  kitabında  ümumiləşdirmişdir.  B.Dorn  «Qədim 
rusların  Təbəristana  hücumları»  kitabına  mazandaran,  gilək, 
talış  dilləri  ilə  yanaşı,  tat  dilinə  dair mətnlər  də  daxil  etmişdir. 
Tat  dilinə  aid  mətnlər  (3  mətn)  onun  başqa  bir  əsərində  də 
verilmişdir (192).
B.Dornun  tat  dili  ilə  bağlı  topladığı  materiallar  və  onun 
elmi  araşdırmalarının  bir  qismi  çap  olunmamışdır.  Həmin 
materiallar  Sankt-Peterburqda  Asiya  xalqları  İnstitutunun 
arxivində  saxlanılır.
İ.N.Berezin və B.Dorndan  sonra tat dilinə dair tədqiqlərin 
geniş  aspektdə  davam  etdirilməsi  Vs.Miller  və  B.Millerin 
adları ilə bağlıdır.
Tat  dilinin  öyrənilməsində  Vs.F.Millerin  böyük  əməyi 
olmuşdur.  Onun  bu  sahədəki  ilk  tədqiqatı  yəhudi  tatlarının 
dilinə  həsr  olunmuşdur.  O,  1900-cu  ildə  «Tat  dilinin 
fonetikasına  aid  oçerklər»  kitabını  çap  etdirmişdir.  Bundan 
sonra  Vs.F.Miller  müsəlman  tatlarının  dilini  tədqiq  etmiş  və 
1905-ci ildə onun «Tat etüdləri»  kitabı  çapdan  çıxmışdır (235). 
Kitab  tat  dilinin  Lahıc  ləhcəsinin  materialları  əsasında 
yazılmışdır.  Kitaba  11  mətn  və  lüğət  əlavə  edilmişdir.  1907-ci 
ildə  Vs.Miller  «Tat  etüdləri»  əsərinin  ikinci  hissəsini  nəşr  et­
dirir.
Vs.Miller 
İ.N.Berezin 
və 
B.Dornun 
topladığı
materiallardan  müqayisə  məqsədilə  istifadə  etdiyini  də 
göstərir.  Vs.Miller  Azərbaycanda  işlədiyi  müddətdə,  əsasən, 
talış  dilinin  tədqiqi  ilə  məşğul  olsa  da,  tat  dilini  də  yaddan  çı­
xarmamışdır.  O,  ilk  dəfə  olaraq tatların  Azərbaycan  ərazisində 
məskunlaşması  və  onların  ləhcələri  haqqında  məlumat  vermiş, 
ləhcələrarası 
fərqləri 
geniş 
şəkildə 
araşdırmağa 
cəhd 
göstərmişdir (231).
26


Yüklə 64 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə