Azərbaycan tatlarının dilinin materialları əsasında



Yüklə 64 Kb.
Pdf görüntüsü
səhifə16/85
tarix06.05.2018
ölçüsü64 Kb.
#42893
1   ...   12   13   14   15   16   17   18   19   ...   85

Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
müəyyəndir.  Tədqiqatçı  sözləri  leksik-semantik  qruplara 
ayırmağa  çalışmışdır.  Daha  doğrusu,  o,  tematik  söz  qruplarını 
müəyənləşdirmişdir.  Məlumdur  ki,  «mənaca  bir-birinə  yaxın 
olan  tematik  söz  qruplaşmalamma  semantik  sahə  deyilir. 
Semantik  sahəyə  daxil  olan  sözlər  bir-biri  ilə  etimoloji 
cəhətdən  bağlı,  əlaqədar  olmayıb,  ifadə  etdikləri  əşya  (hadisə) 
və məfhumların yaxınlığına görə qruplaşır» (140,  314).
Lüğət  tərkibinə  daxil  olan  sözlərin  qruplaşdırılması, 
bütün  leksik-semantik  qrupların  təyini  dilçiliyin  mürəkkəb 
məsələlərindən  biridir.  Bu  problem  leksikologiya  ilə  bağlı 
tədqiqat  işlərində,  xüsusən  lüğət  tərkibinin  semantikaya  görə 
təsnifındə  həmişə  ön  plana  çıxır.  Nəticədə  çoxsaylı  leksikoloji 
tədqiqatlarda  müxtəlif  təsnifatlar  nəzərə  çarpır.  Müasir 
dilçilikdə  dilin  lüğət  tərkibinin  sözlər  deyil,  məfhumlar 
əsasında  təsnifınə  üstünlük  verilir.  R.Hallinq  və  V.Vartburqa 
görə,  lüğət  tərkibi  üç:  «kainat»,  «insan»,  «kainat  və  insan» 
bölgüləri  əsasında  təsnif oluna  bilər  (140,  314).  Bu  bölgünün 
əsasında  duran  ümumiləşdirici  məfhumun  hər  biri  yeni 
ümumiləşdirici 
məfhuma 
bölünür. 
Məsələn, 
kainat 
aşağıdakıları  əhatə  edir:  göy  və  atmosfer,  yer,  bitkilər  aləmi, 
canlılar  aləmi.  İnsan məfhumu üzrə insan  canlı  bir varlıq kimi, 
insanın  daxili  aləmi  və  ağlı,  insan  ictimai  varlıq  kimi,  insan 
ictimai  hadisə  və  proseslərin  iştirakçısı  kimi  təsniflər  aparmaq 
mümkündür.
Sözlərin  məfhumlar  əsasında  qruplaşdırılması  zamanı 
ümumidən  xüsusiyə  doğru  getdikcə  budaqlanmalar  artır. 
Məsələn,  bitkiləri  ağaclar,  kollar,  dənli  bitkilər,  tərəvəz, 
meyvə,  yem  bitkiləri,  dərman  bitkiləri  və  s.-ə  ayırmaq  olur. 
Bütün  bunlar  leksik-semantik  qruplara  bölmənin,  təsnifın 
çətinliyini  göstərir.  Lakin  mürəkkəblik  təsnifatın  ixtiyari 
şəkildə  aparılmasına  əsas  vermir.  Quşlar bir məfhumdursa,  çöl 
quşları və  ev  quşları  bu məfhum  qrupuna daxil  edilməlidir.  Tat
47


Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
dilinin  Quba  ləhcəsinin  lüğət  tərkibinin  təsnifatında  ev  və  çöl 
quşlarının  adları  bir  qrup,  quşların  bədən  üzvlərinin  adları 
başqa  bir  qrup  kimi  verilmişdir.  Yaxud  həmin  təsnifatda  ev 
heyvanları  (X qrup),  çöl  heyvanları  (XI qrup),  başqa heyvanlar 
(XII  qrup)  şəklində  verilir.  Zənnimizcə,  təsnifatda  heyvanlar 
qrupunu  ayırmaq,  onun  tərkibində  ev,  çöl  və  başqa  heyvanlar 
yarımqruplarını  ayırd  etmək  daha məqsədəuyğun  olardı.  Başqa 
bir  irad  çarıq  və  onun  hissələrini  bildirən  sözlərin  ayrıca  qrup 
kimi  qeyd  olunması  ilə  bağlıdır.  Belə  çıxır  ki,  bütün  ayaq 
geyimlərinin  (ayaqqabı,  qaloş,  çəkmə  və  s.)  hər  biri  bir  qrup 
təşkil  etməlidir.  Geyimlərin  bir  qrupda  birləşdirilməsi  daha 
məqsədəuyğun  sayılmalıdır.  Qeyd  edilən  cəhət leksik-semantik 
qrupların düzgün təyin  edilmədiyini  göstərir.
Leksik-semantik təsnifat dilin ümumişlək  sözləri  əsasında 
aparılır.  Leksik  sistemin  vahidlərini  isə  müxtəlif  şəkildə 
qruplaşdırmaq  olar.  Məsələn,  S.Cəfərov  Azərbaycan  dilinin 
leksik  sistemini  forma və məzmun etibarı  ilə  söz  qrupları,  dilin 
mənşə  etibarı  ilə  lüğət  tərkibi,  aktiv  və  passivliyə  görə  lüğət 
tərkibi,  istifadə dairəsinə görə lüğət tərkibi, üslubi  leksika kimi 
ayrı-ayrı bölmələrdə tədqiq etmişdir (33,  17,  63,  72,  83).
H.Həsənov  Azərbaycan  dilinin  lüğət  tərkibini  işlədilmə 
dairəsinə görə üç qrupa bölür:  1) ümumişlək  sözlər;  2) məhdud 
dairədə işlədilən sözlər;  3) xüsusi  leksika.
Tədqiqatçı 
ümumişlək  sözləri 
nitq 
hissələrinin
xüsusiyyətləri  əsasında leksik-semantik qruplara  ayırmışdır:  1) 
ad bildirənlər;  2)  əlamət və  keyfiyyət bildirənlər;  3)  miqdar və 
qeyri-müəyyən  kəmiyyət  bildirənlər;  4)  bu  və  ya  digər  nitq 
hissəsinin  yerində  işlənənlər;  5)  hal  və  hərəkət  bildirənlər;  6) 
məkan və zaman bildirənlər (67,  168-170).
Biz  belə  düşünürük  ki,  tat  dilinin  Quba  ləhcəsinin  lüğət 
tərkibinin  leksik-semantik  qruplara  ayırd  edilməsi  işi  tam 
həllini 
tapmamışdır. 
Bu 
ləhcənin  lüğət 
tərkibinin
48


Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
«özünəməxsus  sözləri»  qrupunda  mənşəcə  Azərbaycan  dilinə 
aid  sözlər  də  yer  tutmuşdur.  Bunlardan  bəzilərinin  etimoloji 
təhlilini veririk.
T.Əhmədov 
tat 
dilinin 
Quba 
ləhcəsində 
işlənən 
çurpə//çiilpə
  «çolpa»  sözünü  tat  dilinin  özünə  məxsus  sözləri 
sırasında  verir.  Bu  söz  qədim  türk  sözləri  lüğətində  və 
Mahmud  Kaşğarinin  lüğətində  yoxdur.  XIII-XIX  əsrlərə  aid 
türk  yazılı  abidələrinin  dilində  isə 
«çolpa»
  sözü  işlənmişdir. 
Abidələrdə  həmin  sözün 
«çolpa»
  variantı  ilə  yanaşı, 
«çulpa» 
fonetik  variantı  da  qeydə  alınmışdır:  «axmaq»,  «bacarıqsız», 
«aciz»,  «zavallı»; 
çolpahk
  «işə  yaramazlıq»,  «səfehlik». 
Maraqlıdır  ki,  bu  lüğətdə 
çoluq-çolpa
  qoşa  sözü  «çoluq-co- 
cuq» anlamında verilmişdir (320,  58).
Azərbaycan  dilinin  izahlı  lüğətində  «çolma-çocuq  -  
övladlar,  uşaqlar,  oğul-uşaq;  çolpa -   1)  Toyuq,  qartal,  qırqovul 
və  bəzi  başqa  quşların  bir  və  ya  ikiillik  xoruzu;  2)  Həmin 
xoruzun bütöv  şəkildə  qızardılmışı;  3) Məcazi  mənada «uşaq»; 
çolpalanmaq  -
  çolpa  yaşına  çatmaq; 
çolpalı  -
  «çolpadan  bişi­
rilmiş,  içərisində  çolpa  olan»  sözləri  var  (16,  446-447). 
Çolpa 
sözü  Azərbaycan  dilinin  dialekt  və  şivələrində  də  eyni 
mənalarda  işlənir.  Çolpa  sözünün  türk  lüğətindəki  mənası  bu 
sözün  Azərbaycan  dilindəki  mənası  ilə  səsləşir.  «Balacalıq», 
«acizlik»,  «uşaqlıq»  semantikasının 
çolpa
  sözündən  alınması 
şübhə doğurmur.
Fars dilində 
üLüjji. 
(xorusək) 
sözü 
«çolpa» 
mənasındadır (253,  550).  Tacik dilində 
çolpa
  sözünün  qarşılığı 
xıırıısça xurusçak
  fars  dili  ilə  eyni  kök  əsasında  formalaşır 
(274,  484).  Bu  dillərin  heç birində  eyni  anlamda  olan,  «çolpa» 
sözü  işlənmir.  Ayrı-ayrı  İran  və  türk  dilləri  əsasında  aparılmış 
bu  təhlilə  istinadla  demək  olar  ki,  «çolpa»  sözü  türk 
mənşəlidir.
T.Əhmədov  Quba  ləhcəsində  işlənən 
əlçə
  «alça»  sözünü
49


Yüklə 64 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə