Azərbaycan tatlarının dilinin materialları əsasında



Yüklə 64 Kb.
Pdf görüntüsü
səhifə17/85
tarix06.05.2018
ölçüsü64 Kb.
#42893
1   ...   13   14   15   16   17   18   19   20   ...   85

Gülsüm Hüseynova.  Tat dilinin leksikası
tat mənşəli  sözlər sırasında vermişdir.
Qədim  türk  sözləri  lüğətində 
«aluç-alça
  qeydə  alınmışdır 
(193,  40).
Mahmud  Kaşğaridə 
«aliiç»
  sözü  «sarı  ərik,  alıç» 
mənasında verilmişdir (86,  141).
H.Eren 
alıç
  sözünün  etimologiyasını  izah  edərkən  bu 
sözün  «yabanı  olaraq  bitən  bir  ağac»,  türkməncədə  «ağ  tikan» 
mənasında  olmasını,  qədim  qıpçaqcada  «alçu»  şəklində 
işlənməsini,  Klosonun  bu  sözün  farsca 
ahı
  kökü  ilə 
yaxınlığının  olduğunu  göstərməsini,  başqa bir mənbədə  sözün 
farsca 
ahı
  kökü  ilə 
-ça
  kiçiltmə  şəkilçisindən  törəməsini  qeyd 
etmişdir.  O,  sonuncu  halda 
ahı+ça
  formasında  son  «a»  səsinin 
düşməsinin,  «alça»  variantında  isə  «u»  səsinin  düşməsi 
səbəbinin  izah  edilmədiyini  göstərmişdir.  Yerli  ağızlarda  bu 
sözün  «yemişan»  mənasında  işlənməsi  də  qeyd  olunmuşdur. 
Rəsenen  də  bu  sözün  farsca  «aluça»dan  alındığını  söyləmişdir 
(324,  8).
E.Quliyev  «alça»  sözünün  abidələrdə  «aluç»  formasında, 
müasir türk dillərində türk, 
«alça»,
  qırğ. 
alşa,
  qaz. 
alıça,
  başq. 
olça,
  özb.  dillərində  işləndiyini  göstərərək,  onun  gavalı 
növlərindən  biri  olub,  rus  dilindəki 
alıça
  sözünün  M.Fasmerin 
türk  və  Azərbaycan  dillərindən  alınmasını  göstərdiyini  qeyd 
etmişdir.  O,  sözün  daha  qədim  dövrlərdə  şərqi  slavyan 
dillərinə  keçməsi  qənaətinə  gəlmiş  və  bunu  müasir türk  dilləri 
səviyyəsində 
ikinci 
hecadakı 
saitin 
düşməsi 
ilə 
əlaqələndirmişdir.  E.Quliyev 
alça
  sözünü 
al
 kökü  və 
ça
  şəkil­
çisinə  ayırmış,  şəkilçinin  qədim  türk 

  kiçiltmə  şəkilçisinin 
variantı 
-ça
 olduğunu  söyləmişdir (214,  149).
T.Əhmədov  əlamət  və  keyfiyyət  bildirən  sözlər  sırasında 
kü çək
  «kiçik»  sözünü  də  aid  edir.  Tədqiqatçı  Quba  ləhcəsində 
işlənən 
gudək
  «gödək»  sözü  barəsində  də  eyni  fikirdədir  (47, 
32).
50


Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
Tat  dilinin  müxtəlif  ləhcələrində  qədim  türk  sözlərinin 
sayı  çoxdur.  Bu,  tat-türk,  tat-Azərbaycan  dil  əlaqələrinin 
qədim  tarixə  malik  olduğunu  göstərir.  Tat  dilində  işlənən 
qədim  türk  sözləri  haqqında  bu  işin  sonrakı  səhifələrində  bir 
daha ətraflı  danışılacaqdır.
Tat dilinin Quba ləhcəsinin lüğət tərkibi  sözlərin mənşəcə 
növlərinə  görə  də  tədqiq  olunmuşdur.  Ləhcədəki  alınmaların 
əsasən  aşağıdakı  dillərə  aid  olması  göstərilir:  1)  Azərbaycan 
dili  mənşəli  sözlər: 
qurxmezi
 «qorxmazı  -  armud növü), 
balda z 
«baldız»; 
qazi
  «quzu», 
siizmə
  «süzmə»  və  s.;  2)  ərəb  mənşəli 
sözlər: 
ruh,  şərəət
  «şəriət»; 
musıdmım
  «müsəlman»; 
sahat 
«saat», 
cəsus
  «casus»  və  s;  3)  rus  dilindən  alınmalar: 
qarnizım 
«qarnizon»; 
pıdk
  «polk»; 
rumkə
  «rumka»; 
çaxatkə
  «vərəm»; 
zoud
  «zavod»  və  s;  4)  fars  mənşəli  sözlər: 
hərəmzodə 
«haramzada»; 
aşbazxcma
  «aşxana»,  «yeməkxana», 
şirmoyi 
«şirmayi», 
yadigar
 «yadigar» və s.  (325,  49-53).
Tat  dilinin  Quba  ləhcəsindəki  alınma  sözlərdən  bəhs 
edərkən bəzi  məsələlərə  diqqət  yetirmək lazım  gəlir.  Birincisi, 
ərəb  və  rus  dillərindən  alınmaların  birbaşa  və  ya  vasitəli 
olması  maraq  doğurur.  T.Əhmədovun  fikrincə,  ərəb  dilindən 
tat  dilinə  bir  sıra  sözlər,  o  cümlədən 
xollu
  «dayı», 
ama
  «uzaq 
əmi», 
gal
  «çığırmaq», 
da
  «pis», 

  «xırda  balıq», 
ləhə 
«palçıq», 
çəh
  «çirk», 
həsii
  «xəşil»  sözləri  Quba  ləhcəsinə 
birbaşa  keçmiş  sözlərdir.  Müəllif bu  sözlərin  ərəb  dilindən  tat 
dilinə  birbaşa  keçməsini  onlara  nə  Azərbaycan  ədəbi  dilində, 
nə  də  dialekt  və  şivələrində,  demək  olar  ki,  təsadüf 
olunmaması  ilə  bağlayır.  Zənnimizcə,  bu  cür  əsaslandırma 
özünü  doğruldur.  Lakin  bu  və  ya  digər  ləhcədə  müxtəlif 
alınmaların  olması  ərəb  və  tat  dilləri  arasındakı  əlaqələrin 
müxtəlif ərazilərdə başqa-başqa şəkildə getməsini  iddia etməyə 
imkan  verir.  Bu  isə  özünü  doğrultmur.  Birbaşa  alınmaların 
daha  əvvəlki  dövrə təsadüf etməsi,  onların  fars  dili  vasitəsi  ilə
51


Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
alınması  ehtimalı,  eləcə  də,  həmin  sözlərin  mənşəcə  İran 
dillərinə aidliyi  də öyrənilməlidir.
İkinci  məsələ  fars  dilindən  alınmalarla  bağlıdır.  Burada 
sözün  Azərbaycan  dili  vasitəsi  ilə  tat  dilinə  keçməsi  şübhə 
doğurmur.
Tat  dilinin  Quba ləhcəsinə  keçən  alınma  sözlərin,  əsasən, 
Azərbaycan  dili  vasitəsi  ilə  keçməsi  danılmazdır.  Eyni 
zamanda  dil  əlaqələri  zəminində  başqa  dillərdən  birbaşa 
alınmaların  olması  ehtimalı  da var.  Şübhəsiz,  bu  cür  alınmalar 
cüzidir və onların təyin edilməsi  mürəkkəb məsələdir.
Tat  dilinin  Quba  ləhcəsində  yeni  sözlər,  əsasən,  iki  yolla 
leksik  və  morfoloji  üsullarla  yaranır.  Leksik  üsulla  söz 
yaradıcılığına  misal  olaraq  bu  ləhcədə  sözlərin  heç  bir 
qrammatik  forma  qəbul  etmədən  bir-birinə  yanaşması  ilə  yeni 
sözlərin  əmələ  gəlməsini  qeyd  edə  bilərik.  Məsələn: 
daspoçə 
«əl-ayaq»  (
das
  «əl», 
poçə
  «ayaq»); 
sərdig
 «qazan  qapağı»  (
sər 
«baş», 
dig
  «qazan»); 
хипә-сикә
  «ev-eşik» 
{xanə
  «ev», 
сакэ 
«eşik»)  və  s.  Bu  yolla  yaranan  yeni  sözlərin  həm  bitişik,  həm 
də  qoşa  söz  formalarına  rast  gəlinir.  Məsələn: 
sər-тих
  «üst- 
baş», 
sibdar
  «alma  ağacı» 
(sib
  «alma», 
dar
  «ağac»), 
Fikrimizcə,  bu  sözlərin  bir  qismi  Azərbaycan  dilində  işlənən 
müvafiq  qarşılığın  təsiri  ilə  əmələ  gəlir: 
sər-тих
  «üst-baş», 
daspoçə
  «əl-ayaq».  Azərbaycan  dilində  olan  sözlərin  tərkib 
hissələri  tat  dilinə  tərcümə  edilir  və  yeni  söz  formalaşır.  Bu, 
sözalmanın kalka üsuluna uyğun gəlir.
Söz  yaradıcılığında  qoşa  sözlər  də  müəyyən  yer  tutur. 
Bunların  bir  qismi  eyni  sözün  təkrarı  yolu  ilə  formalaşmışdır. 
Məsələn: 
koval-koval
 «çuval-çuval», 
zıı-zıı
  «tez-tez», 
seto-seto 
«üç-üç»  və  s.  Onu  da  qeyd  etmək  lazımdır  ki,  bu  sözlər 
ləhcənin  müasir dövrünə  aid  sözlər deyil.  Yəni,  onlar elə ümu- 
mişlək  sözlərdir  ki,  dilin  tarixi  inkişafının  daha  əvvəlki 
dövrlərində istifadə edilmişdir.
52


Yüklə 64 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə