Azərbaycan tatlarının dilinin materialları əsasında



Yüklə 64 Kb.
Pdf görüntüsü
səhifə19/85
tarix06.05.2018
ölçüsü64 Kb.
#42893
1   ...   15   16   17   18   19   20   21   22   ...   85

Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
məhz  bu  ləhcədə  qeydə  alınmasını  qeyd  etmişdir.  Lakin  onun 
nümunə kimi  gətirdiyi  sözlər çox deyil.  Qeyri-müəyyən miqdar 
sayı  və  «nə  üçün»  sual  əvəzliyi  kimi  çıxış  edən 
qəy,  varaftən 
«döymək»,  «toxunmaq»; 
g a f
  «söz», 
q a f  saxtən
  «danışmaq» 
leksik vahidləri belə  spesifik  sözlər sırasına daxildir.  Müəllifin 
təqdim  etdiyi  spesifik  sözlər,  çox  güman  ki,  bu  ləhcəyə  aid 
olan  spesifik  sözlərin hamısı  deyil.  Yəqin ki,  belə  sözlərin  sayı 
çox olmalıdır.
Qonaqkənd  ləhcəsində  işlənən  sözlərin  bir  qismi 
ümumiran  mənşəlidir,  digər  ləhcə  və  şivələrdə  də  ya  eyni 
şəkildə,  ya  da  müəyyən  fonetik  dəyişikliyə  uğramış  şəkildə 
qeydə  alınır.  Lakin  müasir  fars  dilinə  aid  olan  bir  sıra  sözlər 
Azərbaycan  tatlarının,  demək  olar  ki,  bütün  ləhcələrində 
işləndiyi  halda,  Qonaqkənd ləhcəsində  özünü göstərmir: 
yaftən 
«tapmaq», 
ger eftən
  «tutmaq»,  «götürmək», 
rə f tən
  «getmək», 
amuxtən
  «öyrənmək», 
pursirən
  «xəbər  almaq», 
dərəvardən 
«çıxartmaq», 
poxtən
 «bişirmək» və  s.  (59,  5).
Qonaqkənd  ləhcəsində  tat  dilinin  özünə  məxsus  sözləri 
kimi  aşağıdakı  sözlər  göstərilir: 
rast
  «düz»; 
kəllə
  «sürü»; 
siyə 
«qara»; 
tölərzə
  «qızdırma»; 
bazu
  «qol»; 
dəs
  «əl»; 
fərzənd 
«övlad»; 
ziba
  «gözəl»; 
biiz
  «keçi»; 
kələzən/pirəzan
  «qarı»; 
kələmərd pirəmərd
  «qoca  kişi»; 
xug
  «donuz»; 
södəgər 
«alverçi»; 
pənt
  «düymə»; 
bibinə
  «çimdik»; 
ambar
  «çoxlu»; 
ru 
«surət»,  «üz»; 
xunə
  «ev»; 
çin
  «oraq»; 
xiirs
  «ayı»; 
çarpa 
«heyvan»  (<  hərfən:  «dördayaqlı»); 
dumor
  «kürəkən»; 
miirs 
«zülm»; 
tar i к
 «qaranlıq»; 
mihmun
  «qonaq» və  s.  Lakin bu  söz­
lərin bilavasitə tat  dilinə,  o  cümlədən  Qonaqkənd ləhcəsinə  aid 
olması 
barədə 
mülahizə 
düzgün 
deyil. 
Bu 
sözlərin 
əksəriyyətini  müxtəlif  İran  dillərində  tapmaq  mümkündür. 
Şübhəsiz  ki,  həmin  sözlərdən  bəzilərində  fonetik  səs 
dəyişiklikləri  müşahidə  olunur.  Məsələn, 
fərzənd
  sözü  «uşaq, 
övlad»  mənalarında  gilyan  dilində  də  işlənir  (207,  93).  Müasir
56


Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
fars  dilində  də  bu  söz  «oğul,  övlad,  uşaq»  mənalarındadır. 
Azərbaycan  ədəbiyyatında  işlənmiş  ərəb  və  fars  sözləri 
lüğətində 
fərzənd
  sözü  də  var.  Bu  onu  göstərir  ki,  o,  klassik 
ədəbiyyatımızda fars  dilindən  alınma  söz  kimi  işlənmişdir (56, 
671). 
Fərzənd
 tat  dilində  istifadə  olunan  sözlərdəndir. 
Fərzənd 
«övlad»  (Quba).  Xubə fərzənd  çü bəxastən  ə mal  piyər.  «Yaxşı 
oğul  neynər ata malını?!».
Başqa  bir  nümunəni  də  nəzərdən  keçirək.  Qonaqkənd 
ləhcəsinin  spesifik  sözü  kimi  qeyd  olunan 
mihmun
  «qonaq» 
sözü  gilan  dilində  həmin  mənada 
m em an  mehman
  fonetik 
variantlarında işlənir (207,  160).
Mehman  sözü  tarix  boyu  Azərbaycan  dilində  də  işlənmiş 
və  hal-hazırda  poeziya  nümunələrində  və  başqa  bədii 
nümunələrdə  «qonaq»  sözü  ilə  müvazi  olaraq  işlənir. 
Mehman 
sözünün  derivatı  (törəməsi)  olan 
mehmanxana
  sözü  müasir 
Azərbaycan dilinin  aktiv fonduna daxildir.  Bu  söz tacik dilində 
mexmon
  (288,  116),  müasir  fars  dilində  isə 
mehman
  şəklində 
işlənir  (272,  114).  Maraqlıdır ki,  talış  dilində 
mehman
  sözü  və 
ya  onun  başqa  fonetik  variantı  işlənmir.  Bu  dildə  həmin 
mənada  Azərbaycan  dili  mənşəli 
ğonəğ//ğiinəğ//qonəğ
  fonetik 
variantları işlənməkdədir (255,  61).
Məlumdur  ki,  söz  ikiplanlı  vahiddir.  Onun  həm  səslənmə 
forması,  həm  də  mənası  var.  O,  ətraf  gerçəkliyin  predmet  və 
hadisələrini  ifadə edən dil işarəsidir (306,  60).  Zaman keçdikcə 
sözün  səs  cildində,  eləcə  də  mənasında  dəyişikliklər  baş  verə 
bilir.  Həmin  dəyişikliklər  eyni  bir  dilin  sözlərində  də  özünü 
göstərir.  Qohum  dillərdə isə belə fərqlər daha tez-tez müşahidə 
olunur. 
Mehman//meman//mexmon//mihmun
 
kimi 
fonetik
variantlar  ayrı-ayrı  İran  dillərində  eyni  mənada istifadə  olunan 
sözlərdir.  Bu  söz  daha  qədim  dövrlərdə  işlənmiş  və  müxtəlif 
İran dillərində qalmışdır.
Mihmun
  fonetik  variantının  Qonaqkənd  ləhcəsində
57


Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
işlənməsi  bu  sözü  tat  dilinin  özünə  məxsus  sözü  hesab  etməyə 
əsas vermir.  Qeyd olunanlar şivələrarası  leksik fərqlərin aşkara 
çıxarılması  zamanı  daha  ümumi  və  ciddi  qanunauyğunluğa 
söykənən,  təkrarlanan  dəyişikliklərə  əsaslanmağın  vacibliyini 
təsdiq edir.
Zənnimizcə,  Qonaqkənd  ləhcəsində  işlənib,  başqa  tat 
ləhcələrində  işlənməyən  yaxud  qeydə  alınmayan  sözlər  daha 
böyük maraq kəsb  edir.
Qonaqkənd  ləhcəsində  işlənən 
astaran
  sözü  də  («almaq») 
qeydə  alınmışdır.  Abşeron  və  bəzi  başqa  şivələrdə  bu  sözün 
u star an /vu star ənəstaran
  fonetik  variantları  var.  Bu  halda  biz 
dilin  ləhcə  və  şivələri  arasında  sözün  səs  cildində  dəyişiklik 
müşahidə  edirik.  Felin  əvvəlində 
«v»
  samitinin  işlənməsi  İran 
dilləri  üçün  səciyyəvidir.  Əlbəttə,  bu,  fellərin 
«a»
  fonemi  ilə 
başlanmasını  istisna  etmir.  Lakin  ləhcə  və  şivələrdə  qeydə 
alınan 
vu star əti/astaran/astar ən
  ardıcıllığı  daha  ilkin  variantın 
«vustarən»  olması  qənaətinə  gəlməyə  imkan  verir.  Şimal 
şivəsinə  məxsus  olan  bu  söz  cüzi  fonetik  fərqlərlə  cənub 
şivələrində də müşahidə olunur.
M.Hacıyev 
Qonaqkənd 
ləhcəsində 
spih, 
espih 
formalarının  müşahidə  olunduğunu  göstərir  (59,  152).  «Ağ» 
anlayışı  gilyan  dilində 
səfid sifid
,  talış  dilində 
sipi/sıpi,
  tacik 
dilində 
safed
,  fars  dilində 
sefid
  formasındadır  (274,  35;  251, 
202;  QRS,  294;  272).  Aşağıdakı  nümunələrdə  də  sözün fonetik 
cildinin  dəyişməsi  müşahidə  olunur:  kürd, 
sipi,
  puştu. 
spin, 
dəri, 
safed  sapid
 (271,  48;  273,  63).
H.Şuxardt  yazır:  «Mən  dildə  baş  verən  hər  cür
dəyişikliklər  kimi,  fonetik  dəyişmələri,  onların  mahiyyətinə 
vararaq,  artma  adlandırıram.  Belə  ki,  burada  yeni  amillər 
ortaya  çıxır.  Başqaları  kifayət  qədər  əsasları  olmadan  buna, 
ixtisar kimi,  lazımi  diqqət  yetirmirlər»  (308,  58).  «Ağ»  mənalı 
sözün  bəzi  İran  dillərindəki  variantlarını  sıraya  vur,  belə  bir
58


Yüklə 64 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə