Azərbaycan tatlarının dilinin materialları əsasında



Yüklə 64 Kb.
Pdf görüntüsü
səhifə20/85
tarix06.05.2018
ölçüsü64 Kb.
#42893
1   ...   16   17   18   19   20   21   22   23   ...   85

Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
mənzərə 
əldə 
edərik:
scfid səfid sa fed sapid sipi  sıpi  sııbi  isbi  ispi

Tat 
dilinin
Qonaqkənd  ləhcəsində  anlautda 
«i»
  saitinin  işlənməsi  digər 
İran  dilləri  ilə müqayisədə  əsaslı  fərq kimi  gözə  çarpır.  Burada 
«i»
  saiti  ilə 
«s»
  samitinin  inversiyası  göz  qabağındadır. 
İnversiya başqa təsirlərdən irəli  gəlmişdir.  Həmin təsirin Azər­
baycan  dili  ilə  əlaqələr  zəminində  yaranmasını  düşünmək 
olmaz.  Azərbaycan  dilində  samitlər  anlautdakı  yerini,  bir 
qayda  olaraq,  dəyişmir.  Bununla  belə,  Azərbaycan  dilində  söz 
başında  yanaşı  gələn  samitlər  kardırsa,  sadə  danışıqda  və 
şivələrdə  sözün  əvvəlinə 
«i»
  artırılır: 
şka f -   i şka f  stəkan  -  
istəkatr,
  sözün  başında 
«r»
  samiti  olduqda,  sadə  danışıqda  və 
şivələrdə  sözün  əvvəlinə 
«i»
  saiti  sartırılır: 
rəhm  -   irəhim,  Rza 
-  İrza,  razı -  irazı
 və  s.  (42,  143).
Tat  dilinin  Lahıc  ləhcəsin in  leksik  xüsusiyyətləri.
Lahıc  Azərbaycanın  İsmayıllı  rayonunda  şəhər  tipli 
qəsəbə  olub,  rayon  mərkəzindən  35  km  şimalda,  Girdiman 
çayının  sahilində  yerləşmiş  qədim  yaşayış  məsəkənidir. 
Əsasının  erkən  orta  əsrlərdə  qoyulması  ehtimal  olunur.  XVIII- 
XIX  əsrlərdə  Azərbaycanın  misgərlik  və  silah  istehsalı 
mərkəzlərindən biri  kimi  tanınmışdır.  Lahıc ustalarının misdən 
hazırladıqları  dolça,  satıl,  sərnic,  məcməyi,  sərpuş,  güyüm, 
kasa,  cam və  sair məmulatlar Orta Asiya,  Dağıstan,  Gürcüstan, 
İran,  Qərbi  Azərbaycan,  Türkiyə  və  s.  yerlərdə  şöhrət 
qazanmışdır.  Məmulatların  çoxu  incə  və  zərif  naxışlarla 
bəzədilmişdir.  Ehtimala  görə,  XIX  əsrin  ortalarında  Lahıcda 
200-ə  yaxın  misgərlik  emalatxanası  olmuşdur.  Bu  yerin 
ustaları  odlu  və  soyuq  silahlar  da  istehsal  etmişlər.  Onların  iş 
təcrübəsindən  Rusiyanın  İjevsk  silah  zavodunda  da  istifadə 
olunmuşdur.  Ümumiyyətlə,  Lahıcda  30-dan  çox  sənətkarlıq
59


Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
növü 
(dabbaqçılıq, 
çəkməçilik, 
papaqçılıq, 
sərraclıq, 
dəmirçilik,  həkkaklıq,  qalayçılıq,  dulusçuluq,  dərzilik  və  s.) 
inkişaf  etmişdir.  Lahıcda  daş  döşəməli  küçələr,  məhəllə 
məscidləri,  su  kəməri  və  kürəbənd  (kanalizasiya),  Girdiman 
qalası  mühafizə olunmuşdur (130,  23).
Azərbaycanın  Niyaldağ  silsiləsində  suayrıcında  yerləşən 
hündürlüyü  təqribən  1700  m  olan  dar  və  çətin  keçilən  aşırım 
da  «Lahıc  aşırımı»  adlanır.  Azərbaycanda  yaşayan  irandilli 
etnik qruplardan biri  «lahıc»  adını  daşıyır.  Respublikada onları 
həm  «tat»,  həm  də  «lahıc»  adlı  ilə  tanıyırlar.  Lahıcların 
Sasanilər  dövründə  İranın  Lahican  əyalətindən  Azərbaycana 
köçürüldüyü ehtimal  olunur.
Bu  etnik  qrupun  bir  qismi  özünü  tat,  digər  qismi  lahıc 
hesab  edir.  Bu  ləhcə  ayrıca  monoqrafik  tədqiqat  obyekti 
olmuşdur  (73).  Həmin  tədqiqat  işində  ləhcənin  leksik 
xüsusiyyətləri  də müəyyən qədər araşdırılmışdır.
Lahıc  ləhcəsinin  leksik  tərkibini,  əsasən  ümumiran 
mənşəli  sözlər  təşkil  edir.  Qeyd  etmək  lazımdır  ki,  bu  leksik 
vahidlərə tat  dilinin  digər ləhcələrində  də  ya heç bir dəyişiklik 
olmadan,  ya  da  müəyyən  fonetik  və  semantik  dəyişikliklərlə 
rast  gəlmək  olur.  Ləhcədə  alınma leksik vahidlər də xüsusi  yer 
tutur.  Bunlar,  əsasən,  Azərbaycan  dilindən  və  Azərbaycan  dili 
vasitəsilə başqa dillərdən keçən  sözlər və terminlərdir.
Lahıc  ləhcəsinin  lüğət  tərkibinin  bir hissəsini  dilin  özünə 
məxsus  leksikası  təşkil  edir  ki,  bu  cəhət  onu  Azərbaycan 
tatlarının  başqa  ləhcələrdən  fərqləndirir.  Bu  sözlərə  tat  dilinin 
başqa ləhcələrində,  demək olar ki, təsadüf edilmir.  Bu qəbildən 
olan  söz  və  terminlərin  cüzi  hissəsini  tat  dilinin  başqa 
ləhcələrində və  şivələrində tapmaq olur.
Lahıc  ləhcəsinin  spesifik  leksikasına  daxil  olan  söz  və 
terminlər,  əsasən,  təsərrüfatın  müəyyən  sahələri  ilə  bağlıdır. 
Lahıc  şivəsinin  spesifik  leksikası  kimi  aşağıdakı  sözləri  qeyd
60


Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
edə  bilərik: 
anaştö
  «ac-susuz»; 
bəsti
  «səhəng»; 
varaşist 
«toyxərci»; 
vər
  «səhəngin boğazaqədərki  hissəsi»; 
vərd
 «xalça 
dəzgahında  çubuq  hissə»; 
vəyəsiran
  «yapışmaq»; 
vic/vic
  «tut 
çırpmaq  üçün  parça»; 
qaqalaxırdi
  «dəvədabanı»; 
qırsa
  «bərpa 
olunmuş,  lazımi  formaya  salınmış  mis»; 
qilində
  «boyunbağı»; 
daranoy
  «ling  növü»  (misgərlikdə  işlənir), 
durozmun
  «
əriş
»; 
əssəli
  «yonca  növü»;  z
mqavod
  «mismarı  girdələmək  üçün 
alət»; 
ilmanqu
  «ilıq  (su)»; 
kəəb
  «səhəngin  alt  hissəsi»; 
kor sü 
«çəkic»  (misgərlikdə  işlənir); 
kiləstun
  «ərsin»; 
kolamın 
«yarpız  qatılmış  çörək  növü»; 
kiiləxır
  «bulud»; 
kiirmiiri 
«novruz  bayramında  yandırılan  kol  növü»; 
leşzaıı
  «dəri 
təmizləmək  üçün  dəryaz»  (alət); 
məbrəd
  «yeyə»; 
mıııtari 
«kartof 
şorbası 
(şil əsi)»; 
mine
 
«arı 
yuvası», 

biyə 
«lehimləmə»; 
övərə
  «qədimdə  hamam  kimi  istifadə  olunan 
yer»; 
ödraııg
 «ocağı  qarışdırmaq  üçün  koğaşəkilli  maşa»; 
pəs- 
töyi
  «yarımfabrikat»  (misgərlikdə); 
pısgiri
  «cırcırama»; 
п
ığaıımii
  «vazelin»; 
ruzinə
  «qədimi  evlərdə  işıq  düşmək  üçün 
nəfəslik»; 
six an
  «söz»; 
tiilə
  «yunu  qırxılmış  qoyun  dərisi» 
müq.et:  azərb.  Tükümü 
tüləm ək

fııtolı
  «əvəlik»; 
ləşgər
  «işçi 
arı»; 
hinərəbıııı
  «xinayaxdı»; 
çıx
  «öskürək»  (Ab.  sürvə); 
çimniiri
 «alma növü» və  s.
Lahıc  ləhcəsinin  lüğət  tərkibində  saylar,  əvəzliklər  və 
fellərin,  demək  olar  ki,  əksəriyyəti  ümumiran  mənşəlidir. 
Ümumiran  mənşəli  leksikaya  aid  aşağıdakı  nümunələri  qeyd 
etmək  olar:  a)  fellər: 
diran
  «görmək»; 
xıından
  «oxumaq»; 
xordan
  «yemək»; 
doran
  «vermək»; 
gir i f  tan
  «tutmaq»; 
zər an 
«vurmaq»; 
ustoran
  «almaq»; 
ıımoran
  «gəlmək»; 
u f tor an 
«düşmək,  yıxılmaq»; 
biriştan
  «bişmək»; 
bıstan
  «bilmək»; 
bafan
  «demək»; 
beyistan
  «donmaq»; 
varastan
  «qurtarmaq»; 
vəçiran
  «yığmaq»; 
vədoran
  «işləmək»; 
vəşmərdan
  «söymək»; 
vir  bir an
  «itmək»; 
voğıından
  «soxmaq»; 
vöyistan
  «istəmək, 
arzulamaq»; 
voyəştan
 
«qayıtmaq»; 
vaxıştan
 
«durmaq,
61


Yüklə 64 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə