Azərbaycan tatlarının dilinin materialları əsasında



Yüklə 64 Kb.
Pdf görüntüsü
səhifə18/85
tarix06.05.2018
ölçüsü64 Kb.
#42893
1   ...   14   15   16   17   18   19   20   21   ...   85

Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
Leksik  yolla  əmələ  gələn  sözlərin  bir  qismində 
qrammatik  vasitələrdən  istifadə  olunur.  Qrammatik  vasitə  iki 
sözü  bir-birinə  bağlamaq  vəzifəsini  yerinə  yetirir.  Məsələn: 
sərəpoçə.
  Müvafiq  misallarda  belə  bir  məqamda 

  şəkilçisini 
görürük:  O,  birinci  tərkib  hissəsinə  artırılır: 
xnbəxnb
  «yaxşı- 
yaxşı»; 
turşəsib
  «turş  alma».  Başqa  nümunələrdə  iki  tərkib 
hissəsindən  ibarət  olan  sözə  -/  şəkilçisinin  artırılmasını 
görürük: 
diisəri
  «ikibaşlı» 
(dii
  «iki», 
sər
  «baş»).  Burada  -/ 
morfemi  Azərbaycan  dilində isimdən  sifət düzəldən -//, 
-U,  -lu, 
-lü
  şəkilçisinin funksiyasını yerinə yetirir.
T.Əhmədov  qeyd  olunmuş  üç  model  əsasında  söz 
yaradıcılığı  ilə  yanaşı,  daha  üç  formanı  göstərir.  Lakin  bu 
formalar  əvvəlki  üç  üsulu,  demək  olar  ki,  təkrar  edir. 
Tədqiqatçı  bu  dəfə  quruluşca  mürəkkəb  söz  kimi  formalaşma­
dan  istifadə  edərək,  tərkib  hissələrinin  hansı  nitq  hissəsinə  aid 
olmasına  görə  təsnifat  aparır.  Məsələn: 
sifətlə  ismin
birləşməsindən  düzələnlər  (
xnbaciz
  «yaxşı  şey»; 
şirnə  sib 
«şirin  alma»);  sayla  ismin  birləşməsindən  düzələnlər  (
səpoyi 
«üçayaq»; 
diisərə
  «ikibaşlı»)  (44,  41).  Göründüyü  kimi,  bu 
sözlər  iki  sözün  şəkilçili  və  ya  şəkilçisiz  birləşməsi  yolu  ilə 
əmələ  gəlmişdir.  Həmin  modellər barəsində  yuxarıda  məlumat 
vermişik.
Azərbaycan  dilində  mürəkkəb  söz  kimi  formalaşan  və 
ikinci  tərkib  hissəsi  feli  sifətlə  ifadə  olunan konstruksiyalar tat 
dilinin 
Quba  ləhcəsində 
də 
müşahidə 
edilir: 
sibçm
«almadərən»; 
kiyonvəçin
 «otyığan» və  s.
Tat  dilinin  Quba  ləhcəsində  fellərin  düzəlməsində 
saxtən 
«etmək», 
birən
  «olmaq», 
zərən
  «vurmaq», 
dərən
  «vermək», 
küftən
  «vurmaq,  tutmaq»  kimi  köməkçi  fellərdən  istifadə 
edilir.
Morfoloji 
yolla 
söz 
yaradıcılığında 
sözdüzəldici 
şəkilçilərdən  istifadə  olunur.  Digər  İran  dillərində  olduğu
53


Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
kimi,  tat  dilində  də  söz  yaradıcılığında  həm  ön,  həm  də  son 
şəkilçilər  iştirak  edir.  Tat  dilinin  Quba  ləhcəsində 
Ы-//Ыу~, 
na//nə-
  ön  şəkilçiləri  qeydə  alınmışdır.  Məs: 
bihiirmət
  «hör­
mətsiz»; 
bidin
  «dinsiz»; 
bixəbər
  «xəbərsiz»; 
naxuş
  «xəstə», 
nadürüst
 «nadürüst» və  s.
Son  şəkilçilər  sırasında  -/ 
-yi.  -in  -yin.  -ic  -yic.  -lə 
məhsuldardır.  Məsələn: 
həmrayi
  «yoldaşlıq»; 
sərin
  «üstdəki»; 
boknyic
 «bakılı»  əv  s.
Tat  dilinin  Quba  ləhcəsində  sadə  fellərdən  düzəltmə 
fellərin  yaradılması  üçün 
və-/va-/vo-,  -da də-,  J İ-fn -fii-
  ön 
şəkilçilərindən  istifadə  edilir.  Məs.: 
vəkərdən
  «tikmək»
(,kərdən
  «etmək»); 
vədərən
  «itələmək» 
{dərən
  «vermək»); 
darəftən
  «girmək»,  «süpürmək» 
{rəftən
  «getmək»); 
fiibərdən 
«udmaq» 
{b ər dən
 «aparmaq»).
Təbii  ki,  tat  dilinin  bu  və  ya  digər  ləhcəsində  müşahidə 
olunan  söz  yaradıcılığı  yolları, 
sözdüzəldici  şəkilçilər 
bütövlükdə  tat  dilinin  söz  yaradıcılığını  tam  əhatə  edə  bilməz. 
Ona  görə  də  tat  dilinin  müxtəlif ləhcələrində  söz  yaradıcılığı 
xüsusiyyətləri  həm  ayrı-ayrılıqda,  həm  də  müqayisəli  şəkildə 
tədqiq  edilməlidir.  Tat-Azərbaycan  dil  əlaqələrinin intensivliyi 
fonunda tat  dilinin  Quba ləhcəsində  Azərbaycan  dilinə  məxsus 
sözdüzəltmə  vasitələrindən  istifadə  imkanları  artır.  Dillərarası 
əlaqələr  ən  çox  leksik  səviyyədə  özünü  göstərir.  Doğrudur,  bu 
səviyyədə  ilk  növbədə  bir  dildən  o  birisinə  sözlərin  keçməsi 
hadisəsi  baş  verir.  İlk  dövrdə  sözalma  prosesi  sözün  hazır  şə­
kildə  alınması,  yəni  sözün  sözdüzəldici  şəkilçi  ilə  birlikdə 
alınması  daha geniş yayılır.  Tədricən dominant dilin məhsuldar 
sözdüzəldici  şəkilçiləri  qarşılıqlı  əlaqədə  olan  dildə  də  özünə 
yer  alır.  Bununla  belə,  çox  zaman  alınma  şəkilçi  dildə 
məhsuldarlıq 
qazana 
bilmir. 
Məsələn, 
Azərbaycan-rus 
ikidilliyi  prosesində  Azərbaycan  dilinə  tərkibində  rus  dilinə 
məxsus  sözdüzəldici  şəkilçilər  olan  xeyli  miqdarda  söz  daxil
54


Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
olmuşdur: 
yumorist, 
ssenarist, 
jurnalist, 
kommunizm,
imperializm,  kapitalizm,  komandir,  briqadir
 və  s.  Sovet İttifaqı 
dövründə  Azərbaycan  dilinin  lüğət  tərkibinə  rus  dilindən  və 
rus  dili  vasitəsi  ilə  xeyli  söz  daxil  olmuşdur.  Rus  dilindən  və 
onun  vasitəsi  ilə  alınan  sözlər  Azərbaycan  dilinin  lüğət 
tərkibini xeyli  zənginləşdirmişdir (9,  21).
Azərbaycan-tat  dil  əlaqələri  nəticəsində  də  dillərin 
qarşılıqlı  təsiri  hadisəsi baş vermişdir.  Bu təsir daha çox leksik 
sistemdə  iz  buraxmışdır.  Azərbaycan  dilinin  təsiri  tat  dilinin 
Quba  ləhcəsində  də  özünü  göstərir.  Tat-Azərbaycan  dil 
əlaqələri  qədim  köklərə  malikdir.  Bu  baxımdan  Azərbaycan 
dilinin  daha qədim  dövrlərinə  aid  sözlər bir zamanlar tat  dilinə 
keçmiş və bu dildə işlənmişdir.  Tat  dilinin Quba ləhcəsində elə 
türk-Azərbaycan  sözləri  var  ki,  onlar  müasir  Azərbaycan  dili 
üçün  arxaikləşmişdir.  Tat  dilinin  Quba  ləhcəsində  isə  həmin 
sözlər işləkliyini  saxlamışdır.
T.Əhmədov  müasir  Azərbaycan  dili  üçün  arxaik  sayılan 
qayğııhı,  qajğıın,  qazğan,  у  alaq,  qabaq,  sırt
  sözlərinin  tat 
dilinin  Quba  ləhcəsində  işlənməsini  qeyd  etmiş,  bu  sözlərlə 
bağlı  etimoloji təhlil  aparmışdır (47,  54-60).
Tat 
dilinin 
Q onaqkənd 
ləhcəsin in 
leksik
xüsusiyyətləri.
M.Hacıyev  tat  dilinin  Qonaqkənd  ləhcəsinin  tatların 
yaşadığı  aşağıdakı  kəndləri  əhatə  etdiyini  göstərmişdir: 
Qonaqkənd,  Cimi,  Xaşı,  Afurca,  Xaltan,  Güləzi,  Dərəkəndo, 
Ərduc,  Gümür,  Dəhnə,  Puçuq,  Çiçi,  Xırt,  Nohurlar,  Kunxırt, 
Çinarlar,  Sərqaravul,  Zeyvə,  Utuq,  Muçu,  Rəngidar,  Nütəh, 
Atuc,  Fırıq, Ruçuq, Dürahi, Zıxır (59,  5).
Müəllif 
Qonaqkənd 
ləhcəsinin 
tat 
dilinin 
digər 
ləhcələrindən  leksik  fərqlərindən  danışarkən,  bir  sıra  sözlərin
55


Yüklə 64 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə