Azərbaycan tatlarının dilinin materialları əsasında



Yüklə 64 Kb.
Pdf görüntüsü
səhifə12/85
tarix06.05.2018
ölçüsü64 Kb.
#42893
1   ...   8   9   10   11   12   13   14   15   ...   85

Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
dildən digərinə keçir.  3.  Əhalinin dil  dəyişməsi» (116,  384).
Dil  əlaqələrində  bu  üç  formadan  hər  biri  qeydə  alınır. 
Azərbaycan-tat  dil  əlaqələrində  birinci  iki  amil  geniş 
yayılmışdır. 
Leksik 
sistemdə  baş  verən 
dəyişmələrdə 
Azərbaycan  dili  vasitəsilə  keçmiş  ərəb,  rus  və  Avropa mənşəli 
söz  və  terminlər  də  xüsusi  yer  tutur.  «Dil  bütövlükdə 
informasiya  verən  və  informasiya  qəbul  edən  mexanizm 
çərçivəsində  fəaliyyətini  həyata  keçirir»  (71,  3).  Dil
kollektivləri  arasındakı  əlaqə informasiyanın  ötürülməsi  və  qə­
bul  edilməsi  zərurətindən  doğur.  Yəni,  bir  dil  kollektivi  və  ya 
bu  kollektivin  nümayəndəsi  müəyyən  informasiyanı  başqa  bir 
dil  kollektivinə  ötürmək,  yaxud  ondan  almaq  istəyir.  Əlaqənin 
yaranması,  informasiya  mübadiləsi  müxtəlif  formalarda, 
müxtəlif  iştirakçılarla  gedir  və  müxtəlif  tarixi  dövrləri  əhatə 
edir.  Bu  baxımdan  dil  əlaqələri  zəminində  baş  vermiş  sözalma 
hadisəsinin  daha  qədim  dövrünün tədqiqi  dil  tarixi  baxımından 
daha  böyük  maraq  kəsb  edir.  Ona  görə  də  tat  dilində  işlənən 
qədim  türk  sözlərinin  müəyyənləşdirilməsi  və  araşdırılması 
vacib  və  aktual  elmi  məsələlərdən  biridir.  Bununla  yanaşı, 
Azərbaycan-tat  dil  əlaqələri  prosesində  tat  dilinin  də 
Azərbaycan  dilinə  təsiri  özünü  göstərir.  Bu  təsir  Azərbaycan 
dilinin  di al ektl ərində üzə  çıxır.  Müxtəlif sistemli  dil  qruplarına 
daxil  olan  Azərbaycan  və  tat  dillərinin  qarşılıqlı  əlaqələri 
problemi  mövcud  tədqiqatlarda  müəyyən  dərəcədə  öz  əksini 
tapmışdır  (59;  60;  137;  140).  Dillərin  qarşılıqlı  münasibətləri 
haqqında  H.Zərinəzadə  yazır: 
«Hər  hansı  bir  xalqın
mədəniyyətinin  və  məişətinin  müxtəlif  təzahürlərinə  aid 
məfhumlar  öz  ifadələrini  yalnız  o  xalqın  öz  sözlərində 
tapmamışdır və  tapmayır,  bu  məfhumların  bir  hissəsi  əlaqədar 
sözlərlə birlikdə başqa dillərdən alınır»  (149,  38).
«Əsas  lüğət  fondundakı  sözlər  içərisində  mənşə  etibarilə 
başqa  dillərdən  alınmış  sözlər görünə bilər.  Çox  çətin təsəvvür
36


Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
etmək  olar  ki,  bir  dil,  hətta  özünün  ən  qədim  vəziyyətində 
belə,  başqa  dilin  heç bir təsirinə  məruz  qalmamış  olsun»  (302, 
17).
Tat  və  Azərbaycan  xalqlarının  uzunəsrlik  tarixi  əlaqələri 
nəticəsində  bu  xalqların  dillərində  qarşılıqlı  şəkildə  söz 
alınması  prosesi  baş  vermişdir.  Bu  alınmaların  xarakteri 
keyfiyyətcə  bir-birindən  fərqlənir.  Azərbaycan  dili  leksik 
səviyyədə  ümumən  tat  dilinə  təsir  etdiyi  halda,  tat  dili  daha 
çox 
qonşuluqda 
yaşayan 
bu 
və 
ya 
digər 
dialekt 
nümayəndələrinin məhəlli  şivələrində öz izlərini buraxmışdır.
Tədqiqatçılar Azərbaycan  dilinin  Quba dialektində,  başqa 
dialektlərdə  işlənməyən  bir  sıra  sözlərin  tat  dilindən  keçdiyini 
göstərirlər.  Həmin  sözlər tat  dilinin  digər  ləhcələrində  də  eyni 
şəkildə işlənir (60,  67;  121,  10).
M.İ.Hacıyev  qeyd  edir  ki,  bu  təsir  xüsusilə  Azərbaycan 
dilinin  iki  dialektində  -   Bakı  və  Quba  dialektlərində  özünü 
daha qabarıq göstərir.
Abşeron  tatları  Azərbaycan  dilini  qəbul  etməklə,  tədricən 
öz  ana  dillərinin  bir  sıra  elementlərini  də  Azərbaycan  dilinə 
gətirmişlər (60,  68).
Azərbaycan  -   İran  dillərinin  çoxəsrlik  qarşılıqlı  əlaqəsi 
nəticəsində  müxtəlif  İran  dillərinə  məxsus  ayrı-ayrı  leksik 
vahidlər  Azərbaycan  dilinin  dialekt  və  şivələrinə  keçmiş  və 
hazırda  bəzi  şivələrdə  qorunmaqdadır.  Bu  təsir  daha  çox 
irandilli  xalqların  yaşadıqları  regionlarda  müşahidə  olunur 
(109,  173).
Əldə  olan  materiallar  əsasında  Azərbaycan  dialekt  və 
şivələrində aşağıdakı tat mənşəli  sözlər qeydə alınmışdır:
Ə ngilava 
-
  Dərbənd  şivəsində  bu  söz  «üzüm  mürəbbəsi» 
mənasında  işlənmişdir.  Bu  söz  düzəltmə  olub,  tat  mənşəlidir. 
Tat  dilində 
anqıır  əngıır  əngiir
  «üzüm»  + 
ava
  su,  maye» 
mənasında  işlənir.  Ümumiyyətlə,  Azərbaycan  dialekt  və
37


Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
şivələrində 
-av//-ava
  komponentləri  ilə  yaranan  sözlər  çoxluq 
təşkil  edir.
Nümunə  üçün 
ar dava
  «sıyıq»  (un  və  suyun  qatışığından 
hazırlanmış  xörək), 
xəkav
  (susuz  qalmış  əkin  yeri)  sözlərini 
qeyd  etmək olar.
Demək 
lazımdır  ki, 
Vs.Miller 
-ava
 
ünsürünü
anlaşılmayan  şəkilçi  kimi  qəbul  etmişdir (236,  64).
Əngiştənə -
 Dialektlərdə bu  söz  «üzük» mənasında qeydə 
alınmışdır. 
Tat 
ləhcələrində
anquştdərin  əngiştdərin  'ənguşdonə
 kimi variantlarda işlənir.
Əskeş  -
  əsasən,  Bakı  dialektində  «arabanın  qolu» 
mənasında  işlənir.  Bu  söz  tat  mənşəli  olub: 
əs
  (
<əsb
)  «at»  və 
keş  -
  «çək»  ünsürlərinin  birləşməsindən  əmələ  gəlmişdir.  Tat 
dilində 
keş  kəs  -   keşirən  kəşiran
  «çəkmək»  felinin  şə- 
kilçiləşmiş formasıdır.
Giozən  -
  Bakı  dialektində  «yerin  otunu  təmizləmək üçün 
ağzı  iti  alət»  mənasında  qeydə  alınmışdır.  Tat  dilində 
givo//giyo
  «ot»  + 
zən
 
(zər ən
  «vurmaq»  felinin  formasıdır) 
komponentlərinin birləşməsindən yaranmışdır.
Goduş  -
  «sərnic».  Əsasən,  Qəbələ,  Lənkəran,  Oğuz, 
Salyan  şivələrində  işlənir.  Bu  söz  tat  dilində 
gödiiş  godıış 
fonetik 
variantlarında 
işlənir. 
Go
 
«inək» 

düş 
(duşirandiişirən
 «qaynamaq» felindən).
Goudan  -
 «tövlə».  Bakı  dialektində işlənir.  Düzəltmə  söz 
olub, 
gou
  «inək»  + 
dan
  ünsürlərinin  birləşməsindən  əmələ 
gəlmişdir.
Tat  dilində 
-dan /-don//-dun
  şəkilçisi  isimlərə  qoşularaq 
yer,  qab,  alət  adlarının  və  onların  saxlanıldığı  yer  mənalarını 
verir.  Bu  şəkilçi  bir  çox  İran  dillərində  işlənən  məhsuldar 
şəkilçilərdəndir (72,  69).
Cuna  -
  Bakı  dialektində  «yanaq»  mənasında  işlənir.  Tat 
ləhcələrində 
guna//giinə
 formasında geniş yayılmışdır.
38


Yüklə 64 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə