Azərbaycan tatlarının dilinin materialları əsasında



Yüklə 64 Kb.
Pdf görüntüsü
səhifə11/85
tarix06.05.2018
ölçüsü64 Kb.
#42893
1   ...   7   8   9   10   11   12   13   14   ...   85

Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
rast gəlmək olur.  Tat  dilinin  İran  dilləri  ailəsində yeri,  bu  dilin 
ləhcələrinin  fərqləri  məsələsi  də  dilçilər  arasında  mübahisə 
obyekti  olmuşdur.  Lakin  fərqlər  dil  əlaqələri  müstəvisində 
nəzərdən  keçirilməmiş,  dil  əlaqələrinin  təsiri  ilə  bağlı  fərqlərə 
münasibət  bildirilməmişdir.  Dil  əlaqələri  prosesində  həm 
fonetik,  həm  qrammatik,  həm  leksik  sistemdə  dəyişikliklər baş 
verir.  Ən  sürətli  təsirə  leksik  sistem  məruz  qalır.  Qrammatika 
və  fonetikada  dəyişikliklər  həm  az  qeydə  alınır,  həm  də  çox 
gec meydana çıxır.
V.S.Sokolova  1948-ci  ildə  Bakının  Balaxanı  və  Suraxanı 
qəsəbələrində,  Dəvəçi  rayonunda  və  Qonaqkənddə  yaşayan 
tatların  ləhcələrinə  aid  materiallar  toplamış  və  bunun  da 
əsasında  tat  dilinin  fonetikasını  öyrənmişdir  (283,  280).  Əsər 
toplanmış  materialın  təsviri  əsasında  yazılmışdır.  Bu  tədqiqat 
işlərində  dil  əlaqələrinin dilin fonetik  sisteminə təsiri  haqqında 
konkret fikirlər söylənilmir.
Azərbaycan  tatlarının 
dilindəki 
fərqlərin  yaranma 
səbəblərini  dil  əlaqələri  ilə  və  bu  əlaqələrin  baş  vermə  tarixi 
ilə bağlayan tədqiqatçılar da var.
«Müasir tat  dilinin bugünkü xüsusiyyətləri  ilə təzahürünə 
gəlincə  isə,  aşağıdakı  üç  cəhəti  əsas  götürmək  lazımdır:  a)  tat 
dilinin 
qərbi 
İran 
dillərindən 
təcrid 
olunmasının 
uzunmüddətliliyi;  b)  qonşu  Xəzərətrafı  dillərin  təsiri;  c)  türk 
dilinin təsiri» (177,  106).
Bu və ya başqa dilin  öz  qrupu içərisindəki  müstəqil  və ya 
asılı  rolunu  bu  dilin  özünə  məxsus  olub,  öz  qrupunun  başqa 
dillərində  olmayan  fonetik,  leksik  və  qrammatik  nümunələr 
tapmaqla,  onun  xüsusi  vəziyyətini  tədqiq  etmək  və  qohum 
dillər  içərisindəki  yerini  müəyyən  etmək  olar.  Azərbaycan  di­
linin  tat  dilinə  güclü  təsiri  onu  İran  dillərindən  ayırır,  ona  bir 
növ,  xüsusi  mövqe verir (121,  13).
Əlbəttə,  tat  dilinə  Azərbaycan  dilinin təsiri  heç bir  şübhə
33


Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
doğurmur.  Lakin bir dilə başqa dilin təsirini  əsas götürərək onu 
xüsusi  mövqeyə  çıxarmaq  üçün  əvvəlcə  külli  miqdarda  faktlar 
əsasında  həmin  dilin  hansı  dəyişikliklərə  uğramasını,  onun  öz 
dil  ailəsindən aralanmasını  sübut etmək lazımdır.
Qeyd  etdiyimiz  kimi,  dil  əlaqələri  prosesində  dillərarası 
təsir  dilin  müxtəlif  səviyyələrində  özünü  büruzə  verir. 
Azərbaycan-tat  dil  əlaqələrində  də bu  cəhət özünü göstərir.  Tat 
dilinin  fonetik  sistemindəki  bəzi  fonemlərin  qeydə  alınmasını 
dil  əlaqələri  ilə bağlayan tədqiqatçılar var.
Məlum  olduğu  kimi,  tat  dilində  «ö»  foneminin  olmasına 
münasibətdə  tədqiqatçılar  arasında  müxtəlif  fikirlər  özünü 
göstərir.  A.L.Qrünberq  «Şimali  Azərbaycan  tatlarının  dili» 
əsərində  «ö»  fonemi  barədə  heç  bir  məlumat  verməmiş,  tat 
vokalizmi  sistemində  «ö»-nü  ayrıca,  müstəqil  bir  fonem  kimi 
göstərməmişdir.
H.Zərinəzadə  də  İran  dillərində  işlənən  /, 
ii, 
ö 
fonemlərinə  öz  münasibətini  bildirmiş  və  sübut  etməyə 
çalışmışdır  ki,  onlar  həqiqətən  də  İran  dillərində  Azərbaycan 
dilinin  təsiri  nəticəsində  yaranmışdır.  «Ö»,  «ü»,  «ı»  səsləri 
İran  dilləri  ailəsinə  daxil  olan  ancaq  elə  dillərdə  (tacik,  kürd, 
talış,  tat)  tapılır  ki,  o  dillərdə  danışan  xalqlar  türk  dillərində 
danışan  xalqlarla  (Azərbaycan,  özbək,  türkmən  və  s.) 
bilavasitə  və  uzun  müddət  qonşuluqda,  çox  sıx  əlaqədə 
yaşamış  və  yaşayırlar,  halbuki,  İran  dilləri  ailəsinə  daxil  olan, 
lakin  türk  dillərinin  təsir  dairəsindən  az-çox  kənarda  qalan  dil 
və dialektlərdə bu fonetik ünsürlər görünmür»  (149,  91).
Qarşılıqlı  təsirdə  olan  iki  dilin  fonetik  sistemində  oxşar 
xüsusiyyətlərin  varlığı  mümkündür,  lakin  bu  xüsusiyyətin  hər 
hansı  dildə  dil  əlaqələri  prosesindəki  təsirin  nəticəsi  olmasını 
dəqiqləşdirmək lazımdır.
A.A.Axundov  «ı»  foneminin  Azərbaycan  dilində  də 
uzunluq  və  qapalılıq  kimi  iki  fərqləndirici  əlamətinin
34


Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
mövcudluğunu qeyd etmişdir (5,  109).
Digər  İran  dillərində,  məsələn,  talış  dilində 
pioz
  (soğan), 
sio
  (qara)  sözlərində  intervokal  mövqedəki  samit  düşmüşdür. 
Lakin bu cəhət  tat dilinin lahıc ləhcəsində başqa şəkildə özünü 
göstərir.  Lahıc ləhcəsində 
piyoz
  (soğan), 
siyəh
  (qara) formaları 
işlənir.  Burada saitlər arasında samit fonem yer alır.
A.Meye  göstərir  ki,  fonetik  qanunlar,  analogiya  və 
alınmalar  dil  dəyişmələrinin  həqiqi  səbəblərini  izah  etmək 
üçün  kifayət  etmir.  «...Ayrı-ayrı  faktlar yalnız  xüsusi  nəticələr 
çıxarmağa  imkan  verir»  (218,  58).  Dilin  tarixi  tədqiqinin 
predmeti  «bir  dil  çərçivəsindən  kənara  çıxaraq,  bütün  dillərə 
eyni  dərəcədə  şamil  edilə  biləcək  ümumi  qanunları  aşkara 
çıxarmaq  olmalıdır.  «Ümumi  qanunların  aşkara  çıxarılması 
dilçiliyin  əsas  predmetlərindən  biri  olmalıdır.  Belə  qanunlar 
isə dil  ailələri  çərçivəsindən kənara çıxır»  (218,  58).
Dil  əlaqələri  prosesində  təsirə  ən  tez  məruz  qalan  dilin 
leksik  sistemidir.  Dil  əlaqədə  olduğu  dildən  sözlər  alır.  Tat 
dilinin  bütün  ləhcələrində  Azərbaycan  dilindən  və  ya 
Azərbaycan  dili  vasitəsi  ilə  digər  dillərdən  alınmış  sözlər 
müəyyən çoxluq təşkil  edir (47,  112).
Dil  əlaqələri  nəticəsində  bir  dildən  başqa  dilə  keçən  söz 
alındığı  dildə  arxaikləşib  unudulursa,  keçdiyi  dildə  fəal  işlənə 
bilir.  Məsələn,  lahıc  ləhcəsində  Azərbaycan  dilinin  qədim 
dövrlərinə  aid  olan bir neçə  söz və termin  qeydə  alınmışdır ki, 
Azərbaycan  dilinin  tarixi  leksikası  üçün  bunlar,  sözsüz, 
müəyyən əhəmiyyət kəsb  edir.
Ə.Rəcəbov  «Dilçilik tarixi»  əsərində A.Meyenin sosioloji 
mövqeyini  şərh  edərkən  yazır:  «Meye  dilin  sosial  işlədilməsi 
ilə 
əlaqədar 
olaraq 
dil 
dəyişikliklərinin 
üç 
amilini 
müəyyənləşdirmişdir:  1.  Dilin  spontan  inkişafı.  Bu  özünü 
nəsillərin təbii  vərəsəliyinin nəticəsi  kimi  göstərir.  2.  Sözalma. 
İnsanların  ticarət,  siyasi,  əqli,  dini  münasibətlərində  söz  bir
35


Yüklə 64 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə