Azərbaycan tatlarının dilinin materialları əsasında



Yüklə 64 Kb.
Pdf görüntüsü
səhifə5/85
tarix06.05.2018
ölçüsü64 Kb.
#42893
1   2   3   4   5   6   7   8   9   ...   85

Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
73).  N.Quliyeva  göstərir  ki,  «XIX  əsr  yazılı  mənbələrində 
Cavad,  Naxçıvan  və  Zəngəzur  qəzalarında  tatların  yaşaması 
haqqında  məlumata  təsadüf  edilir»  (90,  8).  M.Hacıyevin 
tədqiqatlarında  da tatların  yayıldığı  ərazilər haqqında məlumat 
verilir  (56,  60).  «Azərbaycan  tarixi»ndə  bu  barədə  oxuyuruq: 
Azərbaycan  ərazisində  yayılmış  tat  ləhcələri  pəhləvi  və  fars 
dillərinin  şivələri  olmuşdur.  Tatlar  erkən  orta  əsrlərdə 
cənubdan  Azərbaycanın  ərazisinə  köçürülmüşlər.  Azərbaycan 
tatları  türk  dilini  də  bilirdilər.  Belə  düşünmək  olar  ki,  erkən 
orta  əsrlərdə və  sonra  Azərbaycan  ərazisində  (Abşeron zonası) 
məskunlaşmış  tatlar  ikidilli  olmuşlar.  Yeni  şəraitdə  onlar 
ikinci  dil  olan  tat  dilini  tədricən  yadırğamış  və  türk  dilini 
saxlamışlar.  Ancaq  Quba  zonasında  yaşayan  tatların  ana  dili 
tarixən  fars  ləhcəsi  olmuşdur.  Onların  ikinci  dili  Azərbaycan 
dilidir.  Cənubi  Azərbaycanda  yaşayan  tatlar  da  Azərbaycan 
dilindən  ünsiyyət  vasitəsi  kimi  istifadə  edirlər.  Bu  dili  bəzən 
«Midiya  dili»nin  qalığı  kimi  qələmə  versələr  də,  bunların 
hamısı  pəhləvi ləhcələri  olmuşdur (24,  227).
A.Qrünberq  tat  dilinin  İran  dilləri  arasında  yeri 
məsələsindən  bəhs  edərkən  İran  alimlərinin  bir  qisminin  onun 
fars  dilinə  yaxın  ləhcə  olduğunu  göstərir.  Onun  fikrincə,  bu 
alimlərin başqa bir hissəsi  Abşeron tatlarının  dilinin  Gilyan və 
Mazandaran  dilləri  ilə  Mərkəzi  İran  dialektləri  arasında  aralıq 
mövqe  tutduğunu  söyləyir.  Onlar talış  və  semnan  dillərinin  də 
belə bir mövqedə  olmasını  qeyd  etmişlər.  Bu  nöqteyi-nəzərləri 
xatırladan  tədqiqatçı  Azərbaycanın  şimal-şərqi  rayonlarında 
yaşayan  müsəlman  tatlarının  dil  materialı  əsasında  belə  bir 
qənaətə  gəlmişdir  ki,  tat  dilinin  talış,  gilyan  və  mazandaran 
dilləri  ilə  yaxınlığını  inkar  etmək  əsassızdır.  A.Qrünberqə 
görə,  tat  dilinin  bir  tərəfdən  fars,  digər tərəfdənsə  tacik  dilinə 
genetik bağlılığı var (177,  106).
Tat  dilinin  İran  dilləri  arasındakı  yeri  haqqında  bir-
15


Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
birindən  fərqlənən  fikirlər  olduğu  kimi, 
tat
  sözünün  izahına 
münasibətdə də müxtəlif rəylər var.
«Orxon-Yenisey  abidələri»  kitabının  müəllifləri  abidədə 
tat
  sözünün  3  dəfə işlənməsini  qeyd  etmiş və  onu  «tat,  yadelli, 
türk  olmayan  xalq»  mənasında  vermişlər.  VIII  əsrdə,  daha 
doğrusu,  732-ci  ildə qoyulmuş Kül  Tigin abidəsində  «tat»  sözü 
belə  bir  kontekstdə  işlənmişdir:  «Könültəki  sabımın  u...  (on 
səkkiz  oğlın)a,  tatına  təki  bunu  görü  bilin».  Bu  kontekstin 
transkripsiyası  belə verilmişdir:  Ürəyimdəki  sözümü  ....  (on  ox 
oğullarına), 
tatlara
  təki  bunu  görərək  bilin.  Transkripsiyada 
Ə.Rəcəbov 
tatlar
  sözündən  sonra  mötərizədə  «yad  dildə 
danışanlara»  qeydini  əlavə  etmişdir.  Bilgə xaqan abidəsində  də 
tat
  sözünün  işləndiyini  görürük:  «on  ox  oğluna, 
tatına
 təgi  bu­
nu görərək bilin»  (118;  72,  78).
Ə.Rəcəbov  və  Y.Məmmədov 
tat
  sözünün  Orxon-Yenisey 
abidələrində üçüncü dəfə  «BA» ixtisarı  ilə verilmiş abidənin 4- 
cü  sətrində  işlənməsini  göstərmişlər.  «BA»  ixtisarı  kitabda bir 
«balbal  abidəsi»  kimi  açılır.  Lakin  kitabda  bu  adda  abidə 
qeydə  alınmır.  Onu  da göstərmək lazımdır ki,  abidədə  «tatabı» 
sözü  də  xalq  adı  kimi  işlənir və  bu  xalqın  Kül  Tiginin  olduğu 
yerdən  şərqdə  yaşaması  aydınlaşır.  «Xalqı  yüksəldək  deyə 
şimala -   oğuz xalqına qarşı,  şərqə -  kıtay,  tatabı  xalqına  qarşı, 
cənuba  -   Tabğaça  qarşı  böyük  qoşunla  on  iki  (dəfə)  qoşun 
çəkdim.  ...döyüşdüm»  (118,  80).  Ümumiyyətlə,  abidədə
«tatabı»  xalqımın  adı  çəkilən  cümlələrin  araşdırılması  göstərir 
ki, 
tatabı
  və 
tat
  sözləri  arasında  əlaqə  yoxdur.  Tatabı  xalqının 
adı  kıtay xalqının adı  ilə yanaşı  çəkilir.
Tat
  sözü  «Ktabi-Dədə  Qorqud»  dastanlarında  da  işlənir. 
Dastanların izahlı  lüğətində bu  söz  etnonim  kimi  açıqlanır (88; 
167).  «Saqalı  uzun tat  əri  banladıqda,  bədəvi  atlar issini  görüb 
oğradıqda,  ağlı,  qaralı  seçən çağda...  (87;  34).
Mahmud Kaşğaridə 
tat
 sözünün türk ləhcələrinin çoxunda
16


Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
«farsi»  mənasında  olması  göstərilir.  Bununla  yanaşı,  lüğətdə 
aşağıdakı  lüğət  məqaləsi  də  var:  «Tat.  Uyğur  kafırleri.  (tuxsı 
və  yağma  ləhcələrində).  Bu  sözü  onların  ölkələrində,  onların 
ağzından  eşitdim.  Bu  sözü  tat  tavğaç:  Uyğur  və  Çini  ifadəsi 
içində də istifadə edirlər» (326;  539-540).
XIII-XIX  əsrlərdə  Türkiyə  türkcəsi  ilə  yazılmış  əsərlər 
əsasında  hazırlanmış  lüğətdə 
tat
  sözü  «yabançı,  əcnəbi,  özəl 
olaraq  Əcəm», 
tatca
  sözü  «yabançı  dil  və  özəl  olaraq  farsca» 
mənalarında verilmişdir (328;  205).
A.Bakıxanov  yazmışdır:  «Tabasaranda  Ənuşirəvanın
Dərbənd  divarları  ilə  bağlı  saldığı  şəhərin  xarabalıqları 
yanındakı  səkkiz  kəndin  -   Calkan,  Rukal,  Kamax,  Maqatir, 
Zidian,  Gümeydi,  Mutaqi  və  Bilxədi  kəndlərinin  əhalisi  qədim 
fars  dilinin ləhcələrindən biri  olan tat  dilində  danışır.  Bu  onla­
rın  şəhərin  əhalisi  olması,  şəhər  dağıldıqdan  sonra  ətraf 
kəndələrə  köçməsi  haqqında  fikir  irəli  sürməyə  imkan  verir». 
A.Bakıxanovun  əsərində  tatların  Şamaxıda,  Qubada,  Lahıcda, 
Geuz,  Qoşunlu,  Barmaq,  Şeşpara,  Buduxun  bir  hissəsində, 
Bakıda yaşaması  haqqında da məlumat vardır (152;  24).
Belə bir ehtimal  var ki,  e.ə.  II minillikdə  hind-Avropa  dil 
ailəsinə  mənsub  olan  hind-İran  kök  dili  tədric  olunmuşdur. 
Həmin  minilliyin  sonunda  o,  hind  və  İran  dil  qollarına 
parçalanmışdır.  Hind-Avropa  tayfaları  Hindistana,  farsdilli 
tayfalar isə  İran,  Əfqanıstan və  Orta Asiyaya gələrək,  məskun­
laşmışlar.  Qədim  farsdilli  tayfalar  əvvəl  İran  yaylasının 
cənubunda  və  mərkəzi  hissəsində  məskunlaşmış  və  e.ə.  I 
minilliyin birinci  yarısında buranın  siyasi  həyatında fəal  iştirak 
etmişlər.  Həmin  dövrdə  fars  dilinin  parçalanması  nəticəsində 
bir  sıra ləhcələr yaranmış  və  bəzi  farsdilli  etnoslar  Azərbayca­
nın  şərq  və  qərbinə  doğru  yayılaraq,  tarixin  müxtəlif 
dövrlərində  yerlərini 
dəyişmiş  və  müxtəlif  adlı 
fars 
ləhcələrinin  bünövrəsini  qoymuşlar.  Parfıya  və  Sasani
17


Yüklə 64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə