Azərbaycan tatlarının dilinin materialları əsasında



Yüklə 64 Kb.
Pdf görüntüsü
səhifə3/85
tarix06.05.2018
ölçüsü64 Kb.
#42893
1   2   3   4   5   6   7   8   9   ...   85

Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
öyrənilməsi  üçün  geniş  imkanlar  açır.  Bu  cür  tədqiqatlar  in- 
terferensiya,  divergensiya,  alınmalar  və  innovasiyalar  kimi 
məsələlərə  işıq  salmaq  baxımından  elmi  dəlillərin  aşkara 
çıxarılması  üçün  yeni  materiallar  verir.  Tat  dili  və  onun 
şivələrinin  tədqiqi  göstərilən  cəhətlərə  görə  xüsusi  aktuallıq 
kəsb  edir.
Azərbaycanın  müxtəlif  ərazilərində  yayılmış  tat  dilinin 
bəzi  ləhcələri  ümumi  şəkildə  tədqiq  olunmuş,  tat  dilinin  bir 
sıra  məsələlərinə  dair  ayrı-ayrı  elmi  məqalə  və  tezislər 
yazılmışdır.  Lakin  bu  dilin  leksikası  sistemli  şəkildə,  müxtəlif 
ləhcələrdəki  leksikanın  müqayisəsi  əsasında bugünədək  komp­
leks  şəkildə  öyrənilməmişdir.  Tat  dili  sözlərinin  mənşəcə 
təsnifı,  strukturu,  leksik-semantik  xüsusiyyətləri,  dil  əlaqələri 
prosesində 
tat 
dilində 
yer 
almış 
alınmalar, 
onların 
mənimsənilməsi,  tat  dilinin  başqa  dillərlə  əlaqələrinin  ümumi 
mənzərəsi  və  bu  əlaqələrin  onun  leksik  sisteminə  təsiri  kimi 
məsələlər  lazımi  səviyyədə  araşdırılmamışdır.  Tat  dilinin 
ləhcələri  üzrə toplanmış  sözlərin  sistemə  salınması,  bu  dilə  aid 
lüğətlərin  hazırlanması  ilə  bağlı  işlər  də  qaneedici  səviyyədə 
deyil.
Tat  dili  əsrlər  boyu  Azərbaycan  dili,  xüsusən  də,  onun 
ayrı-ayrı  dialektləri  ilə  qarşılıqlı  təmasda  olmuşdur.  Nəticədə 
hər  iki  dil  bir-birinə  təsir  göstərmiş,  bu  təsir  həmin  dillərin 
leksik  sistemində  əhəmiyyətli  iz  buraxmışdır.  Tat  dili  ilə 
Azərbaycan  dili  arasında  əlaqələrin  qədimliyi  tat  dilində  Azər­
baycan  dilinin  qədim  leksik  layına  aid  olan  sözlərin  mühafizə 
olunmasında  öz  əksini  tapır.  Azərbaycan  tatlarının  dilində 
işlənən  türkizmlər  türk  dillərinin  tarixi  leksikologiyasının 
öyrənilməsi  üçün  xüsusi  əhəmiyyət  daşıyır.  Maraqlıdır  ki, 
hazırda  tat  dilində  işlənən  türkizmlərin  az  olmayan  bir  hissəsi 
qədim  dövrə  xas  semantik  xüsusiyyətlərini  saxlamışdır. 
Azərbaycan  dilində  belə  sözlərin  semantikasında  əsaslı
8


Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
dəyişikliklər  baş  vermişdirsə,  tat  dilində  bu  sözlər  ilkin 
mənalarını  qoruyub  saxlamışdır.  Bu  həm  dil  əlaqələri  proble­
minin,  həm  də  dilin  leksik sistemində baş verən  dəyişikliklərin 
öyrənilməsi  baxımından  xüsusi  əhəmiyyət  kəsb  edir.  Bu  isə 
seçilmiş 
mövzunun 
aktuallığını 
göstərir. 
Tat 
dilinin 
Azərbaycan  dilinə  təsiri  Azərbaycan  dilinin  dialekt  və 
şivələrində  müşahidə  olunur.  Bir  çox  tat  mənşəli  sözlər 
Azərbaycan  dilinin  dialekt  və  şivələrində  fəal  surətdə 
işlənməkdədir.  Bu,  tatların  kompakt  şəkildə  yaşadıqları 
ərazilərdə daha çox müşahidə olunur.
Dialekt,  ləhcə  və  şivələrdə  işlənən  sözlərdə  aşkara  çıxan 
leksik-semantik  fərqlər,  leksik  sistemdəki  diferensiasiya,  bu 
sistemin  inkişaf  təmayülləri  leksik  sistemin  zənginləşməsi  və 
təkmilləşməsi  təzahürləri  dilin  qədim  qatlarına  aid  vahidlərin 
işlənməsi,  onların  qohum  dillərin  materialları  üzrə  müqayisəli 
təhlili  yalnız  tat  dili  üçün  deyil,  həm  də  dil  əlaqələri  və  dil 
tarixinə  aid  müxtəlif  problemlərin  həlli  baxımından  aktuallıq 
kəsb  edir.
Tat  dilinin  lüğət  tərkibinə  daxil  olan  sözlərin  semantik 
sahələr və  ya  tematika  üzrə  qruplaşdırılması  ilə  bağlı  tədqiqat 
işləri  aparılmadığından,  bu  dildə  müəyyən  semantik  sahələrdə 
sözlərin  leksik  xüsusiyyətləri  də  aydınlaşdırılmamışdır. 
Yazısız  dillərdə xüsusi  leksik  qatın təyini,  belə bir qatın təşək­
kül  və  formalaşma  səbəbləri  ayrılıqda  götürülmüş  bir  dil  üçün 
deyil,  ümumiyyətlə,  xüsusi  leksikanın  öyrənilməsi  üçün 
əhəmiyyətlidir.  Tarixən  müxtəlif  sənət  sahələri  ilə  məşğul 
olmuş  tatların  dilində  sənət-peşə  leksikası  işləkliyi  ilə  seçilir. 
Tat  dilində terminlərin işlənmə xüsusiyyətləri,  yeni terminlərin 
bu dilə keçərək,  onun ümumişlək leksik qatında yer tutması  sə­
bəbləri 
və 
yollarının 
açılması, 
tat 
dilinin 
etnoqrfık 
leksikasının,  qohumluq  terminlərinin  araşdırılması  elmi- 
praktik  və  elmi-nəzəri  əhəmiyyət  kəsb  edir.  Tədqiqat  işinin
9


Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
aktuallığını  şərtləndirən  əsas  cəhətlərdən  biri  də  bununla  bağ­
lıdır.
Azərbaycan  tatlarının  dilinin  leksik  sisteminin  kompleks 
şəkildə  araşdırılması,  bu  dilin  lüğət  fonduna  daxil  olan  söz­
lərin  təsnifı,  onların  leksik  xüsusiyyətlərinin  öyrənilməsi 
dissertasiya  işinin  əsas  məqsədini  təşkil  edir.  Bu  məqsədin 
həyata 
keçirilməsi 
üçün 
aşağıdakı 
vəzifələrin 
yerinə 
yetirilməsi  nəzərdə tutulmuşdur:
-   Azərbaycan  tatlarının  ayrı-ayrı  ləhcə  və  şivələrinin 
leksikasının  əsas  xüsusiyyətlərini  aydınlaşdırmaq,  onların 
oxşar və fərqli  cəhətlərini təyin etmək;
-  tat dili  əsasında dillərarası  əlaqələrin yaranma şəraiti və 
səbəblərini, bu  əlaqələrin fəaliyyət mexanizmini  öyrənmək;
-   Azərbaycan-tat  dil  əlaqələrini  araşdırmaq,  bu  dillərin 
leksik səviyyədə qarşılıqlı təsir xüsusiyyətlərini  öyrənmək;
-   Azərbaycan  dialekt  və  şivələrində  işlənən  tat  dili 
mənşəli  sözləri  aşkar  etmək,  bu  sözlərin  semantikasında  baş 
verən 
dəyişiklikləri 
üzə 
çıxarıb, 
onların 
səbəblərini 
aydınlaşdırmaq;
-  Azərbaycan tatlarının  dilinin lüğət tərkibini  bu  sözlərin 
mənşəyinə görə təsnif etmək;
-  tat  dilində  sözalma məsələlərini  aydınlaşdırmaq,  alınma 
sözləri mənşəyinə görə qruplaşdırmaq;
-   tat  dilinin  lüğət  tərkibinin  zənginləşmə  yollarını 
aydınlaşdırmaq,  yeni  yaranan  sözlərdə  özünü  göstərən  spesifik 
cəhətləri  göstərmək;
-   tat  dilində  baş  verən  semantik  prosesləri  -   sinonimlik, 
omonimlik,  antonimlik və  sözlərin çoxmənalılığını  öyrənmək;
-   tat  dilinin  lüğət  tərkibinə  daxil  olan  sözləri  leksik- 
semantik söz qrupları üzrə ayırmaq;
-   tat  dilinin  müxtəlif  peşə-sənət  sahələri  ilə  bağlı  olan 
leksikasını  araşdırmaq;
10


Yüklə 64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə