Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə Təhqiqat Komissiyasının sənədləri Quba. Aprel-May 1918-ci IL



Yüklə 4,49 Mb.
Pdf görüntüsü
səhifə27/112
tarix08.07.2018
ölçüsü4,49 Mb.
#54601
1   ...   23   24   25   26   27   28   29   30   ...   112

55
vet  tədqiqatçıları  da,  ümumən  qərəzli  mövqelərinə  baxmayaraq,  təsdiq 
edirdilər: “Müsavat” partiyasının rəhbər özəyi 18 (30) mart günü döyüşlərin 
başlayacağını  gözləmirdi.  Rayonlarda  yerləşən  müsavat  qüvvələri  şəhərə 
çəkilib gətirilməmişdi. Həmin gün şəhərdə “Müsavat” partiyasının müntəzəm 
hərbi hissələri yox idi”. (157)
Eyni millətdən olan on minlərlə dinc əhalinin öldürüldüyü və yaralan-
dığı 1918-ci ilin mart hadisələri vətəndaş müharibəsinin V.İ.Lenin tərəfindən 
verilmiş  tərifinə  də  uyğun  gəlmirdi.  Bolşevizm  ideoloquna  görə  vətəndaş 
müharibəsi  “bir  sinfin  nümayəndələrinin  əlində  silah  digər  sinfə  qarşı 
apardığı sinfi mübarizənin ən kəskin forması”dır. (158) 
Tamamilə  aydındır  ki,  dinc  müsəlman  sakinlərin  qırğınını  törədən 
silahlı  erməni-daşnak  dəstələrini  (həmin  dövrdə  Qızıl  Ordunun  70%-ini 
onlar  təşkil  edirdi),  habelə  azərbaycanlı  qırğınlarının  hazırlanmasında  və 
həyata keçirilməsində böyük rol oynamış Erməni Milli Şurasının başçılıq et-
diyi Bakı şəhərinin çoxsaylı erməni əhalisini heç cür “sinif” kimi xarakterizə 
etmək olmazdı. Yəqin ki, “əsil rus marksisti” kimi bu məqamı S.Şaumyan özü 
də anlayırdı və mart hadisələrinin faciəvi miqyasları qarşısında baş vermiş 
hadisələrə hər hansı bir izahat vermək məcburiyyəti qarşısında etiraf edirdi 
ki, “Daşnaksütunun” iştirakı “vətəndaş müharibəsinə qismən milli qırğın xa-
rakteri vermişdir”. Lakin Şaumyan elə oradaca  qırğınlara bəraət qazandırırdı: 
“Lakin buna yol verməmək mümkün deyildi. Biz bilərəkdən buna yol verir-
dik... Əgər onlar Bakıda üstün gəlsəydilər, şəhər Azərbaycanın paytaxtı elan 
edilərdi”. (159)
Beləliklə, 1918-ci ilin martında Bakı şəhərində baş verən faciəli hadisələr 
faktiki olaraq bolşeviklər tərəfindən planlaşdırılmış, bolşevik-daşnak tande-
mi tərəfindən isə həyata keçirilmişdi. 
Azərbaycanın  tanınmış  siyasi  və  ictimai  xadimi,  Bakı  şəhərində  hərbi 
əməliyyatların  dayandırılması  məqsədilə  bolşeviklərin  ultimatumunu  qəbul 
etmiş  Azərbaycan  nümayəndə  heyətinin  üzvlərindən  biri  və  hadisələrin 
gedişində  bolşeviklər  tərəfindən  həbs  edilmiş  Əli  Mərdan  bəy  Topçubaşov 
həmin  günlər,  hadisələrin  isti  izi  ilə  həmin  qüvvələri  azərbaycanlılara  qarşı 
münasibətdə çox dəqiqliklə xarakterizə edirdi: “Öz mahiyyətinə görə müdhiş 
olan vətəndaş müharibəsi bolşeviklər tərəfindən yalnız onlara xas olan nifrət və 
dağıdıcı instinktlə rəvac verilmiş kütləvi qırğınlara və dinc müsəlmanların qətlə 
yetirilməsinə gətirib çıxarmışdır. Həm də bu yalnız bir məqsədlə – hakimiyyətə 
gəlmək məqsədilə həyata keçirilmişdir”. Bunun ardınca Əli Mərdan bəy baş 
vermiş faciənin mahiyyətini açıqlayan çox vacib məqamı vurğulayır: “...Şəhərin 
müsəlman əhalisinin məhv edilməsinə gətirib çıxaran bu hadisələrdə erməni 
elementinin bilavasitə iştirakı da çirkin rol oynamışdır ”. (160)
Bununla bərabər, həmin dövrün hadisələrinin və sənədlərinin hərtərəfli 
araşdırılması belə deməyə əsas verir ki, mart hadisələrində bolşeviklər üçün 
1918-ci il Quba hadisələri – Azərbaycanın müsəlman
əhalisinin kütləvi qırğını planlarının tərkib hissəsi kimi


Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
56
hakimiyyət məsələsi nə qədər vacib və əhəmiyyətli olsa da, erməni faktoru 
həmin hadisələrdə birmənalı olaraq, müəyyənedici amil olmuşdur.
1918-ci ilin mart hadisələrində azərbaycanlıların kütləvi şəkildə fiziki 
cəhətdən  məhv  edilməsində  şəxsən  bolşeviklərin  (və  ya  rusların)  marağı 
olmamışdır və bu, bir çox faktlarla, o cümlədən Bakı Sovetinin rəhbərlərindən 
biri olan bolşevik A.Caparidzenin, həmçinin hərbi əməliyyatların və sonrakı 
qırğınların  dayandırılmasında  iki  piyada  rus  alayının  fəal  iştirakı  ilə  təsdiq 
edilir.  Məlumdur  ki,  Bakıda  kütləvi  mart  qırğınlarına  Qafqaz  cəbhəsindən 
qayıdan və bolşeviklər tərəfindən qəsdən şəhərdə saxlanılan 36-cı Türküstan 
alayının  rus  komandanlığı  və  əsgərlərinin  qətiyyətli  bəyanatı  nəticəsində 
son  qoyulmuşdur.  Həmin  bəyanatda  əgər  bolşeviklər  bundan  sonra  qan 
tökülməsini dayandırmazsa, alayın yubanmadan onlara qarşı çıxış edəcəyi 
bildirilirdi.  Bu  kontekstdə  ümumiyyətlə  bolşeviklərdən  söhbət  getsə  də, 
əslində  hakimiyyət  qoşunlarının  tərkibində  olan  daşnak  hissələri  nəzərdə 
tutulurdu. Hadisələrin əvvəlində öz gəmilərindən şəhəri atəşə tutan Xəzər 
donanmasının rus matrosları da, vəziyyətdən baş açdıqdan sonra Bakı Soveti-
ni hədələmiş və bildirmişlər ki, “əgər ermənilər müsəlman qırğınını davam 
edərlərsə” onlar Sovetin tabeliyindən çıxacaq və şəhərin ermənilər yaşayan 
hissəsini  toplardan  atəşə  tutacaqlar.  Həmin  günlər  “İcraiyyə  Komitəsinin 
sədri Caparidzenin məsələyə qətiyyətlə müdaxiləsi də” qırğınların dayandırıl-
masına öz təsirini göstərmişdi. (161) 
Bu halda sadəcə olaraq Bakı fəhlə deputatlarının Sovetinin milli tərkibinə 
diqqət  yetirmək  kifayətdir  və  bu  zaman  asanlıqla  görmək  olar  ki,  Sovet 
rəhbərliyində  mühüm  mövqelər  başda  Stepan  Şaumyan  olmaqla  erməni 
“bolşeviklərin”,  və  yaxud  qatı  millətçi  “Daşnaksütun”  erməni  partiyasının 
liderlərinin əlində cəmlənmişdi. Bütün bu “hərbi əməliyyatlara” başçılıq edən 
“İnqilabı müdafiə komitəsinin” yuxarıda adı çəkilən rəhbər heyəti, həmçinin 
o  dövrdə  fəaliyyət  göstərən  Qızıl  Ordunun  komanda  heyətinin  tərkibi  də 
“erməni” məzmunlu idi. Burada bir məqam dəqiqləşdirilməlidir ki, region-
da  ciddi  siyasi  gücə  malik  olan  Azərbaycan  milli  hərəkatının  darmadağın 
edilməsində, istər bolşeviklər – sinfi baxımdan, istərsə də daşnaklar – mil-
li  baxımdan,  həmrəy  idilərsə,  Azərbaycan  xalqının  kütləvi  qırğınında  ilk 
növbədə  və  istisnasız  olaraq,  bütün  ermənilər  maraqlı  idi.  Düşünürəm  ki, 
erməni-bolşeviklər  üçün  isə  bu  məsələdə  hər  hansı  bir  fərqin  olduğunu 
söyləmək artıqdır.
Dünya  görmüş  müdrik  bir  insan,  1905-1907-ci  illərdə  azərbaycanlı-
erməni qanlı toqquşmalarının şahidi kimi həmin hadisələri yaşamış və 1906-
cı  il  Erməni-Müsəlman  barışıq  Komissiyasının  tərkibində  azərbaycanlıların 
hüquqlarını  qətiyyətlə  müdafiə  etmiş,  Azərbaycan  Parlamentinin  gələcək 
sədri, Paris sülh konfransında Azərbaycan Xalq Cümhuriyyətinin nümayən-
də  heyətinin  başçısı  Əli  Mərdan  bəy  Topçubaşov  1918-ci  ilin  martında 


Yüklə 4,49 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə