Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə Təhqiqat Komissiyasının sənədləri Quba. Aprel-May 1918-ci IL



Yüklə 4,49 Mb.
Pdf görüntüsü
səhifə23/112
tarix08.07.2018
ölçüsü4,49 Mb.
#54601
1   ...   19   20   21   22   23   24   25   26   ...   112

47
* * *
Quba  kəndlilərinin  1877-ci  il  üsyanı  yatırıldıqdan  sonra  Quba 
qəzasının  ictimai-siyasi  həyatında  demək  olar  ki,  yarım  əsrə  qədər  nisbi 
sakitlik dövrü (permanent xarakter alan qaçaq hərəkatı nəzərə alınmadan) 
hökm  sürmüşdür.  XX  əsrin  müjdəçisi  olan  siyasi  ideyalar  da  qubalıların 
həyatına  daxil  ola  bilmir.  Hərçənd  ilk  rus  inqilabı  dövründə  (1905-1907) 
Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının (RSDFP) Bakı Komitəsi dəfələrlə 
Qubaya  öz  təbliğatçılarını  göndərmək  cəhdləri  edir,  həmçinin  qəzada  49 
qısamüddətli çıxışlarla ifadə olunan kəndli hərəkatı yenidən güclənir. (122) 
Hətta XX əsrin əvvəllərində Cənubi Qafqazda ən qanlı hadisələr – sonradan 
millətlərarası qırğına çevrilən və 1905-1907-ci illərdə demək olar ki, bütün 
Azərbaycanı, habelə Tiflis quberniyasını əhatə edən ilk erməni-azərbaycanlı 
qarşıdurması  Quba  qəzasından  yan  keçir.  Bir  hissəsi  Quba  şəhərində,  bir 
hissəsi də kəndlərdə yaşayan azsaylı Quba erməniləri bu zaman hər hansı 
bir təcavüzkarlıq nümayiş etdirmir, Quba qəzasının yerli erməni əhalisindən 
sayca dəfələrlə üstün olan müsəlman əhalisi isə bütün Cənubi Qafqazın istər 
erməni, istərsə də Azərbaycan mühitində hökm sürən ümumi qarşılıqlı nifrət 
və qisasçılıq əhval ruhiyyəsinin təsiri altına düşmür.
Rusiya  İmperiyasının  siyasi  əsaslarını  surətdə  sarsıdan  birinci  dünya 
müharibəsi illəri, onun ardınca iki inqilabın – Fevral və Oktyabr inqilablarının 
baş  verdiyi  1917-ci  il  hadisələri,  Quba  qəzasının  sabit  və  öz  axarı  ilə  da-
vam  edən  həyatında  hakimiyyətin  dinc  şəkildə  əvəz  olunması,  şəhər  və 
kənd  elitasının  müəyyən  hissəsinin  siyasi  baxımdan  bir  qədər  fəallaşması, 
ümumilikdə isə, əhalinin passiv şəkildə müşahidəçi mövqeyi ilə xarakterizə 
olunurdu.
Petroqradda baş vermiş fevral inqilabı haqqında xəbərlər – 1917-ci ilin 
martında Dövlət Dumasının çara tabe olmaqdan imtina etməsi, çarın taxtdan 
əl çəkməsi və Müvəqqəti Hökumətin yaradılması Tiflisə – Cənubi Qafqazın 
inzibati mərkəzinə 15 mart 1917-ci il tarixdə yetişir. Son vaxtlaradək qüdrətli 
mərkəzin dəstəyindən məhrum olan imperiya aparatı döyüşsüz təslim olur: 
dövlət  müəssisələri  sadəcə  olaraq  fəaliyyətini  dayandırır.  Qafqaz  canişini, 
böyük knyaz Nikolay Nikolayeviç dərhal vəzifədən gedir, Tiflis polisinin rəisi 
isə həbs edilir. Cənubi Qafqaza nəzarəti əlində saxlamağa çalışan Müvəqqəti 
Hökumət bu diyarın idarə edilməsi üçün 22 mart 1917-ci il tarixdə Dövlət 
Dumasının üzvlərindən ibarət Xüsusi  Zaqafqaz Komitəsini (XZAKOM) yaradır. 
Lakin XZAKOM-nin əlində real hakimiyyətin, əyalətlərdə əlaqələrinin 
olmaması ona gətirib çıxardı ki, Cənubi Qafqazda hakimiyyət faktiki olaraq 
sovetlərin və digər inqilabi təşkilatların əlində cəmləşdi. Yaranmış vəziyyətdən 
istifadə edən sosial-demokratlar hakimiyyətdə möhkəmlənməyə can atırdı. 
Artıq 1917-ci ilin 16 mart tarixdə RSDFP-in Qafqaz Diyar Komitəsi konfrans 
1918-ci il Quba hadisələri – Azərbaycanın müsəlman
əhalisinin kütləvi qırğını planlarının tərkib hissəsi kimi


Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
48
çağıraraq  Cənubi  Qafqazda  “sosialist  işinə”  rəhbərlik  etmək  üçün  icraiyyə 
komitəsini  seçdi,  martın  18-də  isə  ali  hakimiyyətin  bir  çox  funksiyalarını 
yerinə yetirməli olan Tiflis fəhlə və əsgər deputatları Soveti yaradıldı.
Fevral inqilabı ərəfəsində Cənubi Qafqazın inqilabi qüvvələri arasında 
menşeviklər  üstünlük  təşkil  edirdi  və  buna  görə  də  inqilabi  hadisələrin 
inkişafının  birinci  mərhələsində  Sovetlərə  rəhbərlik  onların  əlinə  keçdi. 
Yaranan  menşevik  sovetləri,  komitələri  və  digər  təşkilatları  əsasən  rəsmi 
hakimiyyət orqanları ilə birgə işləyirdi, onların XZAKOM-da öz nümayəndələri 
var idi və Tiflis Sovetinin fəaliyyətinə onlar nəzarət edirdilər. Bolşeviklər bu 
zaman digər siyasi qüvvələri kifayət qədər inqilabi olmamaqda və “burjuazi-
ya ilə əməkdaşlıqda” günahlandıraraq onlardan ayrılmağa və uzaqlaşmağa 
yönəlmiş siyasi kurs seçmişdilər.  
1917-ci il martın 19-da Bakıda da köhnə hakimiyyət strukturlarını özü 
ilə əvəz etmək iddiasında olan fəhlə deputatları Soveti yaradıldı. Lakin, bu 
Sovetlə yanaşı tam başqa əsaslarda fəaliyyət göstərən daha bir orqan – icti-
mai təşkilatların İcraiyyə Komitəsi də təşkil edildi ki, onun da tərkibinə bütün 
milli partiya və qrupların, həmçinin Neft Sənayeçiləri İttifaqının, Bakı şəhər 
Sovetinin  və  digər  nümayəndələri  daxil  oldu.  Bakı  Sovetinin  sədri  Stepan 
Şaumyan seçilmişdi, lakin tezliklə onu bu vəzifədə eser Sako Saakyan əvəz 
etdi. Sovetdə sayca açıq-aşkar azlıq təşkil edən bolşeviklər artıq 1917-ci ilin 
yayına doğru digər partiya və qrupların nümayəndələrinə qarşı birbaşa kon-
frontasiyaya keçdilər. 1917-ci ilin oktyabrında Sovetə yeni seçkilər keçirildi 
və məlum oldu ki, səslərin çoxunu – 40% azərbaycanlıların milli qüvvələrini 
təmsil edən “Müsavat” partiyası qazanmışdır. Rus əhalisinin əksəriyyətinin 
səs verdiyi eserlər – sosial inqilabçılar və bütün ermənilərin yekdilliklə səs 
verdiyi “Daşnaksütun” partiyaları da çox səs aldı. Bolşeviklər və menşeviklər 
azlıqda qaldılar – onlara əsasən fəhlələr səs vermişdi. (123) 
Sovetə  seçkilər  göstərdi  ki,  Bakıdakı  siyasi  güclər  milli  mənsubiyyət 
üzrə ayrılır və bu amil bütün regionda gələcəkdə baş verəcək hadisələrin 
xarakterini demək olar ki, əvvəlcədən müəyyən etdi.
Yeni  hakimiyyətin  qurulması  ilə  bağlı  analoji  vəziyyət  Azərbaycanın 
qəzalarında, o cümlədən Quba qəzasında da təkrar olundu. 1917-ci il martın 
6-da Qubada vergi müfəttişi Aleksandr Canturaşvilinin sədrliyi altında yerli 
məmurların, mülkədarların və ruhanilərin nümayəndələrinin daxil olduğu ic-
timai təşkilatların İcraiyyə Komitəsi yaradıldı. (124) XZAKOM qəza komissarı 
vəzifəsinə keçmiş rus ordusunun kapitanı, Qubanın ən iri mülkədarlarından 
biri olan Əli bəy Zizikskini təyin etdi. (125)
Eyni  zamanda,  Quba  şəhərində  yerləşən  hərbi  hissələrdə  əsgər 
deputatları Soveti yaradıldı, 1917-ci ilin mart ayının ortalarında isə “tərkibinə 
500 fəhlə və qulluqçu tərəfindən 14 nümayəndənin seçildiyi” fəhlə deputatları 
Soveti təşkil edildi. (126) Bu Sovetin İcraiyyə komitəsinin tərkibi 4 nəfərdən 


Yüklə 4,49 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə