Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə Təhqiqat Komissiyasının sənədləri Quba. Aprel-May 1918-ci IL



Yüklə 4,49 Mb.
Pdf görüntüsü
səhifə21/112
tarix08.07.2018
ölçüsü4,49 Mb.
#54601
1   ...   17   18   19   20   21   22   23   24   ...   112

43
amillə  izah  etməsi  diqqətəlayiqdir:  “Nikolayevka  kəndində  dinin  tərəqqisi 
iqtisadi  maarifçiliklə  müşayiət  olunmalıdır”  –  deyən  A.Yunitski  həmin 
məsələdə  qədim  türk  məskəni  olmuş  Xuç  kəndində  yerləşən  bu  pravo-
slav cəmiyyətinə xüsusi rol ayırırdı: “Bu qəsəbəyə tarixən onu əhatə edən 
yadmənşəli  və  yadməzhəbli  xalqların  arasında  rus  dini  və  mədəni-maarifi 
nahiyəsi olmaq vəzifəsi həvalə edilib. Lakin qəsəbə özü hələ inkişafda çox 
aşağı  səviyyədədir  və  bu  halda  heç  cür  öz  missiyasının  öhdəsindən  gələ 
bilməz”. (112)
Qeyd  edilməlidir  ki,  bu  dövrdə  Quba  qəzasının  ”yadmənşəli  və 
yadməzhəbli xalqları” arasında mədəni-maarifçilik missiyasını hər bir etnik 
qrupun  ənənəvi  dini-ruhani  strukturları  yerinə  yetirməkdə  davam  edirdi. 
Məsələn, Quba şəhərində bir neçə məscid: Cümə məscidi, XIX əsrin birinci 
yarısının tanınmış ensiklopedist-alimi Abbasqulu ağa Bakıxanovun şərəfinə 
arvadı tərəfindən tikilmiş Səkinə xanım məscidi, Ərdəbil məscidi, və digərləri 
mövcud idi. Məscidlər, ibadət evləri və xanəgahlar quberniyanın müsəlman 
kəndlərində də var idi. Həm şiə, həm də sünni müsəlman ruhaniliyi qəzanın 
sosial  iyerarxiyasında  əsas  mövqelərdən  birini  tuturdu.  Məsələn,  1813-
cü  ildə  təkcə  Quba  şəhərində  122,  1856-cı  ildə  –  255  din  xadimi  var  idi, 
həmçinin hər bir kəndin özünün aşağı rütbəli ruhanisi – mollası, seyidi var idi. 
Şəhərin maarifləndirilmə sistemində əsas rolu müsəlman ruhani məktəbləri 
oynayırdı. Sabit tədris proqramı olmayan bu müəssisələrdə dərslər ərəb və 
fars  dillərində  keçirilirdi,  lakin  tədris  müntəzəm  olmadığından  şagirdlərin 
böyük hissəsinin təhsili, bir qayda olaraq, son nəticədə natamam qalırdı.
Şəhərdə həmçinin digər dini məktəblər: 1897-ci ildə açılmış rus pravo-
slav kilsə-prixod məktəbi, Yəhudi qəsəbəsində (Slobodada) isə yəhudi kilsə 
məktəbləri (“xederlər”) fəaliyyət göstərirdi. Demək olar ki, bütün sinaqoqların 
yanında  xederlər  mövcud  idi,  burada  tədris  prosesinə  keşişlər  –  ravvinlər 
və  onların  köməkçiləri  rəhbərlik  edirdilər.  Ermənilərin  də  öz  kilsələri,  din 
xadimləri, məktəbləri var idi.
“Tədris sisteminin bütün mühafizəkarlığına və geriliyinə baxmayaraq, 
qeyd  etmək  lazımdır  ki,  Qubada  ictimai  məktəblərin  hədsiz  dərəcədə 
az  olduğu  bir  şəraitdə  yerli  ruhani  məktəbləri  şəhər  əhalisinin  maariflən-
dirilməsinin inkişafında hər halda müəyyən rol oynayırdı”. (113)
Qubada ilk tək sinifli ibtidai dövlət məktəbi 1854-cü ildə açılmış, 1870-
ci ildə isə o, ikisinifli məktəbə çevrilmişdir. Şəhərdə dördsinifli məktəb ancaq 
1908-ci ildə açılmışdır. ХХ əsrin əvvəlində Qubada Azərbaycan, rus və fars 
dillərinin öyrədildiyi rus-azərbaycanlı məktəbi fəaliyyət göstərməyə başlayır. 
1898-ci ilin mart ayında Bakı quberniyasında ilk 5 illik tədris proqramı üzrə 
bağçılıq və tərəvəzçilik məktəbi məhz Qubada açılmış və 1915-ci ilin iyun 
ayınadək fəaliyyət göstərmişdir. Şəhərdə qadın təhsilinin vəziyyəti olduqca 
yarıtmaz idi. Məktəblərin nəzdində kiçik qadın şöbələrindən başqa, 1904-
1918-ci il Quba hadisələri – Azərbaycanın müsəlman
əhalisinin kütləvi qırğını planlarının tərkib hissəsi kimi


Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
44
cü  ildə  Quba  şəhərində  yeganə  “yeni  üsullu”  (üsuli-cədid)  qadın  məktəbi 
təşkil  edilmişdir.  Ümumilikdə  isə,  şəhər  əhalisinin  savadlılığına  görə  Quba 
Azərbaycanın bir çox şəhərlərindən geri qalırdı. (114)
Qubanın mədəni həyatı 1830-cu illərin əvvəlindən başlayaraq görkəmli 
tarixçi, filosof, maarifçi və yazıçı, II Mirzə Məhəmməd Xanın oğlu, çar ordu-
sunun podpolkovniki Abbasqulu Ağa Bakıxanovun həyat və yaradıcılığı ilə 
bağlı  idi.  O,  istefaya  çıxdıqdan  sonra,  1835-ci  ildən  həyatının  sonunadək, 
demək olar ki, əsərlərinin böyük hissəsini yazmış olduğu Qubada yaşamışdır. 
A.Bakıxanovun  əsas  əsəri  –  yazıldığı  dövr  üçün  misilsiz  sayılan  və  öz 
əhəmiyyətini bu günədək qoruyub saxlayan “Gülistani-İrəm” onun doğma eli 
olan Şirvanın və Dağıstanın çoxəsrlik tarixinə həsr edilmişdir. A.A.Bakıxanov, 
bu son dərəcə qiymətli tarixi əsəri ilə yanaşı, özünün bütün yaradıcılığı və 
fəaliyyəti ilə yerli ədəbiyyatın və poeziyanın inkişafında böyük rol oynamış, 
onun təşəbbüsü ilə Qubada tanınmış Quba şairlərinin, yerli ziyalıların iştirakı 
ilə “Gülüstan” ədəbi cəmiyyəti (“məclisi”) yaradılmışdır.
1874-cü  ildən  Qubada  yerli  həvəskar  rus  aktyor  truppası  tərəfindən 
ilk  teatr  tamaşaları  təşkil  edilməyə  başlanır.  Azərbaycan  dilində  isə  ilk 
teatr  tamaşası  yalnız  XIX  əsrin  sonunda  göstərilmişdir:  17  avqust  1896-cı 
ildə  M.F.Axundovun  “Müsyö  Jordan  haqqında  povest”  komediyası  böyük 
uğurla nümayiş etdirilmişdir. Teatr tamaşaları sonralar da müntəzəm olaraq 
təşkil edilirdi. XX əsrin əvvəlində Qubada “Nicat” müsəlman mədəni-maarif 
cəmiyyətinin dram şöbəsi yaradılmışdı. (115)
Lakin,  XIX  əsrin  70-ci  illərinin  ikinci  yarısı  qubalılar  üçün  təkcə  can-
lanmaqda olan mədəni-maarif həyatı ilə deyil, həm də kəndli hərəkatının 
fəallaşması  ilə  yadda  qalır.  Artıq  qeyd  edildiyi  kimi,  Rusiya  hökumətinin 
1870-ci  ilin  islahatlarından  sonra  azərbaycanlı  kəndlilərin  vəziyyətində 
əhəmiyyətli  dəyişikliklər  baş  verməmişdi.  Torpağın  azlığı,  natural  və  pul 
vergi  və  mükəlləfiyyətlərinin  ağırlığı,  suvarma  üçün  suyun  çatışmazlığı, 
kəndlilərin hüquqi baxımdan hüquqsuzluğu, çar rejiminin müstəmləkəçilik 
aqrar  siyasəti,  kənddə  kapitalist  münasibətlərinin  inkişafı  ilə  bağlı  sosial 
təbəqələşmənin  güclənməsi,  ağır  mənzil-məişət  şəraiti  bütün  Azərbaycan 
qəzalarının kəndlilərini müxtəlif mübarizə formalarına əl atmağa vadar edirdi. 
Kəndlilərin narazılıqları müxtəlif instansiyalara şikayət və ərizələr yazılması, 
mükəlləfiyyətlərin  ödənilməsindən  boyun  qaçırılması,  meşələrin  qırılması 
və  mülkədarların  mülk  və  evlərinin  yandırılmasından  tutmuş  kəndlilərlə 
çar  hakimiyyəti  arasında  silahlı  toqquşmalaradək  etiraz  üsullarında  əks 
olunurdu.  Bu  sonuncu  halda  Azərbaycan  kəndlilərinin  ən  böyük  torpaq 
mülkiyyətçisi olan çar hakimiyyətinə qarşı silahlı kütləvi çıxışlarının səbəbləri 
artıq  dini-milli-azadlıq  meylləri  ilə  üst-üstə  düşməyə  başlayırdı  ki,  bu  da 
ruhanilərin, qismən yerli feodalların və ümumən həmin dövrdə yaranmış si-
yasi vəziyyətin təsiri altında, getdikcə güclənirdi. 1877-ci ildə Quba və Nuxa 


Yüklə 4,49 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə