Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə Təhqiqat Komissiyasının sənədləri Quba. Aprel-May 1918-ci IL



Yüklə 4,49 Mb.
Pdf görüntüsü
səhifə17/112
tarix08.07.2018
ölçüsü4,49 Mb.
#54601
1   ...   13   14   15   16   17   18   19   20   ...   112

35
1837-ci  ildə  Cənubi  Qafqaza  senator  P.V.Qanın  başçılığı  ilə  komis-
siya göndərildi. 1838-ci ilin əvvəlində onun təqdim etdiyi “Cənubi Qafqaz 
məmləkətinin  idarə  edilməsi  üçün  təsisat”  layihəsi  və  təklifləri  əsasında 
Rusiya hökuməti 10 aprel 1840-cı ildə Cənubi Qafqazda inzibatı islahatlar 
haqqında  Qanun  dərc  etdi.  01  yanvar  1841-ci  il  tarixdə  qüvvəyə  minmiş 
həmin Qanuna əsasən Cənubi Qafqazda komendant idarəçiliyi ləğv olunur, 
onun yerində isə ümumrusiya idarəetmə sistemi tətbiq edilirdi. Azərbaycanın 
böyük  hissəsi  yeni  yaradılmış  Xəzər  vilayətinə  (Bakı,  Dərbənd,  Quba, 
Lənkəran,  Nuxa,  Şamaxı,  Şuşa  qəzaları),  digər,  daha  az  hissəsi  isə  Gürcü-
İmereti quberniyasına (Yelizavetpol, Balakən və Naxçıvan qəzaları) daxil edil-
di. Beləliklə, Quba əyaləti Quba qəzası oldu, 1843-cü ildən isə Quba şəhəri 
qəza şəhərinə çevrildi. 
Bu qanuna uyğun olaraq ləğv edilmiş köhnə idarələrin əvəzinə yeniləri 
– quberniya, qəza və nahiyə idarələri yaradıldı, mahallar və onlarla birlikdə 
mahal naibləri vəzifələri ləğv edildi. Bununla bərabər, azərbaycanlı məmurlar 
yerlərdəki bütün inzibati aparatlarda işdən qovuldular və onların yerinə rus 
məmurları təyin edildi. Senator Qanın layihəsində və digər sənədlərdə belə 
bir fikir irəli sürülürdü ki, məmləkətdə Rusiya mütləqiyyətinin etibarlı dayağı 
yalnız “xalis rus zadəganlığı” ola bilər və onları burada yerləşdirmək lazımdır. 
Amma  bunun  üçün  torpaqlar  lazım  idi  və  bu  səbəbdən  Cənubi  Qafqazın 
müsəlman əyalətlərində titullu torpaq mülkiyyətini ləğv etmək qərara alındı.  
Əgər  bu  islahata  qədər  hakimiyyətə  qarşı  çıxışlarda  bəylərin  və  ağa-
ların  yalnız  kiçik  bir  hissəsi  iştirak  edirdisə,  indi  vəzifələrindən,  eləcə  də  öz 
torpaqlarından, kəndlilərindən, bunun ardınca isə gəlirlərindən məhrum edilən 
və ya bunu gözləyən bəy və ağalar kütləvi şəkildə hakimiyyətə qarşı barışmaz 
müxalifətə keçdilər. Onların yaratdıqları silahlı dəstələr mütəmadi olaraq təkcə 
ayrı-ayrı məmur və zabitlərin deyil, həm də çar qoşunlarının kiçik dəstələrinin 
üzərinə hücumlar edirdi. Bütün bu hücumlar çar hökuməti tərəfindən rəsmən 
“talan və soyğunçuluq” kimi təsnif olunurdu, lakin, bu hərəkatın xüsusilə 1842-
ci ilin ortalarından etibarən son dərəcə geniş vüsət alması, I Nikolay hökumətini 
qəbul  edilən  qərara  yenidən  baxmağa  və  son  olaraq  Qanın  islahatlarının 
həyata keçirilməsini dayandırmağa məcbur etdi. (89) 
XIX əsrin 40-cı illərinin əvvəllərində keçirilən inzibatı-məhkəmə islahatları, 
komendant idarəçiliyinin və keçmişdən qalmış bəzi xanlıq qaydalarının ləğvi, 
ümumən  Azərbaycanda  feodal  parçalanmasına  birdəfəlik  son  qoyaraq 
ölkənin iqtisadi inkişafına təkan versə də, eyni zamanda çar mütləqiyyətinin 
müstəmləkəçilik zülmünü gücləndirirdi. 1841-ci ildə dərc olunan və Azərbaycan 
qəzalarında 10 ildən artıq müddətdə qüvvədə olan köhnə vergi sistemini ləğv 
edən “Hər evdən alınan vergi haqqında” qanun natural təsərrüfatın dağılması 
və əmtəə-pul münasibətlərinin inkişafı prosesini sürətləndirirdi. Bununla belə, 
hətta əvvəllər hər cür vergilərdən azad olan rəncbər və əsgərlərdən də pul 
1918-ci il Quba hadisələri – Azərbaycanın müsəlman
əhalisinin kütləvi qırğını planlarının tərkib hissəsi kimi


Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
36
vergisinin alınması və digər hökumət tədbirləri kəndlilərin vəziyyətini olduqca 
ağırlaşdırırdı ki, bu da onların tez-tez hökumət əleyhinə çıxışlarına, vergilərdən 
və dövlət xəzinəsi xeyrinə mükəlləfiyyətlərin icrasından imtina etməsinə səbəb 
olurdu. 1844-cü ildə Quba qəzasının Qrız kəndinin öz qəddarlığı və kəndliləri 
sıxışdırması ilə ad çıxarmış starşinası öldürülür. Onun ölümündə ittiham olu-
nan  iki  kəndli  sürgünə  məhkum  edilir.  Bu  zaman  kəndin  bütün  sakinləri, 
yekdilliklə  onların  müdafiəsinə  qalxaraq,  müttəhimlərin  azad  olunmasını 
tələb  edirlər.  Belə  həmrəyliyin  qarşısında  çar  çinovnikləri  hökmün  icrasını 
dayandırmalı olurlar. 1845-ci ildə Quba qəzasında bir qrup kəndli mülkədar 
Məmməd Yusif bəyə tabe olmaqdan, vergi verməkdən və mükəlləfiyyətə əməl 
etməkdən imtina edirlər. Həmin bəyin qəza rəisinə şikayətindən aydın olurdu 
ki, kəndlilər artıq 8 ildir ki, onu tanımaq istəmirlər. 1845-ci ildə Quba qəzasının 
Rustov  kəndinin  əhalisi  öz  hakiminə  qarşı  üsyan  qaldırdıqda,  hakim  həmin 
kəndə  silahlı  dəstə  göndərərək  üsyanı  yatırır.  Bu  dövrdə  kəndli  iğtişaşları 
Azərbaycanın digər qəzalarında da baş verirdi. (90)
Kəndli  hərəkatının  genişlənməsinə  çox  vaxt  yerli  feodalların  özləri 
–  onların  sahibkar  hüquqlarını  şübhə  altında  qoyan  rus  hökumətinin 
siyasətindən narazı olan bəylər, ağalar təkan verirdilər. Həmin dövr Azərbaycan 
qəzalarında olan vəziyyət o qədər gərgin idi ki, Qafqazda yerli zadəganların 
şəxsində etibarlı sosial dayağın yaradılması məsələsi yenidən gündəmə gəlir. 
Vəziyyəti dəyişmək zərurəti qarşısında rus hökuməti 1844-cü ildə Qafqazda 
canişinlik təsis etdi və bununla da məmləkətin müstəmləkəçilik idarə üsulu 
bir daha təsbit olundu. Belə ki, bütün mülki və hərbi hakimiyyət bilavasitə 
imperatora  tabe  olan  canişinin  əlində  cəmlənirdi.  Qafqazın  ilk  canişini 
knyaz M.S.Vorontsov təyin olundu və onun dövründə 1840-cı il islahatına 
dəyişikliklər edildi.
1846-cı ildə Cənubi Qafqazın quberniyalara bölünməsi əsasında yeni 
inzibati bölgüsü həyata keçirildi və müvafiq olaraq Tiflis, Kutaisi, Şamaxı və 
Dərbənd quberniyaları yaradıldı. Quberniyalar hərbi qubernatorlar tərəfindən 
idarə olunurdu. Azərbaycan ərazisinin böyük hissəsi Şamaxı quberniyasının 
tərkibinə,  Quba  qəzası  isə  Dərbənd  quberniyasına  daxil  edildi.  Sonradan, 
1850-ci  ildə  Azərbaycan  torpaqlarının  da  bir  hissəsi  daxil  olmaqla,  İrəvan 
quberniyası  yaradıldı.  30  may  1859-cu  il  tarixdə  Şamaxını  dağıtmış  güclü 
zəlzələdən sonra, quberniyanın mərkəzi Bakı oldu, Şamaxı quberniyası Bakı 
quberniyası adlandırılmağa başladı. 5 may 1860-cı il tarixdən Quba qəzası 
da Bakı quberniyasının tərkibinə daxil edildi. 
1846-cı ilin dekabrında bəy və ağaların hüquqlarına dair I Nikolayın 
Reskripti dərc edildi. Bu sənədə əsasən bəylərin və ağaların Azərbaycanın 
Rusiyaya birləşdirildiyi dövrə qədər sahib olduqları bütün torpaqları üzərində 
irsi  sahiblik  hüquqları  təsdiq  olundu,  hətta  şərti  mülklər  –  tiyullar  da  irsi 
mülkiyyət hesab edildi.


Yüklə 4,49 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə