Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə Təhqiqat Komissiyasının sənədləri Quba. Aprel-May 1918-ci IL



Yüklə 4,49 Mb.
Pdf görüntüsü
səhifə19/112
tarix08.07.2018
ölçüsü4,49 Mb.
#54601
1   ...   15   16   17   18   19   20   21   22   ...   112

39
gücləndirilməsidir. Bu vəzifə bizim hakimiyyət tərəfindən çoxdan bəri dərk edi-
lirdi və bu məqsədlə 1830 – 1850-ci illərdə rus təriqətçilərinin böyük dəstələri 
burada yerləşdirilmək üçün göndərilirdi”. (95) 
1849-cu il yanvarın 1-nə olan məlumata görə, bütün Cənubi Qafqaza 
ümumilikdə sayı hər iki cinsdən 19 341 nəfər olmaqla, artıq 3 259 rus ailəsi 
köçürülmüşdü. Rus kəndlərinin quberniyalar üzrə sayı aşağıdakı kimi əks olu-
nurdu: Şamaxı (1859-cu ildən Bakı) quberniyası – 19 kənd, Tiflis quberniyası 
– 2 kənd, Yelizavetpol quberniyası – 7 kənd, İrəvan quberniyası – 6 kənd. (96)
Göstərilən  mənbədən  məlum  olduğu  kimi,  Cənubi  Qafqazda  ilk  rus 
köçkünlərinin  ən  böyük  hissəsi  Azərbaycan  ərazilərində,  xüsusilə  də  Bakı 
quberniyasının hüdudlarında cəmləşmişdir və sonrakı bütün mərhələlərdə 
bu vəziyyət olduğu kimi qalmışdır.
Sürgün  edilmiş  təriqətçilərin  və  sektantların  Cənubi  Qafqazda  məs-
kunlaşması  ilə  eyni  vaxtda  həmin  ərazilərdə  daimi  mənzil-qərargahlar  və 
ailəli  əsgərlərdən  ibarət  hərbi  bölmələr  təşkil  edilməklə  onların  yanında 
təsərrüfatların  yaradılması  prosesi  başlanır  ki,  bu  da  artıq  hərbi-strateji 
əhəmiyyət  daşıyırdı.  Mənzil-qərargahların  yaxınlığında  xutorlar,  zəmilər, 
otlaq sahələri yaradılır, aşağı rütbəli zabitlər ailə qurur və təsərrüfat sahibi 
olurdular. Cənubi Qafqazda ilk olaraq mənzil-qərargahlar yanında rus-pra-
voslav kəndləri – Qusar, az sonra Zurabovka – Quba qəzasında yaradılmışdır. 
Hökumət  yeni  köçkünlərin  pravoslav  kilsəsinə  sadiqlik  ruhunda  tərbiyə 
olunmasına  birinci  dərəcəli  əhəmiyyət  verilirdi  və  bunu  görə  də  1836-
cı  ildə  Qusar  sahəsində  84-cü  Şirvan  piyada  alayının  mənzil-qərargahının 
yaradılması ilə eyni zamanda Qusar kilsəsi inşa edilmişdi. (97)
Lakin  çox  tezliklə  mənzil-qərargahların  yaradılması  və  təriqətçilərin 
sürgün edilməsi yolu ilə kəndli müstəmləkəçiliyi prosesi hakimiyyətin nəza-
rətindən çıxdı və boş torpaq axtarışında olan rus kəndlilərinin Rusiyanın içəri 
quberniyalarından Cənubi Qafqaza, xüsusilə də Azərbaycana kütləvi şəkildə 
özbaşına  köçü  başlandı.  Kəndlilərin  özbaşına  mühacirəti  cinayət  hesab 
edilməsinə, hökumətin aktları ilə nizamlanmadığına və qanuniləşdirilmədiyinə 
baxmayaraq, yerli administrasiya məmurlarının səlahiyyətində” olduğu üçün 
öz həllini tapırdı. (98) 
1860-70-ci illərin məlum kəndli islahatlarından sonra rus kəndlilərinin 
Cənubi  Qafqazda  yerləşdirilməsi  faktiki  olaraq  dayandırıldı  ki,  bu  da 
“sektantların daxili quberniyalardan olan digər kəndlilərə-könüllü köçkünlərə 
zərərli təsiri... və boş dövlət torpağının çatışmazlığı ilə” izah olunurdu. (99) 
Kəndlilərin mühacirəti qadağalara baxmayaraq heç də dayanmamışdı 
və Quba qəzasında 1890-cı illərin əvvəlindən 1916-cı ilə qədər rus kəndlərinin 
yaranması buna sübut idi. Bununla belə, kəndlilərin köçürülməsi prosesinin 
məhdudlaşmasına səbəb kimi yuxarıda göstərilən hər iki dəlil maraq doğurur. 
Daxili  İşlər  Nazirliyinin  Əkinçilik  və  Dövlət  Əmlakları  nazirinə  ünvanladığı 
1918-ci il Quba hadisələri – Azərbaycanın müsəlman
əhalisinin kütləvi qırğını planlarının tərkib hissəsi kimi


Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
40
məktubdan  belə  məlum  olur  ki,  təriqətçilər  rus  hökumətinin  ümidlərini 
doğrultmamış, və nəinki bu diyarda “rus işini irəliyə aparmamışlar”, əksinə, 
“etibarsız, dövlətə zidd ünsür” olaraq, özlərinin “mövcud dövlət quruluşuna 
mənfi münasibəti ilə” onlar “rus vətəndaşlığı ruhunu hələ kifayət qədər dərk 
etməmiş yerli əhaliyə ... pozucu təsir” göstərirlər. Məktubda rus təriqətçiləri 
yerli əhali arasında “rus dövlətçiliyinin əsaslarına qarşı lazımi hörmətin” nü-
fuzdan salınmasında günahlandırılır və bununla da “diyarın idarə edilməsi 
işinə  yeni  ciddi  çətinliklər  törətmək”  təhlükəsi  yaratmaqda  təqsirkar 
bilinirdilər. (100)
“Yadelli əhalinin” torpaqlarında təzəcə məskunlaşmış, bu yerlərə hələ 
kifayət  qədər  alışmamış  və  yerli  cəmiyyətə  qoşulmamış  rus  əhali  həmin 
cəmiyyətin Rusiya dövlətçiliyinə qarşı “lazımi hörməti”ni necə nüfuzdan sala 
bilərdilər? Hər halda onların nə ilə təzahür olunduğu bilinməyən” mövcud 
dövlət quruluşuna mənfi münasibəti” ciddi arqument deyildi. Bu baxımdan 
məktubda göstərilən ikinci səbəb – “boş dövlət torpaqlarının çatışmazlığı” – 
daha inandırıcı görünürdü.
Məlumdur  ki,  ilk  köçkünlər  ən  əvvəl  dövlət  torpaqlarında,  yəni  əsasən 
keçmiş  xanların  və  bəylərin  müxtəlif  səbəblərdən  dövlətin  xəzinəsinə  keçmiş 
torpaqlarında yerləşdirilməli idi. Bundan əlavə, hökumət ilk rus köçkünlərinin 
yerləşdirilməsi üçün nəzərdə tutduğu ərazilərin sırasına kəndlərin istifadəsində 
olan və nə üçünsə “artıq torpaq” kimi qəbul olunmuş torpaqları da daxil etmişdi. 
Daha  sonra  “az  öyrənilmiş”  adı  ilə  böyük  torpaq  sahələri  meydana  çıxmışdı 
və  s.  Lakin  işə  gəldikdə,  məsələ  həmin  “yadelli”  –  yerli  əhalinin  öz  doğma 
torpaqlarından  köçürülməsi  və  həmin  torpaqlarda  rus  və  digər  millətlərdən 
olan  köçkünlərin  yerləşdirilməsi  ilə  başa  çatmışdı.  Məsələn,  A.Yunitskinin 
qeydlərindən göründüyü kimi, Quba qəzasında rus kəndi Yelenovka 1892-ci ildə 
“yaranmışdır” və aclıq çəkən rus köçkünləri, boş, məhsuldar torpaq sorağında 
müxtəlif quberniyalardan axışıb gəlmiş kəndlilər” üçün sığınacağa çevrilmişdi. 
Amma, sənədin aşağıdakı sətirlərindən məlum olurdu ki, “boş torpaq” dedikdə 
konkret bir azərbaycanlı kəndi başa düşülürdü: “həmin kəndin əvvəlki adı Hacı-
Hüseyn idi və onun əhalisini yalnız tatarlar (azərbaycanlılar nəzərdə tutulur - 
S.R.-T.) təşkil edirdi. 1891-ci ildə tatarlar, digər qonşu kəndlərdən olduğu kimi, 
öz quldur hərəkətlərinə görə bu kənddən də çıxarılmış, boş qalan kəndlərə isə 
Rusiyanın  mərkəzi  quberniyalarından  olan  köçkünlər  yerləşdirilmişdi.  Kəndə 
Yelenovka adı Bakı qubernatoru Roqqe tərəfindən (arvadı Yelena İvanovnanın 
şərəfinə)  verilmişdi”.  “Bu  dövrdə  Yelenovkanın  ətrafında  əlavə  üç  pravoslav 
kəndi yerləşdiyinə görə, onlar üçün kilsənin tikilməsi zərurəti yaranmışdı...”. (101)
Burada  kəndlilərin  “quldurluğa”  görə  öz  kəndlərindən  çıxarılması 
ifadəsi  rus  hökumətinin  özünün  açıq-aşkar  zorakılıq  siyasətinə  bəraət 
qazandırmaqdan  savayı  heç  bir  şey  deyildi,  belə  ki,  müxtəlif  yaşlı  kişi, 
qadın  və  uşaqlardan  ibarət  olan  onlarla  müsəlman  kəndlərinin  bütün 


Yüklə 4,49 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə