Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə Təhqiqat Komissiyasının sənədləri Quba. Aprel-May 1918-ci IL



Yüklə 4,49 Mb.
Pdf görüntüsü
səhifə15/112
tarix08.07.2018
ölçüsü4,49 Mb.
#54601
1   ...   11   12   13   14   15   16   17   18   ...   112

31
və ya “qışlaq” tipli yeni qəsəbələr – Vəlioba, Əzizoba, Hacıəlibəy, Ağ-Yazı-
Buduq, Digəh-Buduq, Yalavanc və digərləri salınmışdır. Buduqlar da sünni 
məzhəbinə aid olaraq, buduq və türk dillərində danışırdılar. 
Ehtimala görə, qrızlar  da qədim Qafqaz Albaniyası əhalisinin nəslin-
dəndir, yığcam şəkildə eyni adlı dağ kəndi olan Qrızda yaşayırdılar. Zaman 
keçdikcə qrızların bir hissəsi düzənliyə köçmüş və təkcə Müşkür mahalında 
58  qrız  bölməsi  yaratmışlar.  Düzənlikdə  yaranmış  kəndlər  –  Hacıqazma, 
Hacıəhmədoba, Şərifoba, Mənçəroba, Tikanlı Oba və digərləri dağ kəndləri 
cəmiyyətinə daxil idilər. Müsəlman-sünni olan qrızlar özlərinin qrız, habelə 
ləzgi və türk dillərində danışırdılar. Məlumdur ki, Fətəli xan XVIII əsrdə az 
sayda yəhudiləri Qrıza köçürmüşdü, və kənddə mövcud olan yəhudi qəbri 
bundan xəbər verir.
Qubanın  Şərqi  Qafqaz  yəhudilərinin  subetnik  qrupunu  təmsil  edən 
və “dağ yəhudiləri” adlandırılan xalis yəhudi əhalisi yığcam şəkildə yəhudi 
qəsəbəsində  yaşayırdı.  Linqvistik  və  tarixi  məlumatlara  görə,  yəhudilərin 
Şərqi Qafqaza gəlməsi VI əsrdən gec olmayaraq başlamışdır. Burada onlar 
şərqi  və  şimal-şərq  ərazilərdə  tat  dilində  danışan  əhali  arasında  məskun-
laşmış və tədricən həmin dilə keçmişlər. Qaytakla Şamaxı rayonu arasında 
dağ yəhudilərinin məskunlaşdığı bütöv bir yaşayış zolağı mövcud idi. XVIII 
əsrin ortalarında Quba xanlığında, hazırkı yəhudi qəsəbəsindən 2-3 kilometr 
yuxarıda,  Qudyal  çayının  sol  sahilində,  Qurçal  kəndinin  yaxınlığında  Kul-
qat adlı yəhudi qəsəbəsi mövcud idi. 1742-ci ildə Nadir şah bu qəsəbəni 
tamamilə dağıtdıqda yəhudilər yalnız özlərini xilas etmək məcburiyyətində 
qalmışlar. Hüseyn-Əli xanın dövründə Kulqat kəndinin keçmiş sakinləri in-
diki  yəhudi  qəsəbəsinin  ərazisində  yerləşmişlər.  Bu  qəsəbə  Fətəli  xanın 
hakimiyyəti  dövründə,  başqa  əyalətlərdən,  o  cümlədən  Muğan,  Şirvan  və 
Dağıstandan əhalinin Quba xanlığına köçməsi təşviq edilən dövrdə xüsusilə 
böyümüşdür. Dağ yəhudiləri özlərini “yeudi” (“iudey”) və ya cuur (fars dilindən 
cuhud  –  “iudey”)  adlandırırdılar,  “dağ”  -“dağlı”  sözü  isə  onların  adına  XIX 
əsrdə rəsmi rus sənədlərində bütün Qafqaz xalqları “dağlı” adlandırılarkən 
əlavə edilmişdir. Dilinə və digər əlamətlərinə görə onlar farsdilli yəhudilərə 
mənsub idilər. Məhz bu amildən – dağ yəhudilərinin və Qafqaz tatlarının dili-
nin yaxınlığından irəli gələrək bir sıra alimlər belə bir mülahizə irəli sürürlər 
ki,  dağ  yəhudiləri  “İran  tat  tayfasının”  nümayəndələridir,  hələ  İranda  ikən 
yəhudi dinini qəbul etmiş və sonradan Cənubi Qafqaza köçmüşlər. (77) Artıq 
qeyd edildiyi kimi, dağ yəhudiləri Qubada yəhudi qəsəbəsində və həmçinin 
Quba əyalətinin bir neçə kəndində yaşayırdılar.
Mənbələrə görə Quba əyalətinin erməni əhalisi bu torpaqlarda XVIII 
əsrin sonlarında, Fətəli xanın hakimiyyətinin son illərində məskunlaşmış və 
əsasən  Kilvar  və  Xaçmaz  kəndlərində  yığcam  halda  yaşamışlar.  Xristian-
qriqorian  məzhəbinə  etiqad  edən  Quba  ermənilərinin  əksəriyyəti  irandilli 
1918-ci il Quba hadisələri – Azərbaycanın müsəlman
əhalisinin kütləvi qırğını planlarının tərkib hissəsi kimi


Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
32
idi və bu səbəbdən XVIII – XX əsrlərin bir çox qaynaqlarında və nəşrlərində 
onlar yalnız “erməni tatları”, “xristian tatları” və ya “qriqorian tatları” deyə  
adlandırılardılar.  Hərçənd,  bu  tatdilli  kəndlərin  əhalisi  özlərini  erməni  kimi 
tanıyır və tat dili ilə yanaşı erməni dilində də danışırdı. (78) 
Quba xanlığında, sonra isə Quba əyalətində yaşayan bu əhali qrupları 
arasındakı həmişə rəvan və mehriban qonşuluq münasibətləri olmuşdur, et-
nik və ya dini zəmində hər hansı konfliktlər yaranmamışdır. Xüsusi olaraq 
vurğulanmalıdır  ki,  Qubanın  bilavasitə  müsəlman  –  sünni  və  şiə  əhalisi 
arasında  da  nəzərə  çarpacaq  hər  hansı  ziddiyyət  mövcud  olmamışdır, 
əksinə: “...Quba əyalətlərindən birinin yarısı Ömər təriqətinin, digər yarısı isə 
Əli təriqətinin arxasınca gedirlər. Mövhumat təsiri olaraq onların arasında 
yer  alan  ədavət,  ictimai  həyatdakı  münasibətlərində  əks  olunmur.  Belə  ki, 
öz  torpaqlarını  düşmənlərdən  qorumaq  lazım  gəldikdə,  onlar  birləşir  və 
məzhəbi kənara qoyaraq birgə hərəkət edirlər”. (79) 
1840-cı  illərdə  Qubanın  şimal-qərb  hissəsində  “Rus  qəsəbəsi”,  ya-
xud “Qapalı xutor” adını almış və çar hərbi məmurlarının yaşadığı daha bir 
qəsəbə yaranmışdır. Rusların Quba əyalətində məskunlaşdırılması bu əyalət 
işğal  edildikdən  dərhal  sonra  başlanmış  və  yerli  əhalinin  intensiv  şəkildə 
sıxışdırılması  ilə  müşayiət  olunmuşdur  ki,  bu  barədə  daha  ətraflı  aşağıda 
danışılacaqdır.
Quba  əyalətinin  etnik  mənzərəsi  Quba  şəhəri  üçün  də  səciyyəvi 
idi.  Quba  şəhər  sakinlərinin  əsas  etnik-milli  qrupunu  yerli  türkdilli  əhali  – 
azərbaycanlılar təşkil edirdi. Şəhərdə sayca çox olan ikinci etnik qrup dağ 
yəhudiləri və tatlar idi. Digər milli qruplar – ruslar, ermənilər və s. nə sayı, 
nə  də  kifayət  qədər  etnik  sabitliyi  ilə  seçilmirdi.  Qubanın  milli  strukturu-
nun  formalaşmasına  Dağıstandan  və  İranın  şimal  əyalətlərindən  –  Cənubi 
Azərbaycandan olan işçi miqrasiyası – müvəqqəti mühacirlər də müəyyən 
təsir  göstərmişdir.  Qubada müxtəlif dövrlərdə bir neçə Dağıstan xalqı: avar-
lar,  darginlər,  kürəlilər,  osetinlər  və  digərləri  yaşamışdır.  Onların  çoxunu 
təşkil edən və həmçinin etnik azərbaycanlılar olan İran vətəndaşları Qubada 
günəmuzd, qulluqçu, qara fəhlə kimi işə götürülürdü, müəyyən hissəsi isə 
sənətkarlıq, ticarət və s. sahələrdə fəaliyyət göstərirdi. (80)
Şəhərin  sosial  iyerarxiyasında  əsas  mövqeyi  bəylər  və  ruhanilər  tu-
turdu.  Şəhərin  yuxarı  təbəqələri  əkinçilik  üzrə  sahibkarlıqdan  başqa,  həm 
də  ticarətlə  məşğul  olurdular,  müflisləşmiş  bəzi  bəylər  sənətlərə  üz  tutur, 
mirzəlik, tərcüməçilik və sair işlərə düzəlirdilər.
Rus hökumətinin köçürmə siyasəti, şəhər və kənd əhalisinin sıxışdırıl-
ması,  hədsiz  vergilər  və  mükəlləfiyyətlər,  qanunsuz  töycülər,  habelə 
çar  komendantlarının  özbaşınalığı  əhalinin  ilk  iki  onillik  ərzində  artmış 
narazılığını  getdikcə  daha  da  çox  gücləndirirdi.  “Bütün bu mahallar özlərini 
Sizin  hökumətinizə  sədaqətli  kimi  göstərsələr  də,  onlar  üzərilərinə  qoyulmuş 


Yüklə 4,49 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə