Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə Təhqiqat Komissiyasının sənədləri Quba. Aprel-May 1918-ci IL



Yüklə 4,49 Mb.
Pdf görüntüsü
səhifə12/112
tarix08.07.2018
ölçüsü4,49 Mb.
#54601
1   ...   8   9   10   11   12   13   14   15   ...   112

25
başladıqda və vəliəhd Abbas-Mirzənin, tərkibində bir neçə keçmiş xanların 
da olduğu 60 minlik ordusu Araz çayını keçdikdə, bir çox bəylər öz maafları, 
nökərləri ilə birlikdə, habelə kəndlilərin bir hissəsi ona qoşuldular. İranlıların 
əsas qüvvələrinin hücumu Qarabağ istiqamətində, daha sonra Gəncə, Şəki, 
Şamaxıya doğru inkişaf edirdi. Şeyxəli Xanın oğlu – Əhməd xan özünün 6 
minlik qoşunu ilə Qubanı mühasirəyə aldı. Qoşunların digər hissəsi Lənkəran 
(23 iyulda alınmışdı) və Salyandan (26 iyulda alınmışdı) Bakıya doğru hərəkət 
edirdi.  Bakıya  yaxınlaşan  İran  qoşun  hissələrinin  başında  Bakının  keçmiş 
hakimi  Hüseyn-Qulu  Xan  dururdu  və  Bakı  qalasından  etibarsız  sayılaraq 
çıxarılmış əhalinin bir hissəsi, habelə ətraf kəndlərin əhalisi də bu kəndləri 
idarə edən bəylərin başçılığı altında ona qoşuldular. (60) 
Lakin  Bakı  onu  mühasirəyə  alanlar  tərəfindən  ələ  keçirilə  bilmədi. 
Abbas-Mirzənin əsas qüvvələri sentyabrın 13-də Gəncə altında məğlubiyyətə 
uğradıqda və geri çəkilməyə başladıqda, onun qoşunlarının digər dəstələri 
də “qiyamçı xanlarla”-müstəqil xanlıqların keçmiş hakimləri ilə birlikdə geri 
çəkilməyə məcbur oldular. Mustafa xan Şirvanlı Şamaxıdan qaçdı. Həmçinin 
Qubalı Əhməd-xan da Qubanın mühasirəsinə son qoyaraq dəstəsi də geri 
çəkildi. (61) 
Az  sonra  hakimiyyətlərini  və  əvvəlki  mövqelərini  geri  qaytarmaq 
ümidi və sonuncu cəhdləri boşa çıxan bir çox xanlar və onları dəstəkləyən 
bəylər Cənubi Qafqazın sərhədlərini tərk etdilər. Çıxıb getməyən müharibə 
iştirakçıları, xüsusilə də, yüksək təbəqənin nümayəndələri isə rus hökuməti 
tərəfindən  amansızcasına  cəzalandırıldı.  Məsələn,  yalnız  Quba  əyalətində 
1826-1827-ci  illərdə  həbs  edilənlərdən  20  nəfəri  yüksək  təbəqəyə  (3  xan 
və 17 bəy) mənsub idi. Xanların hər üçü və 7 bəy edam edilmiş, qalanları 
isə  uzun  müddətə  məhkum  edilərək  Sibirə  sürgün  olunmuşdu.  Bütün 
döyüş  iştirakçılarının  oğulları  Həştərxana,  hərbi  yetimxana  bölmələrinə 
göndərilmişdi.  Onların  bütün  mülkləri,  daşınan  və  daşınmaz  əmlakı,  bü-
tün kəndləri, eləcə də 342 nəfərin, o cümlədən Əhməd xanla birlikdə İrana 
qaçmış 81 bəyin əmlakı dövlət xəzinəsinə götürülmüşdür. (62) 
İkinci  Rusiya-İran  müharibəsi  yenə  də  Rusiyanın  qələbəsi  ilə  başa 
çatdı.  Rus  qoşunları  Təbrizə  daxil  oldu  və  onların  sonrakı  hücumlarının 
təhlükəsi qarşısında Fətəli şah Qacar nəinki Rusiyanın Gülüstan müqaviləsi 
üzrə əldə etdiyi torpaqlara qarşı iddiadan əl çəkməli oldu, həm də İrəvan və 
Naxçıvan xanlıqlarını Rusiyaya güzəştə getdi, və bu da Təbriz yaxınlığındakı 
Türkmənçay  kəndində  10  fevral  1828-ci  ildə  bağlanmış  yeni,  Türkmənçay 
müqaviləsi ilə möhkəmləndirildi.
1804-1813-cü  və  1826-1827-ci  illər  Rusiya-İran  müharibələrinin 
sonu olan Gülüstan və Türkmənçay sülh müqavilələri Quba xanlığını Rusiya 
İmperiyasının tərkibində təsbit etdi.
1918-ci il Quba hadisələri – Azərbaycanın müsəlman
əhalisinin kütləvi qırğını planlarının tərkib hissəsi kimi


Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
26
* * *
Azərbaycan  xanlıqları  Rusiyaya  birləşdirildikdən  sonra  hökumət 
tərəfindən yeni inzibati-dövlət qaydaları tətbiq edildi. Xanlar hakimiyyətdən 
kənarlaşdırıldı,  xanlıqlar  isə  əyalətlərə  bölündü.  Rusiya  İmperiyasının 
tərkibinə daxil olmuş Azərbaycanın ərazisi, əvvəlki xanlıqların və sultanlıqların 
sərhədlərinə uyğun olaraq altı əyalətə, iki dairəyə və iki distansiyaya ayrıldı.
Əyalət və ya dairənin başında baş komandan tərəfindən rus zabitlərinin 
arasından təyin edilmiş komendant dayanırdı ki, həmin idarəetmə sistemi 
də öz adını buradan götürərək komendant üsul-idarəsi sayılırdı. Əyalətlərdə 
köhnə inzibati bölgü sistemi saxlanılmışdı: hər mahalın başında komendant-
lar  tərəfindən  yerli  bəylərdən,  ağalardan,  məliklərdən  təyin  edilən  naiblər 
durduğu.  Kənd  administrasiyası  yüzbaşı  (starşina),  starşina  və  darğadan 
ibarət idi. Hər bir əyalətdə komendantın sədrliyi altında məhkəmə (divan-
xana) yaradılmışdı ki, onun da tərkibinə iki divanbəyi (yerli feodallardan), iki 
iclasçı (şəhər sakinlərindən) və bir molla (şəriətin bilicisi qismində) daxil idi. 
Məhkəmə işləri şəriət və yerli xan qanunvericiliyi əsasında həyata keçirilirdi. 
Çar hökuməti tərəfindən “hərbi-xalq idarəçiliyi” kimi bəyan edilmiş komen-
dant idarə üsulu, demək olar ki, xan idarəçiliyindən heç nə ilə fərqlənmirdi. 
Hərbi işğal rejimini təmsil edən “hərbi-xalq” idarəçiliyi “Azərbaycan feodal-
larının mülkiyyətlərinin aşkar alqı-satqı sistemi idi. O, təslim olmayan xanların, 
sultanların,  məliklərin  mülklərini,  bağlarını,  və  kəndlilərini  çar  xəzinəsinin 
xeyrinə müsadirə edir və qismən də işğalçı hakimiyyəti yerlərdə dəstəkləyən 
feodallara paylayırdı. Bu sonuncuların sırasına əsasən öz xanları tərəfindən 
sıxışdırılan və xanların hakimiyyəti ilə hədsiz səylə mübarizə aparan Qarabağ 
məlikləri, keçmiş Bakı hakimləri və Naxçıvandan Kəngərli bəyləri aid idi”. (63) 
“Keçmiş Bakı hakimləri” dedikdə Bakıxanovların nəsli – II Mirzə Məhəmməd 
xanın  özü,  oğulları  və  nəvələri  nəzərdə  tutulurdu  ki,  onlara  Bakıda  və 
məskunlaşdıqları Quba əyalətində titullu mülklər verilmişdi. 
Quba  xanlığının  ərazisi  də  eyni  adlı  əyalətə  çevrilərək  əvvəlcədən 
mövcud olan 8 mahalı: Quba, Rustov, Müşkür, Şabran, Sədan, Bərmək, Xınalıq 
və  Buduğu  əhatə  edirdi.  Torpaqlar,  bağlar,  balıq  vətəgələri  çar  xəzinəsinə 
verilmişdi.
Qubanı  ilk  idarə  edən  (naib)  yerli  feodal  Hacı  bəy  olmuşdur.  Həm 
əyalətin,  həm  də  şəhərin  idarəçilik  sistemi  ilk  zamanlarda  demək  olar  ki, 
dəyişməmişdi.  Onun  hər  bir  məhəlləsindən  vəzifəsi  qoşunlara  mənzillərin 
ayrılmasından  və  şəhərdə  təmizliyə  nəzarətdən  ibarət  olan  starşinalar 
(starşinalar) seçilirdi. Starşinalar ümumi işlərə baxan qalabəyinə tabe idilər. 
Əvvəllər  təsdiq  edilən  bəy  idarəçiliyi  1810-cu  il  Quba  üsyanından  sonra 
1811-ci ildə ləğv edilmiş və komendant idarə üsulu ilə əvəz edilmişdir. 10 
mart  1812-ci  il  tarixdə  Quba  əyalətinin  daxili  idarəetməsi  üçün  Qubada 


Yüklə 4,49 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə