Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə Təhqiqat Komissiyasının sənədləri Quba. Aprel-May 1918-ci IL



Yüklə 4,49 Mb.
Pdf görüntüsü
səhifə11/112
tarix08.07.2018
ölçüsü4,49 Mb.
#54601
1   ...   7   8   9   10   11   12   13   14   ...   112

23
yolu ilə təyin edilməsi haqqında təklifi, nə də onun təklif etdiyi namizədin 
özü (Şaqanlı Cahangir xan) Quba əyalətinin “nizama salınması” ilə məşğul 
olan polkovnik Lisaneviç tərəfindən bəyənilmədi. Lisaneviç Bakı komendantı 
general Repindən “Cahangir xanın Quba əyalətinin idarə olunmasına cəlb 
edilməsi  barədə  sərəncam  alsa  da,  buna  əməl  etmədi”.  Belə  ki,  “Quba 
xalqının  Cahangir  xan  tərəfindən  idarə  edilə  biləcəyinə”  inanmadı,  çünki, 
“...bəylər və sadə xalqın böyük hissəsi sünnilər, Cahangir xanın özü isə şiə 
olduğu üçün, mənim bütün səylərimə baxmayaraq, onlar xanı istəmirlər, və 
bu səbəbdən xan da heç zaman özünü xalqa sevdirə və ya heç olmasa əsas 
bəylərin bir hissəsinin etibarını qazana bilməyəcəkdir”. Bunun müqabilində 
Lisaneviç  “müvəqqəti  olaraq  4  bəydən  ibarət,  onların  hüquqlarına  uyğun, 
yerli  gəlirlərdən  maaş  verməklə,  baş  hərbi  rəisin  sədrliyi  altında  divan” 
yaradılmasını təklif edilirdi. (57)
Burada belə bir məqamı vurğulamaq lazımdır ki, Lisaneviç tərəfindən 
irəli  sürülən  dəlil,  ilk  baxışdan  inandırıcı  görünsə  də,  Şeyxəli  xanın  və 
Quba xanlarının bütün nəslinin şiə inancına etiqad etməsi nəzərə alınarsa, 
yuxarıdan  verilən  göstərişin  onun  tərəfindən  icra  olunmamağının  əsil 
səbəbini  aydınlaşdırmır.  Yəqin  ki,  buna  görə  o,  2  həftədən  sonra  (24  no-
yabr 1810-cu il tarixdə), daha çox əsaslandırılmış dəlillər gətirərək, general 
Tormasova ikinci raportunu göndərir və bir daha qeyd edir ki, “bütün halları 
təhlil edərək, mən Cahangir xanın xanlığın idarə edilməsinə gətirilməsini mü-
nasib hesab etmədim, çünki: 1) yad xanları xalqın gözü götürmür; 2) onların 
dini fərqlidir və, nəhayət, xalq Rusiya məmurları tərəfindən idarə edilməyə 
müəyyən mənada artıq adət etmişdir və bütün hallarda özünü daha təmin 
edilmiş hesab edir. Mən bunu çox ədalətli hesab edirəm, belə ki, xanlıq idarə 
üsulunda xalq dövlət xəzinəsinə verdiyi vergidən əlavə xanı və onun bütün 
əshabələrini saxlamalıdır ki, bu da əhali üçün ağır bir yük olacaqdır. Habelə 
Cahangir  xan  Qubanın  bizə  sədaqətli  olan  nüfuzlu  bəylərindən  heç  birini 
özünə yaxınlaşdıra bilmir, nəticədə biz xan hakimiyyətinə dözməyən xalqı 
sakitlikdə  saxlamaq  üçün  orada  qoşunlarımızın  sayını  azaltmaq  əvəzinə 
artırmalı olacağıq”. Həmin bu raportdan məlum olur ki, polkovnik Lisane-
viç artıq Qubada podpolkovnik Tixanovskinin sədrliyi altında və 3 bəydən 
– Həsən əfəndi, Məmməd bəy Buqudski və Musa bəy Əlibəyovdan – ibarət, 
yerli komendantın iclasçı qismində iştirakı ilə müvəqqəti hakimiyyət üsulu 
yaratmışdır. (58)
Beləliklə, həm Quba xanlığının, həm də Quba xanlarının tarixinə son 
nöqtə  qoyulur.  Bu  kiçik  raport  həm  də  Rusiyanın  təbəəliyini  qəbul  edən, 
general olan və öz torpaqlarının hakimləri kimi saxlanılan digər Azərbaycan 
xanlarının gələcək taleyinin müjdəçisi hesab edilə bilər. Lakin qarşıda yalnız 
bu  xanlar,  generallar  üçün  deyil,  həm  də  bütün  Azərbaycan  xalqı  üçün 
taleyüklü olacaq hadisələr gözlənilirdi. 
1918-ci il Quba hadisələri – Azərbaycanın müsəlman
əhalisinin kütləvi qırğını planlarının tərkib hissəsi kimi


Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
24
* * *
1812-ci ildə Napoleon Rusiyaya qarşı müharibəyə başladı. Bu zaman 
ruslarla danışıqlar aparan İran şahı danışıqları dayandırdı və tezliklə 20 minlik 
ordu ilə Qarabağa hücum etdi. Lakin rus qoşunları tərəfindən sıxışdırılan İran 
dəstələrinin  Azərbaycanın  digər  ərazilərinə  girmək  cəhdləri  uğursuz  oldu. 
Nəticədə şah yalnız 1809-cu ildə ruslar tərəfindən zəbt edilmiş Lənkəranı 
ələ keçirməyə nail oldu. Rusların ordusu isə Araz çayını keçdi və Aslandüz 
altındakı döyüşlərdə İran ordusunu darmadağın etdi. Bu qələbədən sonra 
ruslar yenidən Lənkəranı ələ keçirdilər və İran şahı sülh danışıqlarını yenidən 
bərpa etməli oldu. 
1813-cü  12  oktyabr  tarixdə  Qarabağda  Gülüstan  kəndi  yaxınlığında 
İran və Rusiya dövlətləri arasında sülh müqaviləsi bağlandı və bu müqavilənin 
şərtlərinə əsasən Şimali Azərbaycan xanlıqlarından İrəvan və Naxçıvandan 
başqa,  bütün  Azərbaycan  xanlıqları  (Şirvan,  Quba,  Bakı,  Gəncə,  Qarabağ, 
Şəki, Talış) Rusiyaya verildi. 
Yuxarıda deyildiyi kimi, bu zaman rus qoşunlarına müqavimət göstər-
miş Gəncə, Bakı və Quba xanlıqları artıq ləğv edilmişdi. Rusların hakimiyyətini 
könüllü  olaraq  tanımış  əyalətlərdə  isə  köhnə  hakimlər  hələ  qalsalar  da, 
onların  da  hökmranlığı  uzun  çəkmədi:  1819-1826-cı  illərdə  Şəki,  Şamaxı, 
Qarabağ və Lənkəran xanlıqların ləğv edildi. Bu hadisə ona gətirib çıxardı ki, 
bir çox devrilmiş və öz doğma yurdlarını tərk etmiş xanlar 1826-1828-ci illər 
ikinci İran-Rusiya müharibəsində İran şahının tərəfinə keçdilər.
Birinci  müharibədə  məğlubiyyətə  uğramış  İran  şahı,  bununla  belə, 
Qafqazı yenidən tutmaq ümidini itirmirdi. Onun bu ümidinə həmçinin keçmiş 
xanlar və hələlik nisbi imtiyazlı vəziyyətlərini  saxlasalar da, rus hökumətinin 
açıq-aşkar etimadsızlığını hiss edən böyük bəy zümrəsi (istər İrana qaçmış, 
istər  Qafqazda  qalmış)  də  qismən  rəvac  verirdi.  “Çar  administrasiyası 
müsəlman elitasını ... daimi gizli təhlükə mənbəyi kimi qəbul edirdi. Bu, heç də 
İranın və Osman Türkiyəsinin bilavasitə yaxınlığından irəli gəlmirdi. Sadəcə, 
çar məmurları islam dünyası haqqında çox qaranlıq təsəvvürə malik idilər. 
İslam mədəni mühiti onlar tərəfindən yad mənşənin-başlanğıcın təcəssümü 
və hər şeydən əvvəl – Avropanın proqressiv düşüncəsinin barbarcasına və 
fanatik inkarı kimi qəbul olunurdu. O dövrün rəsmi dilində islam və “gerilik” 
sinonim sözlər idi”. (59)
Lakin, Azərbaycan elitasının nümayəndələrinin də əvvəllər əməkdaşlıq 
etdiyi  rus  administrasiyasına  qarşı  münasibəti  mənfi  idi.  Faktiki  olaraq 
müstəmləkə  rejimi  olan  komendant  idarəçiliyi  dövrü  üçün  səciyyəvi  olan 
müxtəlif  növ  qanun  pozuntuları,  səlahiyyətləri  aşmaq,  özbaşınalıq,  ağır 
vergilər  və  s.  təbii  ki,  bu  administrasiyaya  qarşı  rəğbət  yarada  bilməzdi. 
Təsadüfi  deyil  ki,  1826-cı  ilin  yayında  ikinci  İran-Rusiya  müharibəsi 


Yüklə 4,49 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə