Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə Təhqiqat Komissiyasının sənədləri Quba. Aprel-May 1918-ci IL



Yüklə 4,49 Mb.
Pdf görüntüsü
səhifə10/112
tarix08.07.2018
ölçüsü4,49 Mb.
#54601
1   ...   6   7   8   9   10   11   12   13   ...   112

21
xeyir gətirməyəcəkdir və ədalətsiz qəddarlıq qubalıları daha da hiddətləndirə 
bilər”. Yalnız “silahla müdafiə olunan” düşmənlərin cəzalandırılması, “və on-
larla müharibənin qanunları üzrə rəftar edilməsi” əmri verilmişdi”. (47) 
Lakin,  belə  görünürdü  ki,  qubalıların  çoxunun  heç  də  əfv  barədə 
xahiş etmək fikri yox idi və bu, general Tormasovu xüsusilə əsəbiləşdirirdi: 
“Qubalıların açıq-aydın inadkarlığı... düşüncəsizlik deyil, iğtişaşçı ruhu ... elə 
həddə çatmışdı ki, onlar 4 il ərzində heç vaxt yelbeyin Şeyxəli ilə açıq və gizli 
əlaqələrdə olmaqdan çəkinməmiş, daima müxtəlif üsullarla onu dəstəkləmiş 
və  düşünmüşlər  ki,  o,  Quba  xanı  olacaq  və  bütün  xalqın  istəyi  qarşısında 
Rusiya  Hökuməti  nə  vaxtsa  onun  xanlığını  təsdiq  etməyə  razılıq  verəcək. 
Quba torpağındakı indiki çaxnaşma həmin zərərli əlaqələrin və bu xalqın pis 
niyyətinin nəticəsidir”. (48)
Bu sətirlər zəbt edilmiş “xalqın” – indiki halda Quba əhalisinin – işğalçı 
tərəfindən qəbul və dərk edilməsində olan dərin səhvləri, anlaşılmazlıqları 
və ziddiyyətləri çox dəqiq xarakterizə edirdi. Həmin sətirlərin müəllifi gizlədə 
bilmədiyi bir təəssüflə iddia edirdi ki, “əgər Quba xalqı sadiq olsaydı, nəinki 
təklikdə  Şeyxəli  xana  və  onun  quldur  dəstələrinə  qarşı  özü  müqavimət 
göstərə bilərdi, həm də bu yelbeyini gizlədən və dəstəkləyən qonşularına da 
güclü zərbə vura bilərdi”. (49)
Yazışmalarda bir qayda olaraq “vəhşi” deyə adlandırılan “Quba xalqı” 
İmperator  Həzrətlərinə  niyə  sadiq  deyildi,  və  əksinə  “yelbeyin”,  “əxlaqsız”, 
“quldur” və “əclaf” Şeyxəli Xan Qubalını niyə müdafiə edirdi? Torpaqlarını 
zorla ələ keçirmiş “yadelli gəlmələrlə” barışmayan qürurlu və azadlıq sevər 
xalqın  Şeyxəli  xanın  simasında  öz  başçısını  gördüyü  fikrini  ağlına  belə 
gətirməyən, eləcə də Şeyxəli xanın özünün və müttəfiqlərinin fəaliyyətinin 
öz mövqeyini, öz torpaqlarını və öz xalqını qorumaq kimi sadə bir məntiqə 
söykəndiyini  ehtimal  etməyən  və  yaxud  etmək  istəməyən  rus  generalı 
görünür  ki,  özünə  yuxarıdakı  sualı  vermirdi.  Bununla  belə,  onun  həddən 
artıq mürəkkəb vəziyyətdən çıxış yolu axtararkən, sırf hərbi əmrlərdən başqa, 
irəli  sürdüyü  aşağıdakı  təkliflər  qubalıların  “inadı”  qarşısında  müvəqqəti 
güzəştlərə  getmək  zərurətini  anladığını  göstərir:  “yaranmış  şərait  və 
İmperator Həzrətlərinə faydalı xidmət göstərilməsi nəzərə alınmaqla Qubada 
xanlıq bərpa edilsin, bu zaman Rusiyanın təbəəliyində olan digər xanlara aid 
qaydalar əsas götürülsün; mən onlara hörmət əlaməti olaraq bizim idarəçilik 
üsuluna vərdiş etməmiş qubalıların hökumətdən narazı qalmağa səbəbləri 
olmayacağını və onların öz üzərilərində xanlarının olması arzularının təmin 
ediləcəyini təklif edirəm, amma yalnız Şeyxəli olmamaq şərti ilə...». (50)
1810-cu  ilin  sentyabr  ayında  Şeyxəli  Xanın  tutulması  və  ya  məhv 
edilməsi üçün artıq 1000 çervon qızıl pul mükafatı, maaşlı rütbə və ya həmin 
şəxsin vəziyyətinə uyğun Qubada mülk verilməsi təyin edilir, (51) “amansız 
qiyamçıları isə qırmaq”, ...qiyamın əsas səbəbkarlarını tutmaq və ya onların 
1918-ci il Quba hadisələri – Azərbaycanın müsəlman
əhalisinin kütləvi qırğını planlarının tərkib hissəsi kimi


Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
22
özlərini  (itaətli  kəndlilərindən  savayı)  və  əmlaklarını  ümumiyyətlə  məhv 
etmək (yaxud dövlət xəzinəsinə daxil etmək) göstərişi verilmişdi. (52) 
Üsyançıların şiddətli müqavimətinə və say üstünlüyünə baxmayaraq, 
Quba  üsyanı  1810-cu  ilin  dekabrında  yalnız  rus  silahının  gücünə  yatırıldı, 
belə  ki,  rus  ordusunun  artilleriyadan  və  digər  silah  növlərindən  geniş 
istifadə edən ən yaxşı hissələri üsyançılara qarşı yönəldilmişdi. Şeyxəli Xan 
Dağıstanın dağlarında gizlənə bildi. Sonrakı illərdə o, əvvəlcə Surxay-Xanın 
Kürə mülkündə, sonra Qazıqumuq xanlığında və Akuşda qalaraq, 1819-cu 
ilədək partizan müharibəsini davam etdirmiş və rus qoşunlarını Dağıstanın 
içərilərinə buraxmayaraq, ləzgilərdən ibarət olan çoxminli dəstələrlə Quba-
ya və Quba xanlığının kəndlərinə hücumlar etmişdir. 1819-cu ilin iyununda 
ailəsi ilə birgə yaşadığı Akuşun Başlı kəndinin yaxınlığında Şeyxəli xan ruslarla 
növbəti qarşıdurmada parlaq qələbə qazandı. O, Başlının – Quba xanlarının 
irsi  kəndində  olan  2000-dək  evin  hamısını  atəşə  tutan  rus  qoşunlarının 
qarşısına  20  minlik  qüvvə  çıxarmış  və  rusları  ağır  itkilərlə  geri  çəkilməyə 
məcbur etmişdi. Lakin, bu Şeyxəli Xanın sonuncu qələbəsi idi. 1919-cu ilin 
avqustunda  general  Mədətovun  və  general  Pestelin  başçılığı  altında  çox-
minli  rus  qoşunları  müxtəlif  istiqamətlərdən  Dağıstana  yürüşə  başladılar. 
Şeyxəli Xan və onun ətrafı belə güclü hücuma davam gətirməyərək, dağlara 
çəkildilər və yoxa çıxdılar. Onun sonrakı taleyi haqqında dəqiq məlumat yox-
dur, lakin, müxtəlif mənbələrdə belə ehtimallar irəli sürülür ki, Şeyxəli Xan 
1821-ci ildə ölmüş və Balakəndə dəfn edilmişdir, digər mənbədə isə onun 
ölüm tarixi kimi 25 may (06 iyun) 1822-ci il göstərilir. (53)
Çar hökuməti Şeyxəli Xanın tərəfdarlarının hamısına qəddarcasına divan 
tutdu. Şeyxəli xanla bütün bu illər ərzində əlaqədə şübhəli bilinən səkkiz nəfər 
Dərbənd bəyi Həştərxana sürgün edildi. (54) Quba üsyanının iştirakçılarının 
aqibəti daha ağır oldu. Onları ümumi siyahılarla, “çox qısa sürən və 24 saat 
ərzində  başa  çatdırılan  hərbi  məhkəmədə  xəyanətdə  günahlandıraraq” 
Sibirə  sürgünə  göndərdilər.  (55)  Həmçinin  Tabasaran  əyalətinin  “Şeyxəlinin 
tərəfini saxlayan” kəndləri də cəzalandırıldı, onların idarə edilməsi “İmperator 
Həzrətlərinə  sadiq  və  itaət  edən  bəylərə  həvalə  edildi”,  ”Şeyxəli  ilə  qaçan 
xəyanətkarların”  əmlakı  isə  “digər  sadiq  bəylərin”  idarəçiliyinə  verildi.  “Gü-
nahkarlardan mal-qara qismində alınmış kontribusiya”nın “bir hissəsi hərəkət 
edən qoşunların istifadəsinə verildi, digər hissəsi isə yandırılmış Eren və Ərkit 
kəndlərinin Rusiyaya sadiq və Şeyxəli üzündən müflisləşmiş bəylərinə paylandı. 
Diqqətəlayiqdir  ki,  bütün  bu  sərəncamlar  “qanunun  aliliyini”  gözləmək 
baxımından deyil, “Asiyalılarda bu üsul, həmişə günahkarları cəzalandırmaqla 
və çalışqan insanlara xeyir verməklə, onları itaətdə saxlamaq üçün ən etibarlı 
üsuldur” – məntiqi ilə verilmişdi. (56)
Quba  xanlığının  bu  hadisələrdən  sonra  idarəçiliyinə  gəldikdə  qeyd 
edilməlidir ki, nə general Tormasovun Qubada yeni xanın müqavilə bağlamaq 


Yüklə 4,49 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə