Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə Təhqiqat Komissiyasının sənədləri Quba. Aprel-May 1918-ci IL



Yüklə 4,49 Mb.
Pdf görüntüsü
səhifə13/112
tarix08.07.2018
ölçüsü4,49 Mb.
#54601
1   ...   9   10   11   12   13   14   15   16   ...   112

27
“Şəhər məhkəməsi” təsis edilmişdi, və o da daha çox inzibati işlərlə məşğul 
idi. Bu orqanın məhkəmə funksiyası mülki, ticarət və “az əhəmiyyətli” cinayət 
işləri üzrə çəkişmələrin araşdırılması ilə məhdudlaşdırılırdı. (64) 
Bu  dövr  Qubanın  xarici  görünüşü  Şərqin  feodal  şəhərlərinin  tipik 
cizgilərinin  xatırladırdı.  Quba  Qudyalçayın  sağ  sahilində  mənzərəli  yerdə 
yerləşən  və  kiçik,  lakin  çox  yaxşı  möhkəmləndirilmiş  qala  idi.  Lakin  Rus 
hakimiyyətinin  sabitləşməsi  ilə  əlaqədar  qala  özünün  keçmiş  təyinatını 
itirməyə başlayır. XIX əsrin 30-cu illərində Quba artıq möhkəmləndirilmiş qa-
laya bənzəmirdi və şəhər qalanın hüdudlarından kənara çıxmağa başlamışdı. 
XIX əsrin əvvəlində Quba şəhərinin özündə təxminən 600 ev və 310 təsərrüfat 
var idi. (65)
Q.S.Bronevskinin  məlumatlarına  görə,  1807-ci  ildə  ümumilikdə  Quba 
xanlığında 8 min ev vardı, 1832-ci ilin kameral hesablamalarına görə isə – 13 
min ev və ya 46 min kişi cinsinə mənsub adam var idi. Bu sonuncu rəqəmə 199 
bəy ailəsi və 260 müsəlman ruhani ailəsi daxil idi. Şəhər əhalisi (təxminən 1400 
adam)  sənətkarlıqla  və  ticarətlə  məşğul  olurdu.  292  kənddə  kənd  sakinləri 
əkinlə,  maldarlıqla  və  qismən  baramaçılıqla  məşğul  idilər.  Sənətlərdən 
xalçaçılıq, silahqayırma və dulusçuluq işləri geniş yayılmışdı. (66) 
Quba  xanlığının  Rusiyaya  birləşdirilməsinin  ilk  illərində  vergilərdə 
və  feodallardan  asılı  kəndlilərin  –  rəiyyətin  mükəlləfiyyətində  əhəmiyyətli 
dəyişikliklər  baş  verməmişdi.  Kəndlilərdən  çoxu  mülklərə,  tüyüllərə  və 
vəqflərə təhkim edilmişdi. Lakin rəiyyətdən vergiləri təkcə bəylər yox, həm 
və çar xəzinəsi almağa başlamışdı.
1830-cu  illərin  əvvəlində  Quba  əyaləti  əraziləri  “Kürə  xanlığından 
(Qazıqumuq əyalətindən) şimaldan Samur çayı ilə, cənuba doğru Şirvandan 
Qafqaz sıra dağları ilə və Qurd-bulaq adlanan təbii sərhədlə, Bakı əyalətindən 
Sumqayıt  çayı  ilə,  şərqdən  Xəzər  dənizinin  sahilləri,  qərbdən  Qafqaz  sıra 
dağları  ilə  müəyyən  edilirdi”.  Quba  əyalətində  əhalinin  sayı  88  650  nəfəri 
təşkil edirdi ki, onlardan 3 830 nəfər – Quba şəhərində, 1 294 nəfər – şəhər 
kənarı  yəhudi  qəsəbəsində,  82  150  nəfər  isə  on  mahalı  birləşdirən  292 
kənddə yaşayırdı. Quba əyalətinə həmçinin “uzaqlığına və vəhşiliyinə görə” 
kameral  hesablanması  aparılmayan,  lakin  sorğular  yolu  ilə  kəndlərin  və 
ailələrinin sayı məlum olan azad dağ xalqları birləşdirilmişdi: 4 mahala daxil 
olan 32 dağ kəndində təxminən 4 456 ailə yaşayırdı. (67) 
F.A.Şnitnikovun  “Quba  əyalətinin  təsviri”ndən  (1832-ci  il)  göründüyü 
kimi, Quba qəzasının sakinləri əkinçiliklə (Şabran, Müşkür, Tip, Sırt və Şeşpara 
mahallarında),  maldarlıqla  (Anaqdərə,  Bərmək,  Buduq,  Xınalıq  və  Yuxarıbaş 
mahallarında), bağçılıqla, mahud, xalça, palaz, çuval toxuculuğu ilə məşğul olur-
dular, bostanları, dirrikləri vardı, tütün və pambıq əkir, tülkü və dələ ovlayırdılar. 
Buqud və Şabran mahallarında at zavodları var idi. Sənaye ilə yalnız Qubanın və 
şəhərkənarı Yəhudi qəsəbəsinin sakinləri məşğul olurdular. (68)
1918-ci il Quba hadisələri – Azərbaycanın müsəlman
əhalisinin kütləvi qırğını planlarının tərkib hissəsi kimi


Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
28
XIX əsrin birinci rübünün böhranlı hərbi-siyasi hadisələri Azərbaycanın, 
o  cümlədən  Quba  əyalətinin  etnik  mənzərəsini  əhəmiyyətli  dərəcədə 
dəyişmişdi. “Qafqaz xalqlarının ram edilməsi prosesində çoxmillətli dövlətin 
mahiyyəti haqqında çar elitasının təsəvvürü dəyişilmişdi... Çar hökuməti öz 
vəzifəsini belə etnik rəngarəngliyin kökünü kəsməkdə görürdü. Təsadüfi deyil 
ki, o bu siyasətini islamın nüfuzdan salınması və müsəlman zadəganlığının 
legitimliyinə (qanuniliyinə) son qoyulması ilə başlayır. Artıq XIX əsrin birinci 
rübündə  çar  hökumətində  belə  bir  plan  təsdiq  olunur:  müsəlman  xan  və 
bəylərin  hakimiyyətini  zəiflətmək  məqsədilə,  yerli  inzibati  orqanlara  rus 
nümayəndələri ilə yanaşı iki digər xristian millətinin, erməni və gürcülərin 
də nümayəndələri cəlb edilsin. 1820-ci illərin sonlarında İrandan və Osmanlı 
imperiyasından mütəmadi olaraq ermənilərin İrəvan ərazisinə köçürülməsinə 
başlandı. 1828-ci ildə I Nikolayın əmri ilə keçmiş İrəvan və Naxçıvan xanlıqları 
ümumi “Erməni əyaləti” adı ilə birləşdirildi və xristian qaçqınlarının bu əyalətə 
yerləşdirilməsi  xüsusilə  geniş vüsət aldı. 1839-cu ildə Tiflisdə baş koman-
dan erməni əhalisinin müsəlman bəylərinin hakimiyyətindən azad edilməsi 
haqqında qərar qəbul etdi, çünki, onun fikrinə görə, “xristian olan ermənilər 
müsəlman ağaların hakimiyyəti altında qala bilməzlər”. (69) 
Lakin Quba əyalətinin vəziyyətinin təsvir edildiyi sənədlərdən görün-
düyü kimi, bu əyalətin əhalisi yalnız dini mənsubiyyətinə görə deyil, həm də 
hakimiyyətə “bağlılığına” görə nəzərə alınırdı. F.A.Şnitnikov “Quba əyalətinin 
əhalisinin  çox  hissəsinin  sünni  təriqətindən  olan  müsəlmanlardan,  az 
hissəsinin isə erməni və yəhudilərdən ibarət olduğunu” vurğulayaraq, onların 
fərqli xüsusiyyət və xarakterləri barədə öz “təsviri”ndə yazırdı: “Müsəlmanlar 
bərəkətli  və  məhsuldar  torpaqlarda  yerləşməklə,  az  zəhmətlə  həyat  üçün 
lazım  olan  bütün  nemətləri  əldə  edirlər,  daha  boş  və  məzmunsuz  həyat 
sürürlər, bu səbəbdən də onlara bir sıra naqis ehtiraslar hakim kəsilmişdir: 
pul  hərisliyi,  şəhvət,  məkr,  digər  dinə  mənsub  olanlara  qarşı  nifrət,  (bu 
sonuncuların qarşısında onlar öz həmməzhəbinin cinayətini gizlədərək, al-
lah qarşısında yalandan and içməkdən belə çəkinmirlər), həmçinin qisasçılıq 
(bu zaman öz doğmalarına belə rəhm etmirlər). Onların tərifəlayiq cəhətləri 
isə dinə ciddi riayət etmələri, qonaqpərvərlik və havadarlıq, təqib olunana 
sığınacağın verilməsidir. 
Ermənilərin  sayı  burada  son  dərəcə  azdır,  onlar  sakit  həyat  tərzi 
sürür, zəhmətkeşdirlər və öz qanunlarını ciddi şəkildə müdafiə edərək, rus 
hökumətinə sadiqdirlər. 
Yəhudilərin fərqləndirici xüsusiyyətləri inadcıllıq, yalançılığa meyl, var-
dövlətin yığmağa hərislik, müsbət cəhətləri isə dini qaydalara ciddi riayət 
etmələridir”. (70)
F.A.Şnitnikov  tərəfindən  yaxşı  “xasiyyətnaməsinə”  layiq  görülən 
yeganə millət – ermənilər, bununla belə, kütləvi qaydada yayıldıqları digər 


Yüklə 4,49 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə