Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə Təhqiqat Komissiyasının sənədləri Quba. Aprel-May 1918-ci IL



Yüklə 4,49 Mb.
Pdf görüntüsü
səhifə16/112
tarix08.07.2018
ölçüsü4,49 Mb.
#54601
1   ...   12   13   14   15   16   17   18   19   ...   112

33
xəracı zor gücünə ödəyirlər” – deyə çar məmuru K.K.Krabbe xəbərdarlıq edir-
di. (81) 1836-cı ildə Quba əyalətinin kəndlilərindən 31 414 pud buğda və 
19248 pud arpa toplanması haqqında çar məmurlarının əmri, habelə qızılla 
12973 rubla çatan pul vergilərinin hədsiz dərəcədə artırılması Quba xalqının 
səbir kasasının son damlası oldu. Çörək və pul müsadirə edildikdən sonra, 
hökumət 1835-ci ilin vergi qalıqlarının da ödənilməsini tələb etdi. Bundan 
əlavə, kəndlilər xəzinənin xeyrinə bir neçə mükəlləfiyyət də çəkməli idilər: 
poçt stansiyalarının və postların saxlanılması, komendantın sərəncamına at 
və  arabaların,  yanacağın  və  işçi  qüvvəsinin  verilməsi,  dövlət  tikililəri  üçün 
tikinti  materiallarının  daşınması,  Qubadan  keçəcək  Bakı-Dərbənd  yolunun 
çəkilməsi. (82) Ağır iqtisadi və siyasi vəziyyət kütləvi çıxışlara gətirib çıxardı 
və 1837-ci ildə Quba əyalətində kəndli üsyanı baş qaldırdı.
Rus  hökumətinin  Varşava  müsəlman-süvari  alayına  əsgər  yığmaq 
haqqında  tələbi  üsyanın  başlanması  üçün  təkan  oldu.  Lakin  kəndlilərin 
narazılığı  o  qədər  də  orduda  xidmət  etmək  arzusunun  olmaması  ilə  de-
yil, süvarilərin toplanmasının yeni qarət mənbəyinə çevrilməsi ilə bağlı idi. 
Digər  əyalətlərdə  bir  süvarinin  təchizatı  130  –  150  rubl  təşkil  etdiyi  hal-
da,  Quba  əyalətində  yerli  məmurların  sui-istifadə  etməsi  nəticəsində  bu 
rəqəm  350  rubla  çatırdı.  (83)  Quba  kəndlilərinin  üsyanına  Xuluq  kəndinin 
starşinası Hacı Məhəmməd başçılıq edirdi, onun köməkçisi isə əyalətin kənd 
əhalisi arasında böyük nüfuzu olan kəndli Yarəli idi. Kəndlilər bir sıra feo-
dal mükəlləfiyyətlərinin azaldılmasını, öz ağır vergi və zülmü ilə azğınlaşmış 
əyalət komendantı polkovnik Qimbutun, habelə iki əyalət naibinin və daha 
çox  nifrət  doğuran  bəylərin  uzaqlaşdırılmasını  tələb  edirdilər.  Əvvəlcə 
üsyançılarla hər hansı təmasdan imtina edən çar hakimiyyəti az sonra Qim-
butu  və  ona  daha  cidd-cəhdlə  xidmət  göstərən  iki  naibi  işdən  çıxarmaq 
məcburiyyətində  qaldı.  Bunun  nəticəsində  müvəqqəti  olaraq  kəndliləri 
evlərinə dağılmağa dilə tutmaq mümkün oldu. Lakin kəndlilərin mahalların 
böyüdülməsi və vergilərin azaldılması haqqında tələbləri təmin olunmamış 
qalırdı. Bu zaman Qubada olan general Reutt ona müraciət edən üsyanın 
rəhbəri  Hacı  Məhəmmədlə  danışıqlar  aparmaqdan  kobud  şəkildə  imtina 
etdi. Qeyd olunmalıdır ki, Quba üsyanın gedişinə Şamilin rəhbərlik etdiyi və 
qubalıların əlaqə saxladıqları dağlıların mübarizəsinin də müəyyən təsiri var 
idi. Belə ki, qubalılar hökumətin onların tələblərini təmin etməyə söz verdi-
yini məktub vasitəsilə Şamilə çatdırdıqda, Şamil öz cavabında kəndliləri çar 
çinovniklərinə inanmamağa çağırdı. 1837-ci ilin avqustunda Quba əyalətinin 
kəndlilərinin  mübarizəsi  yeni  qüvvə  ilə  alovlandı  və  silahlı  üsyana  çevril-
di.  Sentyabr  ayında  üsyançıların  sayı  artıq  12  min  nəfərə  çatdı.  Çar  üsul-
idarəsinin siyasətindən narazı olan bir çox bəylər üsyana qoşuldular, onlar-
dan bir neçəsi Hacı Məhəmməd tərəfindən mahallara naib təyin edildi.
Çox  keçmədən  üsyançılar  Qubaya  tərəf  hərəkət  etdilər  və  onu 
1918-ci il Quba hadisələri – Azərbaycanın müsəlman
əhalisinin kütləvi qırğını planlarının tərkib hissəsi kimi


Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
34
mühasirəyə  aldılar.  Sentyabrın  4-dən  5-ə  keçən  gecə  şəhərə  hücum 
başlandı. Döyüşün gedişində 4 minədək qubalılar da üsyançılara qoşuldu. 
Hacı Məhəmmədin dediyi kimi, “şəhər əhalisi üsyançılara hər şeydə kömək 
edirdilər:  qadınlar  çörək,  divar  və  hörmə  çəpərlərin  kəsilməsi  üçün  balta 
verir, şəhərlilər silahları doldurur və hətta özləri atırdılar”. (84) Bununla belə 
üsyançılar qalanı almağa müvəffəq olmadılar. Sentyabr ayında yeni hücum 
cəhdi də uğursuz oldu. 
Üsyan o dərəcədə ciddi xarakter almışdı ki, Qafqaz üzrə baş komandan 
Q.V.Rozen general Fezenin Şamil ilə vuruşan hərbi hissələrinin Dağıstandan 
Qubaya hərəkət etməsini əmr etdi. Üsyançılara qarşı təkcə çar qoşunları yox, 
həm də Şirvan bəylərinin, Kürə və Qazıqumuq xanlarının süvari dəstələri də 
cəlb edilmişdi. (85)
Qubanın  mühasirədə  olan  qarnizonunun  yardımına  gələn  bölmələr 
üsyanı yatıra bildi. Qiyamçılar Qubadan geri çəkilməli oldular. Lakin, bundan 
sonra da Quba əyalətinin bir neçə dağ mahalları çar hökumətinə müqavimət 
göstərməkdə davam edərək vergilərin ödənilməsindən boyun qaçırırdı. Baş 
komandan general Qolovin 1838-ci ildə Qafqazda olan vəziyyət haqqında 
məruzəsində belə məlumat verirdi: “Bu il Quba əyalətində baş verən qiyam-
dan sonra Qubanın yalnız ətraflarında sakitlik bərpa edilmişdir, onun yuxarı 
mahalları açıq-aşkar tabe olmurlar”. (86) 
1838-ci ildə çar qoşunları tərəfindən dağ mahallarına iki hərbi ekspe-
disiya təşkil etdilər. İyun ayında Əcəxur kəndi yaxınlığında qiyamçıların silahlı 
dəstələri ilə atışma baş verdi. Üsyançılar məğlubiyyətə uğrayaraq Rusiyaya 
sədaqət andı içdilər və xəzinəyə vergi ödəməyə boyun oldular. Lakin onların 
böyük hissəsi Rutullu Ağabəyin başçılığı ilə dağlara çəkildi. (87) 
Beləliklə,  Quba  üsyanı  amansızlıqla  yatırıldı,  Hacı  Məhəmməd  və 
üsyanın bir sıra başqa rəhbərləri həbs edilərək edam olundu, Yarəli isə dağlara 
qaçdı. Hökumət üsyanın digər fəal iştirakçılarını da qəddarlıqla cəzalandırdı. 
Lakin, bu əyalət və onun “narahat və etibarsız” əhalisi ilə nə isə etmək 
vacib  idi.  Belə  ki,  Quba  üsyanı  ilə  eyni  zamanda  və  sonrakı  illərdə  də  bir 
neçə digər kəndli üsyanları baş vermişdi. 1838-ci ildə Şəki əyalətində də belə 
üsyanlar baş qaldırmışdı. Beləliklə, Qafqaz məmləkətinin idarəçiliyi üçün ko-
mendant üsulunun tamamilə yararsız olduğu fikri artıq gündəmə gəlirdi.
Hələ 1827 – 1831-ci illərdə Qafqaz üzrə komandan qraf Paskeviç ko-
mendant  idarəçiliyi  üsulunun  ləğv  edilməsinin  zəruriliyini  qeyd  edirdi.  Bu 
sistem, müstəmləkə hakimiyyətinin açıq-aşkar forması olmaqla, nəinki yerli 
əhalidə  nifrət  və  qıcıqlanma  yaradırdı,  həm  də  Rusiya  dövlətinin  iqtisadi 
maraqlarına böyük zərər vururdu. Belə ki, məmləkətin idarə edilməsinə və 
onun  əhalisinin  itaətdə  saxlanılmasına  xeyli  xərc  tələb  olunurdu,  müxtəlif 
vergilər və töycülər şəklində olan gəlirlərin çox hissəsi isə komendantların və 
digər administrasiya nümayəndələrinin cibinə çökürdü. (88) 


Yüklə 4,49 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə