Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə Təhqiqat Komissiyasının sənədləri Quba. Aprel-May 1918-ci IL



Yüklə 4,49 Mb.
Pdf görüntüsü
səhifə24/112
tarix08.07.2018
ölçüsü4,49 Mb.
#54601
1   ...   20   21   22   23   24   25   26   27   ...   112

49
ibarət idi. Fəhlə və kəndli deputatları Sovetlərində eserlərin, menşeviklərin 
və burjua millətçilərinin nümayəndələri çoxluq təşkil edirdi. (127) Beləliklə, 
Quba qəzasında da ikihakimiyyətlilik bərqərar oldu.
Yaranmış  vəziyyətdən  narahat  olan  bolşeviklər,  “Hümmət”  və 
“Ədalət”  bolşevik  təşkilatları  vasitəsilə  şəhərin  müsəlman  əhalisi  arasında 
öz  fəaliyyətlərini  genişləndirməyə  başladılar  və  H.Sultanovun  və  M.İsrafil-
bəyovun səyləri nəticəsində Quba qəzasında “Hümmət” təşkilatının şöbəsini 
yaratdılar.  1917-ci  ilin  aprel  ayının  əvvəlində  Quba  şəhərində  17  nəfərin 
iştirakı  ilə  yerli  bolşevik  fəallarının  təsisedici  yığıncağı  keçirildi  və  həmin 
yığıncaq konfrans elan edilərək, RSDFP-in Quba qəza komitəsini yaradıldı.
(128) Quba bolşevikləri əsasən Quba və Qusarda yerləşən yerli qarnizonların 
əsgərləri  arasında  və  qulluqçu  kollektivlərinin  mövcud  olduğu  ərazilərdə 
iş  aparırdılar.  Məsələn,  Xaçmaz  və  Dəvəçi  stansiyalarının  dəmiryolçuları 
arasında  partiya  özəklərini  yaratmaq,  Deqtyarov  qardaşlarının  Qızıl-Burun 
balıq  vətəgəsinin  və  Şollar-Bakı  su  kəmərinin  fəhlələrinin  tətillərini  təşkil 
etmək mümkün olmuşdu. (129)
Bu  dövr  Quba  qəzasının  azərbaycanlı  əhalisi  də  fəallaşırdı.  Milli 
ziyalıların  nümayəndələri  “Müsavat”  milli-demokrat  partiyasının  qəzada 
şöbələrini yaratmağa başladılar. Partiyanın Quba şöbəsinin təşkilatçısı Əbil 
Qasım  Rüstəmov,  “Müsavat”  partiyasının  qəza  komitəsinin  sədr  müavini 
Qubanın tanınmış bəy nəslinin nümayəndələrindən biri olan Əli Pənah bəy 
Şəfibəyov idi. (130) 1917-ci ilin iyul ayında “Müsavat” partiyasının şöbələri 
Dəvəçidə, Dəvəçi nahiyəsinin Qələgah kəndində və digər iri kəndlərdə də 
yarandı.  (131)  Az  sonra  Quba  cəmiyyətinin  tanınmış  nümayəndələri  –  Əli 
bəy  Zizikski,  Həmdulla  Əfəndi  Əfəndizadə  və  başqaları  tərəfindən  Quba 
qəzasında həmçinin “İttihad” dini-siyasi partiyasının şöbəsi yaradıldı. (132) 
Siyasi  partiyalarla  yanaşı  1917-ci  ilin  mayında  Qubada  əsasən 
mülkədarların,  tacirlərin  və  ruhanilərin  nümayəndələrinin  daxil  olduğu 
Müsəlman milli komitələri təşkil edildi. (133) 
Lakin  yaranmış  hakimiyyət  strukturlarından  heç  biri  mövcud  aqrar 
münasibətləri – Azərbaycanın və Cənubi Qafqazın bütün qəzalarında olduğu 
kimi  Quba  qəzasında  da  on  illər  ərzində  sosial-siyasi  sabitliyin  başlıca 
müəyyənedici faktoru olan ən əsas problemi dəyişmək iqtidarında deyildi. 
İkihakimiyyətliliyin  yaratdığı  vəziyyətdən  və  yaxud  ümumiyyətlə  heç  bir 
hakimiyyətin olmadığından istifadə edən kəndlilər əvvəllər çar hakimiyyəti 
və mülkədarlar tərəfindən onlardan alınmış torpaqlarının qaytarılmasını tələb 
edir, bəzən isə həmin torpaqları özbaşına geri qaytarmağa cəhd edirdilər. 
XZAKOM Rusiyadakı Müvəqqəti Hökumətin mövqeyini ifadə edərək, 
xəzinə və xüsusi mülkiyyət torpaqlarının kəndlilərə veriləcəyini vəd edir, lakin 
eyni zamanda Təsisedici qurultay tərəfindən aqrar məsələ həll edilənədək, 
onları  gözləməyə  çağırırdı.  Bolşeviklər  isə,  əksinə,  kəndliləri  yubanmadan 
1918-ci il Quba hadisələri – Azərbaycanın müsəlman
əhalisinin kütləvi qırğını planlarının tərkib hissəsi kimi


Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
50
mülkədar torpaqlarını mütəşəkkil şəkildə ələ keçirməyə və müsadirə etməyə 
çağırırdı  ki,  bu  da  əhali  arasında  hökm  sürən  əhval-ruhiyyəyə  daha  çox 
uyğun  gəlirdi.  Hərçənd  həmin  dövr  Azərbaycan  kəndlərində  bolşeviklərin 
hər  hansı  bir  fəal  fəaliyyəti  barəsində  söhbət  ola  bilməzdi.  Bununla  belə, 
artıq  1917-ci  ilin  mart  ayından  etibarən  bütün  Azərbaycan  qəzalarında 
kəndlilər tərəfindən dövlət meşələrinin kütləvi şəkildə qırılması, torpaq və 
su sahələrinin zəbt edilməsi, vergilərin, icarə haqqının ödənilməsindən im-
tina və sair halların sayı sürətlə artmağa başladı. Quba qəzasında “irimiqyaslı 
iğtişaşlar” haqqında ilk məlumatlar 1917-ci ilin aprel ayında gəldi və məlum 
oldu  ki,  “kəndlilər  vəliəhd  Rılskinin  “Vələmir”  mülkünü  ələ  keçiriblər,... 
və  azğınlıqları  davam  etdirərək  arpa  cücərtilərini  məhv  edir,  mal-qaranı 
oğurlayır,  mülkün  fəhlələrini  sahə  işlərinə  buraxmır,  hazırlanmış  odunun 
meşədən  çıxarılmasına  imkan  vermir  və  torpaqları  zəbt  edirdilər”.  (134) 
Həmin ilin yayında Müşkür nahiyəsinin Zeyid kənd cəmiyyətinə daxil olan 
Şıxqapıt kəndinin kəndliləri Şıxlar bəylərinə qarşı çıxış etmişdilər. (135)
Kəndlilərin  özbaşına  hərəkətlərinə  müəyyən  mənada  anarxiya  və 
çoxhakimiyyətlilik nəticəsində əmələ gəlmiş ərzaq problemi də güclü təkan 
verirdi. Bakı quberniyası ərzaq komitəsinin protokolundan göründüyü kimi, 
1917-ci  ilin  mayında  Quba  qəzasında  da  ağır  vəziyyət  yaranmışdı:  “Quba 
qəzası iki rayona: taxılı olmayan dağlıq və taxıllı aran rayonlarına bölünür. 
Lakin  aran  rayonundan  taxıl,  polis  pristavlarından  tutmuş  dəmiryolçulara 
və meşə keşikçilərinədək, hər kəs tərəfindən çıxarılırdı. Beləliklə də demək 
olar ki, taxılın hamısı çıxarılmışdı. Lakin aran hissədə hələ ehtiyatlar var və 
komissar onları aşkar etmişdir. Dağlıq hissədə isə elə kəndlər var ki, əsil aclıq 
hökm sürür. ...Qubada ərzaq komitəsi düzgün fəaliyyət göstərir. Kəndlərdə 
komitələr təşkil edilir, amma çox böyük çətinliklə. Nə Quba, nə də Göyçay 
qəzalarında  nüfuzlu  yerli  hakimiyyət  yoxdur.  Hətta  İcraiyyə  komitələri  də 
yoxdur. Kənd cəmiyyətlərində katib yoxdur. Quba qəzasında dəmir yolunun 
mühafizəsi təşkil edilmişdir. Gözətçilər əhalinin köməyi ilə mühafizə edirlər. 
Əhali həm də ərzaq komitəsinə köməklik göstərir”. (136) 
Bununla belə, Azərbaycanın digər qəzalara, xüsusilə kəndli çıxışlarının 
vüsət aldığı Yelizavetpol və Qazax qəzalarına nisbətən, həm Quba şəhərinin 
özündə,  həm  qəzada  ümumən  vəziyyət  sabit  idi,  kəndlilər  tərəfindən 
mülkədar mülklərinin ələ keçirilməsi halları isə tək-tək baş verirdi. 1917-ci 
ilin payızında başlanmış və 1918-ci ilin may ayının sonunadək Azərbaycanın 
bir çox qəzalarını əhatə etmiş kəndli üsyanları hərəkatının yeni dalğası da 
Quba  qəzasından  yan  keçmişdir.  Doğrudur,  bu  dövr  Quba  qəzasında  da 
kəndlilərinin  ayrı-ayrı  çıxışları  baş  vermişdi  –  məsələn,  Qaraqurd  və  Hacı 
Qurbanoba kəndlərinin sakinləri  “knyaz V.P.Bebutovun onların torpaqları ilə 
qonşu olan mülklərini” ələ keçirmişdilər (137), Dəvəçi nahiyəsində bir neçə 
kəndin sakinləri “mülkədar mülklərinə hücum etmiş, torpaqlarını zəbt etmiş 


Yüklə 4,49 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə