Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə Təhqiqat Komissiyasının sənədləri Quba. Aprel-May 1918-ci IL



Yüklə 4,49 Mb.
Pdf görüntüsü
səhifə20/112
tarix08.07.2018
ölçüsü4,49 Mb.
#54601
1   ...   16   17   18   19   20   21   22   23   ...   112

41
əhalisi quldur ola bilməzdi. Bir ya bir neçə həqiqətən quldurluq edən şəxsə 
görə  isə  (əgər  elələri  vardısa)  kəndin  bütün  sakinlərini  öz  doğma  yurd-
yuvalarından köçürmək quldurluqla bağlı xüsusi cəza maddələri olan Rusiya 
qanunvericilində də nəzərdə tutulmurdu.
Lakin  belə  aqibət  sonradan  Nikolayevka  adlandırılmış  Xuc  adlı 
azərbaycanlı kəndini də gözləyirdi: “Nikolayevkanın tarixi ... hadisələrlə zəngin 
deyildir. O vur-tut 10 il əvvəl tatar kəndi Xucun yerində yaranmışdır. 1894-
cü  ilin  sentyabrında  bura  ilk  rus  köçkünləri  gəldi.  Onlar  Xarkov  əyalətinin 
malorossları (ukraynalılar-S.R.-T.) idi, aralarında velikorosslardan (ruslardan-
S.R.-T.) ibarət olan 5 ailə də var idi. “Yeni yaxşı torpaqlar” arzusu və torpaq 
qıtlığı onları hökumətin Qafqaza köçmək təklifini böyük coşqunluqla qəbul 
etməyə vadar etmişdi”. (102)
Quba qəzasının ləzgi əhalisi də doğma kəndlərindən zorla köçürülməyə 
məruz  qalmışdı.  Məsələn,  “Küsnət  (indiki  Vladimirovka)  kəndinin  sakinləri 
çar komendantlarının təzyiqi altında bol otlaq yerləri, məhsuldar torpaqları 
və  bağları  olan  kəndlərini  tərk  etməyə  məcbur  oldular,  məhsul  verməyən 
dağlara köçdülər və köhnə adla yeni kənd saldılar... Ləzgi əhalisinin Qubadan, 
Qusardan və Xudatdan intensiv surətdə sıxışdırılması davam edirdi”. (103) 
Qeyd edildiyi kimi, Quba qəzasında rus kəndləri müsəlman kəndlərinin 
istifadəsində olan “artıq torpaqlarda” da yaradılırdı. Məsələn, hələ 1832-ci 
ildə öz “ Təəssüratlarında” F.A.Şnitnikov “qoşunların daimi yerləşməsi üçün 
əlverişli  olan  yerlərin”  böyük  bir  siyahısını  tərtib  etmişdi  və  bu  siyahıya 
Quba  qəzasının,  Quba  qalası  başda  olmaqla,  demək  olar  ki,  bütöv  ərazisi 
salınmışdı. (104) Lakin siyahıda qeyd edilirdi ki, “Qoşunların qalanın daxilində 
yerləşdirilməsi evlərin darısqal tikilməsi üzündən yalnız sakinlərin qaladan 
çıxarılmasından və şəhər təmizlənərək, kazarmalar və digər dövlət tikililərinin 
inşasından sonra mümkündür”. (105) 
Rus qoşunlarının yerləşdirilməsi üçün əlverişli yerlərin arasında “Qa-
raçay üzərindəki Nügədi kəndinin” və “Qusar çayının üzərində, indiki Yeni 
Qubanın olduğu Qusar kəndinin” adı çəkilirdi. (106) Son nəticədə 84-cü Şirvan 
alayının mənzil-qərargahının yaradıldığı yer Qusar kəndi oldu və gələcəkdə 
burada eyni adlı alayın xidməti və fəaliyyəti şərəfinə Şirvan kəndi salındı. Bir 
müddət sonra Quba qəzasında Qafqaz administrasiyası nümayəndələrinin 
adı verilmiş “əlavə iki kənd cəmiyyəti” yaradıldı: “Qaraçay biçənəyində qəza 
rəisi  Kozlyakovskinin  adını  daşıyan  Kozlyakovka  kəndi  və  Hil  çöllərində 
məşhur Qafqaz generalı Yermolovun şərəfinə eyni adlı kənd”. (107) Keçmiş 
Quba qəza rəisinin soyadı ilə Zurabovka adlanan digər bir rus kəndinin adı az 
sonra böyük knyaz canişin Mixail Nikolayeviçin şərəfində adı dəyişdirilərək 
Mixaylovka adlandırılmışdı, sonralar Mixaylovkanın yaxınlığında yerli əhaliyə 
mənsub olan Axtala ərazisində yeni Axtala yaxud Novo-Mixaylovka adlanan 
qəsəbə yaradılmışdı. (108)
1918-ci il Quba hadisələri – Azərbaycanın müsəlman
əhalisinin kütləvi qırğını planlarının tərkib hissəsi kimi


Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
42
Beləliklə, 1830-cu illərdən başlayaraq 1917-ci ilədək Quba qəzasında 
19 rus kəndi yaranmışdı: Aleksandrovka, Alekseyevka, Alekseyev cəmiyyəti, 
Borispol, Vasiliy cəmiyyəti, Vladimirovka, Yekaterinovka, Yelenovka, Yermo-
lovka, Kozlyakovka, Qusar (kənd, mənzil-qərargah), Mixaylovka (Zurabovka), 
Nikolayevka, Novo-Mixaylovka, Pavlovka, Petropavlovka, Radnikovka, Şirvan 
(Şirvanovka)  və  İrəvan  xutoru.  1  yanvar  1914-cü  il  tarixə  olan  məlumata 
görə, ruslar Quba qəzasının bütün əhalisinin (184 164 nəfər) –3 %-ni – (5 
419 nəfər) təşkil edirdi. (109) 
Artıq  yuxarıda  qeyd  edildiyi  kimi,  hökumət  yeni  köçkünlərin  pravo-
slav kilsəsinə sədaqət ruhunda tərbiyə edilməsinə birinci dərəcəli əhəmiyyət 
verirdi və bunun üçün rus kəndlərində kilsələr tikilir, prixodlar (məhəllə kilsə 
təşkilatı- S.R.-T.) yaradılırdı.
Qubada  “hərbi  qulluqçulardan  və  çox  az  sayda  mülki  məmurlardan 
ibarət  olan  yerli  pravoslav  əhalinin”  tələbatını  ödəməli  olan  ilk  pravo-
slav  kilsəsi  1834-cü  ildə  tikilmişdi.  1853-cü  ildə  yararsız  hala  düşmüş 
köhnə  kilsənin  əvəzinə  yenisini  tikmək  qərara  alındı  və  onun  üçün  bazar 
meydanında yer ayrıldı. “Bu yer münasib olmadı ...çünki müsəlman əhalisinin 
yaşadığı hissənin mərkəzində yerləşirdi... Quba şəhərinin xristian əhalisi yeni 
kilsə binası üçün şəhərin qərb hissəsində yalnız pravoslavların, və qismən 
ermənilərin yaşadığı başqa bir yer seçdi. Bu yer ... fərdi bir şəxsə, müsəlmana, 
əslən  qubalı  olan  Məmməd  Əli  Mahmud  oğluna  məxsus  idi.  Şəhərlilərin 
xahişinə əsasən, o bu sahəni təmənnasız olaraq kilsə tikintisi üçün güzəştə 
getdi”. (110) Sonralar digər rus kəndlərində – Mixaylovka, Yelenovka, Qu-
sar,  Nikolayevkada  kilsələr  tikildi,  bir  çox  kəndlərdə  həmçinin  kilsə-prixod 
məktəbləri mövcud idi. (111)
Lakin,  A.Yunitskinin  “Təsvirləri”ndən”  göründüyü  kimi,  qəzada 
kifayət  qədər  “allaha  ibadət  evlərinin”  və  pravoslav  ruhanilərin  olmasına 
baxmayaraq,  prixoda  mənsub  olanların  çoxu  heç  də  “pravoslav  kilsəsinə 
sədaqət  ruhunda  tərbiyə  almağa”  can  atmırdılar...  Bu  baxımdan  Yelenov-
ka kəndinin sakinləri – “daha çox sənətkarlığa və kəndli əməyinə daha az 
meylli olan...” adamlar xüsusilə seçilirdilər: “Hər bir evdə – yoxsulluq, bir də 
içkiyə  aludəçilik,  qadınlar  da  içir...,  gözə  çarpan  digər  qüsur...  demək  olar 
ki, hamısına xas olan xudbinlik, bir-birinə qarşı nifrətdir. Öz həmməsləkinə 
məhəbbət itirilmişdir, bəzən bir qonşu digərinin bədbəxtliyinə sevinir... Bir 
çoxları istirahət günlərində günah hesab etmədən işləyir (evdə), və ya bir 
şey satmaq üçün şəhərə, bazara gedirlər, bu səbəbdən də allaha ibadət evi, 
ələlxüsus yayda, demək olar ki, boş olur”. 
Bu cür naqis vərdişlər, xüsusilə sərxoşluq, Borispol və Petropavlovka 
kəndlərinin  sakinlərinə  da  xas  idi:  “imkansız  dərəcədə  kobud  və  ədəbsiz”, 
“kilsəyə böyük tənbəlliklə gedirlər.”
Qubanın rus kəndlilərinin “dini” cəhalət səbəbini A.Yunitskinin iqtisadi 


Yüklə 4,49 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə