Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə Təhqiqat Komissiyasının sənədləri Quba. Aprel-May 1918-ci IL



Yüklə 4,49 Mb.
Pdf görüntüsü
səhifə22/112
tarix08.07.2018
ölçüsü4,49 Mb.
#54601
1   ...   18   19   20   21   22   23   24   25   ...   112

45
qəzalarında, o cümlədən Zaqatala dairəsində baş verən kəndli çıxışları bu-
nun parlaq nümunəsi ola bilər.
Azərbaycan  qəzalarındakı  bu  kəndli  çıxışları  Rusiyada  istər  xarici, 
istərsə də daxili siyasi vəziyyətin kəskinləşdiyi şəraitdə baş verməklə yanaşı 
Qafqaz  dağ  xalqlarının  yeni  mübarizə  dalğası  ilə  eyni  vaxta  təsadüf  etdi. 
1877-ci ilin aprelində Rusiya Türkiyəyə qarşı müharibə elan etdi və bu hadisə 
Qafqaz xalqları tərəfindən xüsusilə mənfi qarşılandı. Qeyd edilməlidir ki, bu 
dövr Şimalı Qafqazda 1859-cu ildə darmadağın edilmiş Şeyx Şamil hərəkatı 
liderlərinin  və  müridizm  daşıyıcılarının  övlad  və  davamçılarının  mövqeləri 
kifayət qədər güclü idi və çox keçmədən İçkeriyada – Çeçenistanda, ardınca 
da Dağıstanda ümumi üsyan başlanır.
15 sentyabr 1877-ci ildə üsyançı dağlı dəstələri Samur çayını keçərək, 
Xudat və Yalama poçt stansiyalarını dağıtdıqdan sonra Quba qəzasına daxil 
oldular. Dağlıların təsiri altında Quba qəzasının özündə üsyan başlandı. (116) 
Samur, Kürə və Quba qiyamçıları birlikdə hərəkət edərək Qusardakı mənzil-
qərargaha həmlə edir, hökumət qoşunlarına qarşı fəal mübarizə aparır, yerli 
mülkədarların və çar ordusuna xidmət edənlərin mülklərinə hücumlar edərək 
onların  əmlaklarını  öz  aralarında  bölürdülər.  Oktyabrın  sonu  –  noyabrın 
əvvəlində üsyan Nuxa qəzasını və Zaqatala dairəsini də bürüdü. (117)
Çar  hökuməti  üsyanı  yatırmaq  üçün  qiyamçılara  qarşı  təcili  surətdə 
iri  hərbi  qüvvələr  göndərdi.  Ter  əyalətindən,  Bakıdan,  Krasnovodskdan  və 
Rusiyanın daxili quberniyalarından qoşunlar buraya gətirildi. Üsyanın əsas 
iştirakçıları kəndlilərin yoxsul və orta təbəqələri, habelə müəyyən mərhələdə 
onlara  qoşulmuş  və  hətta  üsyana  rəhbərlik  edən  bəylər  və  feodallardan 
ibarət idi: belə ki, üsyana poruçik Məmməd Əli bəy, kapitan Əhməd bəy və 
podporuçik Həsən bəy başçılıq edirdilər. Üsyançıların qərargahı Köhnə Xu-
dat kəndində yerləşirdi və qəzanın hər yerindən kəndlilər bura axışıb gələrək 
üsyançılara  qoşulurdu.  Yerli  zəngin  təbəqənin  nümayəndələrinin  böyük 
hissəsi üsyana qarşı çıxış edirdi.
Üsyanın xarakterik əlaməti onun açıq şəkildə ifadə olunan antiçar və 
antixristian istiqaməti idi ki, çar qoşunları ilə açıq-aşkar qarşıdurma ilə yanaşı, 
üsyançıların xristian dininə mənsub olan şəxslərə, hətta hakim sinfə mənsub 
olmayanlara  da  zərər  yetirməsi  buna  dəlalət  edirdi.  Məsələn,  1877-ci  ilin 
noyabrında “qəzəblənmiş dağıstanlılar və “qonşu kəndin tatar əhalisi” rus 
kəndi Mixaylovkaya hücum edərək, onu talan etmiş və yandırmışlar. Basqın 
haqqında  əvvəlcədən  xəbərdar  edilmiş  kənd  sakinləri  öz  evlərini  vaxtında 
tərk edə bilmişdilər, lakin, kəndin kilsəsindəki ikonalar təhqir edilmiş, zəngi 
sındırılıb Kubinka çayına atılmış, kilsənin özü isə yandırıl-mışdı. (118) Onu 
da qeyd etmək lazımdır ki, üsyançı kəndlilər yerli feodalların hamısına deyil, 
yalnız çar rejiminin tərəfində olanlara qarşı çıxış edirdilər. 
1877-ci ilin üsyanı qan içində yatırıldı, onun bütün iştirakçıları - Qafqaz 
1918-ci il Quba hadisələri – Azərbaycanın müsəlman
əhalisinin kütləvi qırğını planlarının tərkib hissəsi kimi


Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
46
dağlıları, qubalılar, nuxalılar və başqaları amansızcasına cəzalandırıldı. Daha 
fəal üsyançılar hərbi-səhra məhkəməsinə verildi, üsyanın bütün rəhbərləri və 
onların yaxın silahdaşları – 300 nəfərdən artıq adam edam edildi. Dağıstanın 
8 əyalətindən, habelə Quba qəzasından yaşından, cinsindən, və günahının 
dərəcəsindən asılı olmayaraq, 5 000 nəfərə yaxın adam sürgün edildi. Onlar-
dan çoxu aclıqdan və adət etmədikləri iqlim şəraitindən həlak oldular. Hətta 
üsyan yatırıldıqdan sonra da kəndlilərin köçürülməsi davam edir, üsyançılar 
tərəfindən vurulmuş zərərin ödənilməsi bəhanəsi ilə onlara vergi və müxtəlif 
növ  töycülər  tətbiq  olunurdu.  Edam  edilmiş  və  köçürülmüş  sakinlərin 
torpaqları  müsadirə  olunaraq  zəngin  zümrənin  üsyanın  yatırılmasında 
iştirak etmiş yerli nümayəndələrinə paylanılırdı. “Hakimiyyət qəddarlaşmış, 
bəylər özbaşınalıq edirlər... Qafqaz canişini böyük knyaz Mixail Nikolayeviç 
görülən bu sərt tədbirlərə onunla haqq qazandırırdı ki, üsyanın yalnız əsas 
səbəbkarlarının cəzalandırılması heç də həmişə vəziyyətdən çıxış nümunəsi 
və  yerdə  qalan  əhaliyə  xəbərdarlıq  kimi  qəbul  oluna  bilməz”.  (119)  Buna 
görə, gələcəkdə mümkün itaətsizliyə “xəbərdarlıq” kimi bir çox günahsız in-
sanlar cəzalandırılmışdı. Üsyan zamanı çar hakimiyyətinə və əhaliyə vurulan 
zərərin ümumi həcmi 233 972 rubla çatmışdı və çar hökuməti “qəzanın büt-
ün əhalisini üsyanda fəal iştirakına və ya üsyançılara yardım etməsinə görə 
cəzalandırmaq” niyyətində idi. Lakin 52 800 adamın hamısının cəzalandırılması 
“qətiyyən  siyasi  və  iqtisadi  münasibətlər  çərçivəsinə  sığmırdı”  və  bu  da 
qubalıların öz əzəli torpaqlarından kütləvi surətdə köçürülməsinin qarşısını 
aldı. (120)
Növbəti illərdə Azərbaycanda kəndli çıxışları qaçaq hərəkatı formasını 
aldı:  çar  hökumətinə  və  mülkədarlara  qarşı  partizan  üsulları  ilə  mübarizə 
aparan və xalq tərəfindən geniş dəstəklənən qaçaqlar – xalq qisasçıları ortaya 
çıxdı. Quba qəzasında qaçaq Məşədi Məcid, Şıxzadə və digərləri çox məşhur 
idilər. Qaçaqlar hakimiyyət tərəfindən ən ciddi şəkildə cəzalandırılır, onlara 
qarşı bir qayda olaraq ölüm və ya müddətsiz katorqa hökmləri çıxarılırdı. Cəza 
tədbirləri qaçaqlara göstərilən köməyə görə əhaliyə qarşı da tətbiq olunurdu 
və kənd cəmiyyətləri özləri starosta-starşina seçmək hüququndan məhrum 
edilirdilər. Belə hallarda starşina yeni hakimiyyət tərəfindən təyin edilir, ona 
kömək etmək üçün bir neçə gözətçi verilir, onların saxlanılması üçün vəsait 
isə kəndlilərin özlərindən bərabər qaydada alınırdı. Kəndləri bu hüquqdan 
məhrum  edilmiş  Azərbaycan  qəzaları  arasında  Quba  qəzası  xüsusilə  seçi-
lirdi – 46 %, bu da qəzada qaçaq hərəkatının fəallığından xəbər verirdi. (121) 
Ayrı-ayrı  qaçaqların  həbs  edilməsinə  və  bir  sıra  qaçaq  dəstələrinin  məhv 
edilməsinə baxmayaraq, hakimiyyət XX əsrin 30-cu illərinədək davam edən 
qaçaq hərəkatını tam yatıra bilməmişdi.


Yüklə 4,49 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə