Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə Təhqiqat Komissiyasının sənədləri Quba. Aprel-May 1918-ci IL



Yüklə 4,49 Mb.
Pdf görüntüsü
səhifə25/112
tarix08.07.2018
ölçüsü4,49 Mb.
#54601
1   ...   21   22   23   24   25   26   27   28   ...   112

51
və öz aralarında bölmüşdülər”. (138) Bununla belə, qəzada kəndli çıxışları 
kütləvi hal almamış və Yelizavetpol, Nuxa və digər qəzalardakı silahlı kəndli 
çıxışları üçün xarakterik olan zorakılıq və amansızlıqla müşayiət edilməmişdir. 
Burada  qeyd  etmək  lazımdır  ki,  XZAKOM-a,  daha  sonra  onun  yerinə 
yaradılmış  Zaqafqaziya  Komissarlığına  tabe  olan  Qubanın  yerli  hakimiyyət 
orqanlarında  təmsil  olunan  Quba  bəyləri,  mülkədarları,  məmurlar  və  yer-
li  ziyalılar  vəziyyətə  ümumilikdə  nəzarət  edir  və  zərurət  olduqda,  öz  silahlı 
dəstələrinin gücü ilə həm kəndli çıxışlarının, həm də ayrı-ayrı silahlı qrupların 
qanunsuz hərəkətlərinin qarşısını alırdılar. Məsələn, belə silahlı əməliyyatlardan 
biri Əli bəy Zizikskinin “drujinaları” tərəfindən 1918-ci ilin yanvarında Xaçmaz-
da aparılmışdı. (139) Ə.b.Zizikskinin dəstələri eyni zamanda qəzanın müsəlman 
əhalisinin  təhlükəsizliyi  üçün  təminat  funksiyasını  yerinə  yetirirdilər.  Belə  ki, 
bu dövr, yəni 1917-ci ilin payızından 1918-ci ilin yanvarınadək - qəzada Qaf-
qaz cəbhəsindən, çox zaman əlində silah ilə, qayıdan rus, yəhudi və erməni 
əsgərlərindən ibarət silahlı dəstələr meydana çıxmışdı. Bu dəstələr mülkədar 
malikanələrinin, evlərin və s. talan və qarət olunması ilə məşğul olurdular. Yer-
li hakimiyyətin onları tərksilah etmək cəhdləri çox vaxt silahlı toqquşmalara 
səbəb olurdu ki, bu da bəzən milli zəmində qarşıdurma təsəvvürü yaradırdı. 
Bununla  belə,  həmin  dövr  qəzada  vəziyyətin  ümumən  nəzarət  altında 
olduğunu söyləməyə əsas vardır ki, bu da bir çox hallarda elə Ə.b.Zizikskinin 
dəstələri sayəsində mümkün olmuşdu. (140)
Qeyd edilməlidir ki, az sonra azərbaycanlıların milli-azadlıq hərəkatı-
nın fəal iştirakçılarından birinə çevrilən, Azərbaycan Parlamentinin gələcək 
üzvü,  qəza  komissarı  Əli  bəy  Zizikski,  qəzada  hakimiyyətin  Bakı  Sovetinə 
keçməsi və ya zəbt edilməsi cəhdlərinin də qarşısını almağa çalışaraq, əslində 
öz dəstələri ilə qəzada siyasi vəziyyətə nəzarət edirdi. (141) 
Digər  ictimai  xadim,  Quba  qəzasında  tanınmış  və  nüfuzlu  şəxslərdən 
biri,  həmçinin  Azərbaycan  parlamentinin  gələcək  üzvü  –  Həmdulla  Əfəndi 
Əfəndizadə qəzanın Dəvəçi nahiyəsində sakitliyi və sabitliyi təmin edirdi. (142) 
Əlbəttə ki, belə şəraitdə Quba fəhlə, əsgər və matros deputatları Sove-
tində təmsil olunan inqilabi qüvvələrinin qəzada təkhakimiyyətliyə nail ol-
maq uğrunda hər hansı bir uğurlu mübarizəsindən söhbət gedə bilməzdi.
Buna  baxmayaraq,  1917-ci  ilin  ortalarından  başlayaraq,  Qubada 
əsas  mübarizə  iki  hakimiyyət  strukturu  arasında  deyil,  Sovetin  özündə, 
bolşeviklərlə eser-menşeviklər arasında gedirdi ki, burada birincilər heç cür 
çoxluq əldə edə bilmirdilər. Azərbaycan qəzalarında, o cümlədən Qubada 
“Sovetlərin bolşevikləşdirilməsinin” ləngiməsi səbəbini, qismən “sosial və milli 
münasibətlərin mürəkkəb şəkildə uzlaşması, milli və xırda burjua partiyaları 
və qruplarına qarşı mübarizənin çətinlikləri ilə” izah etmək olardı. (143) La-
kin, hətta Sovetlər kimi inqilabi bir orqanda mötədil siyasi xətt tərəfdarlarının 
üstünlük təşkil etməsi faktı özlüyündə onu göstərirdi ki, Azərbaycanın istər 
1918-ci il Quba hadisələri – Azərbaycanın müsəlman
əhalisinin kütləvi qırğını planlarının tərkib hissəsi kimi


Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
52
siyasi cəhətdən fəal, istərsə də geniş xalq kütlələri hakimiyyət dəyişikliklərinin 
və digər problemlərin həllinin zorakılıq yolu ilə həyata keçirilməsini qəbul 
etmirlər.  Buna  baxmayaraq,  bolşeviklər  əhalinin  ayrı-ayrı  qrupları,  əsasən, 
rus kəndlərinin sakinləri, Quba və Qusar qarnizonlarının əsgərləri arasında 
fəaliyyətlərini davam etdirirdilər. 1917-ci ilin iyun ayında onların təşəbbüsü 
ilə  Qubada  Kəndli  İttifaq  Komitəsi  yaradıldı.  Komitə  kəndlilər  arasında 
onların  öz  maraqlarını  mülkədar  və  bəylərdən  müdafiə  etməsi  üçün  iş 
aparmalı idi. (144) Avqustun sonunda bolşeviklər həmin Komitənin, habelə 
rus əsgər və fəhlələrin köməkliyi ilə Sovetlərin yenidən təşkil edilməsi üçün 
təkrar  seçkilərin  keçirilməsinə  nail  oldular.  Lakin,  6  nəfərdən  ibarət  olan 
yeni Sovetin rəyasət heyətində yalnız 3 nəfər bolşevik var idi. Belə nəticə 
ilə qane olmayan bolşeviklər 1917-ci ilin oktyabrında yenidən Quba fəhlə 
və  əsgər  deputatları  Sovetinin  iclasının  keçirilməsinə  nail  oldular  və  bu-
rada  “bolşevik  və  sazişçi  partiyalar  arasında  kəskin  ideya  toqquşması  baş 
verdi.  Sazişçilər  zəhmətkeşlərin  güclü  təzyiqi  altında  geri  çəkilməli  oldu-
lar.  Menşevik-eser  icraiyyə  komitəsi  istefa  verdi,  Q.Musabəyovun  sədrliyi 
ilə tərkibində bolşeviklərin çoxluq təşkil etdiyi Sovetin müvəqqəti icraiyyə 
komitəsi seçildi. Bolşeviklərdən onun tərkibinə M.N.Yaqubov, M.M.Mehdiyev, 
Y.M.Məmmədov və b. seçildilər”. (145)
Lakin, Quba qəzasında hakimiyyətin yalnız bir qolunda üstünlük əldə 
etmiş bolşeviklər nəinki bütövlükdə qəza və ya Quba şəhərinə, hətta ayrı-ayrı 
yaşayış nahiyələrinə belə nəzarət etmək gücündə deyildilər. Nəticədə onların 
qəzada bütün əsas fəaliyyəti yalnız Xaçmaz dəmiryolu stansiyası fəhlələrinin 
həmkarlar ittifaqının təşkili, həmin həmkarlar ittifaqının təşəbbüsü ilə dəmir 
yolunun milis mühafizəsinin yaradılması və rus kəndlilərinin iştirakı ilə  heç 
bir  əhəmiyyəti  olmayan  “Sovet  hakimiyyətinin  dəstəklənməsi  haqqında” 
qətnamələrin qəbul edildiyi bir neçə yığıncağın keçirilməsi ilə məhdudlaşdı. 
Belə iclaslardan biri Qusar, Nikolayevka, Petropavlovka, Alekseyevka, Mixay-
lovka, Borispol, Novo-Mixaylovka, Şibyakin kəndlərinin və Drujba xutorunun 
kəndlilərinin iştirakı ilə Müşkür nahiyəsinin Yelenovka kəndində keçirilmişdi 
ki, kəndlərin adları özlüyündə bolşeviklərin nüfuz dairəsini göstərirdi. (146) 
1918-ci ildə martın 12-də isə bolşeviklərin əsas şüarını - öz məqsədlərinə si-
lah gücünə nail olmaq şüarını əldə rəhbər tutaraq, “Quba qəzası kəndlilərinin” 
yığıncağı artıq aşağıdakı məzmunda qətnamə qəbul etmişdi: “1. Vahid Sovet 
hakimiyyətini tanıyaraq, fəhlə, əsgər və matros deputatları Sovetindən bizə 
mümkün  olan  müdafiə  və  dəstək  göstərilməsini  xahiş  edirik.  Quba  qəza 
komissarına kəndlilərin və onların əmlakının müdafiəsi üzrə ciddi və təsirli 
tədbirlərin  görülməsi  tapşırılsın.  Şəxsi  döyüş  qüvvəmizin  çatışmazlığını 
nəzərə  alaraq,  fəhlə,  əsgər  və  matros  deputatları  Sovetindən  bizə  döyüş 
bacarığı olan real qüvvənin verilməsini xahiş edirik və o zaman bizim silaha 
sarılmağa qadir olan gənclərimiz də bu təşkilatlanmış qüvvəyə qoşulacaqlar; 


Yüklə 4,49 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə