Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə Təhqiqat Komissiyasının sənədləri Quba. Aprel-May 1918-ci IL



Yüklə 4,49 Mb.
Pdf görüntüsü
səhifə26/112
tarix08.07.2018
ölçüsü4,49 Mb.
#54601
1   ...   22   23   24   25   26   27   28   29   ...   112

53
2. İmkan daxilində qısa müddətdə istisnasız olaraq bütün millətlərdən qəza 
kəndli  qurultayının  çağırılmasını  Sovetlərdən  xahiş  edirik;  3.  Silah  daşıya 
bilən bütün əhalinin özünü müdafiə məqsədilə silahlandırılmasını xahiş edi-
rik”. (147)
“Quba  qəzasının  kəndliləri”  adlananların  özlərini  kimdən  “müdafiə 
etməyə”  hazırlaşdığı  qətnamədə  dəqiqləşdirilmirdi.  Lakin  sənədin  özü 
bolşeviklərin Quba qəzasında öz hakimiyyətini silah yolu ilə qurmaq və yerli 
əhalinin nümayəndələrini də məhz bu məqsədlə qabaqcadan silahlandırmaq 
niyyətindən  xəbər  verirdi.  Qəzanın  rus  əhalisinin,  yəni  özünün  potensial 
tərəfdarlarının  azsaylı  olmasını  nəzərə  alaraq,  bolşeviklər  digər  millətlərin 
etibarını  da  qazanmağa  çalışırdılar.  1918-ci  ilin  mart  ayının  ortalarında, 
“Hümmət” partiyasının rəhbərlərindən biri və RSDFP-nın (bolşevik) Bakı və 
Şəhər komitələrinin üzvü, 1918-ci ilin yanvarında qızıl qvardiya dəstələrinin 
təşkili  üzrə  komissiyaya  seçilmiş  Məşədi  Əzizbəyov  Xaçmaza  gələrək  bu-
rada  bolşevik  təşkilatlarının  nümayəndələri  ilə  müşavirə  keçirir  və  həmin 
yığıncaqda  Bakının  təhlükəsizliyinin  təminatı  üçün  Quba  qəzasının  mü-
hüm  strateji  əhəmiyyətini  vurğulayır.  Belə  çıxırdı  ki,  guya    bolşevikləri 
Dağıstanda  dağlılar  hərəkatının  güclənməsi  narahat  edir.  (148)  Bir  neçə 
gündən sonra Quba şəhərinin yəhudi qəsəbəsində, “Qırmızı qvardiyanın fəal 
təşkilatçılarından biri olan İ.İfraimovun mənzilində bolşeviklərin müşavirəsi 
keçirilir  və  qırmızı  qvardiya  dəstələrinin  yaradıl-masının  sürətləndirilməsi 
qərara alınır”. (149) 
Bolşeviklərin  tərəfdarlarını  mümkün  qədər  çox  sayda  silahlandırıl-
masının zəruriliyi müzakirə olunan bütün bu müşavirə və iclaslar artıq sadəcə 
danışıqlar  deyildi.  İstər  Bakı  şəhərində,  istərsə  də  qəzalarda  hakimiyyətin 
bolşeviklər tərəfindən ələ keçirilməsi üçün ciddi və planauyğun hazırlıqlar 
gedirdi. Quba qəzası əhalisinin bolşeviklərin bu planlarından nə dərəcədə 
xəbərdar olduğu məlum deyil. Lakin, artıq 1918-ci ilin mart ayının əvvəlində 
Qubanın  erməni  əhalisinin  bir  hissəsi  şəhərdəki  evlərini  tələsik  sataraq 
və  yaxud  müsəlman  qonşularına  onların  ev  və  əmlaklarından  muğayat 
olmalarını xahiş edərək, Bakıya köçməyə başladılar.
Tezliklə başında Stepan Şaumyanın durduğu Bakı Soveti öz planlarını 
həyata keçirməyə başladı və hadisələrin sonrakı inkişafı göstərdi ki, bu plan-
lar yalnız hakimiyyətin əldə edilməsi ilə məhdudlaşmırdı. Bakıda 1918-ci ilin 
mart hadisələri bu yolda ilk mərhələ oldu. 
* * *
1918-ci  ilin  mart  ayının  son  günlərində  Bakı  Soveti  “əksinqilab 
elementlərlə  mübarizə”  şüarı  altında  irimiqyaslı  silahlı  aksiyaya  başladı. 
“Əksinqilabı  element”  adı  altında  başda  “Müsavat”  partiyası  olmaqla 
1918-ci il Quba hadisələri – Azərbaycanın müsəlman
əhalisinin kütləvi qırğını planlarının tərkib hissəsi kimi


Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
54
azərbaycanlıların milli qüvvələri nəzərdə tutulsa da bu “cəza aksiyası” Bakı 
şəhərinin və onun ətraf kəndlərinin bütün müsəlman əhalisinə qarşı yönəldi 
və başladığı andan kütləvi talan və qırğınlar xarakteri aldı. (150) Bu hərbi 
əməliyyata  “İnqilabı  müdafiə  komitəsi”  adlı  komitə  rəhbərlik  edirdi.  “Bakı 
şəhəri və onun rayonlarının ali hərbi-siyasi orqanı” elan edilən bu komitənin 
tərkibinə bolşeviklərdən - S.G.Şaumyan, Q.Korqanov, P.Caparidze, İ.Suxartsev, 
sağ eserlərin lideri S.Saakyan və “Daşnaksütun” partiyasının Bakı təşkilatının 
rəhbəri  S.Melik-Yolçuyan  daxil  edilmişdi.  Komitədə  azərbaycanlılardan 
yeganə  namizəd  “əksinqilab  elementlər  ilə  mübarizənin”  ilk  günlərində 
dinc azərbaycanlı əhalisinə qarşı vəhşiliklərin miqyasından dəhşətə gəlmiş 
bolşevik  N.Nərimanov  idi.  Bir  həftə  davam  edən,  onun  üç  günü  -  martın 
30-u axşamından aprelin 2-dək – xüsusilə kütləvi xarakter alan qırğın və ta-
lanlar nəticəsində Bakı şəhəri və qəzasının əsasən müsəlman-türk əhalisinin,  
əksəriyyəti dinc sakinlərdən ibarət – “fəhlə və aralarında minlərlə qadının, 
uşaqların  və  silah  daşıya  bilməyən  adamların  olduğu  əhalinin  məzlum 
hissəsini” (151) təşkil edən – 12 min nəfər vəhşicəsinə qətlə yetirildi. 
Şəhərin  müsəlman  məhəllələrində  həmçinin  on  minlərlə  ev,  müsəl-
manlara məxsus sənaye, mülki, ticarət obyektləri, habelə azərbaycanlıların 
sosial-mədəni və dini mərkəzlərini təcəssüm edən bir sıra binalar yandırıldı 
və  talan  edildi.  Bakının  müsəlman  əhalisinə  vurulmuş  maddi  zərər,  təkcə 
istintaqa  məlum  olan  faktlar  əsasında,  rublun  (manatın)  köhnə  dəyəri  ilə 
təxminən 400.000.000 rubl təşkil edirdi. (152) 
Mart  hadisələrinin  ilkin  səbəbləri,  gedişi,  xüsusiyyətləri  və  nəticələri 
üzərində  ətraflı  dayanmadan,  (153)  bunu  qeyd  etmək  lazımdır  ki,  artıq 
qanlı  hadisələrin  başladığı  andan,  müsəlman  qırğınlarının  rəhbərləri  və 
səbəbkarları, başda S.Şaumyan olmaqla, bu qırğınları ““Müsavat” partiyasından 
olan millətçilərin və onların arxasınca gedən əksinqilabi elementlərinin qiyamının”, 
sonradan isə – “vətəndaş müharibəsinin” yatırılması kimi qələmə verirdilər. (154) 
Lakin, mart hadisələrinin mahiyyətinin bu “qiyam” və “vətəndaş müharibəsi” 
şərhləri heç bir tənqidə davam gətirmir.
Mart hadisələri ərəfəsində Bakıda və onun ətrafında azərbaycanlıların, 
o cümlədən ““Müsavat” partiyasından olan millətçilərin”, düşmənin 12 min-
lik  “Qızıl  ordusu”  qarşısında  “qiyam”  qaldıracaq  hər  hansı  iri  hərbi  birləş-
mələrinin olmaması (155) yalnız “Müsavat” partiyasının lideri Məmməd Əmin 
Rəsulzadə tərəfindən deyil, həm də həmin hadisələrin digər iştirakçıları və 
şahidləri tərəfindən təsdiq olunurdu.
M.Ə.Rəsulzadə bu məsələ ilə bağlı yazırdı: “Mart hadisələrində “Müsa-
vatı” günahlandırırlar. Bu tamamilə əsassız idi, belə ki, müharibə elan etmək 
üçün heç olmasa müəyyən fiziki qüvvəyə malik olmaq lazım idi ki, bu da 
“Müsavat”da yox idi”. (156) 
Bu  faktı  1918-ci  il  mart  hadisələrinin  mahiyyətini  açıqlayan  ilk  so-


Yüklə 4,49 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə