Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə Təhqiqat Komissiyasının sənədləri Quba. Aprel-May 1918-ci IL



Yüklə 4,49 Mb.
Pdf görüntüsü
səhifə18/112
tarix08.07.2018
ölçüsü4,49 Mb.
#54601
1   ...   14   15   16   17   18   19   20   21   ...   112

37
1847-ci  ilin  dekabrında  isə  “Kəndli  qaydaları”  adlanan  və  çoxsaylı 
mükəlləfiyyətlər qalmaqla bərabər kəndlilərin mülkədarlardan şəxsi asılılığını 
qüvvədə  saxlayan  və  möhkəmlədən  bir  qanun  dərc  olundu.  Həmçinin 
bəylərin  çar  ordusunda  və  idarələrində  zabit  və  məmur  qismində  xidmət 
etmək hüquqları qanunlaşdırıldı.
XIX  əsrin  ikinci  yarısı  Rusiya  imperiyası  üçün  öz  tarixi  inkişafının  yeni 
dövrünə – kapitalizm dövrünə daxil olması ilə səciyyələnməklə yanaşı, onun 
ucqarlarının, o cümlədən ümumrusiya ticarət dövriyyəsinə getdikcə daha çox 
cəlb edilən Azərbaycan quberniya və qəzalarının iqtisadi və sosial həyatında 
da əlamətdar bir dövr sayıla bilər. Azərbaycanın xalq təsərrüfatının bir neçə 
sahəsi tədricən bazar üçün, ilk növbədə isə Rusiya bazarı üçün məhsul istehsal 
etməyə  başlayır.  Neft,  ipək,  kənd  təsərrüfatı  və  digər  məhsulların  ixracatı 
Rusiyanın mərkəzi quberniyaları ilə ticarət əlaqələrinin gücləndirilməsinə im-
kan verir, ticarət dövriyyələri genişlənir, əmlak mübadiləsinin üsulları dəyişirdi. 
Baş  verən  bu  proseslər  Quba  qəzasının  da  iqtisadi  inkişafına  öz 
müsbət  təsirini  qoyurdu.  Məsələn,  XIX  əsrin  ortalarında  Qubadan  Rusiya-
ya ixracatın ümumi həcmi 80 min rubla, şəhərin illik ticarət dövriyyəsi 500 
min rubla çatmışdı ki, bu da həmin dövr üçün kifayət qədər böyük göstərici 
idi.  Şəhərin  mühüm  ixracat  malı  xalça  idi  ki,  onun  da  əsas  hissəsi  şəhərə 
qəzadan daxil olur və buradan yaxın və uzaq bazarlara, o cümlədən xaricə 
göndərilirdi. Rusiya, İran, Dağıstan, habelə Bakı Qubanın əsas ticarət şərikləri 
idi. Şəhərin iqtisadiyyatında Cənubi Qafqazın, Şimali Qafqazın və Rusiyanın 
bazarlarına çıxarılan meyvə və tərəvəz ticarəti böyük rol oynayırdı. Bu dövrdə 
rus toxuculuq sənayesi üçün boyaların hazırlandığı boya otunun istehsalı, 
habelə,  əsasən  Volqaboyu  şəhərlərə  göndərilən  ipək  xammalının,  tütü-
nün, dəri məmulatının istehsalı geniş yayılmışdı. (91) İstehsalın və ticarətin 
genişləndirilməsi Quba şəhərinin özünün də inkişafına səbəb olmuşdu: bu-
rada bir neçə kərpic zavodu, 2 tütün fabriki, çoxlu sənətkar emalatxanaları 
var idi. Həmçinin şəhərdaxili ticarət inkişaf edirdi: əgər 1832-ci ildə Qubada 
155 dükan var idisə, 1893-cü ildə onların sayı artıq 1109-a çatırdı. Ticarət 
mağazalarının əsas hissəsi Qubanın mərkəzi hissəsində – Baş küçədə, Bul-
var, Bazar, Komendant küçələrində yerləşirdi. Şəhər ticarətinin əsas mərkəzi 
bazar meydanı idi. Bu dövrdə Quba şəhərində və qəzanın nisbətən daha iri 
kəndlərində  bir  sıra  sənətkarlıq  və  peşə  fəaliyyəti  sahələri  də  mövcud  idi 
ki,  onların  arasında  papaqçılıq,  çəkməçilik,  dərzilik,  boyaçılıq,  arabaçılıq, 
dəmirçilik,  gönçülük,  silahqayırma,  əhəng  hazırlama  və  sairi  göstərmək 
olardı.  Bu  sənətlərin  çox  hissəsi  artıq  ənənəvi  kustar  sənət  formalarından 
kənara çıxırdı. (92) 
Beləliklə, Rusiya imperiyasında kapitalizmin inkişaf etməsi ilə milli uc-
qarlarda da kapitalist münasibətlərinin rüşeymləri yaranırdı. Lakin patriarxal-
feodal münasibətlərin saxlanması, eləcə də çar hakimiyyətinin müstəmləkə 
1918-ci il Quba hadisələri – Azərbaycanın müsəlman
əhalisinin kütləvi qırğını planlarının tərkib hissəsi kimi


Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
38
siyasəti istər ümumən Azərbaycanın, istər onun ayrı-ayrı şəhər və qəzalarının 
sosial-iqtisadi  həyatında  öz  əksini  tapırdı.  Məsələn,  19  fevral  1861-ci  ildə 
II  Aleksandr  tərəfindən  imzalanmış  təhkimçilik  hüququnun  ləğv  edilməsi 
haqqında Manifest imperiyanın ucqarlarına şamil edilmədi və Cənubi Qaf-
qazda,  xüsusən  Azərbaycanda  özünəməxsus  xüsusiyyətləri  olan  bu  sosial 
münasibətlər sistemi neçə illər sonra ləğv olundu. 14 may 1870-ci il tarixində 
Çar hökuməti “Cənubi Qafqazın Yelizavetpol, Bakı, İrəvan quberniyalarında 
və Tiflis quberniyasının bir hissəsində ali müsəlman təbəqəsinin, eləcə də 
erməni məliklərinin torpaqlarında yerləşdirilmiş dövlət kəndlilərinin sakin-
lik qaydaları haqqında Əsasnamə” dərc edir ki, bu sənəd Cənubi Qafqaz-
da  kəndli  islahatının  əsas  qanunverici  aktı  hesab  olunmaqla  kəndlilərin 
bəylərdən şəxsi asılılığının ləğvini nəzərdə tuturdu. Lakin, “Əsasnamə” həmin 
dövrdə  Quba  qəzasına  və  Zaqatala  dairəsinə  şamil  olunmayaraq,  yalnız 
1880-ci ildə Qubada, 1913-cü ildə isə Zaqatalada həyata keçirilmişdi. 1860-
cı  illərin  sonunda  çar  hökuməti  tərəfindən  həyata  keçirilmiş  məhkəmə  və 
şəhər islahatları da, Rusiyanın mərkəzi quberniyalarına nisbətən, ucqarlarda 
əhalinin “müxtəlif tayfalardan olması və geriliyi” bəhanəsi ilə ixtisar edilmiş 
şəkildə aparılmışdı. (93) 
Əhalinin  “müxtəlif  tayfalardan  olması  və  geriliyi”  barəsində  çar 
hökumətinin  öz  mülahizələri  var  idi.  Hələ  1830-cu  illərin  əvvəllərində 
senatorlar  P.İ.Kutaysov  və  E.İ.Meçnikov  Cənubi  Qafqazın  bir  sıra  əyalət 
və  şəhərlərini  gəzərək,  “Cənubi  Qafqaz  diyarının  qurulması  haqqında 
təkliflər”ini hökumətə təqdim etmişdilər. “Həmin diyarı Rusiya üçün faydalı 
etmək”  məqsədilə  hazırlanan  bu  sənəddə  onu  “Rusiyaya  mülki  və  siyasi 
bağlarla  vahid  bir  vücudda  bağlamaq  və  bu  yerlərin  əhalisini  rus  dilində 
danışmağa,  düşünməyə  və  hiss  etməyə  məcbur  etmək”  təklif  olunurdu.         
“...Təkliflər” yalnız “mülki və siyasi bağlarla” məhdudlaşmayaraq, həmçinin 
“diyarın sakinlərini pravoslav dininin işığı ilə şəfəqləndirmək və həyatverici 
xaçı islamçılığın xarabalıqları üzərində bərqərar etmək” kimi ideya da irəli 
sürürdü. (94) 
Məhz  bu  vəzifənin  həlli  üçün  çarizmin  köçürülmə  siyasəti  işə 
salınmışdı  və  artıq  1830-cu  illərin  əvvəlindən  onun  reallaşdırılmasına 
başlanmışdı. Belə ki, çar hökumətinin 20 oktyabr 1830-cu il tarixli Qanunu 
ilə təriqətçilərin və sektantların bilavasitə Rusiya ərazilərindən Cənubi Qaf-
qazda yerləşdirilməsinin əsası qoyulmuş və onların Novorossiysk əyalətinə 
köçürülməsi dayandırılmışdı. Cənubi Qafqazda rusların ilk məskunlaşdığı yer 
Bakı  quberniyasının  Lənkəran  qəzasında  1834-cü  ildə  yaranmış  Vəl  kəndi 
olmuşdur. 
“Baş  komandanın sadiqanə  məktubunda” qeyd  edilirdi ki, Cənubi Qafqazın 
müxtəlif  tayfalı  və  müxtəlif  dinli  ucqarında  rus  qüdrətinin  möhkəmləndirilməsi 
üçün  ən  təsirli  tədbirlərdən  biri  yerli  əhalinin  tərkibinin  etibarlı  rus  elementi  ilə 


Yüklə 4,49 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə