Azərbaycanda Azad Sözə Basqı Davam Edir



Yüklə 280,68 Kb.
Pdf görüntüsü
səhifə5/9
tarix07.04.2018
ölçüsü280,68 Kb.
#36266
1   2   3   4   5   6   7   8   9

2013-cü ilin Birinci Rübünü Əhatə Edən İfadə Azadlığı Hesabatı 

 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu 



 

11 


ikisi bıçağın dəstəyi ilə Vəliyevin qulağına və gicgahına zərbələr endirib. Jurnalist onu döyən şəxslərdən 

birinin- avtomobilin sürücüsünün - Bakı sakini Emil Zeynalov olduğunu, ikinci şəxsin isə onun sərnişini 

olduğunu  bildirib.  Hücum  edən  şəxslər  Vəliyevin  hansı  qəzetin  redaktoru  olduğu  bildikdən  sonra  ona 

hücum ediblər. Jurnalist hesab edir ki, onun bu hücuma məruz qalması qəzetində insan alveri, əxlaqsızlıq 

yuvaları  və  ümumilikdə  Azərbaycanda  hökm  sürən  kriminal  durumla  bağlı  silsilə  məqalələrin  dərc 

edilməsidir. Vəliyev baş vermiş hadisə ilə bağlı olaraq Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat 

verib- Yasamal Rayon Polis İdarəsində hadisə üzrə istintaq başlanıb.   

  



2013-cü ilin Birinci Rübünü Əhatə Edən İfadə Azadlığı Hesabatı 

 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu 



 

12 


 

Fəsil 2: Qanundan istifadə etməklə ifadə 

azadlığının boğulması   

Azərbaycan Konstitusiyası ifadə və media azadlığına təminat versə də, praktikada- xüsusən də,prezidentin 

tənqidi  və  hökumət  səviyyəsində  korrupsiya  kimi  həssas  mövzularla  bağlı  olaraq,  bu  hüquqlar  hakim 

rejim tərəfindən ciddi şəkildə məhdudlaşdırıb. 

 

2013-cü  ilin ilk  rübündə  prezident  Əliyev  ölkə  qanunvericiliyinə  qəbul  edilmiş QHT-lərin qeydiyyat  və 



maliyyə hesabatlılığı tələblərini daha da sərtlərşdirən reqressiv dəyişiklikləri təsdiqlədi. Bu dəyişikliklər 

hökumətə vətəndaş cəmiyyətini nəzarətdə saxlamağa və potensial olaraq jurnalistlərin QHT-lərdən xəbər 

əldə  etməsinə  mane  olmağa  imkan  verir.  Bundan  başqa,  hesabat  dövründə  hökumət  2012-ci  ilin 

noyabrında sərbəst toplaşma haqqında qanunvericiliyinə edilmiş mürtəce dəyişiklikləri praktikada tətbiq 

etməyə başladı.

 

  



 

QHT-lərin məhdudlaşdırılması 

 

Martın  11-də  prezident  Əliyev  müstəqil  QHT-lərin  fəaliyyətini  çətinləşdirən  və  ciddi  şəkildə 



məhdudlaşdıran  dəyişiklikləri  təsdiqlədi.  Beləliklə,  QHT-lər  haqqında,  qrant  haqqında  və  din  azadlığı 

haqqında  qanunlara  Parlament  tərəfindən  fevralın  15-də  edilmiş  dəyişikliklərə  görə,  müvafiq  müqavilə 

olmadan  200  manatdan  artıq  qrant  alan  QHT-lər  yüksək  məbləğdə  cərimə  və  əmlakın  müsadirəsi  ilə 

üzləşə bilər. Bu dəyişikliklər hökumətə tənqidçi QHT-ləri asanlıqla bağlamaq şəraiti yarada bilər. 

 

Hesabat  dövründə  hökumət  müstəqil  QHT-lərə  qarşı təzyiqin  digər formalarını da  gücləndirib.Tənqidçi 



QHT-lərin dövlət qeydiyyatına alınmaması ənənəsi bu hesanat dövründədə də davam edib- məs, yanvarın 

29-da Bakı Apelyasiya Məhkəməsi “İctimai Maraqların Müdafiə Mərkəzi” İctimai Birliyinin qeydiyyata 

alınmaması ilə bağlı şikayətini rədd edib. Fevralın 19-da isə Bakı 1 saylı İnzibati-İqtisad Məhkəməsi 3 

ildir ki ardıcıl olaraq qeydiyyat üçün müraciət edən İnsan Haqları Klubunun iddiasını  təmin etməyib. 

 

Martın  14-də  mediaya  müsahibəsində  Prezident  Administrasiyasının  rəhbəri  Ramiz  Mehdiyev  xarici 



donorları  Azərbaycan  QHT-lərini  “qanunsuz”  maliyyələşdirməkdə  ittiham  edib.  RATO  hesab  edir  ki, 

müstəqil  QHT-lərin  ölkədə  sabitliyi  pozmağa  çalışan  xarici  qüvvələrlə  əlbirlikdə  ittiham  olunması 

hökumət tərəfindən QHT-lərə qarşı daha sərt kampaniyaya başlanacağına işarədir.

 

 



 

Sərbəst toplaşma azadlığının məhdudlaşdırılması  

 

Hesabat  dövründə  hökumət  sərbəst  toplaşma  qanunvericiliyinə  edilmiş  yeni  dəyişiklikləri  tətbiq  edərək 



mitinq təşkilatçıları və iştirakçılarına yüksək məbləğli cərimələr kəsməyə başladı. Noyabrda Milli Məclis 

“Sərbəst  toplaşma  haqqında”  qanuna  “icazəsiz  aksiyaların  təşkilinə  və  belə  aksiyalarda  iştiraka  görə 

cərimələrin  artırılması”nı  nəzərdə  tutan  dəyişiklikləri  qəbul  etdi

1

.  Dəyişikliklərə  görə,  icazəsiz  aksiya 



iştirakçıları 500 manatdan 1000 manata qədər (dəyişikliklərdən əvvəl bu cərimə 7 manatdan 13 manata 

qədər idi), aksiyanı təşkil edənlər isə fiziki şəxs olduqda 1500 manatdan 3000 manata qədər, vəzifəli şəxs 

olduqda isə 3000 manatdan 6000 manata qədər cərimə olunacaq. Təşkilatçı hüquqi şəxsdirsə (məsələn, 

siyasi partiya və ya QHT), cərimə 15 min manatdan 30 min manata qədər təşkil edəcək.

2

 

 



Bu  günə  qədər  cərimələnənlərdən  bir  çoxu  vətəndaş  itaətsizliyi  nümayiş  etdirərək  bu  cür  cərimələri 

ödəməkdən imtina edib. Nəticədə, bu şəxslərə və ya onların ailələrinə aid olan əmlak məhkəmə icraçıları 

                                                 

1

http://bit.ly/102EEP6



   

2

http://bit.ly/11V3F2I



  

 



2013-cü ilin Birinci Rübünü Əhatə Edən İfadə Azadlığı Hesabatı 

 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu 



 

13 


tərəfindən müsadirə olunub. Fəal şəxslərin və QHT-lərin ciddi maliyyə çətinliklərini və tənqidçi şəxslərə 

mitinq  üçün  icazənin  çox  nadir  hallarda  verildiyini  nəzərə  alsaq,  bu  dəyişikliklər  qüvvəyə  mindiyi 

təqdirdə ölkədə sərbəst toplaşma azadlığına “çəkindirici effekt” təsiri göstərəcək. Bu, 2013-cü il prezident 

seçkiləri ərəfəsində hökumətin əl atdığı xüsusilə qorxuducu metoddur.   

 

Diffamasiya  

 

Azərbaycan  qanunvericiliyində  ifadə  azadlığı  üçün  ən  çox  problem  yaradan  müddəalar  Cinayət 

Məcəlləsində  diffamasiya  ilə  bağlı  olan  müddəalardır.  “Azərbaycan  Respublikasında  insan  hüquq  və 

azadlıqlarının  müdafiəsinin  səmərəliliyini  artırmaq  sahəsində  Milli  Fəaliyyət  Proqramı”

3

  2012-ci  ildə 



diffamasiyaya  görə  cinayət  məsuliyyətinin  aradan  qaldırılmasını  nəzərdə  tutsa  da,  diffamasiya  hələ  də 

cinayət  hesab  olunur  və  diffamasiyaya  görə  3  ilə  qədər  həbs  cəzası  nəzərdə  tutulur.  Jurnalistlərin  həbs 

olunmasında  cinayət  məcəlləsinin  diffamasiya  haqqında  müddəalarından  əvvəlki  illərdəki  kimi  intensiv 

istifadə olunmasa da, bu maddələr hələ də hüquqi qüvvəyə malikdir. 



 

Müxalif  meylli  və  müstəqil  qəzetlərin  fəaliyyətini  məhdudlaşdırmaq  üçün  mülki  diffamasiya 

müddəalarından  intensiv  istifadə  olunması  da  ifadə  azadlığı  üçün  ciddi  problemlər  yaradır.  “Azadlıq”, 

“Yeni  Müsavat”  və  “Xural”  kimi  tənqidçi  qəzetlər  diffamasiya  ittihamları  ilə  daha  çox  üzləşir,  və  bu 

ittihamların  da  əksəriyyəti  deputatların  və  digər  dövlət  məmurlarının  şikayəti  əsasında  irəli  sürülür. 

Məhkəmə  qərarları  ilə  təyin  olunan  yüksək  məbləğli  cərimələr  isə  bu  qəzetlərin  onsuz  da  ağır  olan 

maliyyə  durumunu  daha  da  ağırlaşdırır,  bununla  da  qəzetlərin  öz  fəaliyyətlərini  davam  etməsi  daha  da 

çətinləşir.  2013-cü  ilin  ilk  rübündə  tənqidçi  media  qurumlarına  qarşı  çoxsaylı  mülki  diffamasiya 

ittihamları irəli sürülüb. 

 

 



Fevralın  14-də  Ali  Məhkəmədə  hakim  Tatyana  Qoldmanın  sədrliyi  ilə  keçirilən  prosesdə  "Azadlıq" 

qəzetinin kassasiya şikayəti təmin edilməyib. Tağı Əhmədovanın iddiasına əsasən qəzetə qarşı çıxarılmış 

30  min  manat  cərimə  cəzası  qüvvədə  qalıb.  Xatırladaq  ki,  "Azadlıq"  qəzetinin  2012-ci  il aprel sayında 

dərc  olunmuş  "Tağı  Əhmədov  5  qəpikləri  mənimsədi"  sərlövhəli  yazıya  görə,  metropoliten  rəisi 

məhkəməyə  müraciət  edərək  qəzetin  200  min  manat  cərimələnməsini  tələb  etmişdi.  Yasamal  Rayon 

Məhkəməsi 2012-ci ilin iyun ayında iddianı qismən təmin edərək, qəzetin üzərinə 30 min manat təzminat 

ödəmək  vəzifəsi  qoymuş,  sentyabrın  13-də  isə  Bakı  Apellyasiya  Məhkəməsi  bu  qərarı  qüvvədə 

saxlamışdı. 

 

Fevralın 19-da Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Dəmirovun sədrliyi Binə Ticarət Mərkəzinin 



sahibi  Kəbirə  Məmmədovanın  iddiası  əsasında  "Azadlıq"  qəzetinə  kəsilmiş  cərimə  qərarından  verilən 

şikayətə  baxılıb.  Məhkəmə  heç  bir  araşdırma  aparmadan  və  əsas  gətirmədən  əvvəlki  instansiyanın 

qərarını  qüvvədə  saxlayıb.    Qeyd  edək  ki,  “Azadlıq”  qəzetində  7  iyul  2012-ci  il  tarixində  “Kəbirə 

Məmmədovanın  “Eurovizyon  əməliyyatı”  və  8-9  iyul  2012-ci  il  tarixində  dərc  olunmuş    “Kəbirə 

Məmmədovanın yeni kupça əməliyyatı” başlıqlı məqalələrə görə “Binə” ticarət mərkəzinin sahibi Kəbirə 

Məmmədovanın Yasamal rayon Məhkəməsində qaldırdığı iddiaya əsasən 22 oktyabr 2012-ci il tarixində 

məhkəmə qəzetin təkzib verməsi və “Azadlıq”qəzetinin 30 min manat, yazıların müəllifi Ramin Dekonun 

isə 2 min manat cərimələnməsi barədə qərar çıxarıb. 



 

Bu iki məhkəmə qərarı ilə, o cümlədən keçən il qəzetin üzərinə qoyulmuş cərimələr (ümumilikdə 69 min 

manat) və digər iqtisadi faktorlar üzündən “Azadlıq” qəzeti kritik maddi duruma düşüb və bu səbəbdən 

qəzet bir neçə dəfə bağlana biləcəyini elan edib.  

 

“Yeni Müsavat” qəzetinə qarşı daha iki məhkəmə iddiası qaldırılıb. İddialardan biri “Bakı Poladtökmə” 



ASC və “Baku Steel Company” MMC şirkətləri tərəfindən qaldırılıb. İddiaçılar qəzetin 23 noyabr 2012-

ci  il  tarixli  sayında  dərc  olunmuş  “Zülfüqarlı  qardaşlarının  yağmalanan  zavodu  bağlandı”  sərlövhəli 

yazının işgüzar nüfuzlarına xələl gətirdiyini əsas gətirərək, “Yeni Müsavat” qəzetindən təkzib verilməsi 

və 1000000 (bir milyon) manat təzminat ödəməsi tələb edilir. 

  

                                                 



3

http://bit.ly/PxH3Tw

 



Yüklə 280,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə