Azərbaycanda Azad Sözə Basqı Davam Edir



Yüklə 280,68 Kb.
Pdf görüntüsü
səhifə3/9
tarix07.04.2018
ölçüsü280,68 Kb.
#36266
1   2   3   4   5   6   7   8   9

2013-cü ilin Birinci Rübünü Əhatə Edən İfadə Azadlığı Hesabatı 

 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu 



 



 

Media qurumlarına sahiblik strukturunda şəffaflıq təmin olunsun. 

 

Hökumət  tərəfindən  maliyyələşdirilən  reklamın  media  qurumları  arasında  ədalətli  və  şəffaf 



qaydada bölüşdürülməsini təmin edən müstəqil nəzarət orqanı yaradılsın. 

 

RATİ media təşkilatlarını qabaqlayıcı tədbirlər görməklə, habelə tibbi xərcləri qarşılamaq üçün yardım 



göstərməklə öz fiziki təzyiqə məruz qala biləcək əməkdaşlarına lazımi qayğı göstərməyə çağırır.   

RATİ jurnalistlərə və media nümayəndələrinə peşə etikasına əməl etməyi, şəxsi təhlükəsizliklə bağlı 

hər hansı təhlükə yarandıqda isə  RATİ-nin qaynar xəttinə (+99412 408 75 30, +99450 398 48 38 və ya 

+99 455 398 48 38),  digər vətəndaş cəmiyyəti təşkilatlarına, mətbuata, xarici və beynəlxalq diplomatik 

nümayəndəliklərə dərhal məlumat verməyi tövsiyə edir.   

Son  olaraq,  RATİ  beynəlxalq  ictimaiyyəti  Azərbaycanda  ifadə  azadlığı  ilə  bağlı  vəziyyətə  biganə 

yanaşmamağa çağırır. RATİ beynəlxalq ictimaiyyəti aşağıdakı tövsiyələrə diqqət yetirməyə çağırır: 

 



İkitərəfli  və  çoxtərəfli  müstəvidə  bütün  imkanlardan  istifadə  edilməklə,  Azərbaycan 

hökumətindən  ifadə  azadlığı  və  insan  hüquqları  ilə  bağlı  üzərinə  götürdüyü  öhdəliklərini sözdə 

deyil, əməli şəkildə yerinə yetirməsi tələb olunsun.   

 



Azərbaycan  hökuməti  və  hüquq-mühafizə  orqanları jurnalistlərə  qarşı  zorakılıq əməllərinə  görə 

cəzasızlığa son qoyulmasına, bütün cinayət işlərinin lazımi şəkildə araşdırılmasına və cavabdeh 

şəxslərin hüquqi məsuliyyətə cəlb olunmasına çağırılsın.  

 



Azərbaycan hökuməti ifadə azadlığı hüququnu həyata keçirmələri ilə bağlı olaraq tutulmuş və ya 

həbs  olunmuş  jurnalistlərin,  bloqçuların  və  hüquq  müdafiəçilərinin  dərhal  azad  olunmasına 

çağırılsın. 

  

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



2013-cü ilin Birinci Rübünü Əhatə Edən İfadə Azadlığı Hesabatı 

 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu 



 

 



Qısa Xülasə: Seçkiqabağı təqib kampaniyası  

 

2013-cü  ilin  birinci  rübündə,  Oktyabrda  keçiriləcək  prezident  seçkiləri  ərəfəsində,  hökumət  tənqidçi 



jurnalistləri, bloqçuları, hüquq müdafiəçilərini, siyasi fəalları və QHT-ləri susdurmaq və nüfuzdan salmaq 

üçün misli görünməmiş təzyiqlərə əl atdı. 

 

Ölkədə ifadə azadlığının onsuz da narahatlıq doğuran durumu Prezident Administrasiyası rəhbəri Ramiz 



Mehdiyevin dövlət mediasına verdiyi müsahibəsində xarici donorları Azərbaycan QHT-lərini "qanunsuz" 

maliyyələşdirməkdə ittiham etməsi ilə daha da pisləşdi.  

 

RATI hesab edir ki, bu çıxış və son zamanlar baş verən digər narahat edici məqamlar hökumətin “ölkədə 



sabitliyi pozmağa çalışan xarici qüvvələrlə əlbir fəaliyyətdə” ittiham etdiyi müstəqil QHT-lərə qarşı daha 

sərt addımlar atacağının göstəricisidir. Ramiz Mehdiyevin QHT-lər əleyhinə bu “tarixi” çıxışı Qərbə və 

rejimin daxili opponentlərinə qarşı ədavəti daha da gücləndirdi.  

 

Mehdiyevin məlum çıxışının ardınca prezident “QHT haqqında Qanun”a QHT-lərin maliyyə fəaliyyətini 



ciddi  şəkildə  nəzarət  etmək  imkanı  verən  reqressiv  dəyişiklikləri  imzaladı.  Bu  dəyişikliklər  hökumətə 

fəaliyyətini bəyənmədiyi QHT-ləri sıxışdırmaq və hətta bağlamaq imkanı yaradır. 

 

2013-cü  ilin  birinci  rübündə  müstəqil  və  müxalif  qruplara  qarşı  müxtəlif  qarayaxma  metodlarından 



istifadə  olunmaqla  sərt  kampaniya  aparılıb.  Ayrı-ayrı  tənqidçi  şəxslər  ağır  və  mütəşəkkil  cinayətlərdə 

ittiham  olunmuş,  barələrində  dövlət  nəzarətində  olan  media  şəbəkəsindən  istifadə  olunmaqla  yanlış 

məlumat yayılmışdır.  

 

Rejim  siyasiləşdirilmiş  və  korrupsiyaya  uğramış  məhkəmə  sistemindən  istifadə  etməklə,  hakimiyyət 



tərəfindən  törədilən  qanun  pozuntuları  barədə  yüksək  səslə  danışmağa  cəsarət  edən  azsaylı  müstəqil 

jurnalistləri və media qurumlarını cinayət və diffamasiya ittihamları ilə təqib edir. 

 

Ötən  ilin  noyabrında  Bakıda  keçirilmiş  İnternet  İdarəçilik  Forumundan  sonrakı  dövrdə  ölkədə  internet 



azadlığının  durumu  da  pisləşib.  Onlayn  medianın  sürətlə  inkişaf  etdiyi  və  ölkə  əhalisinin  üçdə  bir 

hissəsinin  internetdən  istifadə  etdiyi  bir  vaxtda  hökumət  sosial  şəbəkələrdən  istifadəni  tənzimləmək 

səylərini  daha  da  gücləndirib.  Paralel  olaraq  kəşfiyyat  orqanlarında  vətəndaşların  onlayn  fəaliyyətinə 

ciddi nəzarət olunur- bir çox halda Facebook sosial şəbəkəsində yazdıqları yazılara görə fəallar təqib və 

həbs olunublar. 

 

  



 

 

 



 

 

 

 

 

 


2013-cü ilin Birinci Rübünü Əhatə Edən İfadə Azadlığı Hesabatı 

 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu 



 



Fəsil 1: Jurnalistlərə qarşı zorakılıq, şantaj və 



təzyiq 

Azərbaycanda  ifadə  azadlığına  əsas  maneələrdən  biri  jurnalistlərə  və  media  nümayəndələrinə  qarşı 

zorakılıq hallarının intensivliyi və bu əməlləri törədən şəxslərə qarşı cəzasızlığın hökm sürməsidir. Başqa 

sözlə desək, Azərbaycanda “cəzasızlıq böhranı” yaşanmaqdadır.  

 

Hüquqları ciddi şəkildə pozulmuş jurnalistlər və media nümayəndələri üçün ədalətin təmin olunması və 



günahkarlın məsuliyyətə cəlb olunması demək olar ki, qeyri-mümkün bir hala çevrilib. Bu cür cəzasızlıq 

mühitinin  hakim  olması  ölkədə  özünü-senzuranın  geniş  vüsət  almasına  səbəb  olmuşdur.  Jurnalistlərin 

çoxu  “tabu”  hesab  olunan  müəyyən  mövzularda,  məsələn  korrupsiya  və  ya  prezident  ailəsinin  biznes 

maraqları barədə yazmaqdan çəkinirlər. 

 

Oktyabrda  keçiriləcək  prezident  seçkiləri  ərəfəsində,  hökumət  tənqidçi  jurnalistləri,  bloqçuları,  hüquq 



müdafiəçilərini,  siyasi fəalları  və  QHT-ləri  susdurma  və  nüfuzdan  salma  kampaniyasını  həyata  keçirib. 

Ötən 3 ay müddətində hətta fərqləndirici jurnalist gödəkçələri geyinmələrinə rəğmən jurnalistlər mitinq 

və  kütləvi iğtişaşlardan reportajlar hazırlayarkən polisin zorakılığına və kobud rəftarına məruz qalıblar. 

Öz peşə fəaliyyətini yerinə yetirən jurnalistlərlə qəsdən bu cür sərt rəftar edilməsi rejimin ifadə azadlığına 

dözümsüzlüyünün aşkar göstəricisidir.   

 

Jurnalistlərə  qarşı  polis  zorakılığı  ilə  bağlı  edilmiş  onlarla  rəsmi  şikayət  hökumət  tərəfindən 



cavablandırılmayıb.  Jurnalistlərin  peşə  fəaliyyətinə  müdaxilə    etmiş  polis  işçilərindən  heç  biri  intizam 

tədbiri  ilə  üzləşməyib.  Bu  əməllər  Azərbaycan  Konstitusiyasının  50-ci  (məlumat  azadlığı),  İnsan 

Hüquqları üzrə Avropa Konvensiyasının isə 10-cu (ifadə azadlığı) maddələri ilə təmin olunan informasiya 

əldə  etmək  hüququnun  pozulmasını  təşkil  edir.  Jurnalistin  peşə  fəaliyyətinə  mane  olma  ən  azı  Cinayət 

Məcəlləsinin 163-cü maddəsi ilə cinayət məsuliyyəti yaradır. 

 

Hakim rejimin maraq dairəsinə aid məsələləri araşdıran jurnalistlərin susdurulması vasitəsi kimi onların 



qətllərinin, onlara qarşı fiziki və mənəvi təzyiqlərin cəzasız qalmasına görə rejim özü məsuliyyət daşıyır. 

 

Martın  2-də  Azərbaycanda  və  dünyanın  bir  çox  yerində  jurnalistlər  2005-ci  ildə  yaşadığı  binanın 



qarşısında odlu silahla qətlə yetirilmiş “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun hələ də üstü 

açılmamış qətlinin səkkiz illiyini qeyd edib. Elmarın ölümü ilə Azərbaycan xalqı həqiqəti cəsarətlə yazan 

bir jurnalistini itirdi. Elmarın jurnalist fəaliyyəti və qətli media mənsublarına araşdırmaçı jurnalistikanın 

nə qədər cəsarət tələb etdiyini və bu işdə jurnalistin hansı risklərlə üzləşə biləcəyini göstərdi. 

 

E.Hüseynovun  qətlindən  bəri  Azərbaycanda  2011-ci  ilin  noyabrında  tanınmış  yazıçı-jurnalist  Rafiq 



Tağının da qətli daxil olmaqla jurnalistlərə qarşı 200-dən zorakılıq hadisəsi baş verib. 2013-cü ilin ilk üç 

ayında  jurnalistlərə  qarşı  15-i  peşə  fəaliyyətini  yerinə  yetirərkən  olmaqla  16  fiziki  təzyiq  faktı  qeydə 

alınıb.  Bundan  başqa,  hökumət  tərəfindən  jurnalistlərə  təzyiqlərin  və  onların  işinə  digər  formada 

müdaxilələrin baş verməsi ilə bağlı bir çox məlumatlar yayılmışdır.  

 

Jurnalistlərin  məruz  qaldığı  aşağıda  qeyd  olunmuş  hücum  faktları,  ümumiyyətlə,  Elmar  Hüseynovun 



qətlindən bəri jurnalistlərə qarşı cinayət əməllərinin demək olar ki heç biri hökumət tərəfindən lazımınca 

araşdırmamış və əsl günahkarlar cəzalandırılmamışdır.  Bu isə media ictimaiyyəti arasında qorxu hissinin, 

tənqidi  fikirləri  zor  tətbiq  etməklə  boğmaq  niyyətində  olan  şəxslər  üçün  isə  cəzasızlıq  mühitinin 

yaranmasına gətirib çıxarmışdır.  

 

Yanvarın  12-də  Bakının  mərkəzində  əsgər  ölümlərinə  son  tələbi  ilə  keçirilmiş  icazəsiz  etiraz  aksiyası 



hökumət  tərəfindən  zor  tətbiq  edilməklə  dağıdıldı.  Aksiyada  təxminən  10-dək  jurnalist,  əyinlərindəki 

“Press”  gödəkçələri  və  kameraları  ilə  fərqlənmələrinə  baxmayaraq,  polisin  təzyiq  və  zorakılığı  ilə 

üzləşiblər.  RATİ  sədri  Emin  Hüseynov  da  aksiya  zamanı  xəsarət  alanlar  arasında  idi.  Polis  tərəfindən 

qəsdən  itələnən  Hüseynov  yerə  yıxılmış,  başı  arxada  olan  iri  daş  parçasına  dəymiş  və  kiçik  beyin 

silkələnməsi xəsarəti almışdı. Hadisə anbaan videokameraların lentinə alınmışdır. 



Yüklə 280,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə