Azərbaycanda Azad Sözə Basqı Davam Edir



Yüklə 280,68 Kb.
Pdf görüntüsü
səhifə7/9
tarix07.04.2018
ölçüsü280,68 Kb.
#36266
1   2   3   4   5   6   7   8   9

2013-cü ilin Birinci Rübünü Əhatə Edən İfadə Azadlığı Hesabatı 

 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu 



 

16 


hökumətin  dini,  LGBT  hüquqları  və  digər  məsələlərlə  bağlı  siyasətini,  habelə  Avroviziya  Mahnı 

Müsabiqəsinə böyük xərc çəkməsini tənqid etdiyi üçün həbs olunmuşdur. 

 

2013-cü il yanvarın 26-da baş redaktora qarşı CM-nin 167-2.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs 



və  ya  mütəşəkkil  dəstə  tərəfindən  müvafiq  razılıq  olmadan  dini  təyinatlı  ədəbiyyatı,  əşyaları  və  dini 

məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və ya yayma məqsədi ilə idxal etmə, satma və 

ya yayma), 281.2-ci (bir qrup şəxs tərəfindən hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına 

və  ya  Azərbaycan  Respublikasının  konstitusiya  quruluşunun  zorla  dəyişdirilməsinə  və  ya  ərazi 

bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) 

və  283.2.3-cü  (mütəşəkkil  dəstə  tərəfindən  milli,  irqi,  sosial  və  ya  dini  nifrət  və  düşmənçiliyin 

salınmasına,  milli  ləyaqətin  alçaldılmasına,  habelə  milli,  irqi  və  ya  dini  mənsubiyyətindən  asılı  olaraq 

vətəndaşların  hüquqlarının  məhdudlaşdırılmasına  və  ya  üstünlüklərinin  müəyyən  edilməsinə  yönələn 

hərəkətlər,  aşkar  surətdə  və  ya  kütləvi  informasiya  vasitələrindən  istifadə  olunmaqla  törədildikdə) 

maddələri ilə yeni ittihamlar irəli sürülüb.  Əliyev hazırda Kürdəxanı istintaq təcridxanasında saxlanılır. 

Jurnalistin işi üzrə məhkəmə hökmünün yaxın zamanlarda elan olunacağı gözlənilir. 

 

Xeber44.com  saytının  redaktoru  Araz  Quliyev  Masallıda  keçirilmiş  beynəlxalq  folklor  festivalını 



pozmağa  cəh  etməkdə,  iki  vətəndaşa  və  polisə  xəsarət  yetirməkdə  və  avtomobilin  şüşələrini  qırmaqda 

ittiham  olunaraq  sentybarın  8-də  həbs  olunmuşdur.  Jurnalistin  qardaşı  Azər  Quliyev  bu  iddiaları  rədd 

edərək  qardaşının  rayonda  hicab  qadağasına  qarşı  etirazları  işıqlandırdığı  üçün  həbs  olundurduğunu 

bildirib. Azər həmçinin qardaşının həbsdə olarkən polis zorakılığına məruz qaldığını iddia edib.  

 

Dekabrın 11-də A.Quliyevə qarşı  Cinayət Məcəlləsinin (CM)  228.1 (Qanunsuz olaraq odlu silah, onun 



komplekt  hissələrini,  döyüş  sursatı  (yivsiz  odlu  ov  silahı  və  həmin  silah  üçün  döyüş  sursatı  istisna 

olmaqla), 233 (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə 

fəal iştirak etmə), 283.1 (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin 

alçaldılmasına,  habelə  milli,  irqi  və  ya  dini  mənsubiyyətindən  asılı  olaraq  vətəndaşların  hüquqlarının 

məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya 

kütləvi  informasiya  vasitələrindən  istifadə  olunmaqla  törədildikdə),  315.2  (Hakimiyyət  nümayəndəsinə 

qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə), 324 (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya 

Azərbaycan  Respublikasının  Dövlət  gerbi  barədə  təhqiredici  hərəkətlər)  maddələrində  nəzərdə  tutulan 

ittihamlar  irəli  sürülüb.  Araz  Quliyev  hazırda  istintaq  təcridxanasında  saxlanılır  və  məhkəməsi 

yekunlaşmaq üzrədir

 

Müstəqil jurnalist Fuad Hüseynov Ucarda polis əməkdaşlarının qanunsuz əməllərini (narkotik və insan 



alveri) ifşa etdikdən sonra 2010-cu ilin oktybarında xuliqanlıq ittihamları ilə həbs olunmuşdur. Hüseynov 

26 sentyabr 2011-ci ildə Cinayət Məcəlləsinin 22.13-cü maddəsi ilə 6.5 il müddətinə azadlıqdan məhrum 

edildi. Hüseynovun əleyhinə ifadə verən “şahid”lərdən biri sonradan etiraf etdi ki, ifadəsini yerli mafia 

qrupunun  təzyiqi  altında  verib.  Hüseynov  bundan  əvvəl  də  Ucar  polisinin  rəisini  narkotik  cinayətində 

ittiham etdikdən sonra xuliqanlıq ittihamı ilə həbs olunaraq 3.5 il azadlıqdan məhrum edilmiş, və cəzanın 

2 ilini çəkmişdi. Fuad Hüseynov cəza müddətini 12 saylı cəzaçəkmə müəssisəsində çəkməyə davam edir

.

 

 



 

"Talışi Sədo” qəzetinin baş redaktoru və Talış Mədəniyyət Mərkəzinin sədr müavini Hilal Məmmədov 21 

iyun  2012-ci  ildə  həbs  olunmuş  və  növbəti  gün  Nizami  Rayon  Məhkəməsinin  qərarı  ilə  barəsində 

narkotik vasitə əldə etmə və saxlama və dövlətə xəyanət ittihamları ilə 3 ay həbs qətimkan tədbiri seçilib. 

Məmmədova qarşı sonradan dövlətə xəyanət və milli, irqi, sosial və ya dini nifrət və düşmənçilik salma 

ittihamları da irəli sürülüb.  



 

Jurnalist  İranın  gizli  xidmət  agentlikləri  ilə  əlbir  olaraq  Azərbaycanın  ərazi  bütövlüyünə  və 

təhlükəsizliyinə qarşı fəaliyyətdə günahlandırılıb. "Talışi Sədo” qəzetinin keçmiş baş redaktoru Novruzəli 

Məmmədov da 2008-ci ildə oxşar ittihamlarla həbs olunmuş və  2009-cu ildə həbsxanada vəfat etmişdi.  

Hilal  Məmmədovun  işinə  Bakı  Ağır  Cinayətlər  Məhkəməsində  baxılması  davam  edir.  Məhkəmənin 

dövlətə xəyanətlə bağlı olan ilk hissəsi ictimaiyyət üçün qapalı, narkotik  maddəyə sahib olma ilə bağlı 

hissəsi  isə  açıq  keçirilir.  Jurnalist  hazırda  Kürdəxanı  istintaq  təcridxanasında  saxlanılır.  Məhkəmə 



2013-cü ilin Birinci Rübünü Əhatə Edən İfadə Azadlığı Hesabatı 

 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu 



 

17 


tərəfindən ona qarşı qaldırılmış ittihamlarla günahkar hesab edilsə, Hilal Məmmədov 12 ilə qədər həbs 

cəzası ala bilər.  

 

Müstəqil  jurnalist  Fərəməz  Novruzoğlu  2012-ci  il  avqustun  22-də  Cinayət  Məcəlləsinin  220.2-ci 



(Kütləvi  iğtişaşlara,  habelə  vətəndaşlara  qarşı  zorakılıq  etməyə  çağırışlar  etmə  -  guya  F.Novruzoğlu 

gənclərin  2011-ci  ildə  təşkil  etdikləri  “11  mart  böyük  xalq  günü”  aksiyası  ərəfəsində  Facebook  sosial 

şəbəkəsində  Elçin  İlqaroğlu  təxəllüsü  ilə  xalqı  kütləvi  iğtişaşa  dəvət  edib,  özünü  isə  aksiya  zamanı 

yandıracağını  bildirib)  və  318.1-ci  (Azərbaycan  Respublikasının  mühafizə  olunan  dövlət  sərhədini 

müəyyən  edilmiş  sənədlər  olmadan  və  ya  dövlət  sərhədinin  nəzarət-buraxılış  məntəqələrindən  kənarda 

keçmə - guya F.Novruzoğlu 2010-cu ilin noyabrından  2011-ci ilin oktyabr ayına qədər qanunsuz olaraq 

Azərbaycan  Türkiyə  sərhədini  keçib  və  orada  qanunsuz  yaşayıb)  maddələri  ilə  4  il  6  ay  müddətinə 

azadlıqdan  məhrum  edilib.  Novruzoğlu  ona  qarşı  irəli  sürülmüş  ittihamları  rədd  edərək,  Azərbaycanın 

idxal-ixrac siyasəti ilə bağlı tənqidi məqalələr yazdığına görə həbs olunduğunu bildirib. Hazırda jurnalist  

1 saylı cəzaçəkmə müəssisəsində cəza müddətini çəkməyə davam edir.   

 

Fevralın 4-də “Yeni Müsavat” qəzetinin jurnalisti və Müsavat Partiyasının sədr müavini  Tofiq Yaqublu 



Cinayət  məcəlləsinin  233-cü  (ictimai  qaydanın  pozulması)  və  315-ci  (hakimiyyət  nümayəndəsinə 

müqavimət) maddələri ilə ittiham olunaraq həbs olunub. Yaqublu yanvarın 23-24-də İsmayıllı rayonunda 

kütləvi iğtişaşları təşkil etməkdə təqsirləndirilib. Əslində isə jurnalist İsmayıllıya iğtişaşlar baş verdikdən 

sonra  jurnalist qismində baş verən hadisələr barədə məlumat toplamaq məqsədi ilə səfər edib. İsmayıllıya 

Yaqublu ilə eyni gündə səfər edən REAL hərəkatının rəhbəri İlqar Məmmədov da oxşar ittihamlarla həbs 

olunub.  Martın  18-də  Yaqublunun  barəsində  seçilmiş  həbs  qətimkan  tədbirinin  müddəti  daha  iki  ay 

uzadılıb. Martın 14-də Bakı Apellyasiya Məhkəməsi jurnalistin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə 

əvəz olunması müraciətini təmin etməyib. Yaqublu hazırda Kürdəxanı istintaq təcridxanasında saxlanılır. 

 

Martın  12-də  “Xural”  qəzetinin  baş  redaktoru  Əvəz  Zeynallı  Cinayət  Məcəlləsinin  311.3.3  (külli 



miqdarda  rüşvət  alma),  311.3.4-cü  (hədə-qorxu  tətbiq  olunmaqla  rüşvət  alma)  və  306-cı  (məhkəmə 

qərarlarını  icra  etməmə)  maddələri  ilə  ittiham  olunaraq  9  il  həbs  cəzasına  məhkum  olundu.  Zeynallı 

həmçinin 213.1-ci (vergidən yayınma) maddə ilə günahkar bilinərək 4076 manat cərimə olunmaqla yanaşı 

bir  il  kommersiya  fəaliyyəti  ilə  məşğul  olmamaq  cəzası  alıb.  Barəsində  hökm  verilənədək  Zeynallının 

istintaq  təcridxanasında  keçirdiyi  müddət  17  aya  bərabər  olub.  Zeynallı  həbsdə  ikən  səhhətinin 

pisləşdiyini, bir neçə ciddi xəstəlikdən əziyyət çəkdiyini bildirib. 

  

 Əvəz Zeynallıya qarşı cinayət işi keçmiş deputat Gülər Əhmədovanın iddiası əsasında açılıb. Əhmədova 



jurnalistin onu şantaj edərək pul tələb etdiyini bildirib. Sonradan eks deputatın özü barəsində YouTube 

video  portalında  qalmaqallı  rüşvət  videosu  yayıldı

5

.  Həmin  videodan  sonra  Əhmədova  deputat 



mandatından  imtina  etdi.  Bunun  ardınca  isə  Baş  Prokurorluq  tərəfindən  açılmış  cinayət  işi  əsasında 

dələduzluqda və ağır cinayəti gizlətməkdə ittiham olunaraq həbs olundu. Hazırda Əhmədova Kürdəxanı 

istintaq təcridxanasında saxlanılır. 

 

 

Digər həbslər 

 

2013-cü  ilin  ilk  rübündə  bir  çox  digər  jurnalistlər,  bloqçular  və  hüquq  müdafiəçiləri  də  ifadə  azadlığı 

hüququndan istifadə etdiklərinə görə dəmir barmaqlıqlar arxasına salınmış, şərti həbs cəzasına məhkum 

edilmiş və ya onlara qarşı cinayət işi açılmışdı.  

 

 

“Kür”  vətəndaş  cəmiyyəti  qərargahının  koordinatoru  və  “Şəffaflıq”  jurnalının  baş  redaktoru  Oqtay 



Gülalıyev 2012-ci  il  aprelin  8-də  Sabirabad  rayonunun  Minbaşı  kəndində  daşqınlarla  bağlı  monitorinq 

aparakən həbs olunaraq barəsində əvvəlcə 12 sutka inzibati həbs tədbiri seçilib. Aprelin 17-də jurnalist 

vəkilinə polis əməkdaşları və Sabirabad Rayon Polis Bölməsinin rəis müavini Rauf Məcidov tərəfindən 

döyüldüyünü  bildirib.  2012-ci  il  aprelin  19-da  Sabirabad  Rayon  Prokurorluğu  O.Gülalıyev  barəsində 

                                                 

5

http://bit.ly/10UBSmo



  


Yüklə 280,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə