Azərbaycanda Azad Sözə Basqı Davam Edir



Yüklə 280,68 Kb.
Pdf görüntüsü
səhifə2/9
tarix07.04.2018
ölçüsü280,68 Kb.
#36266
1   2   3   4   5   6   7   8   9

2013-cü ilin Birinci Rübünü Əhatə Edən İfadə Azadlığı Hesabatı 

 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu 



 

informasiyaların əsasında hazırlanmışdır. RATİ personalı bu hesabatı yerli və beynəlxalq ifadə azadlığı 



ekspertləri ilə məsləhətləşmələr aparmaqla hazırlamışdır.  

Hesabat 5 fəsildən ibarətdir və RATİ-nin diqqət yetirdiyi aşağıdakı əsas sahələri əhatə edir: ifadə azadlığı 

üçün  konstitusional,  siyasi  və  hüquqi  mühit;  jurnalistlərə  qarşı  törədilmiş  cinayətlərə  görə  cəzasızlıq, 

jurnalistlərin və digər media nümayəndələrinin fəaliyyət mühiti.  

Giriş  hissənin  ardınca,  hesabat  RATİ-nin  Azərbaycan  hökumətinə  söz  azadlığı  durumunun 

yaxşılaşdırılması üçün tövsiyələrini təqdim edir. Hesabatın birinci fəsli jurnalistlərə qarşı zorakılıq halları, 

şantaj  və  təzyiqin  digər  formalarını  nəzərdən  keçirir.  İkinci  fəsildə  ifadə  azadlığını  məhdudlaşdırmağın 

hüquqi vasitələri öz əksini tapmışdır. Üçüncü fəsil ifadə azadlığı ilə bağlı hazırkı və əvvəllər baş vermiş 

tutulma və həbs halları barədə məlumat verməklə, hökuməti tənqid edən şəxslərin həbsindən bəhs edir. 

Dördüncü fəsil dövlətin yayım və çap mediasına nəzarət üsullarını təsvir edir. Beşinci fəsil Azərbaycanda 

ifadə  azadlığı  üçün  son  azad  məkan  olan  internetdə  söz  azadlığının  durumunu  təhlil  edir.  Hesabatın 

sonunda ölkədə söz azadlığının vəziyyəti barədə RATİ-nin yekun rəyləri yer almışdır.  

 



2013-cü ilin Birinci Rübünü Əhatə Edən İfadə Azadlığı Hesabatı 

 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu 



 



Tövsiyələr 

 

Hesabatdan  da  göründüyü  kimi,  Azərbaycanda  ifadə  azadlığı  ciddi  təhlükə  altındadır.  Azərbaycan 



hökuməti  bu  azadlıqların  məhdudlaşdırılmasına  dərhal  son  qoymalı  və  insan  hüquqları  ilə  bağlı 

beynəlxalq öhdəliklərinə uyğun olaraq vəziyyəti düzəltmək üçün təcili tədbirlər görməlidir. Bu məqsədlə 

RATİ  ifadə  azadlığının  müdafiəsi  üçün  lazım  olan  addımları  özündə  əks  etdirən  aşağıdakı  tövsiyələri 

işləyib hazırlamışdır.  

 

RATİ Azərbaycan hökumətini aşağıdakı tövsiyələri yerinə yetirməyə çağırır:



  

 

Jurnalistlərə qarşı zorakılığa və təzyiqin digər formalarına son qoyulsun: 

 



 

Jurnalistləri  qətlə  yetirən  və  onlara  fiziki  təzyiq  göstərən  şəxslərə  qarşı  cəzasızlığın  bütün 

formalarına  son  qoyulsun,  jurnalistlərə  qarşı  bütün  cinayət  işlərinin  üstünün  açılması  və 

cavabdehlərin qanuna uyğun olaraq cəzalandırılması təmin edilsin 

 

2005-ci ilin martında qətlə yetirilmiş jurnalist Elmar Hüseynovun və 2011-ci ildə qətlə yetirilmiş 



publisist-jurnalist  Rafiq  Tağının  qətllərinin  sifarişçiləri  və  icraçıları  həbs  olunsun  və  məhkəmə 

qarşısına çıxarılsın.  

 

E.Hüseynov və R.Tağının qətlləri ilə bağlı dolğun məlumat ictimaiyyətə çatdırılsın.  



 

Jurnalistlərin hədə-qorxuya məruz qalması halları tam araşdırılsın və onlar üçün etibarlı müdafiə 



mexanizmləri yaradılsın.  

Tənqidi səsləri susdurmaq üçün həbs tədbirindən istifadəyə son qoyulsun: 

 

 



İfadə azadlığı hüququnu həyata keçirmələri ilə bağlı olaraq həbs olunmuş və hal-hazırda həbsdə 

olan jurnalistlər, bloqçular, hüquq müdafiəçiləri və siyasi fəallar dərhal azad olunsun.  

 

İfadə  azadlığı  hüququnu  həyata  keçirmələri  ilə  bağlı  olaraq  barələrində  cinayət  işi  açılmış 



jurnalistlərə və fəallara qarşı irəli sürülmüş ittihamlara xitam verilsin. 

 

Qanunvericilik və siyasət təkmilləşdirilsin: 



 

 



QHT qanununa və digər qanunlara edilmiş, müstəqil QHT-lərin fəaliyyətini məhdudlaşdıran əlavə 

və dəyişikliklər ləğv edilsin.  

 

Sərbəst  toplaşma  azadlığı  haqqında  qanuna  “icazəsiz  etiraz  aksiyalarının  təşkilatçıları  və 



iştirakçıları üçün yüksək cərimələr nəzərdə tutan” əlavələr ləğv olunsun.  

 



Diffamasiyaya  görə  cinayət  məsuliyyəti  nəzərdə  tutan  müddəalar  Cinayət  Məcəlləsindən 

çıxarılsın. 

 

Tənqidi qəzetlərin fəaliyyətinə mane olmaq məqsədi ilə diffamasiya ittihamından həddindən artıq 



istifadəyə son qoyulsun.  

 



Xarici yayımçıların milli tezliklərdə yayımlanmasını yasaqlayan qadağa ləğv olunsun. 

 



Media  haqqında  qanunvericiliyə  yenidən  baxılsın  və  onun  mətbuat  azadlığının  beynəlxalq 

standartlarına uyğunluğu təmin edilsin. 

 

Beynəlxalq  standartlara  uyğun  olaraq  müstəqil  İnformasiya  məsələləri  üzrə  Müvəkkil 



(Ombudsmanı) vəzifəsi təsis edilsin və İnformasiya məsələləri üzrə Müvəkkilin səlahiyyəti İnsan 

Hüquqları Üzrə Müvəkkildən alınaraq İnformasiya məsələləri üzrə Müvəkkilə verilsin.  

 

Televiziya  və  radio  tezliklərinin  sadə  lisenziya  əsasında  şəffaf  və  ədalətli  qaydada  verilməsini 



təmin etmək üçün teleradio yayımını tənzimləyən müstəqil qurum yaradılsın. 

 



İctimai  teleradio  yayımçısının  fəaliyyətinin  bu  sahədə  beynəlxalq  standartlara  uyğunluğu  və  bu 

yayımçının  cəmiyyətin  bütün  sektorları  üçün  balanslı,  plüralistik  və  müxtəlifliyi  əks  etdirən 

proqramlar yayımlaması təmin olunsun.  

 



Peşəkar  media  nümayəndələrinin  müstəsna  səlahiyyətində  olan  müstəqil  mətbuat  şurası  və  ya 

media hesabatlılığın digər özünütənzimləmə sistemi yaradılsın.  




Yüklə 280,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə