Azərbaycanda Azad Sözə Basqı Davam Edir



Yüklə 280,68 Kb.
Pdf görüntüsü
səhifə8/9
tarix07.04.2018
ölçüsü280,68 Kb.
#36266
1   2   3   4   5   6   7   8   9

2013-cü ilin Birinci Rübünü Əhatə Edən İfadə Azadlığı Hesabatı 

 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu 



 

18 


Cinayət  Məcəlləsinin  220.2-ci  maddəsi  ilə  (hökumət  nümayəndəsinin  tələblərinə  fəal  şəkildə  tabe 

olmamaq  və  kütləvi  iğtişaşlara,  habelə  vətəndaşlara  qarşı  zorakılığa  çağırışlar  etmə)  cinayət işi  açıb  və 

Sabirabad  Rayon  Məhkəməsi  onun  barəsində  2  ay  müddətinə  həbs  qətimkan  tədbiri  seçib.  Lakin 

Gülalıyevin  həbsinin  əsas səbəbinin  2010-cu  il Kür daşqınları ilə  əlaqədar  yerli  hakimiyyət  orqanlarını 

tənqid etməsi hesab olunur. 2012-ci il iyunun 13-də hakim Firdovsi Əliyevin sədrliyi ilə Sabirabad Rayon 

Məhkəməsi  Oqtay  Gülalıyevin  şərti  azadlığa  buraxılması  haqqında  qərar  qəbul  edib.  Lakin  hüquq 

müdafiəçisinə  qarşı  açılmış  cinayət  işinə  hələ  də  xitam  verilməyib  və  məhkəmə  tərəfindən  günahkar 

hesab olunarsa, Gülalıyev 3 ilə qədər həbs cəzasına məhkum oluna bilər.   



 

Qubanın  yerli  televiziyası olan  Xəyal  TV-nin  icraçı direktoru  Vüqar Qonaqov  və  baş  redaktoru  Zaur 



Quliyev  Qubanın  eks  meri  Rauf  Həbibovun  Quba  sakinlərini  təhqir  etdiyi  videosunu  internetə 

yerləşdirməklə Qubada 2012-ci il martın 1-də baş vermiş kütləvi etiraz aksiyasına səbəb olmaqda ittiham 

olunaraq  2012-ci  il  martın  13-də  həbs  olunmuşdular.  Minlərlə  Quba  sakininin  iştirak  etdiyi  etiraz 

aksiyasından sonra şəhər icra hakimi Rauf Həbibov prezident tərəfindən vəzifəsindən uzaqlaşdırılmışdı. 

 

Qonaqov  və  Quliyev  Cinayət  Məcəlləsinin  233  (ictimai  qaydanı  pozan  hərəkətlərin  təşkili)  və  309-cu 



(vəzifə  səlahiyyətlərini  aşma)  maddələri  ittiham  olunaraq  barələrində  həbs  qətimkan  tədbiri  seçilmişdi. 

Jurnalsitlərin  həbs  müddəti  sonradan  bir  neçə  dəfə  uzadılmışdı.  İstintaq  müddətində  Vüqar  Qonaqov 

vəkili  Elçin  Sadıqovun  xidmətindən imtina  etməyə  məcbur  edilmişdi.  Nəhayət  2013-cü  il  martın  15-də 

Xaçmaz  Rayon  Məhkəməsi  jurnalistləri  onlara  qarşı  qaldırılmış  ittihamlarda  günahkar  hesab  edərək 

onların  barəsində  3 il  şərti  cəza tədbiri  seçib.  Lakin hər iki jurnalist  irəli  sürülmüş  ittihamlarla özlərini 

günahkar hesab etməyərək qərardan apellyasiya şikayəti vermək niyyətindədirlər. 



 

RATİ-nin  foto-video  reportyoru  və  Azərbaycan  Gənclər  Media  Mərkəzinin  üzvü  Mehman  Hüseynov 

2012-ci il iyunun 13-də Səbail rayon Polis İdarəsinə çağırılıb, və orada 3 saata yaxın dindirildikdən sonra 

şübhəli şəxs qismində saxlanıb. Hüseynov sonradan Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq) maddəsi 

üzrə  təqsirləndirilən şəxs hesab olunub. Mehmana qarşı ittihamlara səbəb may 21-də Bakı Meriyasının 

qarşısındakı  mitinqdə  çəkiliş  apardığı  zaman  polis  zabiti  ilə  arasında  baş  vermiş  şifahi  mübahisə 

olmuşdur.  Peşə  fəaliyyətini  həyata  keçirən  Mehman  və  RATİ-nin  digər  əməkdaşları,  o  cümlədən 

etirazçılar  və  jurnalistlər  mitinq  zamanı  polis  təzyiqinə  məruz  qalmışdılar.  Polis  Mehmanın  çəkiliş 

apardığı  kameranı  zədələmişdi.  Hüseynova  qarşı  cinayət  işinin  açılması  onun  Avroviziya  ərəfəsində 

Azərbaycanda  demokratik  inkişafa  nail  olmaq  üçün  aparılan  “Demokratiya  naminə  Oxu”  (Sing  for 

Democracy) kampaniyasında fəal iştirakı, və ya yerli və beynəlxalq media qurumlarının dəfələrlə istifadə 

etdiyi və Azərbaycanda insan hüquqlarının pozulduğunu əks etdirən fotoları ilə bağlı ola bilər. Məhkəmə 

tərəfindən günahkar hesab olunarsa Hüseynov 5 ilə qədər həbs cəzasına məhkum oluna bilər. 

 

Fevralın 12-də RATİ-nin proqram rəhbəri və hüquqşünası Günay İsmayılova və Seçkilərin Monitorinqi 



və  Demokratiyanın  Tədrisi  Mərkəzinin  əməkdaşı  Cavid  Nəbiyev  Xaçmaz  rayonunun  yerli  hakimiyyət 

orqanları tərəfindən saxlanıb. Hər iki vətəndaş cəmiyyəti nümayəndəsi Xaçmaza Avropa Birliyi və ABŞ 

Beynəlxalq  İnkişaf  Agentliyi  (USAID)  tərəfindən  maliyyələşən  “İdarəetmədə  vətəndaş  iştirakının 

artırılması” layihəsi çərçivəsində seminar keçmək məqsədilə səfər etmişdilər. Seminarın başlamasına qısa 

bir  zaman  qalmış  polis  tədbirin  keçirildiyi  məkana  reyd  təşkil  etmiş  və  təlimçilər  saxlanaraq  polis 

şöbəsinə aparılmışdır. Nəbiyev polis tərəfindən döyülmüş, İsmayılova isə 8 saat müddətində ac və susuz 

saxlanaraq  işgəncəyə  məruz  qaldığını  bildirmişdi.  Günün  sonunda  İsmayılova  və  Nəbiyev  sərbəst 

buraxılıb.   

 

“Gündəm  Xəbər”  qəzetinin  təsisçisi  Şirin  Cəfəriyə  qarşı  CM-nin  213.2.2  (vergidən  yayınma)  və  308.1 



(vəzifə  səlahiyyətindən  sui-istifadə)  maddələri  ilə  cinayət  işi  açılıb.  Buna  səbəb  Mətbuat  Şurası  (MŞ) 

tərəfindən  qəzetin  fəaliyyətinin  yoxlanması  üçün  edilmiş  müraciət  olun.  MŞ  qəzeti  vətəndaşların  şəxsi 

məlumatların  gizliliyi  hüququnu  pozmaqda,  vətəndaşları  təhqir  edən  məlumatlar  yaymaqda  və  tez-tez 

jurnalist  etikasını  pozmaqda  ittiham  edib.  Ş.Cəfəridən  Kəpəz  Rayon  Məhkəməsi  işin  istintaqını  başa 

çatdırmayana qədər şəhəri tərk etməmək haqqında iltizamnamə alınıb.  

 

  



 

 



2013-cü ilin Birinci Rübünü Əhatə Edən İfadə Azadlığı Hesabatı 

 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu 



 

19 


 

 


2013-cü ilin Birinci Rübünü Əhatə Edən İfadə Azadlığı Hesabatı 

 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu 



 

20 


 

Fəsil 4: Mediaya dövlət nəzarəti

6

 

Azərbaycanda KİV-lərin və vətəndaş jurnalistlərinin fəaliyyətinə düşmən siyasi mühit hökm sürməkdədir. 

Hökumət ya birbaşa olaraq, ya da təzyiq yolu ilə ənənəvi teleradio yayımçılarını ciddi nəzarətdə saxlayır.  

 

Azərbaycanda çox az sayda müstəqil media qurumu mövcuddur, belə ki, hətta ənənəvi müxalif səslər belə 



təzyiq  və  digər  təsir  üsullarından  istifadə  etməklə  susdurulmuşdur  (məsələn,  bəzi  jurnalistlərə  və 

redaktorlara  pulsuz  ev  verilmişdir).  Bəzi  müxalif  media  qurumları  isə  hökumətdən  qrant  əldə  etdikdən 

sonra  tənqidlərini  azaldıblar.  Müstəqil  media  qurumlarının  sayında  ötən  il  baş  vermiş  kəskin 

dəyişiklikdən sonra artıq Azərbaycanda müstəqil hesab olunacaq çox az sayda media orqanı qalıb. Belə 

bir şəraitdə senzura ilə yanaşı özünü-senzura da böyük problemə çevrilmişdir.  

 

Siyasi plüralizmi təmin etməyə çalışan dörd müstəqil və müxalif qəzet əhalinin yalnız 3 faizinə çatımlıdır 



və onların çap dövriyyəsi çox aşağıdır. Reklam bazarı oliqarxlar tərəfindən idarə olunur ki, bu da, ölkədə 

müstəqil medianın inkişafına əlavə maneə törədir. Hətta orta sahibkarlar belə hakimiyyətin qəzəbinə tuş 

gəlməkdən  ehtiyat  edərək  müstəqil  və  müxalif  qəzetlərə  reklam  verməkdən  çəkinir.  Məhdud  reklam 

gəlirləri,  çap  və  yayım  problemləri,  eləcə  də  özəl  investisiyaların  kəskin  azlığı  nisbətən    müstəqil  olan 

azsaylı nəşrləri maddi cəhətdən çıxılmaz vəziyyətə salır.  

 

Nisbətən  müstəqil  medianı  təcrid  etməyin  daha  bir  üsulu  onların  yüksək  vəzifəli  dövlət  məmurlarına 



çatımlığının məhdudlaşdırılmasıdır. Yüksək çinli məmurlar və onların mətbuat işçiləri bir  qayda olaraq 

ictimaiyyət üçün açıq olan brifinqlər keçirmir. Prezident Administrasiyasının mətbuat xidməti bu quruma 

sadiq  olan  və  sifarişlə  iş  görən  jurnalistlərdən  ibarət  qapalı  birlikdir.  Yüksək  elitaya  çatımı  olan 

jurnalistlər  vəzifəli  şəxslərə  xoş  gəlməyəcək  suallar  vermir,  soruşmağa  daha  çox  sualları  olan 

jurnalistlərin isə rəhbər dövlət məmurları ilə görüşünə imkan yaradılmır. 

 

 



Yayım mediasına nəzarət 

 

Hazırda Azərbaycan mediasının ən çox nəzarətdə olan seqmenti teleradio yayımçılarıdır. Ölkədə doqquz 

milli, 14 regional və 13 kabel televiziyası, və 12 radio stansiyası fəaliyyət göstərir. Hökumətin 2009-cu 

ildə  xarici  radioların  (BBC,  Azadlıq/Azad  Avropa  Radiosu  və  Amerikanın  Səsi)  milli  tezliklərdə 

yayınlanmasına  qadağa  qoymasından  sonra  ölkənin  yayım  mediasında  fikir  müxtəlifliyinin  təmin 

olunması  da  başa  çatdı.  Bu  radiolar  Azərbaycanlı  dinləyicilər  üçün  alternativ  informasiyanın  yeganə 

mənbələri idi. Hazırda milli tezliklərdə yayımlanan 12 radionun heç biri plüralizmi təmin etmir. 

 

Ölkənin 9 milli telekanalının üçü (AZTV, İdman Azərbaycan və Mədəniyyət) dövlətə məxsusdur. Bütün 



dünyada  dövlət  mediasının  özəlləşdirilməsi  prosesi  getdiyi  bir  vaxtda,  bunun  ziddinə  olaraq, 

Azərbaycanda  demək  olar  ki,  hər  iki  ildən  bir  yeni  dövlət  televiziyası  açılır.  Regionlarda  fəaliyyət 

göstərən  telekanallar  ölkədə  baş  verən  cari  hadisələrə  aid  məlumat  yaymaqdan  daha  çox  musiqi  və 

əyləncə tipli verilişlərə üstünlük verir.  

 

Azərbaycanın ictimai yayımçısı olan “İctimai Televiziya” bu sahəyə aid beynəlxalq standartlarda nəzərdə 



tutulmuş  funksiyaları  yerinə  yetirmir.  İctimai  TV  Avropa  Yayım  Birliyinə  üzvlüyü  çərçivəsində  bu 

qurumun tələblərinə (ictimai marağa xidmət etmək, plüralizmi təmin etmək, cəmiyyətin bütün sektorları 

üçün  balanslı  və  fərqli  proqramlar  yayımlamaq)  əməl  etmir.  İctimai  TV  yarandığı  2005-ci  ildən  bəri 

dövlətin maraqlarına və təbliğatına xidmət edir. Xəbər yayımında isə bu telekanal praktiki olaraq müstəqil 

fəaliyyət  göstərmir.  İctimai  TV  ölkədə  baş  verən  mühüm  hadisələr  (məs,  siyasi  partiyaların  və  ictimai 

                                                 

6

Azərbaycanın  media  mühiti  barədə  ətraflı  məlumatı  RATİ-nin  2013-cü  ilin  martında  hazırladığı  “Media  Nəzarət  Altında”  adlı 



hesabatdan əldə edə bilərsiniz. Hesabat aşağıdakı linkdədir: 

http://bit.ly/103nXEe

 

 



Yüklə 280,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə