Azərbaycanda Azad Sözə Basqı Davam Edir



Yüklə 280,68 Kb.
Pdf görüntüsü
səhifə9/9
tarix07.04.2018
ölçüsü280,68 Kb.
#36266
1   2   3   4   5   6   7   8   9

2013-cü ilin Birinci Rübünü Əhatə Edən İfadə Azadlığı Hesabatı 

 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu 



 

21 


birliklərin fəaliyyəti) haqqında çox yığcam, bəzən hətta yanlış məlumat verir. İTV  hər hansı şəxs və ya 

təşkilat barədə səhv məlumat yayımladığı zaman isə qarşı tərəfin cavab vermə hüququnu tanımır- onlara 

cavab vermələri üçün efir vaxtı ayrılmır. 

 

Azərbaycanda dövlət-vətəndaş ünsiyyətini təmin edən 9 milli televiziya kanalı “yuxarıdan aşağı” prinsipi 



əsasında  birtərəfli  fəaliyyət  göstərir,  yəni  yalnız  dövlət  məlumatları  vətəndaşlara  çatdırılır.  Bu 

telekanalların  xəbər  yayımı  prezident  aparatı  tərəfindən  tənzimlənir  ki,  nəticədə  də  onların  xəbər 

reportajları  bir-birinə  oxşar  olur.  Bu  nəzarət  forması  məcburi  xarakterli  deyil,  belə  ki,  televiziya 

kanallarının  rəhbər  şəxsləri  ölkənin  hakim  rejimə  yaxın  olan  siyasi  elitasının  nümayəndələridir.  Siyasi 

xəbərlərin  işıqlandırılmasına  gəlincə  burada  yalnız  bir  fikir  hakimdir:  Azərbaycanda  hansı  problemin 

mövcud  olmasından  asılı  olmayaraq  prezident  Əliyevin  hakimiyyəti  sarsılmazdır  və  ona  heç  bir  siyasi 

alternativ  yoxdur.  Bu  telekanallar  hökumətin  siyasi  məqsədlərinə  qulluq  edərək  müəyyən  məsələlərə, 

şəxslərə və statistikaya daha çox, bəzilərinə isə daha az əhəmiyyət verməklə, bəzilərinə isə ümumiyyətlə 

əhəmiyyət verməməklə ictimai fikri formalaşdırır və xalqa hakim rejimin siyasi maraqlarının lehinə olan 

fikirləri təlqin edir.  

 

Azərbaycanda  siyasi  müstəvidə  rəqabətin  olmadığı  kimi,  siyasi  xəbərlərin  çatdırılmasında  da  altı  özəl 



telekanal arasında rəqabət yoxdur. Əyləncə proqramlarına gəldikdə isə bu sahədə gərgin rəqabət mühiti 

hökm sürür. Altı özəl telekanalın hər biri reklam gəlirləri hesabına fəaliyyət göstərən kommersiya hüquqi 

şəxslər olsalar da, onlara dövlət tərəfindən ciddi nəzarət olunur.  

 

Dövlətin  təbliğatını  gəlirli  biznes  fəaliyyəti  ilə  birləşdirmək  işə  yarayır,  çünki  bu,  telekanalların  daha 



əyləncəli  olmasına,  izləyicilərin  və  reklam  sifarişlərinin  artmasına  səbəb  olur.  Qlobal  maliyyə 

böhranından əvvəlki illərdə reklam bazarı daha gəlirli olsa da, hazırda da milli telekanallar bu sahədən 

gəlir əldə etməkdə davam edirlər. Azərbaycanda bir çoxları üçün – rayon yerlərində yaşayanlar, yaşlılar, 

daha aşağı səviyyəli təhsilə malik şəxslər və imkansızlar üçün xidmət haqqı tələb etməyən milli televiziya 

əyləncənin  yeganə  əlçatan  formasıdır.  Telekanalların  teleserial  və  digər  əyləncəli  şoular  vasitəsilə 

topladığı tamaşaçı auditoriyası ölkədə baş verən hadisələr barədə xəbərləri də elə bu kanallardan izləyir.  

 

Dövlət  “Milli  Televiziya  və  Radio  Şurası”  (MTRŞ)  vasitəsilə  yayım  lisenziyalarının  verilməsinə  tam 



nəzarət  etdiyi  üçün,  lisenziyalaşdırma  prosesi  qeyri-obyektiv  və  qərəzli  olaraq  qalır.  MTRŞ  birbaşa 

prezident tərəfindən təyin olunan yeddi üzvdən ibarət olub tamamilə dövlət büdcəsindən maliyyələşir. Bu 

qurumun  müstəqil  olmasına  heç  bir  hüquqi  zəmanət  yoxdur.  Dövlət  himayəsində  olmayan  müstəqil 

yayımçılar (məsələn, Obyektiv TV) illərlə cəhd etsələr də, yayım üçün lisenziya əldə edə bilmirlər.  

 

Son  zamanlar  hökumət  yeni  potensial  yayımçıların  boş  tezlik  əldə  etmələri  üçün  keçirilən  tenderlərin 



sayını  minimuma  endirib.  2010-cu  ilə  qədər  yayımçılara  lisenziyaların  verilməməsi  boş  tezliklərin 

olmaması  ilə  əsaslandırılırdı.  Lakin  həmin  vaxt  MTRŞ  teleradioyayımı  haqqında  qanunun  tələblərini 

pozaraq  yayım  üçün  boş  tezliklərin  siyahısını  dərc  etməkdən  imtina  edirdi.  İndi  isə,  MTRŞ  bildirir  ki, 

tezliklər kifayət qədərdir, amma Azərbaycan kimi kiçik ölkədə çoxsaylı telekanalların olmasına ehtiyac 

yoxdur. Habelə  MTRŞ  rəsmiləri  bəyan  edirlər  ki,  yeni  telekanalların  açılacağı  təqdirdə  mövcud 

telekanalların  reklamdan  gələn  gəlirləri  azalacaq  ki,  bu  da  nəticə  etibarilə  telekanalların  işinin 

keyfiyyətinə pis təsir göstərəcək.

7

 MTRŞ-nın bu arqumenti bir daha onu göstərir ki, hakimiyyət teleradio 



yayımı bazarına yeni müstəqil iştirakçıların daxil olmasına imkan vermək istəmir və bununla da medianın 

inkişafına mane olur. 

 

Efirə lisenziyanın alınmasının mümkünsüzlüyü onlayn telekanalların yaranması zərurətini ortaya çıxarıb. 



Bu gün ölkədə dörd onlayn televiziya var ki, onların da üçünün hazırladığı məzmunlar alternativ fikirləri 

əks  etdirir.  Amma  iri  həcmli  video  məzmunların  sayta  yüklənməli  olduğunu  nəzərə  alsaq,  mobil  və 

stasionar  internetin  sürətinin  az,  qiymətinin  isə  baha  olması  mövcud  seqmentin  inkişafını  ləngidir. 

Yalnız ölkədə  hamı  üçün  çatımlı  və  qiymətcə  münasib  olan  optik  şəbəkə  qurulduğu  təqdirdə  onlayn 

telekanallar kifayət qədər populyarlıq qazanıb, ənənəvi telekanallarla rəqabət apara bilər. 

  

Hesabat dövründə yerli mediada gedən məlumatlara görə, yerli hakimiyyət orqanları Bərdədə Türkiyənin 



                                                 

7

http://bit.ly/PaLcLA



 


2013-cü ilin Birinci Rübünü Əhatə Edən İfadə Azadlığı Hesabatı 

 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu 



 

22 


Media TV telekanalının ictimai yerlərdə izlənməsinə qadağa qoyub. Media TV Azərbaycanın regionları 

ilə  bağlı  hazırlanan  “Azərbaycan  Saatı”  müxalifyönlü  proqramın  yayımlandığı  peyk  telekanalıdır. 

“Azərbaycan Saatı” qeyri-döyüş şəraitində əsgərlərin ölümü məsələsinin geniş ictimai müzakirələrə səbəb 

olmasında  mühüm  rol  oynayıb.  Məlumatlara  görə,  Bərdə  polisi  kafe  və  çayxana  sahiblərindən  peyk 

antenləri  yığışdırmağı  tələb  edib, buna əməl  olunmayacağı  halda isə həmin  obyektlərin  bağlanacağı  ilə 

bağlı sahiblərinə xəbərdarlıq edilib. 

 

Çap mediasının məhdudlaşdırılması      

 

Birbaşa siyasi nəzarət və iqtisadi təzyiqin tətbiq olunması, habelə ədalətli qaydaların mövcud olmaması 

Azərbaycanda  peşəkar  jurnalistikanın  inkişafına  ciddi  zərər  vurur.  Bu  hal  xüsusilə  çap  mediası  üçün 

xarakterikdir.  

 

Hakim  rejim  tənqidçi  qəzetlərin  reklam  gəlirlərinə  təsir  etməklə,  bu  qəzetlərin  yayımına  problem 



yaratmaqla və onlara qarşı diffamasiya ittihamları irəli sürməklə onları susdurmağa çalışır. Bunun nəticəsi 

olaraq ictimai tənqid və mühüm ictimai məsələlərin müzakirəsi getdikcə daha da azalır. Hökumətə-meylli 

nəşrlərin yüksək satış imkanlarına malik olması və tərəfsizliyi təmin edən standartların mövcud olmaması 

Azərbaycanda çap mediası üçün qeyri-bərabər rəqabət mühiti yaradır. 



 

Dövlət çap mediasına iqtisadi təzyiq yolu ilə nəzarət edir. Dövlətə məxsus və hakimiyyətə yaxın media 

orqanları  həm  dövlət  idarələrinin  bu  nəşrlərə  icbari  abunəsindən,  həm  də  dövlət  şirkətlərinin  üstünlük 

təşkil  etdiyi  reklam  bazarından  əldə  etdikləri  gəlirlər  hesabına  maliyyələşir.  “Azadlıq”  qəzetinin  baş 

redaktor müavini Rahim Hacıyevin sözlərinə görə, şirkətlərin tənqidçi mediada reklam yerləşdirməsinin 

qarşısı hədə-qorxu ilə alınır.

8

 

 



Mətbuat yayımı şirkətlərinə nəzarət tənqidçi mətbu orqanları üçün bazarı daha da məhdudlaşdırır. 2012-ci 

ildə Bakı şəhəri ərazisində, xüsusilə şəhərin mərkəzində üzərində Press-Köşk yazılmış və içində qəzetdən 

başqa hər cür ərzaq və məişət mallarının satıldığı yaraşıqlı köşklər yerləşdirilib. Bu köşklərin yanında isə 

kiçik  stellajda   bir  neçə  nüsxə  qəzetə  rast  gəlmək  olar.  Kimə  məxsus  olması  barədə  məlumatın  gizli 

saxlandığı  bu  köşklər  “Qaya”  və  “Qasid”  mətbuat  yayımı  şirkətlərinə  məxsus  köşklərin  əvvəllər 

yerləşdiyi ərazilərdə qurulub.  

 

“Qaya”  və  “Qasid”  şirkətləri  abunədən  əldə  olunan  gəlir  baxımından  da  ağır  zərbə  alıblar.  “Qaya” 



Mətbuat  Yayımının  direktoru  Xanhüseyn  Əliyevin  verdiyi  məluma  görə,  bütün  dövlət  müəssisə  və 

təşkilatlarına  yalnız  “Kaspi”  Mətbuat  Yayımı  şirkətinə  abunə  olmaları  ilə  bağlı  şifahi  tapşırıq  verilib.

9

 

Mətbuat  yayımın  məhdudlaşdırılması  “Yeni  Müsavat”  və  “Azadlıq”  kimi  iri  tirajlı  qəzetlərin  satışdan 



gələn  gəlirlərinə  ciddi  şəkildə  təsir  göstərib.  Mətbuat  yayımın  bütün  istiqamətlərdə  (səyyar,  köşklər  və 

abunə)  inhisara  alınması  gələcəkdə  istənilən  qəzet  və  jurnalın  hökumət  tərəfindən  asanlıqla  satışdan 

çıxarılmasına şərait yarada bilər.  

 

Müxalif  və  müstəqil  qəzetlərin  yayımla  bağlı  problemi  təkcə  Bakı  ilə  sərhədlənmir.  Hesabat  dövründə 



Naxçıvanda hökuməti tənqid edə qəzetlərin satışına qadağa qoyulması ilə bağlı məlumatlar dərc olunub. 

Həmin  məlumata  görə,  tənqidi  qəzetlərə  nə  köşklərdə,  nədə  Naxçıvan  poçtunda  rast  gəlmək  mümkün 

olmayıb. “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinin ümumiyyətlə tapılmadığı qeyd olunub. 

 

 .



                                                 

8

http://bit.ly/13UuBn6



 

 

9



Azərbaycan Redaktorlar Birliyinin 2012-ci ilin iyununda keçirilmiş konfransında qeyd olunub: 

http://bit.ly/ZaN73d

 



2013-cü ilin Birinci Rübünü Əhatə Edən İfadə Azadlığı Hesabatı 

 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu 



 

23 


 

Fəsil 5: Onlayn ifadə azadlığı

10

 

Ötən  bir  neçə  il  ərzində  texnikanın  inkişafı  və  artan  istehlakçı  tələbi  daha  çox  insanın  internetə 

çatımlılığını  mümkün  etmişdir  ki,  bunun  da  nəticəsində  həm  Azərbaycanda,  həm  də  dünya  miqyasında 

internetdən istifadə edənlərin sayında artım  müşahidə olunmuşdur. Hazırda Azərbaycan əhalisinin üçdə 

bir hissəsinin internetə çıxışı var ki

11

, bu da interneti informasiya mübadiləsi platformasına çevirmişdir. 



İnternetdən  istifadənin  yüksəlməsinə  paralel  olaraq  insanların  internetə  çatımlılığını  və  onların  onlayn 

fəaliyyətini məhdudlaşdırma hallarında da artım müşahidə olunmuşdur.   

 

Azərbaycanda  internet  qismən  azad  hesab  oluna  bilər.  Lakin  2012-ci  ildə  Bakıda  keçirilmiş  İnternet 



İdarəçilik Forumundan sonra, xüsusilə də 2013-cü ilin ilk rübündə, bu sahədə bir çox narahat edici hallar 

baş verib. 

 

Onlayn  ifadə  azadlığına  ən  böyük  təhlükə  internetdə  tənqidi  fikirlər  səsləndirmiş  şəxslərin  hökumət 



tərəfindən təqib olunması olmuşdur. Texniki cəhətdən Azərbaycanlılar internetdə istədiklərini edə bilsələr 

də,  bunun  arzuolunmaz  nəticələrə  aparıb  çıxarmayacağına  heç  bir  zəmanət  verilə  bilməz.  Əksinə,  əgər 

kimsə  internetdə  öz  fikirlərini  bildirərkən  "müəyyən  hədd"i  keçirsə,  məsələn,  etiraza  çağırış  edirsə, 

korrupsiya  faktlarının  üstünü  açırsa  yaxud  da  prezidenti  və  onun  ailəsini  tənqid  edirsə,  özünü  böyük 

təhlükəylə üz-üzə qoyur.  

 

Martın  sonunda  internetdə  səsləndirdikləri  tənqidi  fikirlərə  görə  həbsdə  saxlanan  jurnalistlərin  sayı  iki 



olmuşdur:  Nicat  Əliyev  və  Fərəməz  Novruzoğlu.  Bundan  başqa,  onlayn  fəaliyyətlərinə  görə  Vüqar 

Qonaqov  və  Zaur  Quliyev  də  müəyyən  müddət  həbs  cəzası  çəkiblər.

12

  Xaricdə  mühacirətdə  yaşayan 



bloqçu  Elnur  Məcidlinin  də  Azərbaycana  geri  döndüyü  təqdirdə  həbs  olunma  təhlükəsi  var-  belə  ki, 

blogger Facebook vasitəsilə etiraza çağırış etməkdə ittiham olunur.   

 

Facebook-dan  istifadə  etməklə  etiraz  aksiyalarını  təşkil  edən  fəallar  sərbəst  toplaşma  haqqında  qanuna 



edilmiş son dəyişikliklərə uyğun olaraq yüksək məbləğdə cərimələnirlər. Məsələn, yanvarın 26-da N!DA 

vətəndaş  hərəkatının  fəalı  Turqut  Qəmbər  Facebook  vasitəsilə  etiraza  çağırdığına  görə  2500  manat 

cərimə olundu. Eyni ittihamla əvvəllər bir dəfə də həbs olunmuş blogger Emin Milli 15 gün inzibati həbs 

cəzası  aldı.  Məhkəmə  qərarında  göstərilirdi  ki,  gənc  fəallar  Facebook-da  “qanunsuz”  çağırışlar 

yerləşdirməklə vətəndaşları qanunsuz etiraz aksiyasında iştiraka dəvət ediblər. 

 

Fevralın 27-də polis əməkdaşları AXCP gənclər hərəkatının üzvü Türkel Əlisoyun yaşadığı evə gələrək 



onu  Bakı  Şəhər  Baş  Polis  İdarəsinə  aparıb.  Orada  Cinayət-Axtarış  İdarəsinin  rəisi  Əliaslan  Ağayev 

Türkelə  Facebook  səhifəsindən  çıxarışların  çap  versiyasını  göstərərək  onu  tələbələri  dərsə  getməməklə 

etiraza səsləməkdə günahlandırıb. Əlisoy yeddi saat polis idarəsində saxlanıb. Polis Əlisoyu Facebook-da 

etirazlara çağırışa davam etdiyi təqdirdə ona qarşı cinayət işinin açılacağı ilə hədələyib.   

 

Sosial medianın ölkədə artan nüfuzunu hiss edən hakim partiyadan olan deputatlar öz çıxışlarında sosial 



şəbəkələrin,  xüsusilə  də  Facebook-un,  tənzimlənməli  və  hətta  bloklanmalı  olduğunu  vurğulayıblar. 

Məsələn,  martın  28-də  hakim  partiyadan  olan  nüfuzlu  deputat  Siyavuş  Novruzov  parlamentə 

“vətəndaşların  şərəf  və  ləyaqətini  qorumaq”  məqsədi  ilə  sosial  medianı  hüquqi  cəhətdən  tənzimləməyi 

təklif edib.  

 

                                                 



10

Azərbaycanda  onlayn    ifadə  azadlığı  haqqında  daha  ətraflı  məlumatı  Onlayn  İfadə  Təşəbbüsü    Koalisiyasının  2012-ci  ilin 

noyabrında hazırladığı “Azadlıq Axtarışında: Azərbaycanda Onlayn İfadə” adlı hesabatdan əldə edə bilərsiniz. Hesabat aşağıdakı 

linkdədir: 

http://bit.ly/102EIyc

 

 



 

11

http://bit.ly/KsXwTl



 

12

 Bu məsələlər hesabatın Üçüncü Fəslində daha ətraflı müzakirə olunur.



 


2013-cü ilin Birinci Rübünü Əhatə Edən İfadə Azadlığı Hesabatı 

 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu 



 

24 


Azərbaycan  hakimiyyəti  internetə  getdikcə  daha  çox  nəzarət  etməyə  cəhd  etsə  də,  internet  əksər 

vətəndaşlar üçün xəbərin əsas mənbəyi olan çap və yayım mediasına nisbətən daha az məhdudlaşdırılmış 

hesab  oluna  bilər.  1999-cu  ildə  qəbul  olunmuş  “KİV  haqqında  qanun”  interneti  kütləvi  informasiya 

vasitəsi  hesab  edir.  Bu  səbəbdən,  qanunla  KİV-lərə  şamil  olunan  bütün  problematik  qaydalar  eynilə 

internetin  tənzimlənməsi  üçün  də  tətbiq  oluna  bilər.  Rabitə  və  İnformasiya  Texnologiyaları  Nazirliyi 

(RİTN) ölkədə internetin tənzimlənməsi ilə məşğul olan əsas qurumdur. Lakin ekspertlər bu funksiyanın 

həm də dövlət nəzarətində olmayan digər bir quruma da verilməsinin vacibliyini vurğulayırlar. Nazirlik 

milli “.AZ” domeninin verilməsinə də məhdudiyyətlər tətbiq edir. 



 

Onlayn  media  Azərbaycanda  senzuradan  azad  olsa  da,  hakimiyyət  bu  mediaya da  nəzarət etməyə  cəhd 

göstərmişdir.

13

  Hökumət  rəsmilərinin  çıxışlarından belə  başa düşmək  olar  ki,  internetə  nəzarətin  hüquqi 



mexanizmləri  (məsələn  onlayn  televiziyaların  lisenziyalaşdırılması)  yaxınlarda  tətbiq  oluna  bilər. 

Məsələn,  yanvarın  10-da  verdiyi  açıqlamada  MTRŞ  rəhbəri  Nuşirəvan  Məhərəmli  bildirib  ki,  ənənəvi 

telekanallarda olduğu kimi onlayn televiziyalar da lisenziyalaşdırılmalıdır.  

  

RATİ  həmçinin  “uşaqları  internetdə  pornoqrafiya  və  digər  zərərli  məzmunlardan  qorumaq”  adı  altında 



hökumətə  interneti  geniş  şəkildə  tənzimləmək  hüququ  verəcək  qanunun  qəbul  olunması  planlarından 

ciddi  narahatlıq  hissi  keçirir.  Çünki  avtoritar  rejimlərdə  belə  qanunun  qəbul  olunması  çox  zaman 

internetin texniki senzuraya məruz qalması ilə nəticələnir. Məsələn, hökumət qurumları qadağan olunmuş 

saytların “qara siyahı”sını hazırlayır və bu saytlara giriş bloklanır.  

 

  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                                                 

13

http://bit.ly/aJTzXs



 

 



2013-cü ilin Birinci Rübünü Əhatə Edən İfadə Azadlığı Hesabatı 

 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu 



 

25 


 

 

Nəticə 

 

 



2013-cü  ilin  əvvəlində  Azərbaycanda  ifadə  azadlığının  durumu  son  dərəcə  ağır  olaraq  qalıb.  Rejim 

cəmiyyətin  diqqətini  hökumətin  korrupsiya  əməllərindən,  hakimiyyətə  qarşı  etiraz  aksiyalarından,  və 

ölkədəki  digər  sosial  problemlərdən  yayındırmaq  və  tənqidi  səsləri  susdurmaq  üçün  düşünülmüş  və 

düşünülməmiş üsullardan istifadə edir.  

 

Yaxınlaşmaqda  olan  prezident  seçkilərinin  beynəlxalq  standartlara  uyğun  olaraq  azad  və  ədalətli  hesab 



olunması üçün hökumət bərabər şərait yaratmalı, bütün namizədlərin və onların tərəfdarlarının birləşmə 

və ifadə azadlığı hüquqlarına hörmətlə yanaşmalı və bu hüquqları təmin etməlidir.  

 

Media  azadlığı  seçkilər  keçirilən  zaman  və  seçki  ərəfəsində  xüsusi  əhəmiyyət  daşıyır.  Senzura,  təhdid, 



həbs və tənqidi səsləri susdurmağın digər formaları azad seçki anlayışı ilə qətiyyən bir araya sığmır.  

 

Seçkilərin  mediada  ədalətli  və  peşəkarcasına  işıqlandırılması  üçün  hökumət  seçkiləri  işıqlandıran 



jurnalistlərin  bütün  lazımi  məlumatlarla  tam,  ədalətli  və  effektiv  şəkildə  təmin  olunmasına  şərait 

yaratmalı; jurnalistlərin şəxsi təhlükəsizliyini və onların təhlükəsiz mühitdə fəaliyyət göstərməsini təmin 

etməli; seçki zamanı seçkilərin mediada peşəkar işıqlandırılması prinsiplərini, jurnalist hüquqlarını, seçki 

prosesini,  təhlükəsizlik  haqqında  məlumatı,  həmçinin  insan  haqları  xüsusən  də  ifadə  azadlığı  haqqında 



beynəlxalq qanunvericilikdən qeydləri də özündə əks etdirən təlimat kitabçaları hazırlayıb yaymalıdır.       

 

Yüklə 280,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə