Azərbaycanda Azad Sözə Basqı Davam Edir



Yüklə 280,68 Kb.
Pdf görüntüsü
səhifə6/9
tarix07.04.2018
ölçüsü280,68 Kb.
#36266
1   2   3   4   5   6   7   8   9

2013-cü ilin Birinci Rübünü Əhatə Edən İfadə Azadlığı Hesabatı 

 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu 



 

14 


Fevralın  26-da  “Yeni  Müsavat”  qəzetinin  baş  redaktoru  Rauf  Arifoğlu  RATİ-yə  bildirib  ki,  “Yeni 

Müsavat” qəzetinə qarşı yüksək məbləğli iddialar qəzeti sıradan çıxarmağa hesablanıb. O vurğulayıb ki, 

bu  iddiaları  verənlər  ya  hakimiyyətdə  təmsil  olunan  şəxslər,  ya  da  vəzifəli  şəxslərin  nəzarətində  olan 

biznes  qurumlarıdır.  “Qəzetdən  2012-ci  ildə  məhkəmələr  vasitəsilə  tələb  olunan  cərimələrin  ümumi 

məbləği  2  milyon  950  min  manat  olub  və  hazırda  icrada  olan  cərimələrin    məbləği  55600  manatdır”  – 

deyə Arifoğlu qeyd edib. 

“Yeni  Müsavat”a  qarşı  digər  bir  iddia  isə  ANS  Şirkətlər  Qrupu  tərəfindən  qaldırılıb.  Yanvarın  15-də 

qəzetdə  dərc  olunmuş  “ANS-in  iki  jurnalı  bağlandı”  xəbərinə  görə  məhkəməyə  müraciət  edən    ANS 

Şirkətlər Qrupu qəzetin təkzib verməisini və 20 min manat cərimə ödəməsini istəyir. Qeyd edək ki, “Yeni 

Müsavat”  qəzeti  jurnalların  bağlanması  ilə  bağlı  xəbəri  AzNEWS.az  saytına  istinadən  yazıb.    ANS 

Şirkətlər  Qrupu  həmin  saytı  da  məhkəməyə  verərək,  təkzib  verməsini  və  100000  manat  təzminat 

ödəməsini istəyib. 

Daxili  işlər  naziri  Ramil  Usubov  və  fövqəladə  hallar  naziri  Kəmaləddin  Heydərov  "Azadlıq"  qəzetinin 

baş redaktoru Qənimət Zahidə qarşı xüsusi ittiham qaydasında diffamasiya iddiası qaldırıblar. Buna səbəb 

martın  1-də  “Azadlıq"  qəzetində  dərc  olunmuş  "Ramil  Usubov  Kəmaləddin  Heydərova  qəzəblənib" 

başlıqlı məqalə olub. Nazirlər məhkəmədən jurnalisti Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri 

ilə  təqsirli  bilərək  cəzalandırmağı  istəyiblər.  Martın  12-də  qəzetin  qeyd  olunmuş  yazı  ilə  bağlı  təkzib 

verməsindən və nazirlərdən üzr istəməsindən sonra hər iki nazır iddialarını geri götürüblər.  

 

 

Media ilə bağlı digər məhkəmə prosesləri  

 

Yanvarın 23-də 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində hakim Vüsalə Baxışovanın sədrliyi ilə Turan 



İnformasiya  Agentliyinin  Bakı  şəhər  İcra  Hakimiyyətinə  qarşı  iddiası  üzrə  məhkəmə  prosesi  keçirilib. 

Məhkəmə Turan agentliyinin iddiasını qismən təmin edib. İcra Hakimiyyətinin üzərinə qəzet köşklərinin 

sahibi  və  sayı  haqqında  məlumat  vermək,  həmçinin  10  manat  məhkəmə  xərclərini  ödəmək  öhdəliyi 

qoyub. Turan agentliyinin direktoru Mehman Əliyev məhkəmənin işə baxılması prosesini əsassız olaraq 

uzatması  və  praktiki  olaraq  meriyanın  maraqlarını  dəstəkləməsinə  görə  qərardan  apellyasiya  şikayəti 

verməyi planlaşdırır.  

 

Martın  18-də  Yasamal  Rayon  Məhkəməsində  hakim  Tahir  İsmayılovun  sədrliyi  ilə  jurnalist  Xədicə 



İsmayılovanın “İki Sahil” qəzetinə  qarşı iddiası təmin edilməyib. Xatırladaq ki, Xədicə İsmayılova “İki 

Sahil”  qəzetinin  15  mart  2012-ci  il  tarixli  sayında  “Xədicənin  suçu  nə”  başlıqlı  məqalədə  ona  böhtan 

atıldığını əsas gətirərək şərəf və ləyaqətinə, işgüzar nüfuzuna dəyən zərərə görə qəzetin təkzib verməsini, 

üzr istəməsini və jurnalistə mənəvi zərərə görə  iki min manat təzminat ödənilməsi tələbi ilə məhkəməyə 

müraciət etmişdi. 

 

 

  

 



2013-cü ilin Birinci Rübünü Əhatə Edən İfadə Azadlığı Hesabatı 

 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu 



 

15 


 

Fəsil 3: Jurnalistlərin, bloqçuların və hüquq 

müdafiəçilərinin həbsi    

Azərbaycan  hakimiyyətinin  müxalifəti  susdurmaq  və  etirazları  boğmaq  üçün  təzyiq  vasitəsi  kimi  həbs 

metodundan  istifadədə  böyük  təcrübəsi  vardır.  Son  illərdə  jurnalistlərin,  bloggerlərin  və  fəalların  peşə 

fəaliyyətləri ilə bağlı olaraq (məs, diffamasiya ittihamı əsasında) həbs olunması tendensiyası onların ilk 

baxışda peşə fəaliyyətləri ilə əlaqəli görünməyən yeni ittihamlar (xuliqanlıq, odlu silah saxlama, narkotik 

vasitə əldə etmə və saxlama, ədavəti qızışdırma, terrorizmə dəstək vermə, vergidən yayınma, hədə-qorxu 

ilə tələb etmə, kütləvi iğtişaşa çağırma, və s.) əsasında həbs olunması tendensiyası ilə əvəz olunmuşdur. 

 

Yanvarın  23-də  Azərbaycanın  AŞPA-dakı  nümayəndəliyi  qurumun  məruzəçisi  tərəfindən  hazırlanmış 



“Azərbaycanda siyasi məhbus məsələsinin ardı”

4

 adlı hesabatının qəbul olunmamasına nail oldu. AŞPA 



deputatlarının səsverməsinə çıxarılan qətnamə 79 səs lehinə və 125 səs əlehinə olmaqla qəbul olunmadı. 

Bu  qətnamənin  qəbul  olunmamasını  hüquq  müdafiəçiləri  AŞPA-nın  Azərbaycanı  üzv  dövlət  olaraq 

öhdəliklərin  layiqincə  yerinə  yetirilməsi  baxımından  cavabdeh  tuta  bilməməsi  kimi  qiymətləndirdilər. 

Azərbaycan  hökuməti  isə  bundan  istifadə  edərək  vətəndaşları  ifadə  azadlığı  ilə  də  bağlılığı  olan  siyasi 

motivli ittihamlarla həbs etməyə davam etdi. 

 

2013-cü  ilin  birinci  rübünün  sonunda  Azərbaycanda  ifadə  azadlığı  ilə  bağlı  olaraq  siyasi  motivli 



ittihamlar əsasında həbsdə olan yeddi jurnalist olmuşdur: 

 

1.



 

Nicat Əliyev, azadxeber.az saytının baş redaktoru 

2.

 



Araz Quliyev, xeber44.com saytının baş redaktoru  

3.

 



Fuad Hüseynov, müstəqil jurnalist 

4.

 



Hilal Məmmədov, “Tolışi Sədo” qəzetinin baş redaktoru 

5.

 



Fərəməz Novruzoğlu, müstəqil jurnalist 

6.

 



Tofiq Yaqublu, “Yeni Müsavat” qəzeti 

7.

 



Əvəz Zeynallı, “Xural” qəzetinin baş redaktoru 

 

Jurnalistlərə əlavə olaraq, rübün sonunda iki hüquq müdafiəçisi də ifadə azadlığı ilə bağlı olaraq siyasi 



motivli ittihamlar əsasında həbsdə qalmışdır. Kür Vətəndaş cəmiyyətinin fəalı İlham Əmiraslanov yerli 

məmurları  2010-cu  il  Kür  daşqınlarından  əziyyət  çəkən  ailələr  üçün  nəzərdə  tutulmuş  pulların 

mənimsənilməsində ittiham etdikdən sonra odlu silah əldə etmə və saxlama ittihamları ilə həbs olunmuş, 

hal-hazırda  məhkum  olunduğu  2  il  həbs  cəzasını  çəkir.  Hüquq  müdafiəçisi  Bəxtiyar  Məmmədov  isə 

hədə-qorxu ilə külli miqdarda vəsaiti mənimsəmə və dələduzluq ittihamları ilə 8 il həbs cəzasına məhkum 

olunmuş  və  hal-hazırda  cəzasını  çəkməkdədir.  Məmmədov  Avroviziya  2012  mahnı  müsabiqəsinin 

keçirildiyi Kristal Hall konsert kompleksinin tikintisi zamanı sökülən evlərin sakinlərini müdafiə etdikdən 

sonra həbs olunub.  

 

 

Jurnalistlərin cari tutulma və həbs halları (2013-cü il 31 marta qədər) 



 

“Azadxeber.az”  saytının  baş  redaktoru  Nicat  Əliyev  2012-ci  ilin  mayın  20-də  “Memar  Əcəmi”  metro 

stansiyası  yaxınlığında  yerləşən  "Killer"  kişi  geyimləri  mağazasının  qarşısında  saxlanılaraq  Yasamal 

rayonu  Polis  İdarəsinin  27-ci  Polis  Bölməsinə  aparılıb.  Daha  sonra  baş  redaktora  qarşı    Cinayət 

Məcəlləsinin  (CM)  234.1-ci  maddəsi  (qanunsuz  olaraq  narkotik  vasitələri,  psixotrop  maddələri  və  ya 

prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə ittiham irəli 

sürülüb  və  barəsində  2  ay  müddətində    həbs  qətimkan  tədbiri  seçilib.  Hesab  olunur  ki,  N.Əliyev 

                                                 

4

http://bbc.in/VWK5kp



   

 



Yüklə 280,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə