Azərbaycanda Azad Sözə Basqı Davam Edir



Yüklə 280,68 Kb.
Pdf görüntüsü
səhifə4/9
tarix07.04.2018
ölçüsü280,68 Kb.
#36266
1   2   3   4   5   6   7   8   9

2013-cü ilin Birinci Rübünü Əhatə Edən İfadə Azadlığı Hesabatı 

 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu 



 

Yanvarın 22-də “Azadlıq” qəzetinin müxbiri Ərşad İbrahimli naməlum şəxs tərəfindən izlənməsi barədə 



Reportyorların  Azadlıq  və  Təhlükəsizlik  İnstitutuna  (RATİ)    məlumat  verib.  Onun  sözlərinə  görə, 

yanvarın  22-də  Gəncə  şəhər  polisindən  olduğunu  deyən,  amma  adını  gizli  saxlayan  bir  nəfər    onunla 

telefon  əlaqəsi  saxlayaraq,    onun  nəzarətə  götürülməsi  barədə  xəbərdar  edib.  Yanvarın  23-də  səhər 

saatlarında isə jurnalist mülki geyimdə olan bir nəfər tərəfindən izlədiyini hiss edib. Jurnalist izlənməsinin 

səbəbini  Gəncədə  keçmiş  polis  rəisi  Rasim  Musayev  ilə  icra  başçısı  Elmar  Vəliyevin  davası  haqda 

məlumatların mətbuata çıxmasında polisin ondan şübhələnməsinin olduğunu ehtimal edir. 

Yanvarın  24-də  İsmayıllıda  baş  vermiş  hadisələrdə  “musavat.com”  saytının  telereporyoru  Araz 

Bayramov  polis təzyiqi  ilə  üzləşib. Jurnalistin sözlərinə  görə    axşam  saat  20  radələrində  çəkiliş  aparan 

zaman  polis  tərəfindən  saxlanılıb.  Bayramov  zorla  polis idarəsinə  aparılmış,  1  saat  orada  saxlanmış  və 

yalnız  polisin  saytın  redaksiyası  ilə  əlaqə  saxlamasından,  və  jurnalistin  orada  işləməsini 

dəqiqləşdirməsindən  sonra  sərbəst  buraxılıb.  Jurnalist  bundan  sonra  da  hadisələri  çəkərkən  polis 

tərəfindən yenidən saxlanaraq şöbəyə aparılmış və yolda ikən polis ona sillə vurmuşdur.Jurnalist bu dəfə 

20 dəqiqə saxlandıqdan sonra sərbəst buraxılmışdır. 

Yanvarın 26-da Bakının mərkəzində müxalifət tərəfindən təşkil olunmuş icazəsiz etiraz aksiyası hökumət 

tərəfindən zor tətbiq edilməklə dağıdılıb. Polis aksiya keçirilən ərazilərdə həm “press” yazılı fərqləndirici 

gödəkcədə olan, həm də belə gödəkcə geyinməyən jurnalistləri də hadisə yerindən uzaqlaşdırmağa cəhd 

göstərib.  Aksiyada  çəkiliş  aparan  Obyektiv  TV  reportyoru  Rəşad  Əliyev  və  Yurd  TV-nin  operatoru  



Emin Şahverdizadə mülki geyimli polis nəfəri tərəfindən qəsdən bir-birinin üstünə itələnib.

 

Nəticədə hər 



ikisi  yerə  yıxılaraq,  müxtəlif  bədən  xəsarətləri  almışlar.  Rəşad  Əliyevin  ayağı  burxulub,  Emin 

Şahverdizadə isə qolu möhkəm əzilib və ona məxsus videokamera yerə dəymə nəticəsində yarasız hala 

düşüb.  Aksiya  zamanı  bir  neçə  media  nümayəndəsi  də  saxlanaraq  polis  bölməsinə  aparılıblar. 

Saxlanılanlar arasında  1news.az saytının müxbiri Zaur Rəsulzadə və video çəkiliş aparan blogger Fuad 

Hacıyev  olmuşdur.  "Press"  gödəkçələri  geyinməyən  jurnalistlərin  saxlanmasına  əmr  verənlərdən  biri  

mülki geyimdə olan Daxili İşlər Nazirliyinin (DİN) zabiti Orxan Axundzadə olmuşdur. 

Yanvarın 31-də “Azadlıq” qəzetinin İsmayıllı rayonunda yaşayan bölgə müxbiri Elçin İsmayıllı nömrəsi 

olmayan taksi tərəfindən bir neçə gün izlənildiyini və təhdidlərlə üzləşdiyini bildirir. Elçin İsmayıllı əlavə 

edib ki, İsmayıllıda 23-24 yanvarda baş verən hadisələrdən sonra hadisələr barədə məlumatları ilk olaraq 

mətbuata ötürdüyünə görə rayon prokurorundan, rayon polis şöbəsinin rəis müavini Şöhrət Kərimovdan 

və rayon rəhbərliyindən dəfələrlə təhdidlər gəlib. Polis rəisi müavini və prokuror jurnalisti regiona hüquq 

müdafiəçilərinin və junalistlərin səfərini təşkil etməkdə ittiham edərək ondan bunlara son qoymağı tələb 

ediblər. Jurnalist telefonuna hədə-qorxu dolu sms-lər və zənglərin gəldiyini bildirib. Fevralın 8-də Elçin 

İsmayıllı baş verənlər barədə ifadə vermək üçün polis idarəsinə çağırılıb. Jurnalist təhdid olunduğu barədə 

məlumatları ictimailəşdirdikdən sonra bu təhdidlərə son qoyulduğunu bildirib.  

Fevralın 4-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinin qarşısında mühafizəçi polislər 

Obyektiv  TV-nin  əməkdaşı  Cavid  Qurbanovun  qanuni  peşə  fəaliyyətini  yerinə  yetirməsinə  maneçilik 

törədiblər.  23-24  yanvarda  baş  vermiş  İsmayıllı 

hadisələrinə

  görə  dindirilməyə  çağırılan  Respublikaçı 

Alternativ (REAL) hərəkatının sədri İlqar Məmmədov və Müsavat başqanının müavini Tofiq Yaqublunu 

çəkərkən,  idarənin  mühafizəçi  polisləri  Cavid  Qurbanovu  idarəyə  apararaq,  kamerasını  əlindən  alıb. 

Ondan nə məqsədlə çəkiliş apardığı soruşulub və xidməti binanın çəkilməsinə icazə olmadığı bildirilib. 

Qurbanovun  kamerası  əlindən  alınandan  30  dəqiqə  sonra  onu  sərbəst  buraxsalar  da,  buraxılandan  15 

dəqiqə  sonra  kamerasını  geri  qaytarıblar.  Polislər  operatora  idarənin  xidməti  binasının  çəkilişini 

apararkən icazə almalı olduğu barədə xəbərdarlıq ediblər. 

Fevralın  5-də  “Azadlıq”  qəzetinin  baş  redaktorunun  müavini  Rahim  Hacıyev  “Azadlıq"  qəzetinin  5 

fevral 2013-cü il tarixli  sayında dərc olunmuş "Şamaxı da etiraz mitinqinə hazırlaşır" başlıqlı məqalə ilə 

bağlı  olaraq  Baş  Prokurorluğa  çağrılıb.  Bu  məqaləyə  görə  Prokurorluğa  çağrıldığını  deyən  Hacıyev 

bildirib  ki,  onu  qəbul  edən  Baş  Prokurorun  1-ci  müavini  Rüstəm  Usubov  məsələnin  araşdırıldığını  və 

həqiqətə uyğun olmadığını və icra hakimiyyətinə belə bir müraciət daxil olmadığını bildirib. R.Usubov 

həmçinin  bu  tip  materialların  ictimaiyyətdə  gərginlik  yaratdığını  vurğulayaraq,  təkzib  verilməsini  tələb 

etmiş, belə məlumatların gələcəkdə dərc olunacağı təqdirdə, barəsində inzibati və cinayət məsuliyyəti də 

daxil  olmaqla,  qanunvericilikdə  nəzərdə  tutulmuş  daha  ciddi  məsuliyyət  tədbirləri  görüləcəyi  barədə 




2013-cü ilin Birinci Rübünü Əhatə Edən İfadə Azadlığı Hesabatı 

 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu 



 

10 


rəsmi  xəbərdarlıq  etmişdir.  Xəbərdarlığı  əsassız  hesab  edən  redaktor  bildirib  ki,  informasiya  yaymaq 

qəzetin vəzifəsidir.  

Fevralın 15-də  “Unikal” qəzetinin baş redaktoru Asəf Rzayev telefonla təhdid edilməsi barədə məlumat 

verib.  Jurnalistin  sözlərinə  görə,  Abşeron  rayonunda  yerləşən  “Ağ  otel“in  əxlaqsızlıq  yuvası  kimi 

fəaliyyət göstərməsi ilə bağlı rəhbəri olduğu qəzetdə bir neçə məqalə dərc olunduqdan sonra, özünü otelin 

sahibi  kimi  təqdim  Elçin  adlı  şəxs  zəng  edərək  qəzetdə  otellə  bağlı  dərc  olunan  yazıların 

dayandırılmayacağı halda jurnalistin aqibətinin pis olacağını bildirib. A.Hacıyev məsələ ilə bağlı Daxili 

İşlər  Nazirliyinin  “102”  xidmətinə  məlumat  verdiyini  və  qəzet  vasitəsilə  Daxili  İşlər  nazirinə  və  Baş 

prokurora müraciət etdiyini deyib. 

Fevralın  19-da  Reportyorların  Azadlıq  və  Təhlükəsizlik  İnstitutunun  (RATİ)  bölgə  müxbiri 



Həkimeldostu  Mehdiyev  bildirib  ki,  Naxçıvan  Muxtar  Respublikasının  (NMR)  Naxçıvan  və  Şərur 

şəhərlərindəki  tibb  müəssisələri  jurnalistin  ağır  ginekoloji  xəstəlikdən  əziyyət  çəkən  həyat  yoldaşını 

əməliyyat etməkdən imtina edirlər. Jurnalistin sözlərinə görə, həyat yoldaşı əməliyyata təyin olunsa da, 

cərrahlar jurnalistin “yuxarılar”la problemlərinin olduğunu əsas gətirərək əməliyyatı başlamaqdan imtina 

ediblər.  Mehdiyev  və  onun  ailəsi  onun  jurnalist  fəaliyyəti  ilə  bağlı  olaraq  uzun  illər  təqibə  məruz 

qalmışdır.  

Fevralın 20-də 12 saylı cəzaçəkmə müəssisəsində siyasi motivli xuliqanlıq ittihamı ilə məhkum olunduğu 

6.5 il həbs cəzasını çəkən jurnalist Fuad Hüseynov həbsxanada ölümlə hədələnib. Junalistin anası Süsən 

Hüseynovanın bildirdiyinə görə, həbsxana rəhbərliyi həbsxanada baş verən qanunsuz əməllərin mediaya 

sızmasında onun oğlundan şübhələnir. Halbuki Fuad Hüseynov bütün baş verənlərdən xəbərsiz olub.  

Fevralın  21-də  Obyektiv  TV-nin  reportyoru  Əbülfət  Namazov  peşə  fəaliyyətini  həyata  keçirərkən 

hücuma  məruz  qalıb.  Gənc  fəal  Nigar  Yagublunun  məhkəməsi  zamanı  media  nümayəndələri  və  siyasi 

fəallar məhkəmə binasına buraxılmadıqları üçün Ə.Namazov Sumqayıt Şəhər Məhkəməsinin qarşısında 

çəkiliş  aparmağa  cəhd  edib.  Bu  zaman  mülki  geyimli  şəxslər  Namazovu  itələyərək  onun  çəkiliş 

aparmasına mane olublar.  

Fevralın 24-də  Müsavat  Partiyası  məclisinin  üzvü  Cahangir Əmirxanlı   “Yeni  Müsavat”  qəzetinin  23 

fevral  2013-cü  il  tarixli sayında  dərc  olunmuş  və  Gəncə  şəhər  rəhbərliyini,  ələlxüsus icra başçısı  Elmar 

Vəliyevi tənqid edən “Gəncə - gözəl diyar, kasıb şəhər...” başlıqlı yazısına görə polis idarəsinə çağırılıb. 

C.Əmirxanlı bildirib ki, əvvəlcə Gəncə Şəhərinin Kəpəz Rayon Polis İdarəsinə çağırılsa da, oradan polis 

əməkdaşlarının müşayiəti ilə Gəncə Şəhər Baş Polis İdarəsinə - rəis müavini İlqar Balakişiyevin qəbuluna 

aparılıb.  İlqar  Balakişiyev  yazı  ilə  bağlı  etirazını  bildirərək,  onu  qərəzli  yazı  yazmaqda  günahlandırıb. 

Daha sonra isə C. Əmirxanlı sərbəst buraxılıb. 

Fevralın  27-də  “Azadlıq”  qəzetinin  müxbiri,  peyk  vasitəsilə  Medya  TV-də  yayımlanan  “Azərbaycan 

saatı” verilişinin əməkdaşı və müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) mətbuat 

xidmətinin  rəhbəri  Natiq  Güləhmədoğlu  (Ədilov)  Sabirabad  rayonunda  yaşayan  qardaşı  Muradun  və 

dayısı oğlu Səbuhi Nadirovun həbs edildiyini bildirib. Ədilov həbslərin onun jurnalist fəaliyyəti ilə bağlı 

olduğunu düşünür. Sabirabad Rayon Polis Şöbəsinin rəisi Mübariz Quliyevin mətbuata verdiyi məlumata 

görə isə, adı çəkilən şəxslər narkotik vasitələrin qanunsuz dövriyyəsində günahlandırılaraq saxlanılıblar. 

Ədilov isə hesab edir ki, qohumları onun hökuməti tənqid etməsi səbəbindən həbs olunublar.  

Martın  2-də  “Zerkalo”  qəzetinin  reportyoru  Rəşad  Rüstəmov  peşə  fəaliyyətini  həyata  keçirərkən  kənd 

bələdiyyəsinin  başçısı  və  altı  nəfər  başqa  şəxs  tərəfindən  döyülüb.  Rüstəmov  Daşəkəsən  rayonunun 

Çovdar  kəndinə  sakinlərin  torpaqlarının  Azərbaycan  Beynəlxalq  Mineral  Resurslar  Şirkəti  tərəfindən 

qanunsuz  olaraq  ələ  keçirildiyi  barədə  şikayətləri  araşdırmaq  məqsədi  ilə  getdiyini  bildirib.  Kəndə 

çatdıqda özünü bələdiyyə başçısı kimi təqdim edən şəxs jurnalisti məktəbin həyətinə çağırmış, orada altı 

nəfər digər şəxslə jurnalisti döymüşdür. Baş vermiş  hadisə ilə bağlı olaraq qəzet rəhbərliyi Daxili İşlər 

Nazirliyinə və Baş Prokurorluğa müraciət edib.  

Martın 14-də "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyev iki şəxsin hücumuna məruz qalıb. 

Vəliyevin bildirdiyinə görə, tanımadığı şəxs ona zəng edərək görüşmək istədiyini bildirib. Razılaşdırılmış 

yerə  gəldikdə isə jurnalist orada  tapança  və  bıçaqla siahlanmış  10 nəfərlə  qarşılaşıb.  Həmin  şəxslərdən 



Yüklə 280,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə