Azərbaycanin göRKƏMLĠ adamlari



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə13/112
tarix31.10.2018
ölçüsü2,62 Mb.
#77348
1   ...   9   10   11   12   13   14   15   16   ...   112

28 
 
qırışdırıb,  belini  büküb.  Uzun  əsrlər  boyu  qılınc-qalxan  səsindən,  indi  də  atılan 
güllələrdən  qulağı  tutulub.  Bu  torpaq  qəribə  torpaqdır.  Havası  dəyən  adamın 
içərisini odla, alovla doldurur. Qoluna sonsuz qüvvət, güc verir. Torpağın havasını 
udan hər kəs kiminsə əsarəti altında inləməyi, əzab çəkməyi sevmir. Yerin, göyün 
bütün istibdad zəncirini qırıb parçalamaq, önündəki aslan qayaları, sıldırım dağları 
yarmaq  qüdrətində  olur.  Sirli,  ecazkar  torpaqdır  bura.  Atəşin,  odun  məkanıdır  bu 
yerlər. Babəkin azadlıq istəyi ilə parlayan qılıncı bu yerdə qınından sıyrılıb. İyirmi 
iki il o qılınc zülmkar başlar kəsib, qara qüvvələri əsir halına salıb. 
Yol  gedirdi.  Vətənindən,  yurdundan  ayrı  düşmüş  iyirmi  dörd  yaşlı  gənc 
Azəri  türkü  içərisində  istiqlaliyyət  alovu  ağrılı  fikirlər  içində  əzab  çəkirdi. 
Adamları zülmün, sitəmin qara pəncəli əlindən qurtarmaq yollarını düşünürdü. 
Yolçusu  olduğu  tozlu-torpaqlı  yol  nəhayətsiz  halda  uzanır,  sonu 
görünmürdü. 
Cavan  istiqlaliyyət  yolçusu  getdiyi  yolun  uzaqlığından,  daşlı-kəsəkli 
olmağından qorxmurdu. 
Yolçu yol gedirdi... 
Məmməd  Əmin  Rəsulzadə  İrana  gəlib  çatanda  güney  Azərbaycanında 
məşruyyət  hərəkatı  alovlanırdı,  hər  yandan  azadlıq,  hürriyyət  sədaları  göylərə 
yüksəlirdi.  Xalq  içərisində  çoxdan  közərən  azadlıq  işığını  alovlandırıb      ayağa 
qalxmışdı. O biri Azərbaycanda çar rejimi altında inildəyən xalq burada şah üsul-
idarəsinin  əzabını  çəkirdi.  Hakimiyyət  başında  türk  əsilli  Qacarlar  sülaləsinin 
olmağına  baxmayaraq  xalq  sıxıntılardan  qurtarmaq,  hürriyyət  havasını  udmaq 
istəyirdi. 
Güney Azərbaycanı ayağa qalxmışdı. 
Azəri türkləri məşrutə istəyi ilə alovlanırdılar. 
İrandakı  məşrutə  hərəkatının  başlanmağında  güney  Azərbaycanında  baş 
verən  hadisələrin  az  təsiri  olmamışdı.  Bakıda  neft  sənayesinin  inkişafı,  inqilabi 
şüurun  yüksəlməsi,  istibdad  əleyhinə  çoxlu  təşkilatların  yaranıb  fəaliyyət 
göstərməsi, İrandan gəlib Bakıda çalışanlara    güclü təsir edirdi. 
Eyni  zamanda  İrandakı  Azəri  türklərindən  müəyyən  qrupu  Avropa  təhsili 
görüb geri qayıtmışdı və onlar təbliğatlar aparıb xalqın gözünü açır, şah zülmünə 
qarşı mübarizəyə çağırırdılar. 
Məmməd  Əmin  Rəsulzadə  məşrutə  inqilabının  belə    bir  alovlu  vaxtında, 
gənc  yaşlarında  ikən  mübarizəyə  qoşulmuşdu.  Burda  onun  Avropa  təhsili  görmüş 
ziyalı dostları vardı. İnqilab işinə hədsiz sədaqəti olan İran    ziyalılarından Seyid 
Həsən  Tağızadə,  Hüseynqulu  xan  Nəvvab,  Süleyman  Mirzə,  Seyid  Məhəmməd 
Rza  ilə  fikir,  əqidə  yaxınlığı  vardı.  Məmməd  Əmin  Rəsulzadə  bu  adamlarla 
birlikdə çalışır, məşrutə hərəkatına köməklik göstərirdi. 1910-cu ildə İran ziyalıları 
ilə  birgə  İran    demokrat    partiyasının    əsasını    qoydular.  Partiyanın  orqanı  kimi 
«İranenou»  («Yeni İran») qəzeti nəşr edilməyə başladı. İyirmi altı yaşlı Məmməd 


29 
 
Əmin Rəsulzadə qəzetin baş redaktoru idi. Qəzeti redaktə etməklə yanaşı o, tez-tez  
məqalələr, şerlər yazıb çap etdirir, baş verən hadisələri izah edib xalqa çatdırırdı. 
Məmməd Əmin Rəsulzadə qəzetçilik fəaliyyəti ilə işini məhdudlaşdırmırdı. 
Eyni  zamanda  kitablar  yazıb  çap  etdirirdi.  1910-cu  ildə  Tehranda  onun  farsca 
«Tənqidi-firqeyi-etidaliyyun»  adlı  kitabı  çap  olunur.  1911-ci  ildə  isə  Ərdəbildə 
yenə fars dilində «Səadəti bəşər» kitabını nəşr etdirir. 
İran  məşrutə  hərəkatı  dövründə  Məmməd  Əmin  Rəsulzadə  yorulmaq 
bilmədən çalışır, xalqın hürriyyət istəyinə bacardığı köməyi edirdi. 
Onun  bu  fəaliyyəti  haqda  çox  sonralar,  məşrutə  dövründə  birgə  çalışdığı, 
İran  məclisinin  bir  zamanlar  başçısı  olmuş  Seyid  Həsən  Tağızadə  heyrətlə, 
məhəbbətlə aşağıdakı sözləri yazacaqdı: 
«Rəsulzadə  bütün  ömrüm  boyunca  Şərq  dünyasında  rastlaşmadığım, 
mübaliğəsiz  söyləyə  biləcəyim  fövqəladə  namdar  insanlardan  biri  idi.  Məmməd 
Əmin  bəy  tərbiyəli,  qüvvətli  və  sağlam  məntiq  sahibi,  təmiz  qəlbli,  doğru  sözlü, 
mətanətli, tam mənası ilə dürüst, fikir və yoluna dərin bir inam bəsləyən, fədakar, 
mücahid  və  örnək  bir  insandı.  Böylələrinə  zamanımızda  və  hələ  bizim  tərəflərdə 
rastlaşmaq həmən-həmən imkansız olduğu kimi, bütün dünyada da rastlanmaz... 
...Rəsulzadə  İran  inqilabının  başlanğıc  dövrəsində  Bakıdakı  İranlı 
hürriyyətsevərlərlə işbirliyi yaparaq kiçik istibdad dövründə Rəşt şəhərinə hərəkət 
etmişdi.  Eyni  ilin  ortalarında  Tehran  zəbt  ediləndə  İranın  başkəndinə  gəlmişdi. 
Burada onun fövqəladə mühərrirlik qabiliyyəti meydana çıxdı və o, İran məşrutə və 
ikinci  məclis  dövrünün  ən  yaxşı  və  ən  tanınmış  qəzetəsi  olan  «Yeni  İran»ın  baş 
redaktoru  oldu.  Modern  Avropa  qəzetəçilik  məsləkini  İrana  gətirən  və  gəlişdirən 
Rəsulzadədir». 
İran od içindədir. Azadlıq, hürriyyət alovlu ölkənin hər yerini bürüyüb. Şah 
qaçıb gizlənib. Azəri türklərinin  şanlı ocağı Təbriz  hürriyyətsevərləri öz  qoynuna 
alıb. 
Dəstə-dəstə  Təbrizə  axışan  adamlara—əsarətdən  qurtarmaq  ümidi  ilə 
çırpınanlara baxırdı. Ayağı çarıqlı, başı çalmalı qoca hara gedirsən? Əsrlər boyudur 
ki,  səni  didib-parçalayan  qara  qüvvələri  məhv  etməyə  olan  ümidini  itirmə! 
Dəstənin  arxasınca  ayaqyalın,  başıaçıq  qaçan  Azəri  övladı!  Yaşamaq  haqqın  niyə 
tapdanır? Oxumaq, oynamaq, demək, gülmək çağlarında niyə səni qanlı süngülərə 
hədəf  tuturlar?  İnsanın  ən  böyük  faciəsi  parçalanmağı,  ikiyə  bölünməyi  deyilmi? 
Xalqı  belə  işgəncəyə  məruz  qoymaqla  ölüm  nəfəsli  quduzlar  insanlıq  haqqını 
tapdalamayıblarmı? 
Düşünürdü.  Min  fikrin  ağrısı  içərisini  qurd  kimi  gəmirirdi.  Tez-tez
 
boylanıb  gözlərindən  sevinc  yaşları  axıb  tökülən  fədailərə  baxırdı.  Neçə 
ilin qəm yükündən ağrı çəkən adamlar ucadan, məhəbbət dolu, birlik nəfəsli sözlər 
oxuyurdular. 
Qara əllər xaincəsinə ona sarı uzanırdı. 


Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə