Azərbaycanin göRKƏMLĠ adamlari



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə15/112
tarix31.10.2018
ölçüsü2,62 Mb.
#77348
1   ...   11   12   13   14   15   16   17   18   ...   112

32 
 
qaldıqlarına görə ölüb şəhid olanların pak puhlarından xəcalət çəkirdilər. Kişilərin 
beli  bükülüb  əyilmişdi.  Qadınlar  düçar  olduqları  dərdin  ağrısı  rəngində  —  qara 
çadraya bürünmüşdülər. Hər yanda ölgünlük hökm sürürdü. Həyat ölüm havasına 
bürünmüşdü.  Ayaqyalın,  başıaçıq  uşaqlar  boynu  bükük  halda  dayanıb  yol 
gözləyirdilər.  Yetimliyin  acısını  indi-indi  dadmağa  başlayan  bu  kimsəsiz  qalmış 
günahsızlar  şəhid  olmuş  atalarının  qayıdacağına,  evlərinə  dönəcəyinə  hələ 
inanırdılar. Yazıqlar hardan biləydilər ki, o qüvvətli, o qəlbi işıqlı, halal zəhməti ilə 
hər gün bir parça çörək qazanıb onlara gətirən atalarını iki xain qüvvətin birləşməyi 
məhv etdi. 
İçərisində bu ağrılar dolaşa-dolaşa, hürriyyət yolunda şəhid olanlara rəhmət 
oxuya-oxuya İranı tərk edirdi. 
Məşrutə  hərəkatı  yolçusu  olduğu  azadlıq  mübarizəsinə  yeni  təkan  verdi. 
İran inqilabı sonrakı fəaliyyətində mühüm örnək oldu. 
İndi üz tutub getdiyi məkan Türkiyə idi. Vətəndən qovula-qovula əzəmətli 
İstanbula  gedirdi.  Yalnız  bu  torpaqda  təhlükədən  qurtarıb,  mübarizəsini  davam 
etdirə  bilərdi.  Azərbaycanın  çox  ziyalıları  indi  İstanbula  toplaşmışdı.  Onlarla 
görüşüb birgə fəaliyyətə başlamaq lazım  idi. 
 
ĠSTANBULDA ĠLK GÖRÜġ 
 
İstanbul! Gözəl İstanbul! Türk dünyasının azad şəhəri! Mərmərə  dənizinin 
şəffaf suları ilə parlayan şəhər! Süleymaniyyənin, Aya Sofiyanın, Sultan Əhmədin 
hündür  qüllələri  ilə  möhtəşəm  görünən  İstanbul!  Gözəl  hüsnünə  baxanda  ürək 
açılır, gizli də olsa içində həsəd aparırsan. Düşünürsən ki, xoşbəxtdir bu şəhər, ona 
görə  xoşbəxtdir  ki,  əsarət  altında  inildəmir.  Başı  üzərində  azadlıq  günəşi 
gülümsəyir. 
Hündür  təpədə  dayanıb  İstanbulun  gözəlliyinə  baxırdı.  Günəşin  parlaq 
şəfəqləri  buludsuz  səmadan  axıb  evlərin,  küçələrin,  yavaşça  ləpələnən  Mərmərə 
dənizinin  üstünə  süzülürdü.  Bu  şəhərlə  bağlı  çox  xatirələri  olacaqdı.  Bu  şəhər 
qollarını açıb neçə kərə onu bağrına basacaq, qoynunda yaşamağa yer ayıracaqdı. 
İstanbulda  onun  yaxşılı-yamanlı  günləri  çox  keçəcəkdi.  Bəzən  ehtiyac  içində 
şəhərin  daş  küçələrini  gəzib  dolaşacaq,  həyatın  amansız  acılığını  dadacaq,  sərt 
zərbələrə  məruz  qalacaqdı.  Bu  şəhərdə  çoxlu  dostları  vətən  həsrəti  ilə  alışıb 
yanacaq, həyatdan köçəcəkdilər. İndi dayanıb heyranlıqla baxdığı İstanbulun əksər 
küçələrində onun sonradan  yaşayacağı və  görəcəyi işlərin izi qalacaqdı. Ömrünün 
son günlərində, qürub çağında vətənini və yurdunu həmişəlik itirəndə son dəfə bu 
şəhərə  gəlib  ötənləri  anacaq,  itirdiyi  dostlarını  yada  salacaqdı.  Qurduğu  azad 
hökumət  devrilməyə  məruz  qalanda,  vətəni  işğal  olunub  düşmən  tapdağı  altında 
sızlayanda  yenə  İstanbula  üz  tutacaq,  indi  dayanıb  baxdığı,  amma  tanımadığı 
küçələrin  birində,  o,  istiqlaliyyət  məşəlini  yandıracaq,  qəzet,  jurnal  çıxarıb 
mübarizəsini  davam  etdirəcəkdi.  Və  bir  müddət  yaşayandan  sonra  indi  heyran 


33 
 
kəsildiyi  İstanbulun  qapıları  onun  da  üzünə  bağlanacaqdı.  Çıxıb  getmək 
məcburiyyətində  qalacaqdı.  İstanbulla  bağlı  dadlı-məzəli  söhbətləri  də  olacaqdı. 
Qocalıb  yaşa  dolanda  bir  gün  vaxtilə  qovulduğu  bu  şəhərə  gələcək.  Dostlarını 
başına toplayıb İstanbul plovu ilə bağlı maraqlı söhbət də edəcəkdi. Bütün bunlar 
olacaqdı, çox sonradan olacaqdı. İndi isə dayanıb əzəmətli İstanbula baxırdı... 
Ağrılı  bir  səs.  Ana  göz  yaşları  içində  hönkürə-hönkürə  oğluna  baxır. 
Dünyaya  gətirdiyi,  boyunu  sevə-sevə  oxşadığı,  böyütdüyü  ciyərparasından  imdad 
istəyir. Oğul əlindəki silahı—oxu ağsaçlı anasına tuşlayıb. Qarşısındakı bu ağ saçlı, 
köməksiz və göz yaşları içində inildəyən qadını öldürmək istəyir. Qadın həyəcanlı 
çırpıntı  içərisində  göz  yaşlarını  qara  torpağa  axıdıb  tökür  və  oxla  ürəyini  nişan 
almış oğlana «sənin ananam» deyir. Oğlan heç nə anlamır. Ona süd verib böyüdən 
bu  qadını  da  tanımır.  Çünki  əsarətdə  saxlayanlar  onu  bir  zamanlar  indi  üz-üzə 
dayandığı  bu  qadından  —  anasından  zorla  alıb  aparanda  dəhşətli  xəyanət  ediblər 
—  oğlanın başını qırxıb dəvə  dərisi ilə  bağlayıblar. Gün vurub dərini qurutduqca 
şüuru,  düşüncəsi  ölüb,  yaddaşını  itirib,  əslini,  kökünü,  kimliyini  unudub.  (Belə 
adamları  manqurt  adlandırıblar.)  İndi  manqurt  oğlan  yaddaşı  itmiş  halda  doğma 
anasını oxla  ölüm hədəfinə  çevirib. Yazıq ana  çırpınır, sızlayır, istəyir ki,  oğluna 
kim olduğunu anlatsın. Ana ölümdən qorxmur, onun qorxduğu oğlunun kimliyini 
unutması,  əslini,  kökünü  itirməsidir.  Yaddaşı  ölmüş,  ulu  soyundan  həmişəlik 
qopub ayrılmış, manqurtlaşmış oğlan əzab çəkmədən oxu anasının ürəyinə sancır. 
Ağ saçlı ana al qan içində yerdə qıvrılır. Oğlan sakitcə dayanıb baxır. 
YaddaĢsızlıq  dərdi.  Sonradan  dərdli-dərdli  yazacaqdı  ki,  məhmətcikdən, 
hansı  milliyyətdən  olduğunu  soruşanda  cavab  verə  bilmir.  «Məhmətcik,  sən 
türksən»  deyəndə,  o  təəccüb  içində  inanmadığı  bir  halda  gözlərini  döyür.  Çünki 
məhmətciyə  görə  o  müsəlmandır.  «Məhmətcik,  müsəlman  sənin  dinindir,  bəs 
millətin  nədir?»  soruşanda  Məhmətcik  yenə  duruxur  və  deyir:  «Millətim  də  elə 
müsəlmandır». Məhmətcik hansı millətdən olduğunu bilmir. 
Məhmətciyin  günahı  vardımı?  Yazıq  axı  hardan  eşidəydi  kim  olduğunu? 
Gözünü  açandan  başı  qapazlı  idi.  Şüurunu,  düşüncəsini  elə  dondurmuşdular  ki, 
yalnız güclü bir işıqla isidib açmaq olardı. Məhmətciyi həmişə təhqir edib müxtəlif 
adlar vermişdilər. Gah «iranlı», gah «qara tatar», gah da sadəcə olaraq «müsəlman» 
demişdilər. Məhmətciyin  şüurunu öldürüb,  yaddaşını ona  unutdurmuşdular. Bunu 
qəsdən etmişdilər ki, əslini, kökünü xatırlaya bilməsin, qul kimi müntəzir dayanıb, 
deyiləni yerinə yetirsin. 
Məhmətcik millətinin kim olduğunu bilmirdi. Türk paşası: «Məhmətcik, sən 
də mənim kimi türksən» deyəndə o heyrət və sevinc içərisində qalmışdı. 
XX  əsrin  əvvəllərində  Azərbaycanda  milyonlarla  Azəri  türkünün  yaddaşı 
beləcə öldürülmüşdü. 
Ġnildəyən Azəri türkü.  Bu dərdi ondan qabaq duyub ağrıyanlar olmuşdu. 
Xalqının  hüquqsuzluğunu,  avamlıq  və  cəhalət  içərisində  boğulduğunu  hələ  ötən 
əsrdən  şikayətlənib  yazmışdılar.  Xalqın  hansı  kökə  bağlılığını  oxuyub  elm 


Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə