Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədəniyyətinin inkişafında böyük



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə10/113
tarix21.06.2018
ölçüsü2,49 Mb.
#50116
1   ...   6   7   8   9   10   11   12   13   ...   113

44

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Sizi gül toxumu tək

öz əlimlə səpirəm

Arzu yağışlarında

çimən


Azərbaycana!

1964

HƏYAT DÜŞÜNCƏLƏRİ

Sən elə bilmə ki, köçdüyüm zaman

Dünyadan bir yolluq köçəcəyəm mən.

Bir dəfə ölüncə,

bəlkə min dəfə

Ölümü tapdayıb keçəcəyəm mən!

Bir gün öz yanında görməsən məni,

Çıx yaşıl bağlara quşları dinlə!

Okean qüdrətli Araz nəhrini

Saxlamaq istəyən daşları dinlə!

Dinlə küləkləri, küləklərdəyəm!

Ürəklərdən soruş, ürəklərdəyəm!

Bütün ulduzlarda, bütün çaylarda,

Bütün güllərdəyəm, çiçəklərdəyəm.

Buludu şimşəklə parçalayaraq,

Zülməti nur ilə boğacağam mən!

Qərbdə ulduz kimi batsam,

Şərqə bax:

Şərqdən günəş kimi doğacağam mən!

Qanadlanacağam sənin yanına,

Qışla əlbəyaxa ilk bahar ilə.

Savalan dağının zirvələrindən

Qərbə, Şərqə düşən şüalar ilə!



45

İtib­batmaq üçün yaranmamışam.

Dünənəm!

Bugünəm!


Gələcəyəm mən!

Bir gün bu dünyadan getsəm də, nə qəm,

Dünyaya təzədən gələcəyəm mən!

1964

ANAM OCAQ QALAYIR

Ocağın üstünə əyilib başı,

Silir gözlərini hərdən,

Yaxşı bax.

Birdən od üstünə düşür göz yaşı,

Birdən alov tutub odlanır ocaq.

Biləyi çirməkli, əli oxlovlu,

Qaməti qocalmış çinarlar kimi.

Ananın birçəyi qarlı­qırovlu,

Bala gendən baxır günahkar kimi.

Fikir ver... alışıb yanan oduna

Bir vaxt ağac idi – bahar vüqarlı.

Mənim anam kimi boylu­buxunlu

Mənim anam kimi şirin nübarlı.

Anaya bənzəyir odun xilqəti,

Anaya bənzəyir bu yanan ocaq.

O da anam kimi aşkar, xəlvəti

Kül oluncayadək alovlanacaq!

Köksümdə qalanıb ocaq elə bil,

Baxıram... başıma dünya dolanır.

Ata ocağında yanan od deyil,

Ata ocağında analar yanır.



Bakı, 14 noyabr 1965


46

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ



DAĞLARA QALXIRAM

Dağlara qalxıram... dağlar tərtəzə,

Nə qədər cavanmış bu qoca dağlar.

Qırmızı fincanlı lalələr təzə,

Çəmən süfrəsində qədəh bulaqlar.

Hər gümüş şəbnəmə bir qızıl şüa

Zər çəkir...

dayanıb dağ keşiyində.

Körpə bənövşələr gedib yuxuya,

Uyuyur dağların gül beşiyində.

Vəhşi qızıl gülün şehi qırmızı,

Ağ gülün hüsnündə ağ günlər yaşar.

Mən seyrə daldıqca gülzarımızı,

Dəniz ürəyimlə dağ qucaqlaşar.

Baxıram ağ saçlı şəlalələrə,

Tökülən,


sökülən,

gülən şəlalə.

Ayağı altında uçurum dərə,

Zirvəli dağlardan gələn şəlalə.

Sıçrayan qətrələr fişəngə bənzər,

Qətrələr şəfəqdən od tutub yanar.

Düşdükcə ətrafa zərlər, zərrələr,

Çiçək sırğalanar, gül sırğalanar.

Fikrim – dağ qartalı

hissim – asiman.

Elə bil dünyaya hökmdaram mən.

İstəsəm,


yapışıb bir sal qayadan

Dağları ovcumda qaldıraram mən.




47

Döşü zireh­zireh qırçın qayalar

Boranla,

tufanla çox güləşibdir.

Yüz yerdən yaralı yalçın qayalar

Əsr ilə, zamanla pəncələşibdir.

Saçları ağarmış sərkərdələr tək

Dağlar dayanmışdır müəzzəm, mətin.

Gör nələr düşünür dağ boyda ürək;

Dağlar heykəlidir əbədiyyətin.

Süzülür qar suyu qarın altından,

Dupduru, tərtəmiz o sulara bax.

Tərlan çolpasını qanadlandırıb

Yuvadan çıxaran arzulara bax.

Seyr et

hərdən qopan qasırğaları.



Ona bəxş etmişəm qüdsiyyəti mən.

Özüm yaratmışam sanki baharı,

Özüm yaratmışam təbiəti mən.

Mənəm bu dağların ilk hökmdarı,

Yansın ildırımlar,

Od tutub yansın!

Suya çəkmək üçün od qılıncları

Bulaqlar yanımda hazır dayansın!

Bura Çənlibelə oxşayır bir az,

Bəli!


Mərd oğullar oylağıdır bu.

Qızaran laləzar çəmənə sığmaz,

Nigarın gəlinlik yaylığıdır bu.

Bir əlində mizrab, birində mizraq,

Əsrlər dalından gəlir Koroğlu.



48

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Dağların başından qanadlanaraq

Şığıyır böyük bir sabaha doğru.

Savalan, Şah dağı, Çənlibel, Qoşqar...

Dağlarım­daşlarım – çiyin­çiyinə,

Yeriyir,

alnında qırışsız vüqar

Min ilim, min əsrim Böyük bir Günə.

Nədir bu təlatüm, nədir bu tufan?

Dağlarda iğtişaş qoparan mənəm.

Babəki, Nəbini, qoç Koroğlunu

Özüylə sabaha aparan mənəm.

Mən ki, kainatla qucaqlaşmışam

Deyin dağlarmıdır məni coşduran?

Yoxsa mənim arzum­diləklərimdir

Bu qoca dağları cavanlaşdıran?

1965

ƏLƏSGƏR OCAĞI, GÖYÇƏ MAHALI

İllər gəlib keçsə də

Yaddan çıxmır o görüş.

Göbək qanım elə bil

Həmən yerə tökülmüş.

Gözlərimin ağına,

Qarasına bükülmüş

O qayalar – qızıldır,

Qaya gülləri ­ gümüş.

Ələsgər ocağının

Alayanıq daşı da

Doğmalıq atəşidir

Ürəyimin başında.



49

Qonaq çağırdı İslam –

Ələsgərin nəvəsi.

Saz çaldı... Hər telində

Bir sevinc şəlaləsi.

Qonaq çağırdı Həbib –

Ələsgər yetirməsi.

Saz çaldı... Ömrüm boyu

Qulaqdan getməz səsi.

Şair İsmixan ilə

Harda görüşdük? Toyda.

Boyu bir az balaca,

Ürəyi dağlar boyda.

Şeiri, sözü, nəğməsi –

Gündoğan xəzinəsi.

Göy – sazının pərdəsi,

İldırım – zənguləsi.

Hələ şair Haqverdi

Sal qayalar tək mətin.

Möcüzə övladıdır

O, bizim təbiətin.

Hər kişinin yadında

Yüz min bayatı, dastan.

Hər kişinin həyəti

Qayalıqda gülüstan.

Hər kişinin qapısı

Açıq yaxına, dosta.

Hər evdə saz dillənər

Gahdan gur, gahdan asta.

Sehirləyər hər kişi

Səni məhəbbətilə.

Min süfrəyə sığmayan

Könül səxavətilə.



Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə